Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə63/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   59   60   61   62   63   64   65   66   ...   73

 Abid  Tahirli



 

196



 ~ 

 

bu  sözlərim  sənə  həm  rica,  həm  nəsihət,  həm  də  vəsiyyətdir 



(«Həyat»). 

  «Mətbuatımız  yaponca  tərəqqi  edir»  -  deyirlər,  hay,  hay, 



belə olsa idi, nə xoş, amma belə deyil. Yapon adalarının hər birində 

yerli  şivə  olduğu  halda,  mühərrirləri  və  ədibləri  ən  əvvəl  «dili 

birləşdirməkdən»  işə  başladılar  və  onun  sayəsində  də  –  dil  ilə 

bərabər  millətin  fikirlərini,  niyyətlərini  və  əməllərini  birləşdirdilər, 

çünki  dil  və  ədəbiyyat  birliyi  digər  birliklərin  əsası  və  təməlidir 

(«Hatimə»). 

 Qardaşım, qəzeti başdan ayağa bir mühərrir yazmaz, lakin 



qəzetin  məlum  bir  dili  olması  və  baş  mühərririn  bütün  yazıları 

gözdən  keçirməsi  şərtdir.  Qəzetə  «naşir  və  mühərrir»  imzası 

atmaqla  nə  ədəbiyyata  xidmət  edilir,  nə  də  millətə  xeyir  gətirilir. 

Hər  bir  qəzet  və  sair  əsər  üçün  ən  əvvəl  və  ən  ziyadə  dil  gərəkdir 

(«Azad» rəfiqimizə açıq məktub»). 

  Rusiya  müsəlmanlarının  ədəbiyyat  tarixini  yazan  tapılsa, 



1906-cı ili «dil ili» kimi dəyərləndirə bilər («Dil ili»). 

  Həyatımın  məsləyi  olan  «dil  birliyi»  məsələsində  biz  bir 



nöqtə  belə  geri  çəkilmədik  və  çəkilməyəcəyik.  Əslində  geri 

çəkilməyə nə yol, nə də yer var («Dil ili»). 

  Əgər  adi,  bəsit  şeylərdən  başqa  elmi  əsərlərin  nəşrinə 



başlamaq istəyiriksə, dilimizi bir az da «işlətmək» lazım gələcəkdir 

(«Dil haqqında»). 

  Ədəbi  dilsiz  bir  arşın  tərəqqi  edə  bilmərik  («Dil 



haqqında»). 

  Hörmətli  vəkillərimizin  (Dumadakı  türkdilli  xalqların 



deputatları  nəzərdə  tutulur  –  T.A.)  bir-biri  ilə  rusca  danışmalarına 

(«Rossiya» qəzetinin iddiasına işarədir – T.A.) əsəbiləşmirik, hətta 




 Bütün türklərin tərcümanı



 

197



 ~ 

 

fransız  və  ingilis  dilində  danışsalar,  sevinərik,  lakin  hamısı  türk 



oğlu  türk  olduqları  halda,  doğma  ana  dilində  yaxşı  danışa 

bilmədiklərinə  əsəbiləşirik  və  ortaq  dil  məsələsini  irəli  sürürük 

(«Rossiya» qəzetinə cavab»). 

 …hər kəs iki aylıq bir təhsil ilə ümumi türk dilinə yiyələnə 



bilər («Rossiya» qəzetinə cavab»). 

  Türk  şivələrini  ayrı-ayrı  dil,  türk  tayfalarını  başqa-başqa 



millət  kimi  göstərmək  təfriqə,  nifaq  salanların  məsələsidir. 

«Tərcüman»ın məsləyi başqa olmuşdur, başqa olacaqdır («Rosiyya» 

qəzetinə cavab»). 

  …adı  olmayan  adam  özü  də  yox  kimidir.  Dilsiz  kişinin 



cismi də yox kimidir («Dostlarıma açıq məktub»).  

  …rusların  bir  qisminə  katsap,  bir  qisminə  xaxol,  bir 



qisminə  belarus,  bir  qisminə  də  kazak  deyilsə  də,  hamısı  «rus» 

olduqları  kimi,  biz  türkdilli  xalqlar  da  türk  oğlu  türklərik 

(«Dostlarıma açıq məktub»). 

  Bərəkallah!  Rusiyada  «iyirmi  milyon  varıq»  -  deyə  yazıb 



göstəririk  (XX  əsrin  əvvəllərində  Rusiya  türklərinin  sayına  işarə  – 

T.A.), lakin bu 20 milyona iyirmi dörd ad və isim verib (Rusiyadakı 

türkdilli xalqların sayına işarədir – T.A.), tək vücudu parçalamaqla 

siyasi xəta etmirikmi? («Dostlarıma açıq məktub»). 

  …şivə  ilə  elm  və  ədəbiyyat  yaratmaq  imkansızdır 



(«Dostlarıma açıq məktub»). 

  Dayanmadan  çalışaq,  mühərrir  rəfiqlər,  bizlər  hazırda  nə 



qədər  qəzet,  risalə  yazsaq  da,  dünyamızı  dərhal  islah  edə 

bilməyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir 

işimiz  də  vardır.  Bu  da  ortaq  ədəbi  dilə  təməl,  əsas,  bünövrə 



 Abid  Tahirli



 

198



 ~ 

 

qoymaqdır.  Bu  işə  ziyadə  diqqət  yetirək  («Dostlarıma  açıq 



məktub»). 

  Mərhum  Həsənbəy  Məlikovun  təşəbbüsündən  («Əkin-



çi»nin  nəşri  nəzərdə  tutulur  –  T.A.)  bu  günə  qədər  Azərbaycanda 

türk  dili  çalışıldı;  qəzetlər,  teatrlar,  risalələr  türk  dilində  nəşr 

edildi…  qardaş-qardaşı  gördü,  tanıdı,  təkrar  qucaqlaşdı,  birləşdi… 

(«Farsimi, türkimi»). 

  Türklər  harada  olur-olsun,  gərəkdir  ki,  ən  əvvəl  türkcə 



danışsınlar, oxusunlar, yazsınlar, lakin sonra Rusiyada rusca, İranda 

farsca,  Çində  çincə  bilməyə  çalışsınlar,  çünki  zəruridir,  lazımdır 

(«Farsimi, türkimi»). 

 Ədəb, məktəb və elm dili ümumi dildir. Bizdə bu yoxdur, 



bizə  bu  lazımdır.  Bizlər  buna  çalışmalıyıq  («Rəfiqlərimə  açıq 

məktub»). 

  Gələcəyimizə  səd  çəkmiş  və  çəkəcək  bir  şey  bilirəm  ki, 



yalnız dilsizlikdir (ortaq türk dilinin olmaması anlamında – T.A.).  

  Hökmdar,  məzhəb,  iqlim  xatirinə  heç  bir  qövmün,  xalqın 



dilinə, ədəbiyyatına təcavüz caiz deyildir, buna yol verilsə, haqsızlıq 

olar («Farsimi, türkimi»). 

  Dilsiz  kişinin  nə  olduğu  hər  kəsə  məlumdur,  bunu  bəyan 



və tərif etməyə hacət yoxdur. Dilsiz kişi nədirsə, ədəbi və ortaq dili 

olmayan millət də odur («Farsimi, türkimi»). 

 Dil, ədəbi dil din dərəcəsində əziz, müqəddəs, dəyərli ilahi 



bir nemətdir («Can, yəni dil məsələsi»). 

  Yer  kürəsini  titrədən,  alt-üst  edən  hunlardan  bu  gün  bir 



nəfər  qalmayıb,  bundan  20  əsr  öncə  baş  göstərmiş  bir  ovuc  qədər 

olan yunanlar hələ də mövcuddurlar. Bu, hunların dilsiz, yunanların 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə