Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə34/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

• Abid  Tahirli
 

106
 ~ 
 
m
ənimsənilməsi  üçün  qarşıda  çox  ciddi  vəzifələrin  olduğunu,  ilk 
növb
ədə  isə  məktəb probleminin həllinin,  müəyyən  islahatların 
aparılmasının  vacibliyini  qeyd  edir.  Onun  fikrincə, Kazan, Ufa, 
Orenburq, H
əştərxan,  Daşkənd,  Bakı,  Nuxa  və  Baxçasaray kimi 
müs
əlman mərkəzlərindəki doqquz-on mədrəsədə kiçik dəyişikliklər 
aparılması  lazımdır.  Bu  zaman  mədrəsələrin proqramlarına  elmi 
t
əhsil verən predmetlərin, o cümlədən  coğrafiya,  tarix,  riyaziyyat, 
hüquq v
ə s. fənlərin əlavə olunmasının zəruriliyini qeyd edən təhsil 
islahatçısı,  dərslərin tatar dilində  keçirilməsinin vacibliyini də 
xüsusi  vurğulayırdı.  Müəllimlərin seçilməsi,  onların  ehtiyaclarının 
öd
ənilməsi problemlərinin həlli üçün də  İ.Qaspiralı  mütərəqqi 
t
əkliflər irəli sürürdü. Təhsildə  yerli dilin tədrisini çox vacib amil 
hesab ed
ən  İ.Qaspiralı  öz  fikrini  əsaslandırmaq  üçün  «zəruri 
bilgil
əri və hökumət qərarlarını tatar dilində xəbər verən» Tiflisdə 
n
əşr olunan «Ziyayi Qafqaziyyə»ni misal çəkir və qeyd edir ki, bu 
n
əşrin  yerli  xalqa  böyük  yararı  olmaqdadır.  «Hər  hansı  söylənti 
yayıldığı  təqdirdə  bu qəzet onun təkzibi üçün ən  yaxşı  vasitə 
olacaqdır»  -  yazan müəllif qəzetin  faydasının  açıq-aşkar 
göründüyünün v
ə  bu barədə  artıq  danışmağa  ehtiyac  olmadığını 
bildirir. 
İ.Qaspiralıya  görə, müsəlmanların  ruslarla  yaxınlaşmasına 
mane
ə olan səbəblər – məlumatsızlıq, bundan yaranan güvənsizlik, 
müs
əlmanlar  arasında  elmin,  biliyin  yalnız  rus  dilində  aparılması 
siyas
əti, mədrəsələrdə elmi fənlərin tədris edilməməsi, türk dilində 
q
əzetin  olmaması,  məhkəmələrdə  tərcüməçilərin  yoxluğu  aradan 
qaldırılarsa,  faydalı  olardı  və  bütün bunlar nə  rus dilinə, nə  də 
Rusiya dövl
ətinin mənafeyinə zərər verməz. 
İ.Qaspiralı  bütün  bunlardan  sonra  təhsilli türk gənclərinə 
s
əslənir:  «Qardaşlar,  xalqın  bilgi  və  mədəni səviyyəsinin 


• Bütün türkl
ərin tərcümanı 

107
 ~ 
 
yüks
əldilməsi  işi  ilə  ciddi məşğul  olun…  Öz  başını  öyrənmək bir 
l
əyaqətdir, amma bilməyənə öyrətmək daha böyük ləyaqətdir, yaxşı, 
xeyirli, müq
əddəs bir işdir. Dinimiz insanlara üç şəkildə xeyir verilə 
bil
əcəyini göstərir: əməklə, sözlə, sədəqə ilə. Bunların hər biri üçün 
Allah yanında keçərlidir, savabdır. Fəqir öz yaxınına çalışması ilə, 
alim öyr
ətməsi ilə, zəngin sədəqə  verməsi ilə  yardım  edə  bilər. 
Öyr
ənmişsinizsə, elmin və yaxşılığın qaydalarını əldə etmişsinizsə, 
onları özünüzdə saxlamayın, yaxınlarınıza, soydaşlarınıza verməyə 
çalışın,  …kitabları  tatar  dilinə  çevirin,  fağır,  cahil  tatarlar  üçün 
yazın,  məktəblər  açmağa,  məktəbləri  yaxşılaşdırmağa,  sənət və 
s
ənətkarlığı  yaymağa  çalışın».  Beləliklə,  əsərlə  bağlı  fikirlərimizi 
yekunlaşdırsaq, İ.Qaspiralının 1886-cı ildə qələmə aldığı «Rus-Şərq 
anlaşması»  adlı  məqaləsində  yazdığı  kimi,  «  Rusiya  sərhədləri 

ərisində  yaşayan  müsəlmanların  maariflənməsi və  ruslarla daha 
yaxın  əlaqələrin  qurulması  üçün  müəllif gərəkli tədbirlərdən söz 
etmişdir  və  fikrimizcə, istəyinə  tam  nail  olmuş,  tarixin  həmin 
m
ərhələsində bir maarifçi-islahatçı-publisistin yerinə yetirə biləcəyi 
ən böyük vəzifənin öhdəsindən layiqincə gəlmişdir. 
 
Rus-
Şərq anlaşması 
 
Xeyli müdd
ət – 1871-1875-ci illər arasında özünün təbiri ilə 
des
ək, «Qərb və  Şərqdə  yaşamış  birisi»  kimi  şəxsi gözləm və 
intibaları»  (şəxsi  müşahidə  və  təəssüratları  –  T.A.) nəticəsində 
Rusiyanın xarici siyasəti, xüsusi ilə Şərq ölkələri ilə münasibəti və 
bu kontekstd
ə  Rusiya müsəlmanlarının  vəziyyəti ilə  bağlı 
formalaşmış fikirləri İ.Qaspiralı «Rus-Şərq anlaşması» adlı əsərində 
işıqlandırmışdır. Məqalə 1896-cı ildə «Tərcüman»ın rus variantının 
20-ci nömr
əsində  dərc  edilmişdir.  Əsər dövlətlərarası  münasi-


• Abid  Tahirli
 

108
 ~ 
 
b
ətlərə,  Rusiyanın  tarixinə  və  həmin dövrdə  həmsərhəd  olduğu 
ölk
ələrlə  əlaqələrinə  və  ilişgilərin mövcud durumu və  perspek-
tivl
ərinə həsr edilsə də, yazını bütünlüklə rus-türk münasibətlərinin 
s
əmimi, etibarlı, güvənli təməllər üzərində qurulması naminə edilən 
t
əşəbbüs kimi də qəbul etmək olar. Bəziləri müəllifin mövcud şərait 
üçün 
ən məqbul  sayıla  biləcək  bu  addımına  müxtəlif don 
geyindirm
əyə  cəhd göstərsələr də, həmin tarixdə  cərəyan edən 
ictimai-siyasi prosesl
ər, xüsusi ilə taleyinin çətin dövrünü yaşayan, 
ətalət, cəhalət içində  boğulan  türkdilli  xalqların  mənafeyi 
baxımından bəlkə də İ.Qaspiralının təklifləri yeganə xilas yolu kimi 
d
əyərləndirilməyə layiqdir. 
Bu  yazıda,  bundan  əvvəlki  əsərlərində,  elə  sonralar da 
İ.Qaspiralının  bu  istiqamətdəki səy və  təşəbbüslərinə  qiymət 
ver
ərkən məhdud, dar çərçivədən, yaxud hay-küyçü,  yalançı 
mill
ətpərvərlik hisslərindən  yox,  tarixi  şəraiti,  durumu,  reallıqları 
n
əzərə  alaraq  yanaşmalıyıq.  XIX  əsrin  ortalarında  isə  Rusiyadakı 
mövcud m
ənzərə  bəlli idi: bir tərəfdə  əsgəri,  silahı  ilə  dünyaya 
meydan sulayan –  imperiya  – 
«Avropanın  jandarması»,  digər 
t
ərəfdən həmin imperiyanın sərhədləri içində – tarixi torpaqlarında 
mövhumatın,  nadanlığın,  cəhalətin içində  çapalayan  fağır,  kasıb 
müs
əlmanlar. Belə  düşüncə  və  həyat tərzinə  mənsub toplumun 
h
əmin vəziyyətdən çıxarılmasının yeganə yolu onun maariflənməsi, 
elm, t
əhsil, tərəqqi ilə  gözünün  açılması  ola  bilərdi. Bu isə 
İ.Qaspiralının  da  yazdığı  kimi,  müsəlmanların  Rusiyada  özlərini 
yabançı hiss etməməsi, rus insanı ilə təmas qurması, yaxınlaşması, 
eyni zamanda m
əktəb islahatı aparılması, xalqın maariflənməsi yolu 
il
ə reallaşa bilərdi. 
Əvvəlki yazılarında olduğu kimi, bu yazıda da İ.Qaspiralının 
m
əqsədi «hələ də sayı az olan təhsilli Rusiya müsəlmanlarının, mü-


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə