Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

• Abid  Tahirli
 

130
 ~ 
 
onun asılışı» haqqında danışan İ.Qaspiralı müsəlman dünyasındakı 
mövcud probleml
ərin, onu yaradan səbəblərin  aradan  qaldırılması 
yollarını  özünəməxsus tərzdə,  əsaslı,  dərin məntiqlə,  inandırıcı 
şəkildə çatdırır. 
 
Zamanın tarixi 
 
«T
ərcüman»ın bir neçə nömrəsində (1908-ci il 1 fevral, № 8; 
5 fevral,       
№ 9; 8 fevral, № 10; 12 fevral, № 11; 15 fevral, № 12; 
19 fevral, № 13) «Zamanın tarixi» adlı məqaləsində İ.Qaspiralı son 
ill
ər müsəlman həyatında,  düşüncələrində  bir hərəkətin  olduğunu 
qeyd edir v
ə  göstərir  ki,  yeni  ideyaların  yaranması,  yeni  qələm 
sahibl
ərinin, yeni adamların ortaya çıxması bu dirçəlişin əlamətlə-
rind
ədir. Belə bir dövrdə «cəmiyyət işlərində çalışanlar və ya digər 
işlərdən xəbər və  məlumatı  olanlar  öz  bildiklərini qeyd etsələr, 
q
ələmə alsalar, bu millətin xeyrinə olar» - prinsipi ilə İ.Qaspiralı da 
zamanın tarixini yazmağı qərara alır. 

əllif göstərir ki, 3-4 il əvvəl Rusiya müsəlmanları «siyasi 
işlərdən çox uzaqda idilər», rus cəmiyyətində baş qaldıran hürriyyət 
h
ərəkatlarından  xəbərsizdilər, mətbuat sahəsində  yalnız  «Tərcü-
man» f
əaliyyət göstərirdi. Kazanda və  Tiflisdə  qəzet  çıxarmaq 
t
əşəbbüsü olsa da, bu cəhd  o  vaxtlar  reallaşmamışdı:  bu  arzu 
M
əhəmməd Ağa Şaxtaxtinskinin (1846-1931) səyi ilə 1903-cü ildə 
h
əyata keçdi. «Şərqi-Rus» (1903-1905) nəşrə başladı. 
Peterburqda  Əli  Mərdan bəy  Topçubaşov  (1865-1934) ilə 
görüş zamanı Rusiya müsəlmanlarının ümumi yığıncağının keçiril-
m
əsi ilə bağlı qərar qəbul etdiklərini yazan İ.Qaspiralı bu ideyanın 
reallaşması üçün 1905-ci ilin may, iyun, iyul aylarında «Tərcüman» 
q
əzetində ardıcıl çıxış etdiyini, tədbirin proqramı ilə bağlı müzakirə-


• Bütün türkl
ərin tərcümanı 

131
 ~ 
 
l
ərin açdığını yazır. Müəllif daha sonra qurultaya hazırlıq işlərindən 
v
ə çətinliklə də olsa, qurultayın paroxodda öz işinə başlamasından 
v
ə  onun tarixi qərarlarından,  Əli  Mərdan bəy  Topçubaşov, 
Əbussuud  Mirzə  Əhmədov, Yusif bəy Akçurin, Mustafa Mirzə 
Davudoviç, Əhməd bəy Ağayev və sair kimi xadimlərin qurultayla 
bağlı fəaliyyətlərindən geniş söz açır. Daha sonra İ.Qaspiralı Rusiya 
müs
əlmanlarının  II  qurultayından,  orada  proqram,  fəaliyyət 
istiqam
ətləri ilə bağlı yaranan mübahisələrdən ətraflı söz açır. 
 
 
«
Can alıb can verəcək məsələ» - ortaq dil problemi 
 
Dil problemi İ.Qaspiralı yaradıcılığının mayasıdır, qida mən-
b
əyidir, onun təməlini təşkil edir. Publisistik, ədəbi, mətbu fəaliyyə-
tinin bütün m
ərhələlərində dil məsələsini gündəlikdə diqqətdə sax-
layan İ.Qaspiralı bu problemə müxtəlif aspektlərdən yanaşmış, onu 
kompleks halda d
əyərləndirmiş və dili millətin «ən böyük və ən bi-
rinci s
ərmayəsi» kimi qiymətləndirmişdir.  Dil  məsələsi müəllifin 
irsind
ə çoxplanlıdır: 
- ana dili; 
- ortaq türk dili; 
- q
ədim türk dili; 

Osmanlı dili; 
- m
əktəb dili; 

ədəbi dil; 
- küç
ə (avam) dili; 
- m
əişət dili; 

şivələr; 

ədəbi tənqidin dili; 


• Abid  Tahirli
 

132
 ~ 
 
- q
əzet dili; 
- t
ərcümə dili; 
- r
əsmi dil; 
- elm dili; 
- dinin dili; 
- dilin sad
əliyi; 

dilin anlaşıqlığı; 
- dilin t
əsirliliyi; 

dilin obrazlılığı; 
- dil v
ə imla; 
- dil v
ə məsuliyyət. 
H
ələ  «Tərcüman» nəşrə  başlamazdan  bir  müddət  əvvəl  – 
1880-1881-ci ill
ərdə  qələmə  aldığı  «Baxçasaray  məktubları»  və 
«Rusiya müs
əlmanları»  adlı  əsərlərində  İ.Qaspiralı  Rusiya müsəl-
manlarının həyat tərzi, təhsili, məşğuliyyəti, rus xalqı və iqtidarı ilə 
münasib
ətləri haqqında fikir və düşüncələrini qələmə alır, yeri gəl-
dikc
ə  həmin məsələləri kitab, mütaliə, məktəb, təhsil və  dil prob-
leml
əri ilə məharətlə əlaqələndirirdi. Savadsızlıq və cahilliyin mü-
s
əlmanları  tez-tez nöqsanlara sürüklədiyi fikrində  olan müəllif ba-
carıqlı müəllimin uşaqlarla onların anladığı dildə danışaraq tədriclə 
s
əviyyələrinin yüksəldikləri kimi, idarə  edənlərlə  idarə  olunanlar 
arasındakı əlaqənin təməlində də bu sistemin tətbiqini lazımlı hesab 
edir v
ə  bunu  Qafqazı  idarə  edənlərin  yaxşı  başa  düşdüyünü  və 
Tiflisd
ə  tatar dilində  «Ziyayi-Qafqaziyyə»  adlı  qəzetin nəşrinin 
anlayışla qarşıladıqlarını yazır (Baxçasaray məktubları). 
«Baxçasaray m
əktubları»nda «tatar dilində yazılı sözün (qə-
zet m
ənasında – T.A.) məlhəm qədər yararlı olacağı, eyni zamanda 
rus dilind
əki rəsmi materialların yerli xalqın dilinə tərcümə edilmə-
sinin vacibliyi ideyasını irəli sürən İ.Qaspiralı «Rusiya müsəlmanla-


• Bütün türkl
ərin tərcümanı 

133
 ~ 
 
rı»nda  «məktəbdə  tatar dilinin istifadə  edilməsinə  nəyin  əngəl ola 
bil
əcəyini qətiyyən anlamadığını və Rusiya müsəlmanlarının tərəq-
qisi üçün düny
əvi təhsilin tatarca tədrisinin zəruriliyini qeyd edir. 
«Rus-Q
ərb anlaşması», «Sosializm və ya ortaqlıq məzhəbi» 
kimi siyasi-f
əlsəfi, nəzəri, ideoloji mövzularda da yeri gəldikcə dil 
m
əsələsinə toxunan İ.Qaspiralı dilin bu və ya  digər problemlərinə 
dair ayrıca çoxlu sayda məqalə həsr etmişdir. 
«Q
ədim türk dili» («Tərcüman»,  №  47,  14  noyabr  1886), 
«Türk dili şivələri» (18 aprel 1888, № 14), «İstanbul qəzetləri» (8 
iyul  1888,  №  22),  «Hizmət qəzeti»  (27  oktyabr  1888,  №  37), 
«Mülahiz
ə» (9 iyul 1890, № 24), «Dil sadəliyi» (30 aprel, № 17; 7 
may,  №  18,  1895),  «Dil  məsələsi»  (11  avqust,  №  31,  1896), 
«Osmanlı  qəzetlərindən» (25 avqust,  №  33,  1896),  «İmla  bəhsi», 
«Osmanlı  dövlətinin məişəti»  (16  mart  1897,  №  11)  adlı 
m
əqalələrdə  türk  dili,  onun  qolları,  eləcə  də  dövlətin  adı  ilə 
formalaşan Osmanlı dili, onun mövcud durumu, problemləri, xüsusi 
il
ə ərəb, fars sözləri ilə ağırlaşdırılması, Osmanlı dövləti ərazisində 
n
əşr  edilən qəzetlərin  dil  baxımından  təhlili, dəyərləndirilməsi 
böyük maraq doğurur. Müəllif «Osmanlı şivəsini qövmü bir dil yox, 
divanxanalar v
ə məmurlar şivəsi» adlandırır və hesab edir ki, bu dil 
Kaşqarlı  bir  tatar  üçün  nə  qədər çətin və  anlaşılmazdırsa,  bir 
anadolulu üçün d
ə  bəlkə, o qədər çətindir. Odur ki, bu dillərin 
cilalanmasına və ortaq bir dilə ehtiyac vardır (Türk dili şivələri). 
Osmanlı qəzetlərindən ərəb, fars kəlmələri ilə mürəkkəbləş-
dirilmiş  mətnlərdən sitatlar gətirərək  onları  təhlil edən müəllif bu 
q
ənaətə  gəlir ki, «türkcəni  unutmuş  İstanbul  yazıçı  və  katiblərinin 
dili» t
əmiz Anadolu türkcəsi ilə  müqayisədə  əcnəbi dili təsiri 
bağışlayır  (İstanbul  qəzetləri).  İ.Qaspiralı  doğma  türk  dilinin 
t
əəssübkeşi,  müdafiəçisi və  qızğın  təbliğatçısıdır.  O,  «İqdam» 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə