Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə59/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   55   56   57   58   59   60   61   62   ...   73

 Abid  Tahirli



 

184



 ~ 

 

daha  çox  qamçı  yeyəcək,  daha  çox  geri  gedəcək  və  heyvanlıqda 



davam edəcəyik («Qədimçilik – cəditçilik»). 

  Əgər  qadınların  fəna  olduqlarına  hökm  edilirsə,  dünyanın 



yarısının  fəna  olduğuna  hökm  edilmiş  olur.  Əgər  qadınların  yaxşı 

olduğuna hökm  edilirsə, dünyanın  yarısının  yaxşılığına hökm olur. 

Gerçəkdən  də  bir  şəhərin,  vilayətin,  yaxud  bir  millətin  qadınları 

cahildirsə, deməli, o toplumun cahil olması labüddür («Qadınlar»). 

  Bütün  insanlar  qadınların  qucağında  ərsəyə  gətirdiyi, 



onların köksündə ruzilərini tapdığı, elm və kamala onların dilindən, 

ədəb və namusu onların hal və hərəkətlərindən aldığı hər kəsin gözü 

önündədir («Qadınlar»). 

  Hər  bir  qadın  insanlığa  çox  böyük  xidmət  edən  insandır 



(«Qadınlar»). 

  Millətin  qadınları  sağlam  vücudlu,  namuslu,  çalışqan, 



savadlıdırsa,  bütün  millət  də  sağlam  bədənli,  namuslu,  qeyrətli  və 

elmli  olur.  Bunun  əksi  –  qadınları  zəif,  binamus,  biqeyrət  və  cahil 

olan  millətin  bütün  üzvləri  də  bu  nöqsanlara  düçar  olacaqdır 

(«Qadınlar»). 

  Dünya  bir  binaya  bənzədilərsə,  qadınlar  o  binanın 



təməlidir. 

 Çalışmağı bilməyən, yaxud istəməyən ər kişilikdən çıxdığı 



kimi,  evə  baxmağı  bilməyən  qadın  da  qadınlıqdan  çıxar 

(«Qadınlar»). 

  Həyat  yoldaşı  ilə  gözəl  yaşamaq  istəyən  qadın  məhəbbət, 



səbir  və  nəzakət  yolundan  ayrılmamalıdır,  söz  dinləməli,  daim 

təmizliyə səy göstərməli, ərinin gətirdiyinə qane və razı olmalı, onu 

utandırmamalı  və  ondan  bacardığından  artığını  tələb  etməməlidir. 

İsrafçılığa  yol  verməməli,  yeməyi  süfrəyə  vaxtında  verməli,  ərinin 




 Bütün türklərin tərcümanı



 

185



 ~ 

 

qohumlarına hörmət etməli, ərindən istədiklərini uyğun zamanda və 



nəzakətlə xahiş etməlidir («Qadınlar»). 

 Qadın cahil və elmsizdirsə, dişi heyvan kimi onun üçün də 



həyat və ömür puç keçəcəkdir («Qadınlar»). 

 Avropada Şərq qadınlarının ifrat dərəcədə örtülü, hüquq və 



azadlıqdan,  elm  və  tərbiyədən  məhrum  qaldıqlarını  islamla 

əlaqələndirirlər. Utancvericidir ki, müsəlmanlar arasında da bu halı 

şəriətin gərəyi zənn edənlər çoxdur. Bununla avropalılar böyük səhv 

edirlər, müsəlmanlar günaha batırlar («Qadınlar»). 

  Kim  söyləyə  bilər  ki,  analara  elm,  savad  və  hünər  lazım 



deyil? («Qadınlar»). 

  Əgər  bir  məsələ  ədalətlə  müzakirə  edilib  ədalətlə  həll 



olunmasa, işin nəticəsi ağır olacaq, insanlıq və islam önündə məsul 

və  günahlı  qalacağıq.  Sonra  peşman  olsaq  da,  bu  fayda 

verməyəcəkdir («Qadınlar»). 

  Mədəni  hökumət  ədalətsizliyə  yol  verməz.  İstər 



cəhalətdən,  istər  pis  adətlərdən,  istərsə  də  dar  düşüncədən  təvəllüd 

edən  nöqsanların  qarşısını  almaq  hökumətin  vəzifəsidir  («Zülm 

haradan gəlir»). 

  Din  və  millət  qayğısı  ziyalı  və  alimləri,  bir  an  da  olsun, 



tərk etməməlidir («Zülm haradan gəlir»). 

  Zalım  kim  olursa-olsun,  məzlum  kim  olursa-olsun,  hər 



birimizin  ədalətə  və  insafa  xidmətçi  olması  və  onların  keşiyində 

durması fərzdir («Zülm haradan gəlir»). 

  Şanı  uca  Quranın  bir  kəlmə  ilə  təfsiri  «ədalətdir»  («Zülm 



haradan gəlir»). 


 Abid  Tahirli



 

186



 ~ 

 



  Ədalətsiz,  insafsız  bir  müsəlmanın  ağzına  yüyən,  başına 

noxta  salıb,  ədalətə  bağlamaq  şəriətə  zidd  deyil,  əksinə,  ona 

uyğundur («Zülm haradan gəlir»). 

  Din  -  ədalətdir.  Ədalət  xaricində  hərəkət  edənlərə, 



zalımlara  meydan  və  müsaidə  verilməməlidir  («Zülm  haradan 

gəlir»). 

  Şərt  ilə  nikah  bir  çox  qadınları  insafsızların  zülmündən 



mühafizə  edəcəkdir,  şərt  ilə  nikah  caizdir.  Ədalətli  və  salih  adam 

üçün  şərt  ilə  nikahda  bir  ağırlıq  yoxdur:  şərtlər  ilə  nikah  yalnız 

zalımın zülmünə qarşı ehtiyatlı bir səddir («Zülm haradan gəlir»). 

  Rusiyada  olan  bütün  müsəlmanları  birləşdirmək  və 



millətin  düşüncə  və  ehtiyacına  uyğun  iş  görmək  üçün  Rusiya 

müsəlmanlarının  qurultayını  keçirmək  haqqında  qərarımızı  yerlərə 

çatdırmaq  kimi  şərəfli  vəzifəni  biz  icra  etdik.  Əli  Mərdan  bəy 

Topçubaşov  (1865  –  Tiflis  –  1934  –  Paris,  Azərbaycan  xalqının 

yetişdirdiyi  böyük  siyasi  xadimlərdən  biri,  hüquqşünas,  qəzetçi, 

dövlət  xadimi  –  T.A.)  və  Əbussuud  Mirzə  Əhmədov  (Ufalı,  tatar 

xalq  xadimi  –  T.A.)  işin  icrasında  bizə  böyük  yardımlar  etdilər 

(«Zamanımızın məsələləri»). 

  Rusiyanın  hər  tərəfindən  Makaryaya  (Nijni-Novqorod  – 



T.A.) təşrif buyurmuş 300 təmsilçi Ufa çayı açıklarında gəmi içində 

Rusiya müsəlmanlarının birinci  qurultayında iştirak etmək şərəfinə 

nail oldu. Yeni tariximizin birinci səhifəsi olan bu qurultay elektrik 

cərəyanı  kimi  millətin  bütün  vücudunu  başdan  ayağa  qədər 

silkələdi,  hərəkətə  gətirdi  və  bir  neçə  ayda  millətin  düşüncəsində 

beş-on  ildə  yaranacaq  oyanışa  bərabər  tərəqqi  yaratdı 

(«Zamanımızın məsələləri»). 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə