Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə5/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   2   3   4   5   6   7   8   9   ...   93

• Bütün türkl
ərin tərcümanı 

15
 ~ 
 
insan», «ali v
ə  nəcib qəlb  sahibi»,  «böyük  İsmayıl  bəy», «bir 
mürşid, bir ustad» kimi  ona layiq  sözlərdən istifadə  edərək böyük 
ideoloqa öz m
əhəbbətlərini izhar etmişlər. 
İdeoloq,  naşir,  redaktor,  mühərrir,  islahatçı,  yazıçı-publisist 
İ.Qaspiralının  mövcudluğu,  fəaliyyəti onun məslək,  əqidə 
düşmənlərinin yuxusunu daim ərşə çəkmişdir. İsmayıl bəyin amalını 
anlayan qara qüvv
ələr ona açıq-aşkar nifrət edir, düşmən münasibət 
b
əsləyir,  onu  «pantürkist»,  «panislamist»  damğaları  ilə  gözdən, 
nüfuzdan  salmağa  çalışır,  fəaliyyətindən  əndişələndiklərini 
gizl
ətmirdilər.  İ.Qaspiralı  ideyalarını,  ideallarını  anlayıb  tənqid 
ed
ənlər, hətta  onun  ünvanına  hədyan söyləyənlər də  olmuşdur. 
Smirnovlar, Çerevanskil
ər, Ostroumovlar, İlminskilər İ.Qaspiralının 
əqidə, məslək  düşməni idilər, lakin onu əlifba və  ya məktəb 
islahatına görə tənqid edən ziyalıların bəlkə də xeyirxah niyyətləri, 
bu probleml
ərlə  bağlı  öz  mövqeyi,  öz  fikri  vardı.  Qədimçilər, 
köhn
əpərəstlər cədidçilərlə  -  İ.Qaspiralının  məktəb  islahatı  ilə  heç 
cür
ə  razılaşmır,  mürtəce, mühafizəkar fikirlərdən  əl çəkmirdilər. 
Yaxud, böyük tatar şairi Abdulla Tukaya elə gəlirdi ki, İ.Qaspiralı 
çar hökum
ətinə  münasibətdə  lazım  olduğundan  daha  çox  ehtiyatlı 
davranır  və  bir qədər zəiflik göstərir.  Bir  çox  ziyalı  isə  İsmayıl 
b
əyin «ortaq dil» layihəsini qəbul etmir, ona qarşı çıxırdılar. İsmayıl 
b
əy hər kəslə  öz dilində  danışmağı  bacarırdı.  O,  özünün  əqidə, 
m
əslək  düşmənlərinə  güclü, məntiqli və  əsaslı  cavablarla  sarsıdıcı 
z
ərbələr  vurur,  onların  murdar  niyyətlərini  ifşa  edirdisə, onun 
niyy
ətlərini dərk edə bilməyənlərə, məramını anlamayanlara izahat 
verir, fikrini bir daha t
əkrarlayır, tövsiyə və məsləhətlərini verirdi. 
Bu baxımdan onun sevə-sevə oxuduğu, izlədiyi və böyük məhəbbət 
b
əslədiyi «Həyat», «Tərəqqi» qəzetlərinə müraciəti, açıq məktubları 
çox ibr
ətamizdir. 


• Abid  Tahirli
 

16
 ~ 
 
İ.Qaspiralı  yuxarıda  adını  çəkdiyimiz qəzetlərdən sitatlar 
g
ətirməklə  «ortaq dilə» etiraz edən müəlliflərin mövqeyinə 
t
əmkinlə, dəlillərə  istinad edərək cavab verir, öz mülahizələrini 
əsaslandırmağa  çalışır.  Buradakı  üslub,  problemə  yanaşma  tərzi 
elmidir v
ə  təqdirəlayiqdir. Bütün hallarda –  istər  düşmənlə 
mübariz
ədə, istər dostla fikir mübadiləsində, mübahisədə İ.Qaspiralı 
öz ide
yaları naminə fəaliyyəti ilə bir mücahid təsiri bağışlayır. 
 
