Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə43/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   39   40   41   42   43   44   45   46   ...   93

• Abid  Tahirli
 

134
 ~ 
 
q
əzetində  türk dili tarixinə  dair məqaləni  «Türk  dili  haqqında  nə 
q
ədər məlumat verilir isə, nə  qədər məlumat  araşdırılırsa,  çox 
olmaz: böyük dildir, böyük bir qövmün dilidir» -  dey
ə təqdir edir 
(Osmanlı qəzetlərindən). İ.Qaspiralı fikirlərində prinsipial, qətiyyət-
li v
ə kəskindir: «Türkcəsi olan bir kəlmə yerinə digər bir dilin sö-
zünd
ən istifadə etmək ədəbi cinayətdir» (Dil məsələsi). «Hər dil qə-
l
əm və  ədiblərin  kamalı  ilə  tərəqqi edər»  -  (Küçə  dili) qənaətində 
olan İ.Qaspiralı dilin sadəliyi dedikdə nəyə işarə vurduğuna da ay-
dınlıq gətirməyi unutmur. O, «milli şairimiz Seyid Əzim Şirvaninin 
dili»ni örn
ək gətirərək fikrini belə  çatdırır  ki,  sadə  dil hər kəs tə-
r
əfindən istifadə  olunan,  işlənən,  rahat  anlaşılan dildir» («Digər 
cavab», 1 oktyabr 1895, № 37). 
«Dil, dil, dil», «Bizim m
ətbuat» (3  fevral 1906, № 9), «Dil 
b
əhsi» (1 mart 1906, № 20), «Can alıb can verəcək məsələ» ( 18 may 
1907, № 41), «Azad» rəfiqimizə açıq məktub (27 mart 1906, № 31), 
«Dil ili» (18 d
ekabr 1906, № 142), «Rəfiqlərimə açıq məktub» (25 
may 1907, № 42), «Rossiya» qəzetinə cavab (20 aprel 1907, № 37), 
«Bizl
ərdə  dil və  ümumi məslək ola bilərmi, ya yox?» (21 noyabr 
1908, № 76), «Əfəndilər, dil gərək, dil!» (9 dekabr 1911, № 50) adlı 
m
əqalələrdə ortaq türk dili, bu problemlə bağlı «Tərcüman»da, digər 
m
ətbu orqanlarda məsələnin müzakirəsi,  müxtəlif mühərrirlərin, 
q
əzetlərin mövqeyi, ortaq dilin formalaşmasına mane olan faktorlar, 
ortaq  dilin  ümumtürk  düşüncəsinə, ümummilli tərəqqiyə  təsiri
əhəmiyyəti barədə İ.Qaspiralı bu gün də aktual səslənən, həlli vacib 
mövzularla bağlı maraqlı fikirlər irəli sürmüşdür. 
Dinin, dilin v
ə  elmin  əziz və  müqəddəs  olduğunu  söyləyən 
İ.Qaspiralı bunlar barədə «nə qədər yazılsa, nə qədər danışılsa yenə 
azdır» - deyir və bu problemin ciddi və hərtərəfli müzakirəyə möhtac 
olduğunu vurğulayır və yazır: «Din birliyi necə müqəddəs bir işdirsə, 


• Bütün türkl
ərin tərcümanı 

135
 ~ 
 
ədəbi dili birləşdirmək də  tərəqqi üçün bir o qədər mühümdür». 
İndiyədək bu yolda, bu məqsəd üçün çalışdığını, mübarizə apardığını 
yazan  Qaspiralı bundan  sonra da  sözü keçsə  də, keçməsə də, ömrü 
yets
ə də, yetməsə də, bu ideya uğrunda mücadilə edəcəyini gizlətmir. 
İ.Qaspiralının ideyaları, xüsusi ilə «Tərcüman» qəzeti islam 
dininin  qatı  düşməni,  missioner  N.İlminskinin  yuxusunu  ərşə 
ç
əkmişdi,  o,  İ.Qaspiralını  «panislamist,  pantürkist»  adlandırır,  çar 
hökum
ətindən dərhal onun fəaliyyətini  dayandırmağı  xahiş  edirdi. 
Bu m
ənada  missionerin  islamın  ondan  az  düşməni  olmayan  çarın 
yaxın  adamı  K.Pobedonostsevə  məktubu xarakterikdir: «… 
«T
ərcüman»ın  mühərriri  Qaspiralınin hiyləgarlığına  ali  diqqətinizi 
c
əlb edirəm.  Bu  adamın  üç  mətləbi  vardır:  biri,  Rusiya 
müs
əlmanları arasında islami dəyərlərə uyğun kitabları nəşr etmək; 
ikincisi,  Rusiyaya  tabe  türk  tayfalarını  birləşdirmək (məs.: 
Almaniya  kimi) v
ə üçüncüsü bütün türk tayfalarına Osmanlı dilini 
q
əbul etdirmək.  Baxın,  cənab dövlət və  iqtidar sahibi! Nə  qədər 
şeytani tədbirdir ki, gözlərimizi boyamaq, qaralamaq üçün qəzetinin 
bir  parçasını  rusca  nəşr  edir,  belə  ki,  guya  biz  rusların  faydasına 
çalışır. «Tərcüman»ı senzura məmurları oxuyur, lakin hiyləyə qarşı 
çar
ə  tapılırmı?»  və  yaxud  o,  başqa  məktubunda «Tərcüman»ı 
bağlatmaq üçün yazır: «Bu qəzetin yazdıqlarına diqqət edərək gizli 
niyy
ətlərini üzə çıxaranlar deyirlər ki, onun məsləyi pravoslav xalqı 
v
ə dövləti üçün zərərdir. Baxçasaraydan Sibirin Omsk şəhərinədək 
ç
əkilmiş  bir  zəncir təsəvvür edin. Bu zəncir  türk  tayfalarını 
birl
əşdirən, onları bir-birinə bağlayan «Tərcüman»dır». 
İ.Qaspiralı  İlminskinin  çirkin  niyyətlərini, məktubu  hansı 
m
əqsədlə yazdığını gözəl anladığını qeyd edir və üzünü «parçala və 
hökm  sür»  ideyasının  qulluqçularına  tutub  hiddətlə  soruşur  ki, 
bütöv bir mill
əti məhv etmək  olarmı?!  Böyük  millətçi məqalənin 


• Abid  Tahirli
 

136
 ~ 
 
sonunda  yazır:  «Hər  şeyi  bu  qədər  açıq  söylədikdən sonra «dil 
birliyi»nin v
ə  «ədəbi dil»in nə  olduğunu  anlamayanın  qalma-
yacağına əminəm. Hər halda «Tərcüman» yenə «Tərcüman»dır ki, 
Hankımandan ta Kaşqara, Ağsuya qədər nəzər və xidmət edəcəkdir, 
bacardıqca» (Dil, dil, dil). Göründüyü kimi, İ.Qaspiralı dil və ortaq 
dil uğrunda bir neçə cəbhədə mücadilə aparırdı: 

ortaq dil ideyasını qısqanclıqla qarşılayan ziyalılarla; 
-  «ortaq dilin» çar hökum
ətinə  qarşı  ciddi  təhlükə 
yaradacağından  ehtiyat  edən məmurlar, missionerlər, mühərrirlər, 
q
əzetlər, rus şovinistləri ilə; 
-  dild
ə,  əlifbada hər  cür  islahata  qarşı  çıxan  yalançı  din 
xadiml
əri, cəhalət aşiqləri ilə; 
- özünün t
əbirincə desək, din duyğusunu, milliyyəti, dili heç 
n
ə dərəcəsində görən «moda qurbanları» ilə. 
«Dil m
əsələsi  yalnız  bir  ədəbi məsələ  deyildir. Bəlkə  daha 
çox ictimai, siyasi m
əsələdir»  -  fikrində  olan (Bizim mətbuat) 
İ.Qaspiralı Dumadakı müsəlman millət vəkillərinin bir-biri ilə rusca 
danışdıqlarına görə, «Tərcüman» qəzetinin narahat olduğunu «Ros-
siya» q
əzetinin öz oxucularına həyəcanla çatdırdığını və bununla da 
h
ələ köhnə fikirlərlə, keçmişlə yaşadıqlarını tənqid edir. 
Yazır  ki,  türk  şivələri  «Rossiya»nın  zənn etdiyi kimi bir-
birin
ə uzaq dillər deyillər, digər tərəfdən millət vəkillərinin bir-biri 
il
ə  nəinki rus, hətta  fransız,  yaxud  ingilis  dilində  danışması  yox, 
hamısının türk oğlu türk olduğu halda, ana dillərində yaxşı danışa 
bilm
ədiklərinə  təəssüflənirik.  İstedadlı  publisist  özünəməxsus 
c
əsarətlə  üzünü  «Rossiya»ya  tutur:  «Türk  şivələrini bir-birindən 
başqa  dil,  türk  tayfalarını  bir-birinə  başqa  millət kimi göstərmək
t
əfriqəçilərin, bölücülərin məsləyidir. «Tərcüman»ın  nəzəri və 
m
əsləyi başqa idi, başqadır və başqa olacaqdır. Gülünc «Tərcüman» 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə