Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə10/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

• Abid  Tahirli
 

30
 ~ 
 
ağır itki kimi dəyərləndirmişlər. Bakıda buraxılan mətbu orqanlar da 
-  «M
əktəb», «Dirilik», «İqbal», «İrşad», bir sözlə, istisnasız bütün 
milli  m
ətbu nəşrlər  İ.Qaspiralının  vəfatını  milli  matəm kimi qeyd 
etmişlər. 
İsmayıl  bəyin vəfatı  ilə  bağlı  dövri  mətbuatda dərc edilən 
əksər  yazılar  ya  bütöv,  ya  da  bir  hissəsi «Tərcüman»da da 
verilmişdir.  Qəzet  eyni  zamanda  Rusiyanın  hər tərəfindən 
gönd
ərilən  başsağlığı  və  hüzn  teleqramlarını  da  dərc  etmişdir.  Bir 
neç
ə  sətirlik həmin  teleqramlar  da  İ.Qaspiralının  parlaq  sima  və 
böyük itki olduğunu kifayət qədər geniş əks etdirir. 
Əli Mərdan bəy  Topçubaşov  Bakıdan  «Tərcüman»a 
gönd
ərdiyi  teleqramda  yazırdı  ki,  vəfasız  əcəl müsəlmanların 
yolunu  nurlandıran  çırağı  söndürdü,  tək «Tərcüman» yox, bütün 
Rusiya müs
əlmanları yetim qaldı.  
Zaqafqaziya  müftisi  Qayıbov  Baxçasaraya  ünvanladığı 
teleqramda İ.Qaspiralının bütün ömrü boyu müsəlmanların mədəni 
t
ərəqqisinə  qəhrəmanə  çalışdığını  vurğulayır.  Zaqafqaziya 
şeyxülislamı  Pişnamazadə  İsmayıl  bəyi həqiqi millət xadimi və 
müs
əlman ədəbiyyatının ruhi-piranəsi adlandırır. 
M.Ə.Rəsulzadə Bakıdan yazırdı: «Turanın əmsalsız mədəni 
q
əhrəmanı  və  Rusiya müsəlmanları  ustadının  matəm dəstəsi 
arxasında ağlayıb gedənlərə mən də göz yaşları ilə qoşuluram». 
Orenburqdan «Müs
əlman tələbələrə  yardım  cəmiyyəti»nin 
s
ədri  Hüseynov  Qaspiralı  ideyalarından  birinin  icrasına 
çalışdıqlarını bildirir və yazır ki, kədərimi mərhumun tabutu üzərinə 
bir 
əklil kimi qoyuram. Orenburqdan gələn  başqa  bir  teleqramı 
Qızlar  məktəbinin müəllim-şagirdləri göndərmişdir:  «…Rusiyada 
ana dilind
ə qadınlar üçün jurnal çıxaran, məktəb açan Qaspiralının 
v
əfatından  fövqəladə  məhzun və  mükəddər olduq». Orenburqda 


• Bütün türkl
ərin tərcümanı 

31
 ~ 
 
çıxan «Vakit» və «Şura» qəzetləri İsmayıl bəyi «əzəmətli ustaya», 
özl
ərinin mənəvi atasına bənzədir. Ufadan müfti Sultanov Qaspiralı 
ail
əsinə  baş  verən kədəri öz ailəsinin kədəri  hesab  edir,  Ufadakı 
«Müs
əlman xeyriyyə cəmiyyəti»nin rəisi Həkimov həqiqəti müdafiə 
ed
ən qəhrəman və millət xadiminin – İ.Qaspiralının vəfatı xəbərini 
d
əhşətlə  qarşıladığını  dərin hüznlə  çatdırır,  «Durmus»  qəzeti isə 
İ.Qaspiralını  «birinci  böyük  ustad»  adlandırır  və  mükəddər 
olduğunu  izhar  edir.  «Millətin mənəvi  atası  vəfat etdisə  də, onun 
fikirl
əri daim tatar gənclərinin  yolbaşçısı  olacaqdır»  –  bu 
m
əzmunda teleqramı Kazan müxbir və ədibləri imzalamışlar. 
Kazandan  «Yıldız»  qəzeti  İ.Qaspiralını  «əziz yol 
göst
əricisi», Petroqraddan «Müsəlman nəşri-maarif cəmiyyəti»nin 
r
əisi  Əminə  Sırtlanova  isə  onu  «islam  dünyasının  çırağı»  kimi 
s
əciyyələndirir. 
Petroqraddan  «İl»  qəzeti  İ.Qaspiralının  vəfatını  «milli  yas» 
hesab edir. Simferopol, Yalta, İstanbul, Tiflis, Moskvadan… gələn 
çox sayda teleqramlarda İ.Qaspiralının – «Rusiya müsəlmanlarının 
ən böyük adamının»,  «millətinin  ən alicənab və  fazil  oğlunun», 
«qadın  tərəqqisi və  maarifinin ölməz müdafiəçisi və  camaat 
xadiminin», «möht
ərəm pədərin» vəfatı  ilə  bağlı  hüzn  və  eyni 
zamanda onun tarixi xidm
ətləri  qısa,  kədərli, həm də  təsirli 
cüml
ələrlə əksini tapmışdır. 
Biz bil
ərəkdən İ.Qaspiralının vəfatı ilə bağlı teleqramlardan 
bir q
ədər  geniş  bəhs etdik. Böyük sevgi, həm də  emosional dillə 
q
ələmə  alınmış  bu  teleqramlara  nəzər  saldıqca  ümumxalq  matəm 
m
ənzərəsi dərin təəssürat  yaradır,  böyük  xalq  xadiminə  bəslənən 
sevginin n
əhayətsizliyi bir daha əyan olur, həm də  Qaspiralı 
ideyalarının hələ sağ ikən yayıldığı, təqdir olunduğu ucsuz-bucaqsız 
coğrafi ərazi göz önündə canlanır… 


• Abid  Tahirli
 

32
 ~ 
 
Ölk
ədə,  regionda  baş  verən ictimai-siyasi, tarixi 
t
əbəddülatlara (I Dünya müharibəsi, Burjua  inqilabı,  Vətəndaş 
müharib
əsi,  Böyük  Oktyabr  Sosialist  inqilabı,  Çar  Rusiyası 
ərazisində  qısa  müddətli olsa da, bəzi müstəqil dövlətlərin 
yaranması, onların süqutu və s. və i.) baxmayaraq, İ.Qaspiralının adı 
v
əfatından  sonra  da  bir  müddət qəzet və  jurnalların  səhifəsindən 
düşməmişdir. 
Sovet hakimiyy
əti illərində  İ.Qaspiralı  irsi  və  şəxsiyyətinə 
rejim v
ə kommunist ideologiyası qatı düşmən kəsilmişdir. Şovinist 
Katkov, missionerl
ər  Pobedonostnov,  Ostroumov,  İlminski, 
Maşanov,  çar  senzuraları,  türk-islam  əleyhdarı  olan  çox  sayda 
q
əzetlər, İsmayıl  bəyi  «kafir»  adlandıran  müsəlman din xadimləri, 
ona «x
əyalpərəst» - deyə hücum edən bəzi üzdəniraq ziyalılarımız 
diri, canlı İ.Qaspiralı üçün real, ciddi təhlükə olsa da, qarşısıalınmaz 
deyildil
ər.  Qaspiralı  onları  susdururdu. Daha qəddarı,  zalımı 
Qaspiralı  ruhundan,  ideyasından  təşvişə  düşən,  əndişələnən, elə 
buna gör
ə  də, onu tarixin səhifəsindən silməyi qərara alan sovet 
quruluşu  və  bolşevik  ideologiyası  idi.  Təsadüfi deyil ki, Sovet 
hakimiyy
əti hər vəchlə İ.Qaspiralını  pantürkist, panislamist  adı  ilə 
yaddaşlardan silməyə, unutdurmağa çalışırdı. 
 
Hicr
ət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti 
 
İsmayıl bəy mühacirətlə, mühacirlərlə bağlı «Tərcüman» da 
d
əfələrlə  məqalələrlə  çıxış  etmişdir.  O,  mühacirətin yaranması 
s
əbəblərini, müxtəlif dövlətlərin mühacirət probleminə  münasibə-
tini, ayrı-ayrı xalqların, mühacirlərin özünəməxsus xüsusiyyətlərini 
t
əhlil  etmiş,  müəyyən qənaətlərə  gəlmişdir.  Başlıca  nəticə  ondan 
ibar
ətdir  ki,  İ.Qaspiralı  mühacirətə  qarşı  olmuşdur, onun fikrincə


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə