Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə39/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

• Bütün türkl
ərin tərcümanı 

121
 ~ 
 
islam d
əyərlərinə zidd olaraq bir çox hallarda qadınların hüquqları 
pozulur. 
İ.Qaspiralı  qadının  ailədə  və  cəmiyyətdəki yerini, rolunu 
göst
ərmək üçün məqaləyə «Hacının fərasəti» və «İki imam» adlı iki 
r
əvayət  əlavə  edir. Hekayədə  mərhum  Müslüm  balanın  –  Cəlal, 
Sabit v
ə Cəmil adlı 3 oğlu olduğu və onlardan böyüyün – Cəlalın 
uzunmüdd
ətli səyahətə çıxdığı nəql edilir. 
C
əlal əfəndi 8 il sonra evlərinə qayıdır. Artıq Sabit və Cəmil 
evl
ənmiş,  övladları  dünyaya  gəlmişdir.  Qapıda  beş-altı  yaşında 
uşaqlarla  rastlaşan  Cəlal  əfəndi  onların  başına  sığal  çəkir, sonra 
üzünü  qardaşlarına  tutub  görmədiyi halda, hər ikisinin  xanımı 
haqqında xoş sözlər söyləyir, «bərəkallah, gəlin xanımlar çox yaxşı 
valid
ədirlər»  -  deyir. Gəlinləri görmədiyi  halda  onların  ünvanına 
göz
əl sözlər söylədiyinə  görə  qardaşlar  Cəlal  əfəndiyə  təəccüblə 
baxırlar.  Cəlal  əfəndi bunu hiss edib deyir:  -  Bu  uşaqlar  anaları 
bar
ədə  yüksək  fikir  yaratdılar.  Dırnaqları  kəsilmiş,  dırnaq  dibləri 
t
əmizlənmiş,  boyun-boğazları,  qulaqlarının  içi,  ardı,  üzləri 
yuyulmuşdur.  Geyimləri sadə,  yamaqlı,  lakin  təmizdir. Deməli, 
anaları  bacarıqlı,  qənaətcil və  ailəcanlıdır,  -  deyir.  İ.Qaspiralı  bu 
ibr
ətamiz rəvayətlə ananın övlad tərbiyəsində rolunu, yerini qabarıq 
əks  etdirmişdir.  «İki  imam»  adlı  hekayəsində  Kitayın  Gansu  və 
Sinanko adlı iki vilayətində məskunlaşan tayfaların taleyindən bəhs 
edilir. Müs
əlmanların  məskunlaşdığı  Sinanko  vilayətinin  imamı 
qadın-qızların  təhsilinə  xor  baxdığından  bütün  əhali nəticə  etibarı 
il
ə  cahil  olmuşdur.  Gansuda  isə  əksinə,  qadınlar  təhsilə 
yiy
ələndikləri üçün vilayət xeyli tərəqqi etmişdir. 
Kitay padşahı bir bəhanə ilə bu vilayətlərə hücum edir, yüz 
minl
ərlə müsəlmanı qətl edir, bütün kişiləri öldürtdürür. Əsir qalan 
qadınlardan  törəyən  uşaqlar  anaların  təhsili və  tərbiyəsinə  uyğun 


• Abid  Tahirli
 

122
 ~ 
 
Sinankoda buddist, Gansuda müs
əlman kimi böyüyürlər. İ.Qaspiralı 
bu hekay
ələrdən sonra məqaləni sualla bitirir: Analara elm, savad, 
bilik v
ə hünər gərək deyil –  bunu kim söyləyə bilər?! 
 
 
Zülm haradan g
əlir 
 
Bu m
əqalə («Tərcüman», № 36, 15 sentyabr, 22 sentyabr, № 
38, 6 oktyabr, № 39, 1903) dövrün çox ciddi problemlərindən biri – 
qadın  hüquqları  haqqındadır,  bu  gün üçün də  aktualdır.  Müəllif 
əvvəlcə  müşahidə  etdiyi,  eşitdiyi  hadisələrlə  bağlı  oxucunu 
m
əlumatlandırır:  bir  nəfər cinayət törədir, Sibirə  sürgün edilir, 
arvadı  da  onunla  getməyə  və  məhv  olmağa  məcburdur.  Başqa  bir 
müs
əlman evlənir, bir müddət sonra «insafsız  və  ədəbsiz  kişi 
d
əryada  batmış  kimi»  qeyb  olur,  arvadı  ac,  səfil və  işgəncə  dolu 
h
əyat  yaşamağa  məcburdur.  Bu  qadınlar  sahibsiz,  köməksiz və 
əlacsız qalır, bəzən də fahişəlik yolunu tuturlar. İ.Qaspiralı sual edir, 
bütün bunlara h
əqiqətənmi islam qanunları səbəb olur. Özü də sualı 
cavablandırır:  yox,  bu  zülmə  islam meydan vermir, cahillər  «şəri 
qanun v
ə şəri adətə uyğun» - deyə özlərinə bəraət qazandırsalar da, 
əslində  belə  deyil,  onlar  «şəri adətləri  soğan  qabığına  dəyişirlər». 
«Halbuki Qurani-K
ərimi bir kəlmə ilə ifadə etmək lazım gəlsə, bu 
k
əlmə  «ədalət»  olacaqdır»  -  yazan  İ.Qaspiralı  cəmiyyətdə  qadına 
qarşı  ədalətsiz münasibəti  «zamanımızın  mərəzi»  adlandırır  və  bu 
x
əstəliyin çarəsini, dərmanını tapmağın çox ciddi problem olduğunu 
göst
ərir. Böyük islahatçı yazır: «Rica edirəm ki, burasına çox diqqət 
edilsin:  şəriət dəyişdirilə  bilməz, buna ehtiyac da görülmür, lakin 
şəri hökmlər, ehkamlar yer və zamana uyğun münasib üsulla islah 


• Bütün türkl
ərin tərcümanı 

123
 ~ 
 
edil
ə  bilinər və  bu  yolla  da  qadınların  haqlarının  mühafizəsinə  və 

quqlarının müdafiəsinə çarə tapmaq olar». 
İ.Qaspiralı  yalnız  Rusiya  yox,  bütün  dünya  müsəlman 
qadınlarının  hüququnun  müdafiəçisidir. O, Almaniya imperatoru 
Vilhelmin Qüds
ə və Şama ziyarətini, qədəh qaldıraraq «300 milyon 
müs
əlmanın  xəlifəsi  dostum  Sultanın  sağlığına  içirəm»  demişdir, 
lakin f
ərqində  olmamışdır  ki,  bu  300  milyon  islamın  ancaq  25 
milyonu  Sultana,  qalanları  digər hökumətlərə  tabedir və  dövrün 
hün
ərindən elm və tərəqqidən çox geridə qalmışdır» - deyə təəssüflə 
bildirir v
ə  zalım  kim  olursa  olsun,  məzlum kim olursa olsun, hər 
birimiz 
ədalətli və  insaflı  olmalı  və  ədalətə  xidmət etməliyik  – 
q
ənaətinə gəlir. 
Dövl
ət tərəfindən din, ibadət,  nikah,  talaq  işlərinin dini 
idar
ələrə,  din  adamlarına  əmanət edildiyini qeyd edən müəllif bu 
etimadın, etibarın lazımınca dəyərləndirilməsini, «zalım və insafsız 
əlinə  düşmüş  biçarə  qadınların  halına  mərhəmət və  ədalətlə» həll 
olunmasını  tələb  edir.  İ.Qaspiralı  mövcud  vəziyyətdən  çıxış 
yollarını  da  göstərir:  şərt ilə  nikahın  bağlanması  bunların  ən 
vacibidir, o fikrini ciddi d
əlillərlə əsaslandırır, sonda dediklərini bu 
şəkildə  ümumiləşdirir:  şəriət  ədalətdir.  Ədalətdən uzaq olanlara 
meydan verilm
əlidir.  Şərt ilə  nikah  kadınları  insafsızların 
zülmünd
ən xilas edəcəkdir.  Şərt ilə  nikah  dini  baxımdan  yol 
veril
əndir.  Ədalətli və  düzgün  adam  üçün  şərt ilə  nikahda heç bir 
q
əbahət,  ağırlıq  yoxdur:  şərtlər  yalnız  zalımın  zülmünə  qarşı 
ehtiyatlı  bir  sipərdir, səddir…  Qadınlara  qarşı  diqqətli və  insaflı 
olmaq lazımdır, qəflət yuxusunda yatdığımız yetər! 
 
 
 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə