Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə9/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

• Bütün türkl
ərin tərcümanı 

27
 ~ 
 
Molla P
ənah Vaqif, Seyid Əzim Şirvaninin əsərlərini həm dil, həm 
m
əzmun  baxımından  çox  təqdir etdiyini, «Tərcüman»da onlar 
bar
ədə  məmnuniyyətlə məqalələr verdiyini göstərir və  S.Ə.Şirvani 
il
ə  bağlı  İ.Qaspiralının  fikirlərindən sitatlar gətirir. Müəllif 
m
əqaləsində  göstərir  ki,  İ.Qaspiralı  Bakı  milyonçularının 
xeyriyy
əçilik fəaliyyətini yüksək qiymətləndirir,  Naxçıvanda, 
Şəkidə yeni üsullu məktəblərin açılmasından çox sevinirdi və bütün 
bunlarla bağlı öz qəzetində fikirlərini bölüşürdü. 
Qaspiralısevərlər  onun  şəninə,  əziz xatirəsinə  şeirlər həsr 
etmiş,  onu  «ulu  türk»,  «milləti dirildən atəş»  (Məmməd  Əmin 
Yurdaqul.  «İsmayıl  Qaspiralıya»),  «parlaq,  böyük  adam»  (Cəlal 
Sah
ir.  «İ.Qaspiralının  ruhuna»)  adlandırmış,  vəsf  etmişlər. 
M.B.M
əmmədzadənin «Azərbaycanın  ilk  istiqlal  şairi»  kimi 
d
əyərləndirdiyi Məhəmməd  Hadi  «Böyük  İsmayıl  bəyə»  adlı 
şeirində yazır: 
  
 
«Verdin h
əyat bizlərə, öldün özün sənin, 
  
Mill
ət göz açdı, gərçi yumuldu gözün sənin». 
 
Şəkidən Hüseyn Tahirzadə  «Tərcüman»ın  25  illiyi 
münasib
əti ilə  «İrşad»a  göndərdiyi  şeirində  (15  may  1908,  №  66) 
q
əzetin fəaliyyətini nəzmə çəkir və sonda diləyini dilə gətirir: 
  
 
            Eyl
əriz bu igidi-milli ilə hər an iftixar
  
Olmasın Ya-rəbb, zəvali-ehtişam  
(t
əntənənin məhv olması – T.A.). 
 
İ.Qaspiralının  vəfatı  Krımda  olduğu  qədər Volqaboyunda, 
Qafqazda, Tatarıstanda, Orta Asiyada, Türkiyədə milli matəm kimi 


• Abid  Tahirli
 

28
 ~ 
 
qarşılanmışdı.  Şimal  türklərinin (Kazan) ən nüfuzlu qəzeti 
«Vakit»d
ə  (12 sentyabr 1914) Fatih Kərimov  İ.Qaspiralını  böyük 
türk  dünyasının  ən  parlaq  ulduzu  adlandırır  və  bu ulduzun 
sönm
əsini bütün türklərin hiss edəcəyini,  onların  qəlblərini 
titr
ədəcəyini kədərlə qələmə alır və belə davam edir: «İsmayıl bəyin 
h
əyatı  Rusiya müsəlmanları  üçün  özbaşına  müstəqil bir dövr, 
özbaşına  müstəqil bir tarixdir. Bu dövrdə  Rusiya müsəlmanları 
yenid
ən dünyaya gəldilər. Bu dövrdə  dilli və  ədəbiyyatlı  oldular. 
Milli m
ətbuata, təməddün (mədəniləşmə  –  T.A.) və  insaniyyət 
fikrin
ə  də  girmələri bu dövrdədir.  Başqa  millətlər kimi oxuyub 
yazmağı,  fikir  yürüdüb  düşünə  bilməyi də  bu dövrdə  öyrəndilər. 
Üsuli-c
ədid, xeyriyyə  cəmiyyəti,  qadın-qızların  təhsili, tərbiyə, 
hüquq m
əsələləri… də  hamısı  bu  dövrdə  meydana  çıxmışdır. 
Xülas
ə, Rusiya müsəlmanları  arasında  yeni  üsullu  məktəb və 
m
ədəniyyət  yayılmasının  əvvəli  İ.Qaspiralı  ilə  başlayır  və  onlar 
arasında millət və camaat xidmətində olan nə qədər xadimlər varsa, 
onların  hər  biri  İsmayıl  bəyi bir cəhətdən özlərinin  ustadı,  onun 
şagirdi olmaqla iftixar etməkdədirlər».  
F.K
ərimov  İ.Qaspiralının  yalnız  cismən  aramızdan 
ayrıldığını,  ruhu,  fikri  və  məqsədlərinin  əbədiyyən  qalacağını, 
getdikc
ə  daha  çox  anlaşılacağını  və  inkişaf  edib  hər tərəfə 
yayılacağını,  milli  həyatımızın  ölməz  nişanı  kimi  ruhumuzu 
yaşadacağını,  ağır  günlərdə  bizə  təsəlli verəcəyini, məyus 
q
əlblərimizə ümid gətirəcəyini qeyd edir. 

əllif  İ.Qaspiralını  özündən sonra milyonlarla Rusiya 
müs
əlmanlarının yetişdirib ölən bir ustada, bəxtiyar ataya bənzədir 
v
ə  yazır  ki,  bu  bəxtiyarlığın  fövqündə  duran bəxtiyarlıq  təsəvvür 
etm
ək ağıla sığmır. «Şiddətli bir okean cərəyanını başqa bir tərəfə 
axıtmaq  nə  qədər  müşkül  bir  iş  isə, qəflət dəryasına  batmış  bir 


• Bütün türkl
ərin tərcümanı 

29
 ~ 
 
mill
ətin fikrini ikinci bir tərəfə  çevirib  işlətmək    daha  müşkül  bir 
işdir.  İsmayıl  bəy mərhum belə  bir  işi  işlədi»  -  yazan F.Kərimov 
İ.Qaspiralının tarixi xidmətlərini yüksək qiymətləndirir. 
S.İbrahimovun  «İqbal»  qəzetində  dərc  olunmuş  «Böyük  və 
tarixi milli mat
əm» (1 fevral 1914-cü  il,  №  200)  adlı  məqaləsi 
İ.Qaspiralı  şəxsiyyətinin və  irsinin  yaşadığı  dövrdə, mühitdə  təsir 
gücünün d
əyərləndirilməsi  baxımından  diqqətçəkəndir. Müəllif 
«İsmayıl  bəy kimdir?» -  sualına  cavabı  artıq  ona  pərəstiş  edən 
milyonlarca  insanın  qəlbi və  vicdanının  verdiyini  bildirir. 
S.İbrahimov yazır: «İsmayıl bəy hər şeydir, hər kəsdir, hamımızdır, 
bütün mill
ətdir. Bugünkü dilimiz, yazımız, qəlbimiz, yazanlarımız, 
oxuyanlarımız,  mətbuat və  ədəbiyyatımız,  məktəb və 
m
ədrəsələrimiz, şagird və tələbələrimiz, sözün qısası, İsmayıl bəyin 
vicdan v
ə dühasının əməyinin bəhrəsidir». İsmayıl bəy türk irqinə 
m
ənsub  olduğu  üçün  təbii olaraq türk millətpərvərliyini irəli 
sürmüş,  türklərə  «bir dil, bir fikir və  bir  iş»  gərəkliyi qayəsini 
anlatmış  və  özü də  bu məramın  müdafiəsində  qaya kimi səbat və 
m
ətanətlə  duraraq bəyan  etmişdir:  milli  vicdan,  dünyəvi iman 
budur! 

əllif əmindir ki, millətin şəxsiyyəti və milli siması inkişaf 
etdikc
ə, nəinki Rusiya müsəlmanlarının,  bəlkə  ümumi 
müs
əlmanların  ən  böyük  dünyası,  ən  böyük  kainatı  İ.Qaspiralı 
əzəməti və ülviyyəti də eynən yüksələrək təcəlli edəcəkdir (təzahür, 
zühur ed
əcəkdir – parlayacaqdır – T.A.). 
Rusiyadakı  türkdilli  xalqların  «Yıldız»,  «El»,  «Ağ  yol», 
«Şura», «Koyaş», «Kazak», eləcə də «Türk yurdu» (İstanbul) və s. 
kimi q
əzet, jurnallar matəm günlərində İ.Qaspiralının xatirəsinə çox 
sayda m
əqalələr dərc  etmiş,  bu  fövqəladə  zəka, iradə, cəsarət, 
hün
ər, mədəniyyət sahibinin vəfatını  bütün  müsəlmanlara böyük, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə