Abid Tahirli
~
140
~
yeri gəldikcə və xüsusi ilə mətbuatın cəmiyyətdə oynadığı əvəzsiz
roldan bəhs edərkən Qafqaz türklərinin mədəni həyatına toxunan
İ.Qaspiralı bir neçə dəfə Tiflisdə Ünsizadə qardaşları tərəfindən
«Ziyayi-Qafqaziyyə» adlı qəzetin nəşr olunduğunu məmnunluq
hissi ilə vurğulayır və bu qəzetin xalqa çox böyük fayda verdiyini
dilə gətirir.
1901-ci ildə yazdığı «Rusiya müsəlmanlarının mədəniləşmə-
sinin başlanğıcı» adlı risaləsində H.Zərdabi tərəfindən buraxılan
qəzeti «donmuş və buz bağlamış fikirlərə ildırım kimi ziya verən»
qəzet kimi təqdir edir, «Zamanın tarixçəsi» («Tərcüman», № 2, 1
fevral 1908) məqaləsində Məhəmməd Ağa Şahtaxtlının «Şərqi-
Rus» qəzetinin nəşrə başlamasını Qafqaz müsəlmanlarının çoxdankı
arzusunun, səyinin bəhrəsi kimi dəyərləndirir. Bütün bunlar və bu
kimi məsələlərlə bağlı yazdığı məqalələrdə İ.Qaspiralının epizodik
toxunduğu məqamlardır.
Yeri gəlmişkən qeyd edək ki, İ.Qaspiralı publisistik
yaradıcılığında müxtəlif mövzularda qələmə aldığı məqalələrdə
Azərbaycanın, Qafqaz türklərinin həyatına bu və ya digər şəkildə
100 dəfədən çox istinad etmişdir! Lakin yuxarıda sadaladığımız
yazılarında onun mövzusu birbaşa Azərbaycanla, onun mətbu həyatı
ilə əlaqədardır.
«Tiflisdə yeni qəzet» adlı məqalədə İ.Qaspiralı Qafqazda
türk dilində bir qəzetə böyük ehtiyac olduğunu və bunun nəşri üçün
dəfələrlə təşəbbüs edildiyini, nəhayət M.A.Şahtaxtlının redaktor-
luğu və naşirliyi ilə «Şərqi-Rus» qəzetinin nəşrə başladığını böyük
sevinc hissi ilə oxucularına çatdırır. İ.Qaspiralı «Şərqi-Rus»u
«Tərcüman»ın rəfiqi hesab edir, ümid edir ki, məslək, ideal
cəhətdən də onlar eyni məqsədə xidmət, qulluq göstərəcəklər.
İ.Qaspiralı «Şərqi-Rus»da M.A.Şahtaxtlının əlifba islahatı aparmaq
Bütün türklərin tərcümanı
~
141
~
barədə təşəbbüsünə isə kəskin etirazını bildirir və bu fikri «çox
yanlış fikir» adlandırır, məsələyə dair öz mülahizələrini irəli sürür.
Ötən əsrin əvvəllərində ortaq dil problemi geniş diskus-
siyaya səbəb olmuşdu. Münasibətlər fərqli, mövqelər mübahisəli,
baxışlar ziddiyyətli idi. İ.Qaspiralının fikri isə birmənalı və qəti idi:
«cümlə türk milləti üçün ümumi bir ədəbi dilin vücud tapacağına
tam qənaətimiz var» (Lisan məsələsi). Müəllif sonra da bu qənaətin
əsası olduğunu, «Tərcüman»ın Osmanlıda, Azərbaycanda, Kazanda,
Sibirdə… oxunduğunu, anlaşıldığını, qəzetə də o dildə xitab
etdiklərini qeyd edir. Müəllif bu yazısında 1905-1906-cı illərdə
Bakıda nəşr olunan «Həyat» qəzetinin də ortaq dillə bağlı
diskussiyalara qoşulduğunu xəbər verməklə kifayətlənsə də, bundan
4-5 ay sonra «Həyat»a «Açıq məktub»la müraciət edir. Buradaca
qeyd edək ki, Rusiyada nəşr olunan qəzetləri, xüsusi ilə türk
mətbuatını diqqətlə izləmək, onların toxunduqları mövzulara,
problemlərə dair münasibət bildirmək İ.Qaspiralıda ənənə şəklini
almışdır. «Açıq məktub» İ.Qaspiralının qələmi ilə belə rəyin həm
geniş yayılmış, həm də uğurlu formalarından birinə çevrilmişdir.
«Həyat»a açıq məktubdan məlum olur ki, redaksiya qəzetin bir illik
nüsxələrini cildlədib İ.Qaspiralıya göndərmişdir. Bu yüksək
diqqətdən təsirlənən «Tərcüman»ın naşiri Qafqazda bir qəzetin,
«Həyat»ın zühuru üçün 15-20 ildən bəri dua etdiyini gizlətmir və 20
illik həsrətinə «Həyat»la son qoyulduğunu böyük sevinclə bildirir.
Məsafənin, din fərqliliyinin və dilsizliyin insanlar arasında təfriqə
salan amil olduğunu yazan İ.Qaspiralı dilin, ortaq dil probleminin
üzərində 25 ildən bəri bu məslək üçün yoldaş gözləyirdim, bunun
üçün «Həyat»ın nəşri mənə təsəlli oldu – deyərək geniş dayanır.
Türk millətinin bütün problemlərinin onun ortaq dilə sahib
olmadığından yarandığını yazan İ.Qaspiralı «ortaq dil»ə sahib
Abid Tahirli
~
142
~
olmaq uğrunda çalışdığını, «bu etiqadla ömür sürdüyünü, bu
etiqadla da məzara gedəcəyini» yazır və ümumi dilə ehtiyacımızın
olduğu fikrinin formalaşmasını illər boyu fəaliyyətinin səmərəsi
kimi dəyərləndirir. Təcrübəli publisist «Həyat»a tövsiyələrini də
verir: hər nə yazsan, qələmini üç qəpiklik qara mürəkkəbə batırma,
ürəyinə batırıb qanın ilə yaz. Belə olsa, sözün keçər, vicdanlara
yetər, əks halda səmərəsiz gələr, keçər gedər!
«Dil haqqında», «Dil ətrafında», «Yenə dil ətrafında» adlı
məqalələr də həm İ.Qaspiralının Azərbaycan mətbuatına böyük
diqqət, önəm verməsi, həm də ortaq dil problemi uğrunda inadla,
israrla, ardıcıl şəkildə mücadilə apardığının göstəricisi kimi diqqəti
çəkir. Elmi-texniki tərəqqi bir yana heç, hissi, ruhi, romantik,
psixoloji bir hekayə yazmağa, hətta tərcümə etməyə belə qadir
dilimizin olmadığı halda, «bir arşın tərəqqi edə bilməyəcəyik» -
qənaətində olan İ.Qaspiralı «Tərcüman» da olmaqla, «Həyat»,
«İrşad» (Bakı), «Ülfət» (Peterburq), «Vakit» (Orenburq) kimi
qəzetləri, bütün ziyalıları ədəbi dil uğrunda çalışmağa dəvət edir.
Şübhəsiz ki, İ.Qaspiralının ideyası hamı tərəfindən birmənalı
qarşılanmırdı. Əgər İlminski kimi missionerlər, Pobedonostsev kimi
məmurlar bu ideyada imperiya üçün ciddi təhlükə görürdüsə, cahil
və nadanlar bu ideyanın mahiyyətini dərk etmir və anlamırdılarsa,
bir qisim ziyalıların fikri və əqidəsinə görə isə bu ideya – ortaq dil
ümumiyyətlə, türk dillərinin ayrı-ayrılıqda inkişafına əngəl ola
bilər. Məs.: «İqbal»ın (Bakı) fikrincə, türk dillərinin ayrı-ayrılıqda
inkişafı daha məqsədəuyğundur və bu nəinki «türk dilinə bir nöqsan
verməz, əksinə onun daha da genişlənməsinə xidmət edər». Öz
mövqeyini slavyan xalqlarının dillərinin durumu ilə izah edən
«İqbal»a İ.Qaspiralının cavabı təmkinli, məntiqli və əsaslıdır: ən
qədim, ən saf, tarixi bir millətin övladları parçalanmış, böyük, qara
Dostları ilə paylaş: |