Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə61/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   57   58   59   60   61   62   63   64   ...   73

 Abid  Tahirli



 

190



 ~ 

 

səbəblərini  açıq  olaraq  kəşf  və  təyin  etmək  lazımdır  («Ümumi 



yığıncaq»). 

  İcma  zamanlarında  (islamın  pərvəriş  tapdığı,  çiçəkləndiyi 



dövr nəzərdə tutulur – T.A.) islam hakim idi, hazırda isə dörddə üçü 

məhkumdur.  Dünyanın  əhvalı  bambaşqadır:  ötən  hər  dəqiqə  bizi 

kilometrlərlə geridə buraxaraq tərəqqi edir («Ümumi yığıncaq»). 

 …ölmüş millət ad və klişesini heç cür qəbul edə bilmirəm. 



Zənn  edirəm  ki,  qəflət  yuxusuna  getmiş,  zülmə  məruz  qalmış 

demək  daha  doğrudur.  Qəflət  və  zülm  keçici  hallardır:  bunlarla 

mücadilə  insanların  ixtiyarında  və  iqtidarındadır  (gücündədir) 

(«Müsəlman konqresi»). 

  Hünər  və  mərifət  ilə  hasil  etdiyimiz  şey  çox  azdır. 



Bərəkətli  torpaqlarımız  bir  çox  şeylər  hasil  edir.  Bunları  dünya 

bazarına  çıxarıb  satmaq  da  əlimizdən  gəlmir.  Ona  görə  də  bu 

bərəkətin  bir  hissəsini  nəql  edən  əcnəbi  gəmiçilərinə  verməyə 

məcburuq.  Ticarət  meydanı  olan  Avropa  və  Amerika  qitələrini 

izləsək,  bazarında  müsəlman  taciri  tapılmaz,  olsa  da,  istisna 

qəlibindən olar. Şərqli tacirə rast gəlinərsə ya ermənidir, ya rumdur, 

ya  yəhudidir,  ya  da  hindli,  fəqət  müsəlman  deyildir!  («Müsəlman 

konqresi»). 

  Bizim  Kazanda  və  Bakıda  hər  millətdən  tacir  və  müsafir 



var.  Amma  hindli,  ya  misirli  bir  müsəlman  tacir  yoxdur.  Ölkə 

xaricində  iş  görə  bilmədiyimiz  bir  yana,  öz  vətənimizdə  də  aciz 

qalırıq. Turan və İranın, Osmanlı və Misirin, Məğribin və Hindinin 

ticarəti əcnəbilər əlindədir («Müsəlman konqresi»). 

  Cəmiyyət  işləri  ilə  məşğul  olanlar  öz  bildiklərini  qeyd  və 



nəşr  etsələr,  gələcəkdə  millətimizə  xeyir  verəcək  bir  tarix  yazmaq 

mümkün olardı («Zamanın tarixi»). 




 Bütün türklərin tərcümanı



 

191



 ~ 

 



 İş-güc və fikir birliyi kimi şivə və dil birliyi də məişətin ən 

mühüm şərtlərindəndir («Türk dil şivələri»). 

  Osmanlı  türk  şivəsi  işlək,  ədəbiyyatı  qeyrilərinə  nisbətən 



zəngin  olduğundan,  ümumtürk  dilinə  çevriləcəyini  zənn  edənlər 

olsa  da,  biz  bu  qənaətdə  deyilik,  çünki  Osmanlı  şivəsi  təmiz 

türkcədən  həddən  artıq  uzaqlaşmış,  millətə  aid  kəlmələrin  əvəzinə 

ərəb,  fars  və  digər  dillərdən  alınan  sözləri  qəbul  etmiş,  təmiz  türk 

dilinin ögey oğlu olmuşdur («Türk dil şivələri»). 

  Osmanlı  şivəsi  xəlqi  dil  deyil:  divanxanalar  və  məmurlar 



şivəsidir. Bu bir şivədir ki, Kaşqarlı bir tatar üçün nə qədər güc və 

çətindirsə, sadə anadolulu üçün də, bəlkə o qədər çətindir («Türk dil 

şivələri»). 

 Hər millətin dili olduğu və dilin də ən böyük və ən birinci 



bir  sərmayə  olduğu  o  qədər  məlum  məsələdir  ki,  bu  xüsusda 

müzakirə açmağa ehtiyac yoxdur («Dil sadəliyi»). 

 Sadə və hər kəsin anladığı, işlək dilə malik olmayan xalqın 



gələcəyi şübhəli və qaranlıqdır («Dil sadəliyi»). 

  Türk  oğlu  üçün  sadə  türkcə  cümlə  sair  dillərdən  daha 



yaxşıdır («Dil sadəliyi»). 

 …hər dilin özünəməxsus yaraşığı var: içində gizlənmişdir, 



işlənmək ilə ortaya çıxar, xaricdən lüğət toplamaq ilə deyil. Borcla 

nə xəzinə dolar, nə dil zənginləşər («Dil sadəliyi»). 

  Qəzet  hamı  üçün  buraxılırsa,  dili  sadə  və  aydın  olmalıdır 



(«Dil sadəliyi»). 

 Qəzet və xəbər dili necə sadə isə,  «ədəbiyyat və şeir» dili 



də  o  dərəcə  sadə  olmalıdır  ki,  milli  olsun  («Osmanlıca  və  sadə 

türkcə»). 




 Abid  Tahirli



 

192



 ~ 

 



  Əgər  «əski  mollalarımız»  dilə  ərəb  və  fars  sözlərini 

doldurduqları  kimi  «yeni  mollalarımız»,  yəni  sivilizasiyalılarımız 

fransızcadan,  nemescədən  söz  qəbulunu  moda  və  adət  etsələr, 

gələcəkdə türk dili… çox çirkin, çox yad görünəcəkdir («Osmanlıca 

və sadə türkcə»). 

  Bildiyim  budur  ki,  dilimiz  sadələşdirilməlidir,  sinif  dili 



yox,  hamının  anlayacağı  dil  olmalıdır.  Bunun  üçünsə,  ilk  növbədə 

türkcə lüğət tərtib və nəşr edilməlidir («Osmanlıca və sadə türkcə»). 

 

«Tərcüman»ın  keçən  nüsxələrinin  birində  milli 



şairlərimizdən  Seyid  Əzim  Şirvaninin  bəzi  əsərlərini  dərc  edərkən 

dilinin sadə türkcə olduğuna işarət etmişdik («Digər cavab»). 

 Sadə dil, bizim fikrimizcə, hər kəsin istifadə etdiyi və rahat 



anladığı bir dildir («Digər cavab»). 

 Türkcəsi olan bir kəlmə  yerinə digər bir lisanın kəlməsini 



istimal etmək ədəbi cinayətdir («Dil məsələsi»). 

 Hər cür lüğətimiz var, fəqət türk dili lüğəti yoxdur, hər cür 



qrammatik kitabları vardır, fəqət türk qrammatika kitabları yoxdur, 

hər cür məcmuələr vardır, fəqət türk şeir antologiyası yoxdur. Türk 

atalar sözlərini, bilməcələrini, hətta ümumi tarixini bildirən bir əsər 

yoxdur.  Bu  halda  lisan  və  imlaya  dair  baxışlardan,  müzakirələrdən 

bir fayda olmaz, zənn edirəm («İmla bəhsi»). 

  Dili  lazımsız  sözlərdən,  yabançı  kəlmələrdən  qurtarmaq 



üçün xüsusi bir qurum lazımdır ki, bu da meydanda yoxdur («İmla 

bəhsi»). 

 Hər xalqın iki böyük sərmayəsi olur: biri dil, digəri dindir 



(«İslam məişəti»). 

  Hər  dil  qələm  ilə  və  ədiblərin  kamalı  ilə  tərəqqi  edər 



(«Uram dili»). 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə