Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə60/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   56   57   58   59   60   61   62   63   ...   73

 Bütün türklərin tərcümanı



 

187



 ~ 

 



  Makaryadakı  I  qurultayda  yeddi-səkkiz  ziyalı  müsəlman 

olduğu halda Peterburqdakı ikinci qurultayda onların sayı artıq 30-

40  idi  və  onların  hamısı  millət  yolunda  çalışmağa  başladı 

(«Zamanımızın məsələləri»). 

 Müsəlmanların birinci  qurultayında hansı qərarlar verildi? 



Əvvələn,    millətin  birləşməsinə,  birlikdə  iş  görülməsinə,  saniyən, 

millətin  maddi,  mənəvi  tərəqqisinə  və  salisən,  ümumi  Vətən 

işlərində  rusların  mütərəqqi  ziyalıları  və  partiyaları  ilə  əməkdaşlıq 

edilməsinə («Zamanımızın məsələləri»). 

  …sair  millətlər  milli  ideologiyası  olan  partiyalar 



yaradanda  biz  qəflət  yuxusunda  idik.  Nə  üçün  sayı  yarımız,  hətta 

dörddə  birimiz  qədər  olmayan  millətlər  təşkilatlanıb,  nizamlı, 

məsləkli  bir  ideologiyaya  sahib  olduğu  halda,  bizlər  ya  bir  millətə 

quyruq, ya bir firqəyə yamaq olmalıyıq? Cahillik, qafilik, amma bu 

təbii  hal  deyil.  Elə  isə,  islahı  mümkündür  («Zamanımızın 

məsələləri»). 

  İnsanların  görüş  və  düşüncələri  fərqli  ola  bilər.  Lakin  bu 



hal  milliyyət,  xalq  düşüncəsinə  əngəl  olmamalıdır.  Bir  ananın  üç 

övladının  üç  fərqli  fikri,  düşüncəsi  ola  bilər.  Amma  anaya 

münasibətdə fərqli fikir olmamalıdır («Zamanımızın məsələləri»). 

  Bir  millətə  ilk  öncə  lazım  olan  üç  şeydir:  milli  düşüncə, 



milli dil, milli təhsil («Zamanımızın məsələləri»). 

  Milli  birliyin  təşəkkülü  nə  düşünüldüyü  qədər  ağır,  nə  də 



düşünüldüyü  qədər  yüngüldür.  Buna  nail  olmaq  üçün  xaricdəki  və 

daxildəki  bir  xeyli  maneə  dəf  edilməlidir.  Birlik  əmələ  gətirmək 

üçün  sadə  xalq  həmişə  hazırdır.  Yol  göstərilərsə,  irəliləyiş 

olacaqdır.  Lakin  yolbaşçılarımız  yardım,  yardım  etməlidirlər 

(«Zamanımızın məsələləri»). 



 Abid  Tahirli



 

188



 ~ 

 



  Millətin  nə  fikirdə  və  nəyə  qadir  olduğunu  gələcək 

göstərəcək. Mənə  gəlincə, siyasi  inanc və  görüşümün  əsası,  təməli 

«türkoğlu  türk»  olduğumdur.  Öncə  Türk  olmadıqca  nə  aristokrat 

oluram, nə də demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər mənə 

«türklükdən, millətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, 

mən  bu  cür  səadətdən  bədbəxtliyi  üstün  tutaram.  Mənim  mən 

olmamağım  nə  ağlıma  gələr,  nə  vicdanıma  sığar  («Zamanımızın 

məsələləri»). 

  Milli  mənsubiyyət  hər  şeydən  müqəddəm,  hər  şeydən 



müqəddəsdir («Zamanımızın məsələləri»). 

  «Tərcüman»  24  ildir  ki,  meydandadır,  nədir  –  hər  kəsə 



məlumdur. İlminskilərin nəzarətindən, missionerlərin iftiralarından, 

Pobedonostsov cənablarının iqtidar və gücündən qorxmayıb, yavaş-

yavaş  iynə  ilə  daş  dələn  kimi  xidmət  etmişdir,  lakin  qorxduğu  iki 

şey  var  idi:  biri  başı  şapkalı,  şlyapalı  molladır,  digəri  başı  çalmalı 

mirzə. Çünki şapkalı, şlyapalı mollanın siyasi işlərdə, sarıqlı çalmalı 

mirzənin  dini  işlərdə  yetərli  elmləri  olmadığından,  ikisinin  də  bir 

xəta edəcəkləri daim gözlənilir («Üçüncü qurultay»). 

  «Yağmur  yağar içərik,  yerdən çıxar  yeyərik»  -  ilə bu  gün 



dünyada  ömür  sürmək  mümkün  olsa  da,  sabah  belə  heyvan  kimi 

keçinmək mümkün olmayacaqdır.  Bu miskinlik,  bu fəaliyyətsizlik, 

bu hünərsizlik bizləri məhv edəcəkdir («Müsəlmanlar konqresi»). 

  Məğribdə  Rabat,  Şərqdə  Şahabad  başdan-ayağa  bərbad. 



İşgüzar lazım olsa, yaramır Əli, Murad, Xudadad. Mütləq lazımdır 

Jorj, ya Ferdinad (Müsəlmanlar konqresi). 

 İslam əhlinin təəssüflü halına səbəb nədir? Maarifsizlik və 



cəhalət  –  kimi  cavab  verilərsə,  ardınca  bəs  bunlara  səbəb  nədir?  – 

sualı gəlir. Bu barədə düşünməliyik. Halımız çox acı, utancverici bir 




 Bütün türklərin tərcümanı



 

189



 ~ 

 

haldır, lakin buna qarşı göz yummaq xətadır, qəzadır, günahdır. Bu 



halımızı,  bu  dərdimizi  gizlətmək  yox,  caddələrdə,  meydanlarda 

bağırıb  çağırıb  söyləməliyik.  Dərdimizə  çarə  tapmalıyıq,  əks 

təqdirdə  daxildən  çürüyə-çürüyə  hər  gün  yıxılar,  cayılar,  məhv 

olarıq («Müsəlmanlar konqresi»). 

 Bəlkə mədəniləşməmizə, tərəqqimizə əngəl olan islamdır? 



Yox,  yox!  Bizə  şərəf  verən  islam  dini  tərəqqi  və  mədəniyyətin 

mənbəyidir.  Əvvəlki  dövrlərdəki  inkişafın  baş  səbəbi  və  mühərriki 

də  islamdır.  Dinimiz  müqəddəsdir  ki,  «hamınız  çalışın»,  «hamınız 

oxuyun»,  «hamınız  tədbir  və  sənət  ilə  yaşayın»  qaydalarını 

buyurmuşdur. Bizlər isə hazırda bu müqəddəs qaydaların tam əksini 

edirik («Müsəlmanlar konqresi»). 

  İqtisadi  düşgünlüyümüzə,  fikir  və  ağıl  hərəkətsizliyimizə 



görədir ki,  Şərqdə bir  yazar ortaya  çıxarsa, Qərbdən  yüz fikir,  yüz 

əsər,  yüz  ədib  çıxar.  Bu  vəziyyət  halımızın  nə  qədər  müşkül 

olduğunu daha gözəl anladır («Müsəlmanlar konqresi»). 

  Bu  hallar  (Qərbdə  sənaye  və  ticarətin,  elmin  inkişafı, 



Şərqdə isə geridə qalması nəzərdə tutulur – T.A.) inkar edilə bilməz, 

lakin  bizləri  yıxan  yalnız  bu  deyil.  Bəlkə  daha  artığı  çürük 

adətlərimizdən,  avamlıq  və  hər  cür  xurafatdan  irəli  gəlmişdir 

(«Müsəlmanlar konqresi»). 

 İslam dünyasına diqqətlə baxılarsa, müsəlmanlar harada və 



hansı bir idarə altında olursa-olsunlar, qonşularına və sair millətlərə 

görə  geridə  qaldıqları  təəssüf  ilə  görülməkdədir.  Əlcəzairdə 

yəhudilərdən,  Kiritdə  rumlardan,  Bolqarıstanda  bulqarlardan, 

Rusiyada hər kəsdən, Hindistanda hindulardan geri qaldıqları inkar 

edilə  bilməz…  Bu  halımızın  və  bu  hala  bais  olan  mərəzin 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə