Abid Tahirli
~
146
~
İ.Qaspiralının «Tərcüman»da istifadə etdiyi təxəllüslərdən biri də
«Molla Abbas Fransevi» olmuşdur. Bu əsər «Tərcüman»ın 25
yanvar 1887-ci il tarixli nömrəsindən etibarən qəzetin ayrı-ayrı
nömrələrində hissə-hissə dərc edilmişdir. «Firəngistan məktubları»
XIX əsr rus və Avropa ədəbiyyatı üçün səciyyəvi üslubda və janrda
yazılmış bədii-publisistik əsərdir, səyahətnamədir. 1891-ci ildə
kitab şəklində ərəb əlifbası ilə buraxılmış «Firəngistan məktubları»
sonralar da nəşr edilmişdir.
«Firəngistan məktubları» və müəllifin ondan sonra qələmə
aldığı «Darrürrahat müsəlmanları», «Sudan məktubları», «Qadınlar
ölkəsi», eləcə də «Molla Abbas Franseviyə təsadüf – Gül baba
ziyarəti» adlı əsərlər əslində bir əsərin ayrı-ayrı bölmələridir və
Molla Abbasın Avropa və Afrika ölkələrinə səyahətindən bəhs edir.
Əsərin əvvəlində Molla Abbas oxucuya onda səfər etmək arzusunun
necə yarandığını, hansı niyyətlə bu səfərə çıxdığını anladır. Məlum
olur ki, Molla Abbas bir zamanlar Avropanı fəth etmiş türk və ərəb
sərkərdələrinin şücaətindən və Avropadakı türk-islam tarixi
abidələrindən, müqəddəs ocaqlardan xəbərdardır. Elə bu istək, bu
murad da müqəddəs ocaqları ziyarət etmək həvəsi, marağı Molla
Abbası yola çıxarır. Digər tərəfdən Molla Abbas bu qənaətdədir ki,
ölkələri gəzmək, səyahət etmək məktəbdə dərs almağa bərabərdir…
Başqa tərəfdən isə Molla Abbas Avropaya səyahətinin məqsədini
əslən Türkistanlı olan və Parisdə məskunlaşan yaşlı, müdrik alim
Şeyx Cəlalın dilindən belə bəyan edir: «Belə ki, inşallah yazacağım
risalə ilə Avropanı tanıtmağa cüzi də olsa, xidmət edə bilərəm.
Avropada olmağımın səbəbi budur».
Odessada – bir tamaşada tanış olduğu fransız Jozefin xanım
dünyagörüşü və gözəlliyi ilə Molla Abbasda böyük təəssüf oyadır.
Türkcə mükəmməl bilən Jozefinlə sıx ünsiyyəti qısa bir zamanda
Bütün türklərin tərcümanı
~
147
~
məhəbbətə çevrilir və Molla Abbas fransız qızına evlənməyi təklif
edir. Jozefin razılıq verir. Gənclər nikaha girirlər. Katolik Jozefinlə
müsəlman Molla Abbasın münasibətinə dini mənsubiyyətdən daha
çox şərqli-avropalı düşüncə tərzi təsir. Edir. Molla Abbasın başı
məhəbbət macəralarına bərk qarışsa da, Avropada gördükləri və
avropalıların həyat və düşüncə tərzi ilə də oxucuları yaxından tanış
etməyi unutmur. Bu zaman o, ilk baxışda diqqəti çəkməyən və
əhəmiyyətsiz kimi görünən məqamlara da nəzər yönəldir: «Firəng
adətincə, ərlərin qadınlara yardım və xidmət etməsi nəzakətdən
imiş», «Nikah günü səyahətə çıxmaq kibar adəti imiş», «…bu
tərəflərdə dəvə və eşşək ilə yox, dəmiryolu və maşınlarla səyahətə
çıxırlar», «Hər qarış yerə, hər bir ağaca övlad – bala kimi baxılır»,
«Hünər və mərifət ilə nələr hasil etmişlər», «Alma ağacı var ki, hər
meyvəsi qarpız boyda. İnəklər var ki, gündə bizim inəklərdən on qat
artıq süd verir», «Türkistanda deyirlər ki, «fransızlar şeytandır, yox,
şeytan deyillər, kamil və mahir adamlardır». Molla Abbas rast
gəldiyi hər insanı öyrənməyə, olduğu kənd və şəhərə daha dərindən
bələd olmağa, əhalinin dil, din mənsubiyyətini, məşğuliyyət
sahəsini araşdırmağa, eyni zamanda bütün bunları doğma Vətəni ilə
müqayisə etməyə səy göstərir. Ölkələr, şəhərlər bir-birini əvəz edir.
Almaniya, Polşa, Avstriyada Molla Abbasın rastlaşdığı insanlar,
onların elmə, mədəniyyətə, tərəqqiyə verdiyi dəyər səyyahda dərin
izlər buraxır. Xüsusi ilə macar səyyahı Vamberi Molla Abbası
heyran edir. O, həyatını təhlükə qarşısında qoyub dərviş qiyafəsində
macarların qədim məskəni Türkistana səyahətə çıxır və Türkistan
dilləri ilə macar dili arasındakı fərq və oxşar cəhətləri öyrənməyə
başlayır.
Səyahətdən qayıdan Vamberi Türkistana dair dəyərləri
əsərlər yazıb bir neçə dildə nəşr etdirir. Molla Abbas sorağında
Abid Tahirli
~
148
~
olduğu «Gül baba» ziyarətgahı ilə bağlı Vamberidən də qənaətbəxş
məlumat əldə edə bilməsə də, bu görüşdən zəngin təəssüratlarla
ayrılır. Molla Abbasın Paris günləri daha zəngin, bir-iki
qanqaraldıcı hadisə istisna olmaqla, daha maraqlı keçir. Onun yeni
tanışları Molla Abbasda bir Avropalı obrazı yaratmağa imkan verir:
qanundan kənar onun üçün həyat yoxdur, haqq-ədalət onun
vazkeçilməz prinsipidir, elmə, təhsilə yiyələnmək onun üçün həyati
tələbat, zərurətdir, doğru-dürüst, halal yaşamaq onun həyat və
təfəkkür tərzidir. Bütün bunları Molla Abbas təqdir edir, alqışlayır
və bu keyfiyyətlərin həmvətənlərində də formalaşmasını arzulayır.
Eyni zamanda Avropada ailə münasibətləri, bir sıra məişət
məsələləri Molla Abbası təmin etmir. Elə buna görədir ki, Molla
Abbas geridə qalan xalqlara Avropadan öyrənməyi, onu özlərinə
xoca hesab etməyi lazım bilsə də, avropalıların xəta və
nöqsanlarından ibrət alıb, daha səadətli yaşam biçimi qurmaq haqda
düşünməyin də vacib olduğunu vurğulayır.
Molla Abbasın Parisdə tanış olduğu yeni sevgilisi Marqarita
ilə başına gələn macəraları səyyahın fransız cəmiyyətinə daha
dərindən nüfuz etməsinə, onu öyrənməsinə imkan verir. Fransa
məhkəmə sisteminin ədalətliliyi, hakim və məmurların öz işlərinə
vicdanlı, məsuliyyətli münasibəti, qanunların aliliyi və onların
işləkliyi Molla Abbasın diqqətini xüsusi ilə çox çəkir.
«Firəngistan məktubları» bir şərqlinin Avropaya – Parisə
sadəcə səyahəti deyildir. Doğrudur, oxucu səyyahla birlikdə Avropa
ölkələri, onun təbiəti, şəhər, kəndləri, əhalisi, məşğuliyyəti,
abidələri ilə tanış olur. Amma Molla Abbası düşündürən,
qayğılandıran digər çoxsaylı problemlər, suallar da var. Onu öz
Vətənindəki gerilik, ətalət, cəhalət, nadanlıq, həmvətənlərinin elmə,
təhsilə, tərəqqiyə biganəliyi məyus edir.
Dostları ilə paylaş: |