Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə17/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

• Abid  Tahirli
 

52
 ~ 
 
m
əqsədlər hər tərəfdə  daha çox əks-səda verməkdədir» («Türk 
xalqı» əsərindən, Leypsiq, 1885). 
«Rus hakimiyy
ətinə tabe müsəlmanlarda, yəni tatarlarda son 
zamanlarda t
ərəqqi ruhu özünü göstərir. Baxçasarayda intişar edən 
«T
ərcüman» qəzetinin sahibi və redaktoru İsmayıl bəy Qaspiralınin 
bu xüsusda çox böyük xidm
əti olmuşdur. Onun təşəbbüsü sayəsində 
m
əktəblərdə  islahatlar  aparıldı,  milli  ədəbiyyat  çoxaldı  və 
qüvv
ətləndi.  İndi  200-dən çox gənc rus universitetlərində  oxuyur, 
v
əkil, mühəndis olmaq üçün hazırlanırlar. Müsəlman qadınları belə 
universitetl
ərə gedir, qadın doktoru olurlar. Bu tərəqqi və təkamül 
ruhu c
ənubi  Rusiyadan  başlayaraq  yuxarılara  doğru  –  Volqaboyu, 
çöll
ərə  yayılır,  az  da  olsa,  Türkistan  mühitinə  də  çatır…»  («Qərb 
m
ədəniyyətinin Şərqə təsiri» əsərindən, Berlin, 1906). 
 
 
Tanınmış  qaspiralışünas  Nəcip  Hablemitoğlu:  «Qaspiralı 
İsmayıl  bəyi dövrünün digər  reformçularından  ayıran  özəlliyi 
görüşlərini və  problemin həlli ilə  bağlı  təkliflərini sistemli bir 
proqram  şəklində  formalaşdırmasındaydı:  o,  milli  məktəblərin 
t
əsisini və  təhsildə  islahatların  aparılmasını;  milli  təhsil 
qurumlarının,  kasıb  şagirdlərin,  acların,  fəlakətə  düçar  olanların 
maddi c
əhətdən dəstəklənməsi və  bu istiqamətdə  daha səmərəli 
n
əticələr əldə edilməsi üçün xeyriyyə cəmiyyətlərinin qurulmasını; 
bütün türkl
ərə  ortaq dildə  xitab edəcək milli mətbuatın  fəaliyyətə 
keçm
əsini; din təsiri  altındakı  həyat tərzinin modernləşdirilməsini
türk  qadınının  xüsusi  və  ictimai həyatda  tam  bir  azadlığa  sahib 
olmasını  və  kişilərlə  bərabər hüquqlara yiyələnməsini; cinsi fərq 
qoyulmadan  milli  ruhlu  bir  aydınlar  zümrəsinin  yetişdirilməsini 
t
ələb edirdi. 


• Bütün türkl
ərin tərcümanı 

53
 ~ 
 
…Qaspiralı  İsmayıl  bəy cahilindən mürtəcesinə, 
sosialistind
ən Rus hökumətinə  uzanan zəif  bir  işbirliyinə  rəğmən 
Rusiya türkl
ərinə  türklük  şüuru  verməkdə  nə  qədər  uğur  qazandı? 
Bu suala q
əti bir cavab vermək mümkün deyilsə də, bildiyimiz odur 
ki, o, son n
əfəsinədək türklüyün təbliğindən bir an belə  geri 
ç
əkilməmişdir».  («Qaspiralı  İsmayıl  bəy. Dildə  birlik və  türklüл 
şüuru» məqaləsindən). 
 
 
Az
ərbaycan  Respublikasının  sabiq  Prezidenti  Əbülfəz 
Elçib
əy:  «Dahi  İsmayıl  bəy  Qaspiralının  (1851-1914)  zamanın 
sınağından çıxmış «Dildə, fikirdə və işdə birlik» çağırışının dərin və 
ölm
əz mənasını  bu  gün  biz  türklər  daha  yaxından  anlamağa 
başlamışıq… İsmayıl bəy sanki millətinə səslənmişdir: ey türk, ayıl, 
t
ərpən, özünə  gəl və  bil ki, dildə  birliyin olmasa, fikirdə  birliyin 
olmayacaq, fikird
ə birliyin olmasa, işdə birliyin olmayacaq və məhv 
olacaqsan». («Türk dili v
ə rus imperiya siyasəti» məqaləsindən). 
 
 
Krım mücahidi, tanınmış qaspiralışünas Cəfər Seydəhməd 
Kırımər: «Tərcüman»da baş məqalədən kiçik xəbərə, hətta elanlara 
q
ədər bütün yazılar türkü və islamı əlaqədar edən müəyyən bir yolu 
v
ə qənaəti canlandırırdı». («Qaspiralı İsmayıl bəy» əsərindən). 
 
 
Prof. Sadri Maksudi Arsal: 
«Qaspiralının  təlim minbəri 
olan «T
ərcüman» mənasız  həyatımıza  məna  vermiş,  məqsədsiz 
yaşayışımıza  əməllər  icad  etmiş,  sönmüş  məişətimizə  ümidlər 
doğurmuşdur». («Əməllər ustadı» məqaləsindən). 


• Abid  Tahirli
 

54
 ~ 
 
 
Krımın  istiqlal  liderlərindən Çələbi Cahan:  «Görmək, 
eşitmək hələ anlamaq deyil: göyü, ulduzları, günəşi, qəməri hər gün 
görürük, t
əzə, parlaq və  gur  işığını  hər gün hiss edirik, lakin çox 
azımız  bunların  nə  olduğunu  anlaya  bilirik.  İsmayıl  bəy də  belə 
böyük, yüks
ək bir kainat idi, onu da hamımız eşidirdik. Ondan da 
nur il
ə, irfan ilə, feyz  və fəzilət ilə ziyalandıq. Hətta bir çoxumuz 
onunla  görüşdük,  danışdıq  belə… Lakin, bu ölməz  şəxsiyyətin nə 
olduğunu anlaya bildikmi?» («Anlaya bilsəydik» məqaləsindən). 
 
 
H
əmdullah  Süphi  Tanrıövər: «Çocuqluğunda – Moskvada 
balaca bir m
əktəbli ikən Girit üsyanını eşitmiş, türklərə yardım üçün 
evind
ən qaçmış, Volqa üstündə bir sala minərək İstanbul yollarına 
çıxmışdı.  Kiçik  gənc ruhunun türkə  yardım  üçün  bu  atılışı  bütün 
ömrü boyu 
ən son nəfəsinə  qədər davam etdi. Türk tarixinin 
divarında İsmayıl Qaspiralınin xilas etməyə tələsən bu gənc siması 
əbədi  qalacaqdır.  Sabah  Turanın  şairləri milli beytlərində  bu 
yolçuluğu  öyünərək vəsf edəcək, rəssamlarımız,  məktəblilərimiz, 
ata  ocağında  göz  açan  körpələrimiz üçün onun rəsmini çəkəcək, 
g
ənc analar öz körpələrinə  bu  yolçuluğun  hekayəsini ilahi 
müq
əddəs səsləri ilə  anladacaqlar». («Mən onu gördüm» 
m
əqaləsindən).  
 
 
Ayaz İshaki İdilli: «Bəli, İsmayıl bəy böyükdür, onun işləri 
d
ə, xidmətləri də  böyükdür. Onun əkdiyi  toxumlardan  yetişəcək 
m
əhsullar da faydalıdır. Onun əkdiyi güllərdən çıxacaq çiçəklər də 
dilb
ərdir, gözəldir. Onun təməlini  qoyduğu  bina  da  sağlamdır.  … 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə