Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

• Bütün türkl
ərin tərcümanı 

55
 ~ 
 
«T
ərcüman» babanın ruhu bütün tatar hərəkatında ulu başlıq olaraq 
yaşayacaqdır» («Böyük ustad İsmayıl bəy» məqaləsindən). 
 
 
Tanınmış  türkoloq  Fuat  Körpülüzadə:  «Tərcüman» təkcə 
Krımda deyil, Kazanda, Qafqazda, Türkistanda, Çin Türkistanında, 
Sibird
ə, Rumıniyada, Bolqarıstanda, Osmanlı imperiyası daxilində, 
xülas
ə  bütün türk məmləkətlərində  böyük bir təsir  buraxdı, 
türkl
ərin, xüsusi ilə Rusiya türklərinin intibahında mühüm bir amil 
oldu, h
ər tərəfdə  İsmayıl  bəyin bir çox tərəfdarları,  ardıcılları 
yetişdi…». («İsmayıl Qaspiralı» məqaləsindən). 
 
Dilq
əm  Əhməd:  «Ona («Türkçülüyün tarixi» əsərinin 

əllifi  Yusif  Akçuraoğlu  nəzərdə  tutulur  –  T.A.) təsir edən ilk 
şəxs tez-tez evlərində qonaq olduğu, əmisi qızı Zöhrə xanımın həyat 
yoldaşı,  türk  dünyasının  əvəzedilməz  aydınlarından  İsmayıl  bəy 
Qaspiralı  idi  («Yusif  Akçura  –  türkçülüyün tarixini yaradan və 
yazan aydın» əsərindən). 
 
 
Az
ər Turan: «Kulikov döyüşündən bəri Toxtamışın boş və 
sahibsiz qalmış taxtına beş yüz ildən sonra bir İsmayıl bəy çıxdı… 
H
əzrəti  Musanın  sehirli  əsasına  bənzəyən «Tərcüman»ı  ilə  küfran 
d
ənizini yaran bu böyük kəramət  sahibi  türk  milli  varlığının 
müq
əddəs  yazılarını  Baxçasaraydan  Bombeyə,  Bakıdan  Qahirəyə, 
Balkanlardan Çin s
əddinə  yaymağı  bacardı».  («Qaspiralı  dalğası» 
m
əqaləsindən). 
Azat Axunov:  «
Qaspiralınin maarifçilik və  sülhpərvərlik 
f
əaliyyətini qeyd etmək üçün əvvəl Hindistanda, sonra isə Fransada 


• Abid  Tahirli
 

56
 ~ 
 
onun Nobel mükafatına namizədliyi irəli sürülür. Dünyanın bir çox 
ölk
əsində, o cümlədən Rusiyada çox  sayda jurnal və  qəzetlər bu 
ideyanı  dəstəkləsələr də, onu həyata keçirmək  mümkün  olmadı. 
Sovet dövründ
ə  türk  xalqının  böyük  maarifçisi  pantürkizm  və 
panislamizmd
ə ittiham edildi, adı tarixdən silindi. Əslində, elə indi 
d
ə  böyük  maarifçinin  şərəfli  adının  bərpası  bir  çoxlarının  xoşuna 
g
əlmir… Sovet dövründə  onun məzarı  dağıdılmış,  yerlə  yeksan 
edilmişdir,  yalnız  1999-cu  ilin  martında  Krım  tatarları  onun 
xatir
əsinə qəbirüstü daş ucaltmışlar.  
Türk  tatar  dünyasında  İsmayıl  Qaspiralı  ən  tanınmış 
simalardan biridir. Bu insan qeyri-adi z
əkası,  novator  düşüncəsi, 
tük
ənməz enerjisi ilə  XIX  əsrin sonu XX əsrin  əvvəllərində  türk-
tatar  dünyasının  yenilikçi  bayraqdarı  olmuşdur».  («İsmayıl  bəy 
Qaspiralı» əsərindən). 
 
 
T.Polkanova: 
«Öz  xalqının  maariflənməsinə  Krım  tatarları 
İ.Qaspiralı  və  Krım  qəraimi  İ.Kazas  böyük  töhfə  vermişdir.  Onlar 
arasında  dostluq  əlaqəsinin  olduğu  yaxşı  məlumdur.  İ.Kazas  – 
«T
ərcüman»ın çox illik senzoru bütün illər ərzində qəzetdə bir sözə 
bel
ə  toxunmamış  ki,  bu  da  dəfələrlə  rəhbərliyin  iradına  səbəb 
olmuşdur.  Çox  az  adama  məlumdur  ki,  İ.Qaspiralınin ünsiyyət 
dair
əsinə  qəraim türklərinin digər böyük xadimi Səray  Şapşal  da 
daxil  olmuşdur…  Onlar  Baxçasarayda  türk  mədəniyyəti muzeyi 
yaratmaq bar
ədə ortaq fikrə gəlmişlər». («İ.Qaspiralı və S.Şapşal» 
əsərindən). 
 
R
əmzi  İlyasov:  KMR  Ali  Radasının  millətlərarası 
münasib
ətlər üzrə  daimi  Komissiyasının  sədri,  Krım  tatar  xalqları 


• Bütün türkl
ərin tərcümanı 

57
 ~ 
 
M
əclisi sədrinin müavini: «İ.Qaspiralı bütün türk dünyası və bəşər 
sivilizasiyasının sərvətidir…». 
 
 
Şairə  F.Süleymaniyə:  «İ.Qaspiralı  müsəlman  qadınlarını 
c
əhalət  bataqlığından  çıxardı  və  onları  işıqlı  və  aydın  yola 
istiqam
ətləndirdi» («Süyüm Bikə» jurnalı, 1914). 
 
 
İlahiyyatçı  alim  Musa  Biqiyev:  «Əgər bilsəm ki, bizim 
hörm
ətli müəllimimiz dirilər və bundan sonra heç olmazsa, daha 15-
20 il mill
ətimizə  xidmət edə  bilər, mən fikirləşmədən həyatımı 
qurban ver
ər, onun yerinə  qəbirə  uzanardım».  («Mülahizələr» 
əsərindən, 1914). 
 
 
Yazıçı Əzizə Cəfərzadə: «Nəsib bəyin (Nəsib bəy Yusifbəyli 
n
əzərdə tutulur – T.A.) gənclik illərində Baxçasarayda tanış olduğu 
tatarların  maarifpərvər  ziyalısı  İsmayıl  bəy  Qaspiralı  «Tərcüman» 
adlı  bütün  türk  dünyasını  birliyə  dəvət  ideallı  bir  qəzet çap 
etdirirdi». («Əqidə bəxtəvərləri» məqaləsindən). 
 
 
Öm
ər Unal:  «Dildə, fikirdə,  işdə  birlik»  çağırışına  ən çox 
s
əs verən və  ardından  böyük  bir  yanğı  ilə  Qaspiralıdan  gələn səsi 
ölk
əsinə yönəltmiş olan kişilər şübhəsiz ki, Mustafa Kamal Atatürk 
v
ə  Kamalist yolu ilə  irəliləyən  aydınlarımızdır.  Bu  aydınlarımızın 
başında da dəyərli müəllimimiz Nəcib Hablemitoğlu gəlməkdədir». 


• Abid  Tahirli
 

58
 ~ 
 
(«İsmayıl Qaspiralının ayaq izləri ilə gedərkən «Dildə, fikirdə, işdə 
birlik» çağırışına səs vermək» məqaləsindən). 
 
 
Dos.dr.İsmayıl  Türkoğlu:  «O dönəmdə  İstanbulda  təhsil 
alan  Kazan  aydınlarından  Fatih  Kərimi  İstanbulda  «Tərcüman»ın 
çox  yaxşı  izlənildiyini, ictimai yerlərdə  –  masa  başına  toplanmış 
xalqın  «Tərcüman»  oxuduğunu,  küçələrdə  qəzet  satıcılarının 
«T
ərcüman» gəldi»  -  deyərək  bağırdığını  yazırdı».  («İsmayıl  bəy 
Qaspiralı» sənədli filmində çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 
 
 
Prof.dr.Beka
li 
Kasımov 
(Daşkənd Universiteti): 
«T
ərcüman»ın özü bir reforma idi. 
…İndi  bu  vəziyyət  (İ.Qaspiralı  irsinə  yasaq  qoyulması 
n
əzərdə tutulur – T.A.) kommunistlərin hökm sürdüyü Çində davam 
etm
əkdədir. Məsələn,  Uyğur  türk  xalqının  maarif  tarixi  haqqında 
yazılan  kitablarda  İ.Qaspiralının  adı  belə  çəkilmir. Sanki belə  bir 
adam tarixd
ə heç olmamışdır. Bu düzgün münasibət deyil. SSRİ-də 
is
ə  perestroykadan  sonra  İ.Qaspiralıya  münasibət dəyişməyə 
başladı».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli filmində  çıxışından. 
TRT-2, 7-14-21 aprel 2004). 
 
 
Dos.dr.Zühal Yüks
əl  (Krım  Mühəndislik və  Pedaqoji 
Universiteti): 
«İsmayıl  bəy  ərəb və  farsca söz və  terminləri ilə 
yüklü  olan  Osmanlı  ədəbi dilinin ifrat çətinliyini tez-tez təhlil və 
t
ənqid edirdi. Onun türkcəsi  xalq  danışıq  dili  əsasında  inşa 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə