Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə36/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

• Abid  Tahirli
 

112
 ~ 
 
bağlı  müddəalarının  qəbuledilməzliyini  vurğulayır.  İ.Qaspiralı 
əsərin sonunda yeni icadların, kəşflərin, elmin faydasını, xidmətini 
inkar etm
ədiyini,  eyni  zamanda  islamın  da  ciddi  islahatlara  və  bu 
yolla ir
əliləməyə ehtiyacı olduğunu yazır. 
 
 
Sosializm v
ə ya şəriklik məzhəbi 
 
Bütün yaradıcılığı boyu İ.Qaspiralının əsərlərində insanlığın 
sahib  olduğu  mənəvi-ideoloji-dini dəyərlərə  münasibət  qabarıq 
şəkildə  özünü göstərir. Bundan əvvəl bəhs etdiyimiz «Avropa 
m
ədəniyyəti»  adlı  yazısında  əsasən  Avropa  (xristianlıq) 
m
ədəniyyəti ilə  bağlı  mülahizələri ilə  paralel olaraq sosialist 
ideyalarına da toxunan müəllif bu cərəyanın naqis cəhətlərindən az 
da olsa, b
əhs  etmişdir.  «Sosializm  və  ya  şəriklik məzhəbi»  adlı 
yazısında («Tərcüman» qəzeti, 1906-cı il, 30 yanvar, № 5;  9 iyun, 
№ 62; 14 iyun, № 64; 16 iyun, № 65; 19 iyun, № 66; 21 iyun, № 
67; 23 iyun, № 68; 26 iyun, № 69; 28 iyun, № 70; 3 iyul, № 72; 7 
iyul,  №  74;  10  iyul,  №  75;  12  iyul,  №  76)  adlı  irihəcmli 
m
əqaləsində də İ.Qaspiralı əvvəlki əsərində olan sosialist ideyaları 
il
ə  bağlı  irəli sürdüyü fikirlərini bir qədər də  dərinləşdirmiş 
(«Avropa m
ədəniyyəti»  adlı  yazısındakı  bəzi  parçaları  da  olduğu 
kimi verm
əklə) təhlil, tənqid, bir qədər də dəqiq ifadə etsək, təftiş 
etmişdir.  İ.Qaspiralını  narahat  edən «islam gəncləri»  arasında  bu 
axına qoşulanların sayının tədricən artmasıdır. Müəllif qeyd edir ki, 
sosialist ideyaları ilk baxışda cazibəlidir, çəkicidir, «çox xoş görülür 
şeylərdir: müsavat, ədalət, mərhəmət, haqq-ədalət və  s.». «Bu 
şeyləri hər kəs sevər. Bunlara hər kəs meyl edər»  -  deyə  yazan 
publisist islamın da təlqin, təbliğ etdiyi bu keyfiyyətlərlə sosializm 


• Bütün türkl
ərin tərcümanı 

113
 ~ 
 
ideologiyası arasında mahiyyətcə kəskin fərqlər olduğunu qeyd edir. 
Xüsusi il
ə  mülkiyyət, irsiyyət, ailə, sərmayə  hüquqları  ilə  bağlı 
m
əsələlərdə  sosialist  ideyaları  qəbuledilməzdir və  qeyri-insanidir. 
İ.Qaspiralı  sosializm  ideyasının  meydana  gəlmə  səbəblərinə  də 
toxunur, Q
ərb mədəniyyətinin,  iqtisadiyyatının,  sənayenin, fəhlə-
kapitalist münasib
ətlərinin bu cür ideyanın yaranması üçün münbit 
mühit  formalaşdırdığına  diqqəti çəkir. O, Avropa məişətində  və 
iqtisadiyyatında  baş  verən proseslərə  işarə  vuraraq  yazır:  «Bu 
çürüklükd
ən və  Avropa mədəniyyətinin  nöqsanlarından  sosializm 
ideyaları  təvəllüd  etmişdir».  Sosialist  ideologiyasının  əmələgəlmə 
s
əbəblərini, mahiyyətini, prinsip və  müddəalarını  açıqlayan 
İ.Qaspiralı  ondan  xilas  olmağın  yollarını  da  göstərir. Dünyəvi 
m
əktəblər, universitetlər açmaq,  cəhalətə, geriliyə  son qoymaq, 
islami d
əyərlərlə  Avropanın  üstün  keyfiyyətlərinin  –  elmin, 
t
ərəqqinin nailiyyətlərini birləşdirmək.  Böyük  maarifçi  yazır: 
«Ümum mill
ətimiz  hazırda  fağır  haldadır.  Həm də  bu  fağırlıq, 
çar
əsizlik, zavallılıq yalnız malda, sərmayədə deyil, elmdə, bilikdə, 
f
əndə, sənaye və hünərdə daha ziyadə ortaya çıxmaqdadır». İslamda 
maddi v
ə  mənəvi bərabərliyin bərqərar  olması  üçün  dolaşmaq, 
savaşmaq  yox,  haqq-ədalət  yolunu  tutmaq  lazımdır  –  qənaətinə 
g
ələn  İ.Qaspiralı  hər kəsi  bu  yolların  açılmasına  xidmət etməyə 
çağırır. 
 
Rusiyanın islam siyasəti 
 
Bir çox 
əsərində  Rus hakimiyyətinin müsəlmanlarla 
(türkl
ərlə), islam dini ilə  bağlı  siyasətini təhlil edən, bəzi hallarda 
k
əskin tənqid edən İ.Qaspiralı «Rusiyanın islam siyasəti» əsərində 
d
ə  bu  mövzuya  toxunmuşdur.  «Tərcüman»ın  1910-cu il 5 noyabr 


• Abid  Tahirli
 

114
 ~ 
 
tarixli 45, 12 noyabr tarixli 46, 19 noyabr tarixli 47, 26 noyabr 
tarixli 48, 26 dekabr tarixli 52, el
əcə də, 1911-ci il 14 yanvar tarixli 
3-cü nömr
ələrində  dərc  olunmuş  irihəcmli məqalə  Le  Şatetyenin 
Parisd
ə nəşr olunmuş «Müsəlman siyasəti» adlı kitabından gətirilən 
sitatla  başlayır.  Fransız müəllifin fikrincə, ölkəsinin islam  dünyası 
il
ə  dostluq siyasəti  Fransanın  mənafeyi,  inkişafı  baxımından  həm 
iqtisadi, h
əm də siyasi cəhətdən çox vacibdir. Diqqəti müəllifin bu 
mövqeyin
ə çəkən İ.Qaspiralı yazır: «Fransa ilə Afrika müsəlmanları 
arasında qoca Ağdəniz var. Digər islam ölkələri ilə Fransa arasında 
daha böyük d
ənizlər, qitələr və  başqa  millətlər mövcuddur. Bu 
şəraitdə  belə,  fransızlar  müsəlmanlara  qarşı  yeritdikləri 
politikalarının  əsaslı  olub  olmadığını  lazım  gördükləri halda, 
Asiyada  Altın  dağlarından,  Avropanın  Qaradəniz sahillərinədək 
müs
əlman millətləri və  dövlətləri ilə  həmhüdud və  hüdudu 

ərisində  20 milyon islam əhalisinə  malik Rusiya özünün 
müs
əlman siyasətini zənn edirəm ki,  daha ziyadə  araşdırmağa, 
t
əftiş  etməyə  borcludur». Bir çox mətbu orqanlarda müzakirə 
predmetin
ə çevrilmiş «bəs əslində Rusiyanın müsəlman, yəni Şərq 
siyas
əti necə  qurulmuşdur?»  -  sualını  cavablandırmadan  öncə 
İ.Qaspiralı  bu  siyasətin Rusiya üçün həlledici,  taleyüklü  olduğunu 
ön
ə  çəkir, göstərir  ki,  Rusiya  böyükdür,  iqtidardır,  lakin  bununla 
b
ərabər  müsəlmanların  nəzər və baxışlarına qulaq assa, bir zərəri 
yox, 
əksinə faydası olar. İ.Qaspiralı Yusif Akçuraoğlunun «Türklər 
v
ə slavyanlar» əsərinə istinadən hər iki xalqın tarixindən bəhs edir
türkl
ərin böyük köçü və  yeni məskənləri  haqqında  yazır,  eyni 
zamanda  rusların  monqol-tatar  əsarətindən  xilası  və  ondan sonra 
Rusiyanın öz sərhədlərini Şərqə doğru genişləndirilməsindən ətraflı 
b
əhs  edir.  Qaspiralı  daha  sonra  İngiltərə, Almaniya, Fransa kimi 
Q
ərb dövlətləri ilə  siyasətdə  uduzan  Rusiyanın  tədricən taqətdən 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə