Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

• Abid  Tahirli
 

36
 ~ 
 
kimi müraci
ət də  daim gündəlikdə  olmalıdır.  Dövrümüzdə  diri, 
canlı,  aktual  olan  İ.Qaspiralı  ideyaları,  xüsusi  ilə  «Dildə, fikirdə, 
işdə  birlik» düsturu həyata keçdikdən sonra da ölməyəcək,  əksinə 
bir daha parçalanmamaq, p
ərən-pərən,  dağınıq  düşməmək üçün 
əbədi yaşamaq gücü, qüvvəsi kəsb edəcəkdir! 

əllif haqqında bəhs etdiyimiz kitabını «İlk söz» və «Son 
söz» d
ə  daxil olmaqla 12 hissəyə  bölmüşdür:  Tərcümeyi  halı, 
Xüsusi h
əyatı,  Əsas  fikirləri, Dil birliyi, Məfkuəçiliyi, Səciyyə 
(xarakter – T.A.) gücü, Taktik qabiliyy
əti, Qədirbilənliyi, İşləri, Dil 
birliyi v
ə  nəticələri, Türkiyədə  dildə  sadəlik cərəyanı,  Bolşeviklər 
dövründ
ə  dil məsələsi, ilk məktəb və  mədrəsələri,  İslah  məsələsi, 
Hindistan s
əyahəti və  islamçılığı,  Misirdə  islam konqresi, 
Türkçülüyün  İsmayıl  bəyi, Xəstəlikləri, vəsiyyətləri və  ölümü, 
İsmayıl  bəyin  yazılarından  bəzi  parçalar,  İsmayıl  bəy  haqqında 
yazılanlardan  bəziləri, Vəfatından  sonra  haqqında  yazılanlar, 
«T
ərcüman»ın  50  illiyi.  Göründüyü  kimi,  C.Seydəhməd 
mühacir
ətdə – məhdud mənbələrlə olsa da, böyük ideoloqun həyat, 
f
əaliyyətinin bütün aspektlərdən  işıqlandırılmasına,  təhlilinə  və 
d
əyərləndirilməsinə səy göstərmişdir. 
Sev
ə-sevə, dönə-dönə  «türklüyün böyük və  bəxtiyar  atası» 
adlandırdığı İ.Qaspiralının fəaliyyətinin hələ ilk dövrlərindən dərin 
z
əkası,  fədakarlığı  ilə  Avropa və  Rusiyada diqqət çəkdiyini 
vurğulayan  C.Seydəhməd  Şərqşünas  Vamberinin  1885-ci ildə 
Leypsiqd
ə  «Türk  xalqı»,  1906-cı  ildə  Berlində  «Qərb 
m
ədəniyyətinin Şərqə təsiri» adı ilə nəşr etdiyi əsərlərdən, eləcə də 
«Revue  du monde musulman» q
əzetində  dərc  olunmuş  məqalə-
l
ərdən sitatlar gətirərək fikrini əsaslandırır.  Maraqlı  və  diqqət-
ç
əkəndir ki, Cəfər Seydəhməd  böyük  xalq  xadimi  İ.Qaspiralının 
xidm
ətlərindən bəhs edərkən  daha  çox  onun  haqqında  yazılan 


• Bütün türkl
ərin tərcümanı 

37
 ~ 
 
fikirl
ərə  istinad edir, bəzən isə  sitatlarla kifayətlənmir,  materialı 
olduğu kimi təqdim etməyə üstünlük verir. Mahmud Fuad Tokların 
«El» q
əzetində  dərc  olunmuş  və  «Tərcüman»da  verilmiş  məqaləsi 
bu q
əbildəndir. Müəllif  İ.Qaspiralının  xidmətlərinin böyüklüyünü 
diqq
ətə  çatdırmaq  üçün  maraqlı  forma  seçmişdir.  O,  cəmiyyətin 
müxt
əlif təbəqələrinə mənsub şəxslərə müraciət edir və onları sanki 
İ.Qaspiralı ideyaları, irsi və ruhu qarşısında hesabat verməyə dəvət 
edir: Ey tatar müh
ərriri, ədibi, şairi, qələmini saxla! Bir gün olsa da, 
yazma,  düşün,  həm də  fikirlərinin dərininə  dal! Sənin  ustadın, 
yolbaşçın  kimdir?  O  ustadın  fikir  və  məsləyini davam etdirmək 
s
ənin borcun deyilmi?! Nə  etməlisən,  yanılmamısan,  yolunu 
azmamısan? Ey xalq xadimi!  Sən fikirləş,  düşün!  İndi  Qaspiralı  – 
hamının qəbul  etdiyi  ustad  aranızda  yoxdur.  Lakin  qoca  babanın 
sözl
ərini, işlərini, onun məsləhətlərini sıx-sıx xatırlayın, onun ruhu, 
onun xatir
əsi sizləri birləşdirsin,  doğru  yola  götürsün!  Ey  tatar 

əllimi!  Unutma,  Qaspiralı  öldüsə  də, məktəbi  qaldı. 
Oxuduğunun,  oxutduğunun,  bildiyinin,  bildirdiyinin  hamısı  o 
möht
ərəm pirin səmərəsidir.  Unutma,  şagirdlərin də  onu 
unutmasınlar! Ey tatar balası, əllərini qaldır və dua et! Bax, babanın 
ruhu s
əninlədir, təhsil  aldığın  üçün  sevinclə, iftixarla sənə  baxır. 
S
əndən sonra oxuyan digər  tatar  balalarını  da  onun  ruhu  şadlıqla 
salamlayır.  Siz  belə  davam edin, oxuyun. Siz görməsəniz də, 
babanız sizi görür, dinləyir. Siz kitabın hər səhifəsini vərəqlədikcə
o f
ərəhlənir, gülür… 
Ey m
ərhum baba, məsum ruh! Uç, seyr et, bütün Tatarıstanı 
dolaş!  Xeyriyyə  cəmiyyətlərinə, kitabxanalara, qəzet redaksi-
yalarına, məktəb, məscid, mədrəsələrə, xatun-qız arasına, idarələrə, 
fabrikl
ərə, ticarətxanalara… hər yer sənin  üçün  açıqdır.  Tatar  var 
olduqca, s
əni hər yerdə anacaqlar, sənə dua edəcəklər…». 


• Abid  Tahirli
 

38
 ~ 
 

əllifin orijinal tərzdə təqdim etdiyi məqalə İ.Qaspiralı irsi 
v
ə ideyalarının əbədiyaşarlığına parlaq nümunədir. C.Seydəhmədin 
mühacir
ətdə qələmə aldığı «Qaspiralı İsmayıl bəy» əsəri İ.Qaspiralı 
ideyalarının yeni üfüqlərini, o vaxta kimi hələ heç kimin görmədiyi, 
üz
ə  çıxarmadığı  yeni  qatlarını  aşkarladı.  İ.Qaspiralı  Rusiya 
müs
əlmanlarının  təhsilini, tərəqqisini, birliyini mövcud rejim və 
s
ərhədlər daxilində həyata keçirməyə məcbur idi və o bu ideyaları 
t
ədriclə, addım-addım reallaşdırırdı. Lakin bu ideyalar nəticə etibarı 
il
ə milli şüurun oyanmasına, milli özünüdərkin təsdiqinə, nəhayət, 
istiqlal  ideallarına  aparırdı.  Başqa  yol  yox  idi!  Krımın  azadlığı 
uğrunda  mücadilə  aparan C.Seydəhməd üçün də  İ.Qaspiralı 
ideyaları məhz buna görə daha doğma və müqəddəs idi! 
 
İ.Qaspiralı məsləkdaş və tədqiqatçılarının gözü ilə 
 
Bu mövzu geniş, maraqlı, həm də aktualdır. Fəaliyyətinin ilk 
dövrl
ərindən təkcə missionerlərin, məmurların, mollaların yox, həm 
d
ə  türkoloqların,  şərqşünasların,  müxtəlif təmayüllü qəzet, 
jurnalların  diqqət mərkəzinə  düşən  İ.Qaspiralının  irsi  və  ideyaları 
yeniliyi, t
əsir gücü, qeyri-adiliyi, əhatə dairəsi ilə cazibədar idi. 
İ.Qaspiralı  irsinin  tədqiqi, probleminə  sistemli və  bir neçə 
aspektd
ən  yanaşılması  vacibdir.  Bədii  əsərlərinin, publisistikasının 
öyr
ənilməsi, «Tərcüman»ın,  digər dövri nəşrlərin  araşdırılması, 
yaxud ortaq dil, m
əktəb  islahatı  xeyriyyə  cəmiyyətləri ilə  bağlı 
m
əsələlərin tədqiqi sahəsində  xüsusi ilə  İ.Qaspiralının  150  illik 
yubileyi 
ərəfəsində mühüm işlər görülmüşdür. İ.Qaspiralı haqqında 
yazılan tədqiqat xarakterli məqalələrdən yuxarıda yeri gəldikcə qısa 
da olsa, b
əhs  etmişdik.  İ.Qaspiralı  irsinə,  şəxsiyyətinə  ehtiramla 
yanaşan hər kəsə böyük sevgimizi izhar etməklə müxtəlif dövrlərdə 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə