Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə56/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

 Bütün türklərin tərcümanı



 

175



 ~ 

 

yox,  zahiri  süsünü  əldə  etmiş  müsəlman,  təəssüf  ki,  faydalı  və 



hərəkətli həyat üçün itirilmiş insandır. Allah bizi mədəniyyət və dil 

bilmənin belə meyvələrindən qorusun («Rusiya müsəlmanları»). 

  Böyük  zindanlar  bir  açarla  açılır…  («Sibirdə  –  Tümən 



şəhərində»). 

  Həyat,  zaman  üstüörtülü  sözləri  təhlil  edəcək  və 



yanlışlıqları atacaqdır («Rus-Şərq anlaşması»). 

  Başqalarını  müsəlman-türklərin  maariflənməsi  lehinə 



çalışmağa və fəaliyyət göstərməyə dəvət edərkən, özüm də əli-qolu 

bağlı  qalmadım,  1883-cü  ildən  etibarən  «Tərcüman»  adlı  həftəlik 

rusca-tatarca qəzetin nəşrinə başladım («Rus-Şərq anlaşması»). 

  Müsəlman  dövlətləri  və  qövmləri  ilə  Rusiyanın  gözəl  bir 



şəkildə  qaynayıb-qarışmasını  və  yola  getməsini  avropalılar  xoş 

qarşılamazlar:  çünki  belə  münasibət  siyasi  oyunçuların  hesab  və 

alətlərini qarışdıra bilər («Böyük Şərq məsələsi»). 

  …parlayan  əşyaların  hamısı  qızıl  və  gümüş  deyildir 



(«Avropa mədəniyyəti»). 

  İlk  baxışda  Avropa  məişəti  və  mədəniyyəti  çox  süslü, 



ziynətli  və  yaraşıqlı  bir  qadına  bənzəyir,  lakin  bir  az  diqqət 

edildikdə  görünür  ki,  bu  qadının  dişləri  uydurma,  saçları  taxma,  o 

dolu-dolu  köksü  qabartma pambıqdır.  Bu libas  çıxarılarsa, qoturlar 

görünər,  üz  çevirməkdən  başqa  əlac  qalmaz  («Avropa 

mədəniyyəti»). 

  Avropanın  məişət  və  mədəniyyət  bir  adamı  güldürüb 



məsrur  (şad,  şən  –  T.A.),  yüz  adamı  güldürüb  xəstə  etdikcə, 

sosializm, sosialist düşüncələr ölməyəcək («Avropa mədəniyyəti»). 

  Avropada  və  bəlkə  dünyada…  inqilab  sosializm  üzündən 



gələcəkdir («Avropa mədəniyyəti»). 


 Abid  Tahirli



 

176



 ~ 

 



 Statistika elmi  nə  qədər inkişaf etsə  də, daha  çox nöqsanı 

olan bir fəndir («Avropa mədəniyyəti»). 

 İnsanların davranışında bir-birinə fayda və faydadan əvvəl 



verəcək  bir  şey  varmı?  Vardır!  Bu  da  haqq-ədaləti,  doğruluqdur 

(«Avropa mədəniyyəti»). 

  Bəşərin  məişətinə  əsas  ola  biləcək  haqq-ədalətdən  başqa 



bir şey yoxdur («Avropa mədəniyyəti»). 

  Haqq-ədalət  üzərində  təsis  olunan  məişət  ən  pak  məişət 



olacaqdır.  Bu məişətin içində olan insanlar rahat  yaşaya biləcəklər 

(«Avropa mədəniyyəti»). 

 İnsanların hər hərəkəti haqqa, ədalətə istinad edərsə, zülm 



ortadan qalxar,  məzlum da olmaz («Avropa mədəniyyəti»). 

 Nəfs və zülm meydandan çəkilən zaman haqq və ədalətdən 



yaranmış  əhvala  və  məişətə  hansı  insan  qarşı  və  düşmən  olacaq? 

(«Avropa mədəniyyəti»). 

  Kiminsə  hüququmun  əleyhinə  olmadığına  inanaramsa  və 



özüm  də  kimsənin  haqqına  göz  dikməmişəmsə,  kim  məndən 

şikayətçi  olacaq,  mən  kimdən  şikayətçi  ola  bilərəm  ki?!  («Avropa 

mədəniyyəti»). 

  Təsəvvür  edək  ki,  bütün  cəmiyyət  üzvləri  işlərini  və 



hərəkətlərini tam haqq və ədalətlə icra edirlər. O zaman insanlar bir-

birindən  narazı,  şikayətçi  ola  bilərmi,  bir-birinə  qəsd  edərmi? 

Qətiyyən («Avropa mədəniyyəti»). 

  Sərmayə,  mülk,  işləmək  və  fayda  haqqında  Quranın 



hökmləri  Avropada  əsas  hüquq  və  əxlaqa  çevrilsəydi,  müdhiş 

sosialist düşüncələrə yer qalmazdı («Avropa mədəniyyəti»). 

  Avropa  bir  ixtiyardır,  təcrübəsi  çoxdur.  İxtiyarlığına 



hörmət  edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: 


 Bütün türklərin tərcümanı



 

177



 ~ 

 

məktəblərini,  universitetlərini  bizlər  də  təsis  edək,  elmlə  ağlımızı 



ziyalandırdığımız  qədər  haqq  və  ədalətlə  ürəklərimizi  doldurmağa 

çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan 

kimi götür-qoy edək: nədir, nəyə  yararı var, vicdan və haqq-ədalət 

xaricində deyil ki? («Avropa mədəniyyəti»). 

 Kasıblıq, çarəsizlik yalnız malda, sərmayədə deyil, elmdə, 



fəndə,  bilikdə,  sənaye  və  hünərdə  daha  ziyadə  zahir  olur  və  ortaya 

çıxar («Məzhəbi-iştirakıyyun» – sosialist cərəyanı – T.A.). 

  İslam  aləminə  maddi  və  mənəvi  bərabərlik,  rahatlıq 



dalaşmaq,  dartışmaq  yolu  ilə  deyil,  haqq-ədalətlə  gələcəkdir 

(«Məzhəbi-iştirakıyyun»). 

  Ey  qardaşlar,  Yaponiyadan  ibrət  alaq.  Bunlar  bizim  kimi 



tək-tək  oxumadılar,  yüz-yüz  Avropa,  Amerika  universitetlərində 

təhsilə  yiyələndilər.  Bizim kimi  başdansovdu savad  əldə  etmədilər. 

Avropanın  bütün  qazanlarına  girib  qaynayıb  çıxdılar.  Milli  torpaq 

və tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və 

səadəti  öz  milləti  dairəsində  axtarmağa  və  vücuda  gətirməyə 

çalışdılar və gətirdilər (Məzhəbi-iştirakıyyun). 

  Yapon  gəncləri  Çində  Amerika  ticarətinin  qarşısını  alıb, 



milli  mallarına   yol  açırlar.  Bizim gənclər Kazan bazarında səkkiz 

tacirlə  on  beş  prikazçiki  dalaşdırmaqdan  başqa  iş  bilmirlər.  Yapon 

ziyalıları  ilə  bizim  ziyalılar  arasındakı  təfavüt  budur  («Məzhəbi-

iştirakıyyun»). 

  Bütün  nöqsanlarımız  milli  məktəblərimizin  nöqsanından, 



pərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»). 

  Bir  mujikin  yarmarkada  tapıb  geydiyi  pencəkdə 



meymunanə  qiyafətə  düşməsi  bizim  bəzi  müsəlman  ziyalıların  da 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə