Азярбайъан Республикасынын



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə46/93
tarix22.07.2018
ölçüsü1,7 Mb.
#57778
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

• Bütün türkl
ərin tərcümanı 

143
 ~ 
 
p
ərdə  ilə  bir-birlərindən  ayrı  düşmüşdür.  «Tərcüman» bu qara 
p
ərdəni dəlmək, kəsmək, aradan götürmək və  pərən-pərən 
düşmüşləri birləşdirmək  üçün  ortaq  dil  tapmaqdan  başqa çarə 
yoxdur! – q
ənaətindədir.  (Dil haqqında). 
«Dil 
ətrafında»  «Məsələlər-qəzetlər»  adlı  məqalələrində  də 
mövzunu davam etdir
ən müəllif şivə, yerli dil tərəfdarlarına, yerliçilik 
m
ərəzinə  mübtəla olanlara xitabən  bildirir  ki,  şeyx,  əmir, sülalə 
partizan
ları  əbədi  olmadığı  kimi  onlar  da  keçilməz sədd deyildir, 
dilimiz bir t
ərəfdən sadələşəcək, türkləşəcək, digər tərəfdənsə 
ədəbiləşəcək, ümumiləşəcəkdir. 
İ.Qaspiralı 
M.F.Axundovun 
əsərlərinin,  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə» qəzetlərinin  timsalında 
h
əmin dövrün dili ilə  «Həyat»,  «İrşad»  və  «İqbal»ın  timsalında  son 
dövrün dilini müqayis
ə edir və dilin inkişafını nümunə kimi göstərir. 
Biz  İ.Qaspiralının  «Əkinçi»,  «Ziyayi-Qafqaziyyə», «Kəşkül», 
«Şərqi-Rus», «Həyat»,  «İrşad»,  «İqbal»ın  nəşri,  fəaliyyəti, cəmiyyət 
h
əyatındakı rolu barədə yeri gəldikcə bəhs etdiyini qeyd etmişdik. O, 
Rusiya müs
əlmanlarının  məktəb, mətbu orqan, xeyriyyə  cəmiyyəti, 
teatr, kitab n
əşri  ilə  bağlı  kiçik  bir  addımını  sevgi  ilə, sevinclə 
qarşılamış,  onu  ümumi  tərəqqiyə  xidmət kimi dəyərləndirmişdir.  Bu 
baxımdan  müəllifin  Bakıda  «Bəsirət»,  Daşkənddə  «Türkistan», 
Hokantda «S
ədayi Fərqanə» qəzetlərinin zühur etməsini alqışlayır və 
onların  «mətbuat  meydanına  təşriflərini  xoşbəxtlik»  adlandırır 
(Xoşbəxt ekizlər).  İ.Qaspiralının  diqqətini  ən ziyadə  cəlb edən, onu 
xoşhal edən üç qəzetin dilidir. O, şübhə etmir ki, qəzetin redaktorları 
oxucuların  gözlərini, fikirlərini açacaq və  onları  gələcəyə  hazırla-
yacaqlar. O, «B
əsirət»in ruhlu olacağına onun mühərrirlərinin arasında 
çox qeyr
ətli,  çalışqan  Məmmədəmin Rəsulzadənin  olmasının  kifayət 
ed
əcəyini bildirir. Qafqaz üçün, Türkistan üçün 3-4 qəzeti çox yox, az 
hesab ed
ən İ.Qaspiralı əhalini bu qəzetləri qorumağa dəvət edir. 


• Abid  Tahirli
 

144
 ~ 
 
«Molla N
əsrəddin»  adlı  yazısında  İ.Qaspiralı  bu  jurnalı 
«m
ətbuatımız arasında bəlli bir mövqe» tutan və «lətifsi arxasında 
acı  bir  həqiqət gizlənən» orqan kimi təqdim  edir.  Jurnalın 
felyetonlarını çibanı deşib içindəki çirki, irini axıdan təbib neştərinə 
b
ənzədir.  Bu  neştər  bir  az  incidir,  lakin  yaranın  böyüməsinin 
qarşısını  alır,  dəldiyi yerdən  ağunu,  zəhəri təmizləyir. «Molla 
N
əsrəddin»in rəsmlərini də «çox mənalı» deyə təqdir edən müəllif 
onların  hər birinin bir hekayə  qədər məlumatlı,  duyğulu, 
düşündürücü olduğunu qeyd edir, qadın azadlığından bəhs edən bir 
karikaturanı isə hətta «yazılırsa, yüz səhifəlik bir kitab olar» - deyə 
d
əyərləndirir.  Jurnalı  «çox  məqbul, çox mötəbər»  adlandıran 
İ.Qaspiralı  onu  oxumağı  hər kəsə  tövsiyə  edir. Müəllif məqaləni 
maraqlı  sonluqla  bitirir:  «Hazır  sırası  gəlmişkən,  Bakıda  üç  ildən 
b
əri nəşr  olunan  «Məktəb»  jurnalı  ilə  bağlı  oxucularımızdan 
soruşuruq:  Əzizlərim!  Siz  bu  jurnalı  heç  aldınızmı?  Uşaqlarınıza 
oxutdunuzmu? «Yox» - des
əniz niyəsini soruşarıq, çünki «Məktəb» 
jurnalı uşaqlar üçün ən faydalı bir jurnaldır. İ.Qaspiralı ədəbi-bədii, 
publisistik irsind
ə, «Tərcüman»ında Qafqaz türklərinin, Azərbayca-
nın,  onun  müxtəlif bölgələrinin həyatına,  M.F.Axundov,  H.Məli-
kov, H.M
əlikova, S.Ə.Şirvani, Cəlal, Səid və Kamal Ünsizadə qar-
daşları,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə,  Ə.M.Topçubaşı,  M.Ə.Rəsulza-
d
ə, M.C.Məmmədquluzadə, Məhəmməd Hadi, Nəriman Nərima-
nov, Orucov qardaşları, Sultan Məcid Qənizadə, Haşım bəy Vəzi-
rov, X
əlilbəy Xasməmmədov, Hüseynqulu xan, Zeynalabdin Ta-
ğıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi 
tarixi simaların fəaliyyətinə diqqəti çəkmiş, yeri gəldikcə onlardan 
b
əhs etmişdir.  
 


• Bütün türkl
ərin tərcümanı 

145
 ~ 
 
İSMAYIL QASPİRALININ 
BƏDİİ YARADICILIĞI 
 
 
 
Rusiyanın  ictimai,  mədəni, mətbu həyatına  əbədi möhür 
vurmuş böyük türk mühərriri, naşiri, publisisti İsmayıl Qaspiralının 
b
ədii irsi də  maraq  doğurur.  Onun  roman, povest və  hekayələri 
dövrün müs
əlman cəmiyyətinin, həyatının tələblərinə uyğun qələmə 
alınmışdır,  tərbiyəçilik,  maarifçilik  missiyası  daşıyırdı.  Bu 
baxımdan  İ.Qaspiralının  bədii  əsərlərini bir növ onun 
publisistikasının  ardı,  yaxud  janrını,  formasını  dəyişmiş  davamı 
hesab etm
ək olar. Təsadüfi deyil ki, xalq xadiminin publisistik 
yaradıcılığına hakim olan problemlər, mövzular eyni ilə onun bədii 
irsind
ə  də  əksini  tapmışdır.  Bununla  yanaşı,  İ.Qaspiralının 
əsərlərindəki hadisələr, səhnələr, obrazlar real həyatdan götürülsə 
d
ə,  onlar  yazıçı  təxəyyülünün,  axtarışlarının  məhsulu kimi yeni
r
əngarəng çalarlar, keyfiyyətlər  əxz  edir.  Qısaca  desək, 
İ.Qaspiralının bədii əsərləri Şərq xalqlarının ehtiyacı, tələbatı nəzərə 
alınmaqla, Qərb ölçüləri ilə qələmə alınmışdır. 
 
 
Fir
əngistan məktubları 
 
«Fir
əngistan məktubları»  adlı  əsərində  Molla  Abbas  adlı 
q
əhrəmanın  Avropa  ölkələrinə  səyahətlərindən bəhs edilir. Heç 
şübhəsiz ki, Molla Abbas müəllifin prototipidir və təsadüfi deyil ki, 


Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə