Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə55/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   51   52   53   54   55   56   57   58   ...   73

 Bütün türklərin tərcümanı



 

171



 ~ 

 



 Vətən yolunda can və baş fəda etmək, namus ilə dünyadan 

köçmək,  namussuzluq  ilə  varıb  düşmənə  əsir  olmaqdan  min 

mərtəbə ləzzətli və şərəflidir (Darrürrahat müsəlmanları). 

 Hökumətini və dövlətini hifz edə bilməyən padişahın qadın 



kimi ağlaması gərəkdir (Darrürrahat müsəlmanları). 

  Cənabi-Haqqın  cümlə  hikmətləri  nəhayətsiz  dərəcədə 



böyükdür,  lakin  ən  böyük  hikməti  bəlkə  insana  verdiyi  ağıldır 

(«Darrürrahat müsəlmanları»). 

  Ağlın  gücü  ilə  dəryalar  keçildiyi  yer  təkində  qorunan  və 



gizli  olan  nəsnələr  kəşf  edildiyi  və  çıxarıldığı  kimi,  bu  müqəddəs 

güc  ilə  çox  dərd  və  xəstəliyə  ilac    tapmaq  olur  («Darrürrahat 

müsəlmanları»). 

 Elm və uzmanlıqla gücləndirilmiş ağıl insan üçün bəxt və 



səadət çeşməsidir («Darrürrahat müsəlmanları»). 

 Elm var din üçün, elm var gün üçün, elm var ruh üçün, elm 



var bədən üçün («Darrürrahat müsəlmanları»). 

  Allahdan  qorxduğun  kimi  yalan  danışmaqdan  qorx, 



cəhənnəmdən  qaçdığın  kimi  pis  əməldən  qaç,  cənnətə  məhəbbət 

etdiyin kimi insanlara məhəbbət et («Darrürrahat müsəlmanları»). 

 Yumurtadan cücə  çıxmağına səbəb onun üstündə toyuğun 



yatması  yox,  toyuğun  vücudu  ilə  yumurtaya  verilən  hərarətdədir 

(«Darrürrahat müsəlmanları»). 

  İnsanlıq  odur  ki,  təbiəti  öyrənib,  ondan  istifadə  edəsən, 



heyvanlıq odur ki, təbiətin hal və gücünü biləsən, amma onun zərə-

rindən  qorunmayasan,  faydasından  yararlanmayasan  («Darrürrahat 

müsəlmanları»). 

  Ağıl  elm  və  məlumatla  artdıqca  gözlər  də  uzaqdan 



görməyə başlar («Darrürrahat müsəlmanları»). 


 Abid  Tahirli



 

172



 ~ 

 



  Məhəbbətsiz  gün  olmaz,  məhəbbət  zorla  olmaz 

(«Darrürrahat müsəlmanları»). 

 Zor və zülm ilə xidmətçi tutulmaz; necə ki, qadın və dost 



tutulmur? 

 Yola yolçu yaraşır («Darrürrahat müsəlmanları»). 



  Fransız  hər  işi  kitabdan  öyrənir,  hər  işi  kitabla  görür  

(«Sudan məktubları»). 

  Qadınlara  əsir  düşmək,  divanələr  əlinə  düşməkdən  daha 



yaxşıdır («Sudan məktubları»). 

  Düşmən  məktubu  hiylədən  ibarət  olur,  onda  xoş  xəbər 



axtarma («Arslan qız»). 

 



 Böyük bina tikiləndə,  kiçik daşlar da işə  yarayır («Arslan 

qız»). 


  Ey,  qardaşlar,  başımızı,  vücudumuzu  düşmən  üçün 

saxlamaqdansa,  canımızı  fəda  edərək,  şöhrət  və  rahat  kəsb  etmək 

daha əfzaldır. Mən təslim olanlardan deyiləm («Arslan qız»). 

  Kımız  süzüb  və  ya  rakı  ilə  qədəh  doldurub  düşmənə 



utanılacaq  xidmət  göstərməkdənsə,  əmanət  və  pak  canı  mərdanə 

fəda etmək daha yaxşı deyilmi? («Arslan qız»). 

 On dəfə  canı  fəda etmək bir dəfə  düşmənə baş  əyməkdən 



daha əfzəldir («Arslan qız»). 

 İgid igidi uzaqdan da görər («Arslan qız»). 



 

  Gerçək  durumu  bilmək  bəlanın  çarəsinin  yarısını  həll 



etməyə bərabərdir («Arslan qız»). 

  Döyüş  zamanı  saçlı-saçsız  (qadın-kişi)  yoxdur,  əsgər 



vardır («Arslan qız»). 

 Qələbə qurban istər («Arslan qız»). 



 Könül dəlidir, axar gedər, zəbt edilməz («Gün doğdu»). 




 Bütün türklərin tərcümanı



 

173



 ~ 

 



 Quş uçar, eşşək uçmaz («Gün doğdu»). 

  Sağların  köynəyinə,  ölənlərin  kəfəninə  göz  tikmə  («Gün 



doğdu»). 

 Az tap, az ye, lakin halal ye («Gün doğdu»). 



  Elm  dəryadır.  Otuz  il  oxusan,  yalnız  bir  sahilinə  çıxa 

bilərsən (Gün doğdu). 

  Millətin  halına  aşina  olmasan,  ona  xidmət  edə  bilməzsən 



(«Gün doğdu»). 

  Millətin  varlığını  qara  duman  kimi  örtmüş  cəhalət 



götürülsə,  millətin  vücudunu  qotur  kimi  ləkələmiş  çürük  qabıqlar 

təmizlənsə, millətin varlığı təzə can kimi dirçələr, yeni güc qazanar 

(«Gün doğdu»). 

 Molla görsə, pul verər, əmir görsə, əl öpər («Gün doğdu»). 



 Hər kəs  ayrılıqda, hamı bir yerdə qəflət  yuxusunda xorul-

xorul yatmaqdadır («Gün doğdu»). 

 Məhəbbətli bir baxışına bütün dünyanı fəda edərəm («Gün 



doğdu»). 

 Acından ölənin məzarı olmaz («İvan və Süleyman»). 



 Yoxluq da insan üçündür, varlıq da («İvan və Süleyman»). 

 Toplar, tüfənglər qazanmaz, hər zaman ədalət və mərhəmət 



qazanar («Baxçasaray məktubları»). 

  …hansı  tərəfin  ədaləti  və  mərhəməti  çox  isə,  o  tərəfin 



qazanması üçün dua edin («Baxçasaray məktubları»). 

  Borc  verilməklə,  yol  gedilməklə  tükənir  («Baxçasaray 



məktubları»). 

  Bəsləyən  torpağa  sevgi,  ədalətli  hökmdara  sədaqət 



(«Baxçasaray məktubları»). 


 Abid  Tahirli



 

174



 ~ 

 

 



 İnsanlar danışaraq – tanış, fikir və əməlləri bir olduqda isə 

dost olurlar («Baxçasaray məktubları»). 

 Borc ödənişiylə gözəldir («Rusiya müsəlmanları»). 



  Məktəb  əqli  və  əxlaqi  tərbiyə  ocağıdır.  Başqa  bir  şeyə 

xidmət edə bilməz və etməməlidir («Rusiya müsəlmanları»). 

  Cəhalətə  yalnız  elm  qalib  gələ  bilər  (Rusiya 



müsəlmanları). 

 Beyni elm hərəkətə gətirir («Rusiya müsəlmanları»). 



  Qardaşlar,  xalqın  bilik  və  mədəni  səviyyəsinin 

yüksəldilməsi işi ilə ciddi məşğul olun («Rusiya müsəlmanları»). 

  Fərdi  qaydada  öyrənmək  bir  ləyaqətdir,  amma  bilməyənə 



öyrətmək  daha  böyük  ləyaqətdir,  yaxşı,  xeyirli,  müqəddəs  işdir 

(«Rusiya müsəlmanları»). 

  Dinimiz  xeyrin  üç  şəkildə  verilə  biləcəyini  öyrədir: 



əməklə, sözlə və sədəqə ilə. Bunların hər üçü Allah qatında keçərli, 

xeyirli  sayılır,  lakin  kasıb  yaxın  adamına  çalışması  ilə,  alim 

öyrətməklə,  zəngin  sədəqə  verməklə  yardım  edər  («Rusiya 

müsəlmanları»). 

  Öyrənmişsinizsə,  bilik  və  xeyirxahlığın  qaydalarını 



mənimsəmişsinizsə, onları soydaşlarınıza verməyə çalışın («Rusiya 

müsəlmanları»). 

  Yaxşı  kitabları  doğma  dilə  çevirin,  fağır,  cahil  tatarlar 



üçün  yazın,  məktəblər  açmağa,  onları  yaxşılaşdırmağa,  sənət  və 

sənətkarlığı yaymağa çalışın («Rusiya müsəlmanları»). 

  Həyat  biçiminin  sadəliyi  və  ataerkil    olması,  uşaqlıqdan 



ona  təlqin  edilən  dini-əxlaqi  prinsiplərin  saflığı  sayəsində  hiylə  və 

ikiüzlülüyə  yabançı  olan  müsəlman  şərəfli  bir  insandır,  …amma 

qədərin cilvəsi ilə bu və ya digər biçimdə avropalılığın ciddi elmini 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə