Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə57/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

 Abid  Tahirli



 

178



 ~ 

 

üç-beş  fransız  risaləsi  oxuyandan  sonra  hay-küylə  kürsüyə 



qaçmasına bənzəyir («Məzhəbi-iştirakıyyun»). 

  Bizim  halımız  sağ,  məqbul  deyil.  Ən  yaxşısı  budur  ki, 



yapon ziyalılarından öyrənək. Mənim etiqadım belədir və buna görə 

də belə söyləməyə məcburam («Məzhəbi-iştirakıyyun»). 

 Fransa ilə Afrika müsəlmanları arasında nəhəng Ağ dəniz 



var.  Digər  islam  ölkələri  ilə  Fransa  arasında  daha  böyük  dənizlər, 

qitələr və başqa millətlər var. Buna görə də, fransızlar müsəlmanlara 

qarşı yeritdikləri siyasətin əsaslı olub-olmadığını araşdırmağı lüzum 

gördükləri  halda,  Rusiya  Asiyada  Altın  dağlarından  Avropada  – 

Kara  dəniz  sahillərinədək  həmhüdud  olduqları  və  bir  sərhəd 

içərisində  yaşadıqları  20  milyon  islam  əhalisi  olan  müsəlman 

millətləri  və  dövlətləri  ilə  bağlı  politikasını  daha  ziyadə 

araşdırmağa, təftiş etməyə borcludur («Rusiyanın islam siyasəti»).  

  Rusiyanın  içərisində  və  hüdudlarında  olan  müsəlmanların 



yüzdə  doxsanı  türk  olduğundan,  müsəlman  politikası  demək,  elə 

türk politikası deməkdir («Rusiyanın islam siyasəti»). 

  Rusiya  ilə  İslam  ölkələri  Avropadan  xeyir  güdməməlidir. 



Onların  arasındakı  çəkişmədən  avropalılar  qazanır.  Rusiya  ilə 

müsəlmanların  arasında  əsrlərlə  sürən  düşmənçilik  onların  hər 

ikisini  eyni  vəziyyətə  salmışdır,  necə  deyərlər,  iki  çılpaq  bir 

hamama yaraşır. İndiki dəmir dövründə ağac daxmalarda ömr edən, 

ağac  araba  ilə  yol  gedən,  ayağı  yalınğaç  (çılpaq),  yaxud  çarıqlı 

gəzən yalnız rus və müsəlmanlardı («Rusiyanın islam siyasəti»). 

  Rus  və  müsəlman  millətləri  arasında  düşmənçilik, 



dözümsüzlük,  soyuqluq,  qorxu  və  əndişə  yoxdur,  lakin  «rəsmi 

Rusiya»ya gəlincə belə deyildir («Rusiyanın islam siyasəti»). 




 Bütün türklərin tərcümanı



 

179



 ~ 

 



  Rus  hökuməti  bir  dəfə  də  olsun,  Avropa  aclarından  islam 

toplumunu  müdafiə  etməmişdir.  Qədim  Rumeli  xristianlarını 

müdafiə  etmiş,  lakin  yanıb  qovrulan  türk  milləti  üçün  bir  söz 

deməmişdir («Rusiyanın islam siyasəti»). 

  Gələcəkdə  millətlər  orduları  ilə  deyil,  mədəniyyət  və 



kəmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»). 

  Rus  mətbuatı  Şərqdən  bixəbərləri  olan  Afinadan  və  ya 



Sofiyadan yayılan yalanlara, istinadlara etimad göstərib, Osmanlılar 

əleyhində  ağzına  gələni  yazdığı  və  nəşr  etdiyi  materiallarla 

Rusiyanın  ictimai  fikrini  bulandırmaqla  yanaşı,  müsəlmanları  da 

bezdirməkdən başqa bir nəticə əldə etməmişdir. Rus mətbuatının bu 

işlərə rus gözü ilə baxmayıb, bolqar, yaxud da yunan gözlüyü taxıb 

baxması üzücüdür («Rusiyanın islam siyasəti»). 

  …iyirmi-iyirmi  beş  il  əvvəl  (məqalə  1911-ci  ildə  qələmə 



alınmışdır – T.A.) elm və ədəbiyyata dair dilimizdə yalnız üç risalə 

(kitabça – T.A.) var idi:  biri Qərb alimi Radlofun  «Bilik»  (Kazan, 

1872), digəri Qəyyum Əfəndi Nəsirovun «Kalendar» (cəmi 23 ədəd 

olmaqla,  hər  il  1  təqvim-salnamə  –  T.A.)  və  üçüncüsü  də  Mirzə 

Fətəli Axundovun komediyalarıdır (1859-cu ildə «Təmsilat» adı ilə 

Tiflisdə 

nəşr  edilmişdir  (T.A.) 

(«Rusiya  müsəlmanlarının 

mədəniləşməsinin başlanğıcı»). 

  Bakı  şəhərində  Həsən  bəy  Məlikov  cənabları  tərəfindən 



«Əkinçi» adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə 

də,  donmuş  və  buzlamış  fikirlərə  ildırım  kimi  ziya  vermiş  idi 

(«Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

  Oxumuş,  ziyalı  müsəlmanlar  rusca,  fransızca  bilirlər: 



doktorluq,  mühəndislik,  mədənçilik,  vəkillik  edirlər,  lakin  milli 

dildən məhrumdurlar! Ziyalı bir rus yoxdur ki, rusca yazı yazmasın, 




 Abid  Tahirli



 

180



 ~ 

 

ziyalı bir nemes, polyak, ya gürcü, erməni yoxdur ki, öz dilində yazı 



yaza  bilməsin.  Bu  hal  yalnız  bizlərə  məxsusdur  («Rusiya 

müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

 İslamiyyət üçün ilk öncə iki vəzifə vardır: biri təhsil, digəri 



ibadətdir. Bunun nəticəsi kimi müsəlman olan hər yerdə təhsil üçün 

məktəb,  ibadət  üçün  cami  olmalıdır.  Məktəb  və  cami  yerinə  görə 

daşdan,  ağacdan,  yaxud  keçədən  düzəldilir.  Oturaq  müsəlmanların 

məktəb  və  camiləri  öz  yaşayış  yerlərində,  bədəvi  müsəlmanların 

(köçərilərin)  məktəb  və  camiləri  özləri  ilə  birgə  hərəkət,  köç  edər 

(«Rusiya müsəlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

  Bir  neçə  il  müəllimlik  etdim,  məktəb  həyatı  ilə  tanış 



oldum.  Zavallı  çocuqların  5-6  il,  gündə  6-7  saat  ərəbcə 

əzbərçilikdən,  dini  təhsildən  başqa  heç  nə  ilə  məşğul  olmadığını 

görüb əsəb və təəssüfdən yatmadığım gecələr çox olmuşdur (Rusiya 

müsəlmanlarının mədəniləşməsinin başlanğıcı). 

 Beş illik təhsil dövründə şagird elm, hünər, kamal bir yana



heç  dürüst  namaz  qılmağa,  hətta  bir  məktub  yazmağa  nail  ola 

bilmir.  Bu  dərdə  bir  dərman  lazım  idi.  Bunun  üçün  1883-cü  ildə 

təsis etdiyim «Tərcüman» qəzetində 1884-cü ildə üsuli-cədid – yeni 

təhsil üsulu mövzusunu qaldırdım. Yeni əlifba kitabı nəşr olundu və 

Baxçasarayda  yeni  üsullu  məktəb  fəaliyyətə  başladı.  Hazırda  bu 

üsulla  işləyən  məktəblər  Şərqi  Türkistana  qədər  yayılmış  və  sayı 

500-ü  keçmişdir  («Rusiya  müsəlmanlarının  mədəniləşməsinin 

başlanğıcı»). 

  Bir  sıra  şəhərlərdə,  məsələn,  Baxçasaray,  Şəki,  Kulca, 



Şamaxı,  Naxçıvanda  yeni  üsulla  işləyən  məktəblərə  rus  dili 

müəllimi  dəvət  edilir  və  onlar  çox  rahat  bir  şəkildə  rus  dilini  də 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə