Азярбайъан Республикасынын


Bütün türklərin tərcümanı



Yüklə 1,63 Mb.
səhifə54/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   50   51   52   53   54   55   56   57   ...   73

 Bütün türklərin tərcümanı



 

167



 ~ 

 

da  dərin  iz  buraxır  və  onların  taleyini  müəyyənləşdirir.  İvan 



açıqgözlü, ayıq, bacarıqlı tacir kimi yetişir, təhsilini artırır, bir neçə 

dilə yiyələnir, anasına diqqət, qayğı göstərir. Süleyman cəmiyyətdə 

sıxılır, kasıbdır, xəstə anasına dərman ala bilmir, bir sözlə, mənasız 

həyat  sürür.  İ.Qaspiralı  oxucusuna  «sən  dünyəvi  biliklərə  yiyələn, 

belə  etsən,  gələcəyin  parlaq  olar,  valideynlərinə,  mənsub  olduğun 

millətə xidmət edə bilərsən»  - demir, daha təsirli vasitədən istifadə 

edir, İvanın və Süleymanın timsalında təhsilin nəyə qadir olduğunu 

açıq-aşkar göstərir, nəticəni oxucu özü çıxarmalıdır… 

 

 



 Abid  Tahirli



 

168



 ~ 

 

 



Ġ.QASPĠRALI  ĠRSĠNDƏN  

ĠNCĠLƏR 

 

 Alına yazılanı göz görəcəkdir («Firəngistan məktubları»). 



  Millətə  xidmət  etmək  istəyirsən,  əlindən  gələn  işlə  başla 

(«Firəngistan məktubları»). 

 Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı, 



bilik və mərifətə sahib olmalısan (30 iyul 1886-cı ildə Tiflisdə onun 

şərəfinə təşkil olunmuş toplantıdakı çıxışından). 

  Oxumalıyıq,  təlim  keçməliyik,  öyrənməliyik  («Sərgidə 



mən nə gördüm»). 

 Dünyada kamalsız və hünərsiz yaşamaq mümkün deyildir 



(«Sərgidə mən nə gördüm»). 

  Rahat,  məsud  olmaq  tərəqqi  etmək  istəyirsənsə, 



maariflənməlisən («Sərgidə mən nə gördüm»). 

 Öpüşmək xəta deyildir. Ər və arvad bir-biri üçün nemətdir. 



Lakin pünhan  yerdə, hamının  gözü qabağında  yox. Gül ilə bülbül, 

ya  gecə  yarısı,  ya  səhər  tezdən  sevişərlər.  Səs  uzağa  getsə  də, 

məhəbbət, sevinc gizli olar («Firəngistan məktubları»). 

  Kim  susayıb,  su  tapar,  amma  içməz?!  Kim  gül  görər, 



amma baxmaq istəməz?! («Firəngistan məktubları»). 

  Səyahət  etmək  məktəbdə  dərs  almağa  bərabərdir 



(«Firəngistan məktubları»). 

 Dünyada doyulmayan və doyulmayacaq bir şey varsa, o da 



elm və mərifətdir («Firəngistan məktubları»). 

 Elm və mərifət nur və altundur («Firəngistan məktubları»). 




 Bütün türklərin tərcümanı



 

169



 ~ 

 



  Elm,  həqiqət  və  mərifət  günəş  işığı  kimidir.  Bütün 

dünyaya  nur  saçar,  qüvvət  verər.  Aləm  üçün  nemət  və  ehsandır 

(«Firəngistan məktubları»). 

  İngilis  dili  şeytan  dilindən  güclüdür  («Firəngistan 



məktubları»).

 



 Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa 

və  məişətdə  birinci  millət  olduğu  məktəb  və  elmə  məhəbbət  və 

rəğbətlərindəndir («Firəngistan məktubları»). 

  Bir  fransıza  «sən  fransızca  bilmirsən»  -  demək,  «sən  çox 



pis adamsan» deməkdən daha ağırdır («Firəngistan məktubları»). 

 Bütün yamanlığın başı və səbəbi nadanlıqdır («Firəngistan 



məktubları»).

 



 Dilənmək haramdır. Dilənməklə həcc olmaz («Firəngistan 

məktubları»). 

  Fransızlar  daşdan  su  çıxarmağı  bacarırlar  («Firəngistan 



məktubları»). 

  Vicdan  gözdən  zərif,  insaf  ağıldan  üstündür  («Firəngistan 



məktubları»). 

 



Alim  nadanın,  bilən  bilməyənin  buyruqçusudur 

(«Firəngistan məktubları»). 

  Malın  çoxluğu  insanı  xoşbəxt  edə  bilməz,  xoşbəxtliyin 



çeşməsi birdir – ədalət («Firəngistan məktubları»). 

  Elm,  təhsil,  tərbiyə  ədalətin  intişarına  xidmət  etmədikcə, 



insan oğlu səadətdən uzaq qalacaqdır («Firəngistan məktubları»). 

 Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim 



kimi  baxsa da, onun qüsurlarından, xatalarından  ibrət  alıb, bundan 

daha  gözəl  yaşam  tərzi  qurmağa  səy  göstərmələri  daha  ziyadə 

vacibdir («Firəngistan məktubları»). 



 Abid  Tahirli



 

170



 ~ 

 



  Fransızlar…  oğru  və  ya  ədəbsizin  əxlaqını,  nəfsini  qamçı 

və  zəncirlə  yox,  dərs  və  tərbiyə  ilə  nəzarət  altına  alırlar 

(«Firəngistan məktubları»). 

 Ev tikən balta çöldə qaldı?! («Darrürrahat müsəlmanları»). 



  Başıma  fikir,  könlümə  qorxu  doldu  («Darrürrahat 

müsəlmanları»). 

  Səbirli  olan,  işin  əvvəli  kimi  sonunu  da  görər 



(«Darrürrahat müsəlmanları»). 

  Baki  (ölümsüz)  ancaq  bir  Allahdır.  İnsan  işi,  insan  tərtibi 



baki ola bilməz («Darrürrahat müsəlmanları»). 

  Bədbəxtliyimizə  səbəb  olan  zəhər  də,  səadətimizə  səbəb 



olan mənəvi güc də vücudumuzdadır («Darrürrahat müsəlmanları»). 

  İnsanlar  gözəl  əxlaqlı  və  gözəl  xasiyyətlidirsə,  cəmiyyət 



durmadan tərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən 

çürüyən alma kimi tədric dağılar («Darrürrahat müsəlmanları»). 

  Bahadırların  yerinə  qorxaqlar  keçəndə,  insaflıları  alçaqlar 



əvəz  edəndə,  cəhalət  pərdəsi  elmi  örtəndə,  tənbəllik  qeyrəti  zəbt 

edəndə,  bu  hala  gəlib  çıxan  xalq  ağlasın,  gözündən  qanlı  yaşlar 

töksün.  Çünki  bu  halın  sonu  çox  acınacaqlıdır  –  hər  şey  qar  topu 

kimi əriyib məhv olacaqdır («Darrürrahat müsəlmanları»). 

  Xəstə  ağacda  sağ  meyvə  olmaz  («Darrürrahat  müsəl-



manları»). 

  Bizə  vacib  olan  son  və  axır  nəfəsə  qədər  millət  və  yurd 



uğrunda qeyrətdir («Darrürrahat müsəlmanları»). 

 Cənabi-Haqqın inayəti çətin günlərdə yetişir («Darrürrahat 



müsəlmanları»). 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə