Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə15/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

• Bütün türkl
ərin tərcümanı 

45
 ~ 
 
il
ə  gənc nəsil  ənənəvi, dini biliklərlə  yanaşı  dünyəvi elmlərə  də 
sahib  olmalıdır».  (İ.Qaspiralının  yubileyində  çıxışından,  Krım, 
28.03.2011). 
 
 
Prof.dr. Nadir Dövl
ət  (Yeditəpə  Universiteti):  1908-ci ilin 
sonlarında  Türkiyədə  formalaşmağa  başlayan  «islamçılıq», 
«q
ərbçilik», «türkçülük» kimi fərqli  fikri  axınlarının  hamısı 
müxt
əlif  baxışlardan  da  olsa,  Qaspiralıda  özlərinə  uyğun  nöqtələr 
tapa bilirdil
ər».  («İsmayıl  bəy  Qaspiralı»  sənədli filmində 
çıxışından. TRT-2, 7-14-21 aprel 2004). 
«Krım  tatarlarından  kənarda  –  Kazanda  –  tatar  aydınları 
arasında da bu mövzuya (ruslarla dil tapmaq nəzərdə tutulur – T.A.) 
maraq  olduqca  çoxdur.  Ən  son  olaraq,  1993-cü ildə  Çiym  vakfı 
t
ərəfindən  «Fikir»  seriyasından  olmaq  üzrə  «Rusiya və  Şərq»  adlı 
bir 
əsər nəşr  edilmişdir.  İsmayıl  Qaspiralıya  həsr  olunmuş  bu 
kitabda  onun  yuxarıda  adı  çəkilən «Rusiya müsəlmanları», 
«Ruslarla dil tapmaq» 
əsərləri, Bennigsenin 1985-ci ildə nəşr etdiyi 
«İsmayıl bey Qaspiralı – russian islam»a yazdığı ön söz və 1990-cı 
ill
ərdə  Qaspiralının  bəraət  qazanmasına  səbəb olan L.Klimoviçin 
«Maarif xidm
ətində  türk dilində  çıxan  ilk  qəzet «Tərcüman» və 
o
nun  naşiri  Qaspiralı  haqqında»  adlı  serial  məqaləsi və 
prof.Mirqasım  Osmanovun  12  səhifəlik  «İ.Qaspiralı  fikrinin  zəfəri 
v
ə faciəsi» adlı məqaləsi verilmişdir». («İsmayıl Qaspiralı dövrü və 
ruslarla dil tapmaq problemi» m
əqaləsindən). 
«1930-cu il
ə qədər Qaspiralının böyüklüyü inkar edilmir və 
yeri g
əldikcə ondan bəhs olunurdu. Məsələn, 1926-cı ildə Kazanda 
n
əşr  edilən  Əbdülrəhman Sədinin «Tatar ədəbiyyatı  tarixi»  adlı 
əsərində onun haqqında aşağıdakı bu sətirlərdə yer verilmişdir: 


• Abid  Tahirli
 

46
 ~ 
 
«…İşdə  Tatar  dünyasında  reforma hərəkatının  son,  tam 
anlamdakı hərəkatı «Üsul-ü Səvtiyyə» hərəkatında ilk liderliyi Krım 
mirz
ələrindən İsmayıl Qaspiralı göstərdi, Türk-tatar Dünyasında ilk 
olaraq s
əvtiyyə üsulu ilə dərs verən məktəbləri açaraq bunların ilk 
nümun
ələrini  yaratdı.  Onun 1883-cü ildə  çıxmağa  başlayan 
«T
ərcüman»ı  bu  metodu  xalq  arasında  yaymaqda  ilk  güclü  silah 
oldu v
ə nəticədə «Üsuli-cədid», «Üsuli-səvtiyyə» hərəkatının bütün 
Tatar  dünyasında  böyük  güclü  bir  cərəyan  halına  gəlməsində  baş 
komandan  oldu».  (İ.Qaspiralı  yubileyində  çıxışından.  Ağməscid, 
mart 1991). 
«1930-cu ill
ərdə  qadağan  edilmiş  İ.Qaspiralı  şəxsiyyəti və 
irsi üz
ərindən bu yasaq 1987-ci  ilin  sentyabrınadək, yəni  yarım 
əsrdən çox bir müddət davam etmiş və bunun nəticəsində Sovetlər 
Birliyind
əki, bəlkə  də  bütün  dünyadakı  türk  və  müsəlman 
topluluqlara xüsusi il
ə mədəni yöndən böyük təsiri olan İsmayıl bəy 
Qaspiralının  adı  unudulmuşdu.  SSRİ-də  son 5-6 ildə  əmələ  gələn 
d
əyişikliklər nəticəsində  isə  bu  növ  unutdurulan  şəxslərin təkrar 
tanıdıla bilinməsi imkanları yaranmağa başlamışdı. Bu qədər uzun 
müdd
ət  haqqında  bəhs edilməyən  şəxsin  –  bu hətta  İsmayıl 
Qaspiralı olsa da belə, unudulması təbiidir. Odur ki, bu gün onun bir 
neç
ə  araşdırmaçı  tərəfindən  tanınması  bizi  heyrətləndirməməlidir. 
Ancaq  bu  cür  anma  toplantılarının  İsmayıl  Qaspiralını  topluma 
yenid
ən qaytaracağına inanırıq. Lakin əsərlərinin təkrar nəşrinə nail 
olmadan, d
ərs  kitablarında  haqq  etdiyi  yeri  tutmadan  Qaspiralının 
gerç
ək dəyərinin gənc nəsillərə  çatdırılmasının  mümkün 
olmayacağını da xatırlatmaq istərdim».  («Dünən və bu gün İsmayıl 
Qaspiralı» məqaləsindən, 1991-ci il). 
 
 


• Bütün türkl
ərin tərcümanı 

47
 ~ 
 
Tarix elml
əri namizədi, Moskva Dövlət Universitetinin 
dosenti Rüst
əm Şükürov: «İsmayıl Qaspiralının – böyük maarifçi, 
yazıçı-publisistin  ideyaları  Rusiya  imperiyasındakı  bütün 
müs
əlmanların  intellektual  simasını  əsaslı  şəkildə  dəyişdi.  Onun 
s
əyi sayəsində  XX  əsrin  əvvəlləri  rus  publisistikasında  islam 
Rusiyasının səsi aydın eşidilməyə başladı, Rusiya müsəlmanları ilk 
d
əfə özlərini mədəni güc kimi bəyan etdilər». («İsmayıl Qaspiralı. 
S
əadət layihəsi» məqaləsindən. «Oteçetsvennıe zapiski» jurnalı, № 
1 (15), 2004). 
 
 
Qaspiralının silahdaşı, böyük dövlət xadimi Əlimərdan bəy 
Topçubaşov:  «Bu kədər  (İ.Qaspiralının  vəfatı  nəzərdə  tutulur  – 
T.A.)  bir d
ə  ona görə  böyükdür ki, müsəlmanlar hələ  öz  xalqına 
s
ədaqətlə  xidmət edən ictimai xadimlərdən yoxsulluq çəkir.  İndi 
unudulmaz İsmayıl bəy Qaspiralını heç kəs əvəz etmir». («İsmayıl 
Qaspiralının xatirəsi» məqaləsindən, «Kaspi», № 204, 13 sentyabr, 
1914). 
 
 
F
əlsəfə  doktoru Aynur Bəşirli:  «Böyük bir nəsil ona 

əllimimiz deyirdi. Kiçiklənən bir nəsilsə  onu unutdu…». 
(«İsmayıl bəy Qaspiralı» məqaləsindən, «Novruz» qəzeti, 27 mart, 
1991). 
 
 
Svetlana Çervonnaya: 
«Pantürkizmin proqramını, onun şüar 
v
ə  kredosunu, mənəvi tələblərini müəyyənləşdirən hər halda 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə