7
G İ R İ Ş
Qadın üst geyimlərinə olan təlabatın günü-gündən artması, onların
keyfiyyətinin yüksəldilməsində olan tələblərə da artırır. Müasir şəraitdə
müəssisələrin istehsal etdikləri məhsullar kəmiyyətinə görə yox, onun keyfiyyətinə
görə seçilir. Bu da keyfiyyət pröblemlərinin nəqədər ciddi olmasını göstərir.
Müstəqil dövlətin iqtisadiyyatını inkişaf etdirmək üçün keyfiyyətli məhsul istehsalı
onun əsasını təşkil edir. Bəli ki, texnika və texnologiyanın ən yeni müasir
üsullarından istifadə keyfiyyət probleminin təxirəsalınmaz məsələsidir.
Kostyum məmulatların keyfiyyətinə verilən tələblər istehsal olunan malın
istifadəsi, uzunömürlülüyü, estetik xüsusiyyətləri və müasir insan cəmiyyətində
özünün nə dərəcədə yer tutmasından asılıdır. Bu sahənin bərpa və inkişaf etdirmək
mənafeyi daxili mənbələrin aşkara cıxarılmasını və bunun üçün əsaslı tədqiqat
işlərinin aparılmasını tələb edir. Digər tərəfdən mövzunun aktualləğə bazar
iqtisadiyyatına kecid bu sahədə də iqtisadi münasibətlər sisteminin yenidən
qurulmasını, istehsalın təşkilində əsaslə dəyişikliklərin edilməsini, məmulatın
keyfiyyətini və rəqabət qabiliyyətini yüksəldilməsini bir vəzifə kimi qarşıya
qoyulur. Bu məsələnin öyrənilməsi üçün də geniş tədqiqat işi aparmağa ehtiyac
duyulur.
Buraxılış işində qarşıya qoyulan məqsəd müasir şəraitdə kostyum
məmulatlarının keyfiyyətinə təsir edən amilləri araşdırmaq və keyfiyyətin
yüksəldilməsi metodlarına təklif və tövsiyələr hazırlamaqdır. Bu təkliv və
tövsiyələri hazırlamaq üçün Azərbaycan Respublikası tikiş istehsalının müasir
vəziyyətini, onu inkişaf xüsusiyyətlərini araşdırmaq, inkişafın sabitləşdirilməsi və
sürətləndirilməsi yollarını öyrənməyi zəruri hesab etmişik.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə
yetirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan
Respublikasında
tikili
məmulatlara
olan
tələbatın
dəyişdirilməsinin səbəbləri tətbiq edilməsi;
Elmi-texniki tərəqinin geyim istehsalı səmərəliliyinə təsirinin müəyyən
edilməsi;
8
Kostyum
məmulatlarının
keyfiyyət
göstəricilərinin
və
onların
qiymətləndirliməsinin təhlil edilməsi;
Standartlaşdırmanın kostyum məmulatlarının keyfiyyətinin formalaşmasın-
dakı rolunun təhlil edilməsi;
Keyfiyyətin idarəetmə sistemlərinin kostyum mallarının keyfiyyətinin
formalaşmasındakı rolunun müəyyən edilməsi.
Buraxılış işində aparılan tədqiqatlar nəticəsində kişi və qadın kostyumlarının
keyfiyyətinə təsir edən amillərin müxtəlif üsulları təcrübi yolla tədqiq edilmiş
öyrənilmişdir. Işin aparılması zamanı keyfiyyətə təsir edən amillərin yaranma
səbəbləri, onların aradan qaldırılması və keyfiyyətin yüksəldilməsi metodları
haqqında təkliflər irəli sürülmüşdür. Təkliflərin istehsalata tədbiqi böyük iqtisadi
səmərəliliyə səbəb ola bilər.
1.Qadın üst geyimlərinin keyfiyyətinə qoyulan ümumi
istehlak tələbləri
Geyimlərin ən başlıca vəzifə insan orqanizmini xarici mühitin və mexaniki
zədələnmələrin təsirindən qorumaqdan ibarətdir. Bu növ məmulatların estetik
funksiyasını da həlledici rolu vardır. Cünki o, insanı bəzəmə qabiliyyətinə də
malikdir. Geyimlər nəinki istehsal əşyasıdır, eyni zamanda tətbiqi incəsənətin də
əsas obyekti sayılır.
Tikili malların, penoplast iştirakı cox təbəqəli materiallar, trikotay, xəz, gön,
plyonka və digər növ materiallar daxildir.
Digər növ mallarda olduğu kimi tikili malların da istehlak dəyəri müxtəlif
tələblərə cavab verən kompleks xassələrlə təyin edilir. Istehlakcı üçün lazımdır ki,
geyim malları dözümlü, gigiyenik, rahat və gözəl olsun.
Bununla bərabər hazırki dövrdə müxtəlif növlü materialların və
təkmilləşdirilmiş texnoloji əməliyyatların tədbiqi sahəsində istehlakcıların lazımi
tələbatını ödəyə bilən tikili mallar istehsal etmək mümkündür.
Geyim mallarına qoyulan bütün tələblərin şərti olaraq 3 qrupa bölmək olar:
estetik, gigiyenik və xidmət müddətini təyin edən istehlak tələbləri. Bu və ya digər
9
geyim məmulatlarına qoyulan konkret tələblər və bunlar arasındakı fərq
xüsusiyyətləri məmulatın təyinatı və təyinatdan asılı olaraq bir növ məmulatlar
üçün ən vacib tələblər davamlılıq və gigiyenik, digərləri üçün isə gözəl xarici
görünüş tələbləri ən əsas sayıla bilər. Belə ki, metaləridici sexlərdə işləyən fəhlələr
üçün olan xüsusi təyinatlı geyimlər rahat, davamlı və gigiyenik tələblərə cavab
verməlidir. Bununla bərabər bu qrup geyimlər ilk növbədə insan orqanizminin
ərinmiş metal səpintilərdən mühafizə etməlidirlər. Alt dəyişəkləri baxmayaraq ki
davamlı və xarici görünüşcə əlverişli olan sintetik materiallardan istehsal olunur,
lakin belə qrup məmulatlar gigiyenik tələblərə cavab vermədiyindən geniş tətbiq
oluna bilmirlər. Ancaq sistetik materiallardan istehsal olunan üst geyimləri alt
geyimlərinə nisbətən daha cox tətbiq olunur. Beləki bu növ üst geyimləri yüngül,
davamlı və gözəl xarici görünüşə malik olmaqla onlara qoyulan digər istehlak
tələblərinə dolğun cavab verilir.
Geyimlərin bu göstərilən tələblərə cavab verməsi onların keyfiyyətini təyin
edə bilər. Buna görə də bu tələblər bir-birləriylə sıxı sürətdə bağlıdırlar. Əgər
geyimlər uzun xidmət müddəti üçün nəzərdə tutulmuş və həm təyinatına və həmdə
gigiyenik tələblərinə cavab verirsə, lakin xarici görünüşcə gözəl deyildirsə, bu növ
məmulat istehlakcı tərəfindən yüksək keyfiyyətli kimi qiymətləndirilə bilməz.
Geyimlərə verilən estetik tələblər
İnsanın xarici görünüşü müəyyən qaydada tərtib edilməsində əsas vəzifəni
geyim məmulatları yerinə yetirir. Bina görədə məmulatların bədii cəhətdən tətbiq
edilməsi cox vscib və bəzəndə birinci dərəcəli tələb sayılır. Geyim nəninki
özüözlüyündə gözəl olmalıdır, eyni zamanda insanı da bəzəndirmə qabiliyyətinə
malik olmalıdır. O növ geyim məmulatları yüksək estetik tələblərə uyğun gələ bilər
ki, onun modası müasir gözəllik qanunauyğunluğuna və tamaşaçı baxışına cavab
verə bilsin. Belə halda həminb məmulat insanlarda estetik hisslərin oyanmasına və
ödənilməsinə səbəb ola bilər.
İnsanda qəşənglik, o cümlədən geyimlərin gözəlliyi haqqında fikirlərui hər
şeydən əvvəl mədəniyyətin və istehsalatın səviyyəsi ilə sıxı sürətdə bağlıdır. Hər
bir cəmiyyətin gözəllik haqqında öz estetik ideyaları olmişdir. Müasir şəraitdə
Dostları ilə paylaş: |