İdealist, ideoloq, islahatçı 
 
Çar hakimiyy
əti dövründə İ.Qaspiralıya müxtəlif məmurlar, 
q
əzetlər, missionerlər,  eyni  zamanda  qarağuruhçular,  nadanlar, 
c
əhalətpərəstlər ara-sıra  hücumlar  etmiş,  ideyalarına  qarşı  çıx-
mışlarsa da, onu müdafiə edənlər, onun fikirlərini yayanlar da çox 
olmuşdur.  Təsadüfi  deyil  ki,  İ.Qaspiralı  dühası,  onun  ideyalarının, 
əməllərinin  əzəməti, irsinin qüdrəti müasirləri, məsləkdaşları 
t
ərəfindən hələ o sağ ikən kifayət qədər yüksək dəyərləndirilmişdir. 
Sovet hakimiyy
ətinin ilk illərində  də  İ.Qaspiralı  irsi  yüksək 
qiym
ətləndirilir, xatirəsi  əziz  tutulurdu.  İstedadlı  alim,  filologiya 
elml
əri doktoru Asif Rüstəmli bu barədə  danışanda    qeyd  etdi  ki, 
t
əkcə  bu  faktı  xatırlatmaq  kifayətdir  ki,  türkoloqların  Bakıdakı  I 
qurultayı İ.Qaspiralının şərəfinə keçirilmişdir. 
Lakin Sovet hakimiyy
ətinin  sonrakı  illərində    -  1937-ci il 
repressiya dövründ
ən  başlayaraq  İ.Qaspiralının  tarixdən silinməsi, 
adının birdəfəlik unutdurulması üçün cəhdlər edilmiş, məzarı təhqir 
olunmuş, qəbri dağıdılmışdır. Yalnız Sovet imperiyası, kommunist 
ideologiyası  iflas  etdikdən  sonra  İ.Qaspiralı  irsi  və  şəxsiyyəti 
yenid
ən  aktuallaşmışdır.  Qeyd  etdiyimiz  kimi,  onunla  bir  dövrdə 
yaşayan tərəqqipərvər ziyalılar İ.Qaspiralının xidmətlərini layiqincə 


• Bütün türkl
ərin tərcümanı 

17
 ~ 
 
qiym
ətləndirmişdilər.  İ.Qaspiralının  «böyük  ustadımız»  -  deyə 
müraci
ət  etdiyi  Əhməd Midhəd  əfəndi  İ.Qaspiralını  nüfuzlu  bir 
m
əclisə  «böyük  İsmayıl  bəy  Qaspiralı» kimi təqdim  etmişdi. 
Dövrünün q
əzetləri İsmayıl bəyin fəaliyyətini təqdir edən çox sayda 
m
əqalələr dərc etmişlər. 
Əhməd bəy Ağayev, Əli Mərdan bəy Topçubaşov, Əli bəy 
Hüseynzad
ə, Nəriman Nərimanov, Coltan Məcid Qənizadə, Əhməd 
Cavad,  Əliabbas  Müznib,  Məmməd  Əmin  Rəsulzadə, Ceyhun 
Hacıbəyli, Firudin bəy Köçərli, Ömər Faiq Nemanzadə, Cəlil 
M
əmmədquluzadə, Məhəmməd  Hadi,  Haşım  bəy Vəzirov, Xəlil 
Xasm
əmmədov, Nəsib bəy Yusifbəyli, Şəfiqə xanım Əfəndizadə… 
kimi  adı  Azərbaycan tarixinə  düşmüş  xadimlər  İ.Qaspiralının 
f
əaliyyətini  yaxından  izləmiş,  onunla  əməkdaşlıq  etmiş,  onun 
ideyalarını  dəstəkləmiş,  yaymış  və  İ.Qaspiralı  ilə  bağlı  yüksək 
fikirl
ər söyləmişlər.  
Böyük idealist v
ə ideoloq İ.Qaspiralının vəfatı (24 sentyabr 
1914-cü il) x
əbəri bütün türk-islam  dünyasını  kədərə, qəm 
d
əryasına  qərq  etmiş,  sarsıtmışdı.  Məscidlərdə  mərhumun  adına 
Quran  oxudulur,  ehsanlar  verilir,  başda  «Tərcüman» olmaqla, 
Rusiyada n
əşr  olunan  bütün  türk  qəzetləri  başsağlığı  dərc edir, 
böyük xalq xadimin
ə  həsr  olunmuş  yazılar  verirdi.  Bakıda  çıxan 
q
əzetlərin demək  olar  ki,  hamısı  İ.Qaspiralıdan  yazır, böyük 
mücahidin d
əfn mərasimi ilə  bağlı  Baxçasaraydan  daxil  olan 
m
əlumatları dərc edirdi. 
«İqbal» bir nömrəsində (müəllif Hacı İbrahim Qasımov. 15 
sentyabr  1914,  №  738)  İ.Qaspiralıya  «Sizə  «həkim»  -  deyə  xitab 
edir
əm, ey dahi!» -  deyərək  yazırdı:  «Bizim  bir çox həkim, 
t
əbiblərimiz var, onlar ayrı-ayrı adamların bədənini müalicə edirlər. 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə