Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə64/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   60   61   62   63   64   65   66   67   ...   73

 Bütün türklərin tərcümanı



 

199



 ~ 

 

ədəbi  dilə  malik  və  sahib  olduqları  sayəsindədir  («Can,  yəni  dil 



məsələsi»). 

  Çarəsiz  bir  dilsiz  kişinin  lu-lu-lu-lu,  bu-bu-bu-bu-bu… 



kimi bir-iki heyvanca səsi ilə insanlıq mümkün olmadığı kimi, ədəbi 

dildən məhrum  millət  də  tərəqqi  etməz, mədəniləşməz («Can,  yəni 

dil məsələsi»). 

  Aslan  kimi  millətimizin  başına  gələn  fəlakətlər  və 



çarəsizlik hər su boyunda bir xan və ya əmirə tabe olduğu deyildir, 

hər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi 

dili vücuda gətirməkdə etdiyi qəflətdir («Can, yəni dil məsələsi»). 

  …bir  neçə  ildən  sonra  ortaq  dil  naminə  daha  fəal 



çalışılacağımıza ümidim artmaqdadır («Can, yəni dil məsələsi»). 

 Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi 



dilimizin  sütunu  Füzulidir.  Doğma  dil  demək,  millətin  ədəbi  dili 

deməkdir,  bizim  də  doğma  dilimiz  türk  dilidir,  ədəbi  dilimizdir 

(«Can, yəni dil məsələsi»). 

  …çobanların,  yedəkçilərin,  aşbazların  şivəsi  millət, 



ədəbiyyat və təhsil dili deyildir. Maarif nəzarəti bu xüsusda böyük 

xəta  işlədir.  Belə  bir  xəta  Peterburqda  edilsə,  ayıb  edilməz,  lakin 

Baxçasarayda, Bakıda, Orenburqda, Kazanda edilsə, xəta ayıb yox, 

böyük cinayət olar («Can, yəni dil məsələsi»). 

  Çalışaq,  çalışaq,  ortaq  ədəbi  dil  uğrunda  çalışaq  («Can, 



yəni dil məsələsi»). 

  Tərcümançıların  millətə  ərz  və  təqdim  etdikləri  «dil  və 



məslək»  maddələri  sosializm  və  marksizm  müddəalarından  çox 

asandır və millətin ruhuna, idrakına və halına daha  yaxın şeylərdir 

(«Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)  



 Abid  Tahirli



 

200



 ~ 

 



  İndi  çarəsiz  millət  ancaq  bir  şey  gözləyir.  Gözlədiyi  şey 

milli  intelligensiyadır,  milli  işçilərdir.  Bunlar  yetişəcəkdir. 

Allahdan,  ya  da  təbiətdən  ümidi  kəsmək  olmaz.  …Ümidsizlənib 

qələmi qırmağa səbəb görmürük («Bizlərdə dil və məslək birliyi ola 

bilərmi, ya yox?») 

  Millətin  ədəbi  dilini  vücuda  gətirən  böyük  ədiblərdir.  Bu, 



doğrudur, fəqət, bunlara zəmin hazırlayan millətin özüdür, adi, sadə 

mühərrirlərdir  («Bizlərdə  dil  və  məslək  birliyi  ola  bilərmi,  ya 

yox?») 



  Dil  birliyi  xüsusunda  kazanlılar  «Tərcüman»a  etiraz  edə 



bilərlər,  şivələri  xeyli  başqadır,  amma  «Həyat»,  «Tazə  həyat», 

«İrşad», «Füzüyat» və «Tərəqqi» dili ilə «Tərcüman»ın dili arasında 

təfavüt  qalmamışdır.  Deməli,  dil  birliyi  fikri  ideyadan  əmələ 

keçməkdədir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?») 

  Bir  cins,  bir  millət  olduğumuzu  dünyaya  göstərəcək, 



ictimai  haqlarımızı  təmin  edəcək  dilimiz  harada  qaldı?  Bu  gün 

mövcud  vəziyyət,  sabah  bu  sualı  daha  şiddətli  surətdə  ortaya 

qoyacaqdır. Bu suala və millətimizə nə kimi cavab verəcəyik? («Dil 

və məsuliyyət»). 

  «Şəms-abad»  deməklə  bir  türk  oğlu  nə  fars  olur,  nə  şair, 



ancaq  ana  dilinə  təpik  atmış  olur  («Beldetüş-Şemsmi,  veled  degil, 

oğulmu?») 

  İçəri  Rusiyada  Ağcigidovun  «Hüsaməddin  mollası»ndan 



başlayıb  Abdürrəşid  Əfəndi  İbrahimov  və  Rzaəddin  Fəxrəddinov, 

Kültəsilər,  Feyizixanov  və  sairlərin  əsərləri,  Azərbaycanda  Sultan 

Məcid  bəy  Qənizadələrin  və  Adüsəlam  Əfəndi  Axundzadələrin 

ədəbiyyatımıza  və  ədəbi  dilimizə  böyük  xidmət  etdikləri 

meydandadır («Dillərin birləşdirilməsi gəlir»). 



 Bütün türklərin tərcümanı



 

201



 ~ 

 



  …mərhum  Qəyyum  Əfəndi  Nasırovun  Kazanda,  Həsən 

bəy  Məlikovun  Qafqazda  ədəbi  dilə  və  ali  türk  məsləyinə  xidmət 

etdikləri inkar edilməz («Dillərin birləşdirilməsi gəlir»). 

 Qafqaz qəzetləri xalq danışıq dilinin yox, ədəbi dilin, ortaq 



dilin  inkişafına  çalışdılar.  Həqiqətən  gediləcək  yol  hələ  xeyli 

zəhmət  və  vaxt  istəyir,  lakin  əsas  odur  ki,  dilimiz  lazım  olan  yola 

çıxmışdır  və  dərə-təpə,  qar-boran  demədən  yavaş-yavaş  irəliləyir 

(«Dillərin birləşdirilməsi gəlir»). 

 …Xəlilbəy Xasməmmədov «tatar» kəlməsinə razı olmayıb 



(söhbət  Dövlət  dumasının  təhsil  komissiyasının  məktəblərdə 

tədrisin hansı dildə keçirilməsinə dair iclasından gedir – T.A.), daha 

doğrusu,  həmin  sözün  əvəzinə  «türk»  kəlməsinin  istifadə 

olunmasının  düzgün  olduğunu  iddia  etsə  də,  komissiya  üzvlərinin 

əksəriyyəti (erməni, gürcü və müsəlman deputatlar) «türk» sözünün 

pantürkizmə  xidmət  edəcəyindən  qorxaraq,  təklifi  rədd  etmişlər 

(«Dillərin birləşdirilməsi gəlir»). 

  Vay  politika,  politika!  Məktəblərə  girməsəydin,  nə  gözəl 



olardı! Tatar xalqı mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə 

ad  verilirsə  verilsin,  türk  dilindən  başqa  bir  şey  olmayacaqdır 

(«Dillərin birləşdirilməsi gəlir»). 

  Böyük  məktəblərin  hər  birinə  bir  molla  ayrılmasını 



istədikcə,  buna  «panislamizm»  dedilər.  İndi  milli  dildə  təhsil  tələb 

edirik, «pantürkizm» əndişəsi irəli sürülür («Dillərin birləşdirilməsi 

gəlir»). 

  Bakıda  nəşr  olunan  «Səda»  və  «Həqiqət»  qəzetləri 



müxtəlif  səbəblərə  görə  bir  müddət  çıxmadı,  indi  təkrar  zühur 

etdiklərini şükranlıqla görürük. Qəzet çıxartmaq, qırx kərə yazıb bir 

kərə  anlatmağın  nə  qədər  müşkül  olduğunu  biz  hər  kəsdən  yaxşı 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə