Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə62/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   58   59   60   61   62   63   64   65   ...   73

 Bütün türklərin tərcümanı



 

193



 ~ 

 



  Azərbaycan  türk  şivəsində  mart  ayının  30-dan  etibarən 

(1903)  Tiflisdə  nəşrə  başlayan  «Şərqi  Rus»  qəzetinin  bir-iki 

nüsxəsini görüb sevindik… Təbrik edir, müvəffəqiyyət arzulayırıq. 

İyirmi  ildən  artıq  «Tərcüman»  tək  çalışırdı.  İndi  dostu  zühur  etdi. 

Təkliyimiz bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, 

iki oldu («Tiflisdə yeni qəzet»). 

 Kazanda, Krımda, Orenburqda, Tiflis, Bakı və Daşkənddə 



kitab  çap  edilir,  kitab  çıxarılır.  Bunlar  əksər  halda  nəşr  olunduğu 

yerdə qalır, kənar yerlərə dağıdılmır, görülmür, eşidilmir, buna görə 

də satılmır, iş ağırlaşır. …Məlum mərəzin dərmanı axtarılsa, tapılar. 

Cümlə  kitabçılar  və  naşirlər  görüşməli,  yazışmalı,  kitablarını  bir-

birinə  əmanət  etməli,  nəşrlərini  hər  tərəfə  yaymağa  səy 

göstərməlidirlər («Kitab və kitabçılıq»). 

 Bir xalqın ədəbi dili yoxdursa, özü də yoxdur. Millət üçün 



dil can və ruhdur («Kitab və kitabçılıq»). 

  Qəzetlərimiz  nə  qədər  çox  olursa-olsun,  bundan  millətə 



fayda  gözlənilir,  zərər  dəyməz,  lakin  hər  bir  mühərrir,  hər  bir 

qəzetçi  başqa  bir  dil,  başqa  bir  şivə  və  imladan  istifadə  edərsə, 

məsələ çox müşkülə düşər («Lisan məsələsi»). 

  Hər  millətin  hal  və  istiqbalı  üçün  dininin  bir  olması  nə 



qədər  mühümdürsə,  dilinin  də  bir  olması  eləcə  əhəmiyyətlidir. 

Ədəbi dildən məhrum qalmış millət sayca nə qədər böyük olsa da, 

kiçik sayılır («Lisan məsələsi»). 

 Dil ayrılığı, məkan ayrılığından daha ağır, daha zərərlidir. 



Millətin  birliyi  dilin  birliyi  sayəsindədir.  Maarifə,  kamala 

yiyələnmək  yalnız  ədəbi  dil  sayəsində  mümkün  ola  bilər  («Lisan 

məsələsi»). 



 Abid  Tahirli



 

194



 ~ 

 



  İyirmi  beş  ildən  bəri  bütün  mühərrirlərimiz  dil  birliyi 

uğrunda  çalışır.  Zənn  edirəm  ki,  bu  yoldan  ayrılmamaq  lazımdır. 

Ona  görə  də  «Həyat»,  «Nur»,  «Kazan  müxbiri»  və  sair  kimi 

nəşrlərin mühərrir rəfiqlərimizdən də candan və ürəkdən rica edirəm 

ki, bu məsələyə ziyadə diqqət yetirsinlər («Lisan məsələsi»). 

  Hazırda  bir  də  ən  çox  möhtac  olduğumuz  şey  cümlə 



şivələri ehtiva edən bir türk lüğətidir («Lisan məsələsi»).  

  Əziz  və  müqəddəs  üç  şey  vardır  ki,  nə  qədər  söylənsə, 



yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir 

(«Dil, dil, dil»). 

  Dil  məsələsi  yalnız  bir  ədəbi  məsələ  deyildir.  Bəlkə  daha 



çox ictimai, siyasidir. Elm, tarix, etnoqrafiya və siyasi elmlərə aşina 

olanlara bu iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və 

millət  5-10  yox,  hətta  100  milyon  can  olsa  belə,  yenə  millət 

sayılmaz («Bizim mətbuat»). 

  «Aləmi  nisvan»  idarəsinə  (İ.Qaspiralının  qadınlar  üçün 



nəşr  etdiyi  jurnal  –  T.A.)  xanımlardan  və  xanım  qızlardan  gələn 

məktubların  yüzdə  səksəninin  onlarda  ədəbi  dilə  həvəs  və  marağın 

olduğunu şükran ilə bildiririk. Nicat və xilasın birinci vasitəsinin dil 

birliyi  olacağı  ta  xanım  qızlara  qədər  məlum  olmuşdur:  bizə  bu 

kifayətdir, başqa mükafat lazım deyil («Dil birliyi»). 

  Möhtərəm  rəfiq,  «Həyat»!  (Bakıda,  1905-ci  ildə 



Ə.Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən nəşr edilən qəzet – 

T.A.)  «Həyat»ın  bir  illik  nüsxələrini  qızıl,  qırmızı  yazı  ilə  adıma 

cildlədib,  bu  da  azmış  kimi  məxsusi  bir  səhifə  də  əlavə  edib,  yenə 

qızıl,  qırmızı  boya  ilə  yazılmış  təqdimnamə  ilə  birlikdə  mənə 

göndərmisən.  Çox  yaşa,  qardaşım,  çox  yaşa,  lakin  mən  bu  qədər 

rəğbətə  özümü  layiq  görmədiyimdən,  belə  bir  hədiyyə  alacağıma, 




 Bütün türklərin tərcümanı



 

195



 ~ 

 

doğrusunu  söyləyim,  zərrə  qədər  ümidim  yox  idi.  …Qafqazda 



«Həyat»ın zühuruna duaçı olduğum gizli deyildir («Həyat»). 

 



 Şükür Xudaya! Maşallah zamana! İyirmi illik bir həsrətimə 

qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, həyat irşada 

və  irşad  həyata  xidmət  edib  durğunluğu,  ölümü  ta  Qaf  dağlarına 

qədər qovmağa cəhd və qeyrət edəcəkdir («Həyat»). 

  İnsanları  bir-birindən  üç  şey  ayırır:  məsafə,  din  fərqi,  bir 



də dil fərqi («Həyat»). 

 ...  «obrazovannı»,  «ziyalı» qardaşlarım kimi  mən də  25 il 



əvvəl (1881-ci il – T.A.) türkcə adımı yaza bilmirdim. Lakin başımı 

daşa vurub, əlimə qələm alıb, vicdanımın səsi ilə sətirləri («1881-ci 

ildə  bir  vərəqlik  «Tonquç»  adlı  broşüranı  nəzərdə  tutur  –  T.A.) 

yazdım. 


  25  ildən  bəri  (1881-ci  ildən  bəri  nəzərdə  tutulur  –  T.A.) 

dediyim, yazdığım, çalışdığım budur: cığır açmaq, yol açmaq, başqa 

heç  nə.  Çünki  qüdrətli,  nəcib,  ömürlü,  dözümlü  və  cəsarətli  türk 

millətinin  pərakəndə  düşüb,  Çin  səddindən  Ağdənizədək  yayıldığı 

halda,  səssiz-səmirsiz  və  dalğın  qalması  dilsizlikdən,  yəni  ümumi 

dilə  malik  olmadığından  irəli  gəlmişdir.  Bu  etiqad  ilə  yaşadım,  bu 

etiqadla  məzara  gedəcəyəm.  25  ildən  bəri  bu  məslək  üçün  yoldaş 

gözləyirdim. «Həyat»ın vücudu mənə böyük təsəlli oldu («Həyat»). 

  Əziz  qardaşım,  mənə  «Həyat»ın  hamisi  demisən,  gözəl, 



amma bu sözün şərhə ehtiyacı var.  «Həyat»ın əsl hamisi millətdir. 

Mən  yalnız  onun  tərcümanıyam.  Millət  sənə  daim  hamilik  edər, 

fəqət yeganə şərti unutma: hər nə yazacaqsansa, qələmi üç qəpiklik 

qara  mürəkkəbə  batırma,  ürəyinə  batırıb  qanın  ilə  yaz,  sözün  ötər 

vicdanlara  yetər,  əks  halda  səmərəsiz  olar,  keçər  gedər.  Qardaşım, 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə