Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə14/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

• Abid  Tahirli
 

42
 ~ 
 
olduğu hörməti təmin edəmirik. Fəqət nə mane olur: biz səflərimizi 
sıxlaşdıralım.  Mücadilələrimizi tənzim edəlim. Mücadiləmizi 
qüvv
ətləndirəlim budur, «Tərcüman»a və böyük İsmayıl bəyə layiq 
ən dəyərli  qayğı,  ən münasib xatirə!»  («Ortaqlı  bir  ildönümü» 
m
əqaləsindən. «İstiqlal» qəzeti, 13 aprel 1933). 
 
 
Sultan M
əcid Qənizadə:  «Tərcüman» qəzetəsi Həzrət 
Musanın  bəni-İsrail  üçün  gətirdiyi lövhələr kimi idi ki
müs
əlmanların  qəlbində  nəqş  bağlayırdı.  Və  «Tərcüman»ın 
yazılarının bu qədər mütəəssir olması İsmayıl bəyin özünün batini 
at
əşi idi. Necə ki, demişlər: «şəm əgər gur yanmasa, yandırmaz od 
p
ərvanəni». Hədisdə  deyilir ki, Allah bir neməti  aldıqda  əvəzində 
ikisini ver
ər… Biz də  ümid  ediriz  ki,  İsmayıl  bəy gedəndə  onun 
yerind
ə Rusiya müsəlmanları arasında İsmayıl bəylər çıxar. Çünki 
İsmayıl bəyin özünün çalışdığı da bu yolda idi». 
 
 
Tanınmış  qaspiralışünas  Zəfər Karatay:  «Doğmuşam 
Krımda  Avcı  köydə  min səkkiz yüz əlli bir də. Məkanım 
Baxçasaraydır,  məzarım  kim  bilir nerdə»  -  söyləyən  İsmayıl 
Qaspiralının  məzarı  həqiqətən 18 may 1944-cü ildə  Krım  türkləri 
sürgün edil
əndə, Zincirli mədrəsə  yaxınlığında  olan  məzarı  yox 
edilmişdi.  Amma  onun  nəvələri  yox  olmadı.  Geri  döndülər. Ona 
xatir
ə məzarı düzəltdilər…». 
…İşə  də  dərhal  başladı.  Bir  tərəfdə  çar  Rusiyasının 
inanılmaz təzyiqi və senzurası, bir tərəfdə cəhalət içərisində inləyən 
xalqı  vardı.  İmkanları  məhdud olsa da, möhtəşəm  əzmi  vardı, 
peyğəmbər səbri  vardı.  Son  dərəcə  realist,  sağlam  ruhlu  və 


• Bütün türkl
ərin tərcümanı 

43
 ~ 
 
uzaqgör
ən  idi.  Çalışdı,  çalışdı,  çalışdı».  («Yaxşı  ki,  doğuldun 
İsmayıl bəy  Qaspiralı» məqaləsindən). 
 
Naşir,  redaktor  Haşım  bəy Vəzirov:  «Dünən  Krımın 
Baxçasaray  şəhərindən  aldığımız  bir  teleqram  təğyire-qəzadan 
tamam mill
ətimizin uğradığı böyük bir siyah xəbərini yetirdi. 
Qırx  illərdən bəri  əsla yorulmaq və  usanmaq bilməyərək 
müs
əlmanlar və müsəlmanlıq yolunda çalışan İsmayıl bəy Qaspiralı 
v
əfat etdi». 
 
 
Böyük  ideoloq  Əhməd bəy  Ağaoğlu:  «Dünyada türk və 
türkçülük qaldıqca İsmayıl bəy də bərhəyatdır (diridir, yaşayandır – 
T.A.),  y
əni  İsmayıl  bəy  əbədi və  cavidandır  (daimidir  –  T.A.). 
İsmayıl  bəy hələ  də  yaşayır,  yetişdirdiyi  yüzlərlə  şagirdlərində, 
t
ərbiyə etdiyi minlərcə ruhlarda yaşayır». («İsmayıl bəy Qaspiralı» 
m
əqaləsindən). 
 
 
Böyük  ideoloq  Yusif  Akçuraoğlu:  «…İsmayıl  bəy təkdir, 
ona b
ərabər xadimi… ötən bir neçə əsrlik islam və türk həyatından 
tapıb  çıxarmaq  çətindir. Məncə,  İsmayıl  bəyi  haqqı  ilə  tərif edə 
bil
əcək bir sifət vardır ki, o da ilahiyyat alimlərinin həzrəti İsadan 
b
əhs edərkən istifadə  etdikləri «müəllim» təbiridir.  İsmayıl  bəy 
«mü
əllim» idi: o bir qisim bəşəriyyətin dünyaya və  həyata 
baxışlarını  dəyişməyə  müvəffəq oldu («Müəllimə  dair» 
m
əqaləsindən). 
«İsmayıl bəy yaxşı bir müəllim, mahir bir qəzetçi, mümtaz 
bir müh
ərrir, ictimai və fəal bir ictimai xadim idi. Lakin, bütün bu 


• Abid  Tahirli
 

44
 ~ 
 
keyfiyy
ətlər İsmayıl bəyi tanıda bilməz. Türk-islam aləminin yarım 
əsrlik dövründə  saydığım  keyfiyyətlərə  malik ola biləcək iyirmi-
otuz şəxsin adı çəkilə bilər. Ancaq İsmayıl bəy təkdir. 
Əslində,  Şimal  türklüyünün  duyan  və  anlayan hissəsi 
Qasp
iralınin mahiyyəti fikriyyəsini, qayeyi məqsədini təyində 
gecikm
əmiş və yanılmamışdır. Əlifbanın sürətli təlimi məsələsindən 
n
əşət etmiş kimi görünən «Üsuli-cədid» nizam əzm ümranisi xətti 
zatında  Şimal  türklüyünün  qərbçiləri ilə  şərqçilərinin, 
mühafiz
əkarları ilə tərəqqipərvərlərinin müsaidəmeyi tarixiyələridir. 
XIX 
əsrin axırıncı rübündən etibarən Şimal türkləri fikir, umran və 
ictimai nöqteyi n
əzərlərindən iki böyük firqəyə – «Üsuli-cədid» və 
«Üsuli-q
ədim» firqələrinə  –  ayrılaraq  bu  iki  firqənin çəkişməsi 
say
əsində  tərəqqiyə  çatmışdır.  Uşaqların  tərbiyəsi, məişət tərzi
ictimai v
ə  həyat qayəsi kimi ən mühüm həyat məsələsi də 
«C
ədid»lərlə  «Qədim»lərin prinsipləri  çarpışırdı.  Bu  gün 
«C
ədid»çilər hər sahədə müvəffəqiyyətlərini təmin etmiş kimidirlər. 
«C
ədid»lərin, yəni tərəqqini qərbin təqib və  təmsilində  görənlərin 
cüml
əcə  müsəlləm və  müqəddəs rəisi  İsmayıl  bəy  Qaspiralı  idi. 
İsmayıl  bəy bu cərəyanı  fikri  və  ictimainin  yalnız  rəisi deyil, 
müh
əddis və  xaliqidir». («Müəllimə  dair» məqaləsindən. «Türk 
yurdu» d
ərgisi, 1330, № 12). 
 
 
Qaspiralışünas  Ənisə  Həbibullayeva:  «İsmayıl  Qaspiralı 
türk  xalqlarının  proqressiv  inkişafının  əsasını  qoymuşdur.  İsmayıl 
b
əyi  xatırlayanda  ən  əvvəl biz onun barəsində  görkəmli siyasətçi, 
maarifçi,  ziyalı,  naşir,  ədəbiyyatçı  kimi  bəhs  etməliyik. O, Rusiya 
imperiyasında  və  qonşu  dövlətlərdəki  türk  xalqlarını  bir  ideya 
ətrafında birləşdirdi. O, tərəqqinin yol xəritəsini göstərdi, bu vasitə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə