Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   76

müxtəlif sosial hadisələr aid edilir: cəmiyyətlə şəxsiyyət arasında, 
millətlər, siniflər, nəsillər, digər sosial birliklər arasında 
münasibətlər yalnız ictimai - siyasi, mənəvi sahələr tədqiq 
edilməklə başa düşülə bilər. Sosioloji ədəbiyyatın təhlili göstərir 
ki, sosiologiya daha çox müxtəlif sosial qruplar, onların davranışı 
və öz aralarında münasibət haqqında elm kimi qiymətləndirilir. 
Bəzi amerikalı sosioloqlar sosiologiyanı  cəmiyyət, qruplar və 
sosial davranış haqqında elm kimi müəyyən edirlər. Digərlərinin 
qənaətinə görə sosiologiya cəmiyyətdən təcrid olunmuş  fərdləri 
deyil, sosial qruplarda fəaliyyət göstərən insanları öyrənir. 
Sovet sosioloji ədəbiyyatında uzun müddət nəzəri sosio-
logiya tarixi materializm ilə eyniləşdirilirdi. Görkəmli sosioloq 
V.A.Yadov sosiologiyanı sosial birliklərin təşəkkülü, inkişafı  və 
fəaliyyətini öyrənən elm hesab edir. 
1989-cu ildə  nəşr edilmiş  “Словарь  по  социологии” kita-
bında isə sosiologiyanın predmeti aşağıdakı kimi müəyyən edilir. 
Sosiologiya cəmiyyətin təşəkkülü, mövcudluğu və inkişafı 
haqqında, sosial birliklər və sosial münasibətlər haqqında elmdir. 
Göründüyü kimi, digər ictimai elm sahələrində olduğu kimi, 
sosiologiyanın da predmetini cəmiyyət, onu təşkil edən sosial 
orqanizmlər təşkil edir. Lakin həmin elmlərdən fərqli olaraq 
sosiologiya cəmiyyətin hazırki inkişaf prosesini, cəmiyyəti təşkil 
edən sosial birliklərin arasındakı münasibətlərin hazırki vəziyyətini 
və  səviyyəsini öyrənir. Ümumiyyətlə XX əsrin ortalarında 
Sosiologiya elminin inkişafında 2 başlıca meyl əmələ  gəlmişdir: 
Amerika meyli və Avropa meyli. Bunlardan birincisi üstünlüyü 
insanın davranışının, insanlararası münasibətlərin öyrənilməsinə 
verdiyi halda, ikincisi əsas diqqəti daha ümumi problemlər - sosial 
fəlsəfə problemlərinə verir. 
Hələ XIX əsrin sonlarından ABŞ universitetlərində so-
siologiya kafedraları yaradılmasına baxmayaraq Amerikada 
sosiologiya elminin inkişafı 20 –ci illərdə Çikaqo məktəbindən 
başlayır. Amerika sosiologiyasının T. Parsons, P.Sorokin, Q. 
Bekker, N.Smelzer kimi görkəmli nümayəndələri vardır. So-
nuncunun 1980-ci illərdə  nəşr olunmuş “Sosiologiya” adlı  əsəri 
 
5


hazırda bütün dünyada ən mükəmməl dərs vəsaitlərindən biri 
hesab olunur. N.Smelzer sosiologiya elminin predmetini 
aşağıdakı kimi müəyyən edir. “Sosiologiya - cəmiyyətin və sosial 
münasibətlərin elmi yolla tədqiqi deməkdir. O, real gərçəkliyin 
məlumatlarına və yaxud faktlarına  əsaslanır və onlardan elmi 
nəticələr çıxarır”. Başqa sözlə desək, sosiologiya faktlardan məna 
çıxarmağı bacaran bir elmdir. Bəzən sosiologiyanı elmlərdən 
ibarət ordunun kəşfiyyat bölməsi də adlandırırlar. Çünki 
sosiologiya elmi təkcə hazırki vəziyyətin izahını verməklə 
kifayətlənmir, eyni zamanda inkişafın gələcək perspektivlərini də 
aşkara çıxararaq proqnozlar verir.  
Sosiologiya elmi iki bərabər hissədən: nəzəri və  tətbiqi 
hissələrdən ibarətdir. Nəzəri hissə problemlərin ümumiləşdi-
rilməsi və elmi nəticələr çıxarılması ilə  məşğul olduğu halda, 
tətbiqi  hissə  ictimai həyatın  ən müxtəlif sahələrində sosio-
logiyanın köməyini təklif edir. Buna müvafiq olaraq sosioloji 
biliklərin səviyyəsi 3 yerə bölünür: ümumi sosioloji nəzəriyyələr, 
xüsusi nəzəriyyələr, empirik tədqiqatlar. 
Sosiologiya elmi cəmiyyəti iki səviyyədə - mikro və makro 
səviyyələrdə öyrənir. Bunlardan birincisi insanlararası gündəlik 
münasibətləri  əhatə edir, ikincisi isə    cəmiyyətin  əsas 
strukturlarını tədqiq edir. 
Sosioloji tədqiqatların aparılması müəyyən metodlardan 
istifadə olunmasını  tələb edir. Həmin metodlar aşağıdakılardan 
ibarətdir: sənədlərin təhlil edilməsi, müşahidə  və sorğu. 
Sənədlərin təhlili sosioloji tədqiqatlar üçün zəruri olan məlu-
matların əldə olunmasına kömək edir. Çünki, həmin sənədlər bu 
və ya digər dərəcədə sosial prosesləri və hadisələri əks etdirirlər. 
Sosioloq tədqiqat obyektinə aid olan sənədləri öyrənməklə elmi 
problemi düzgün formulə edə, elmi fərziyyələr irəli sürə bilər. 
Sənədləri təhlil edərkən  əldə olunan məlumatların etibarlılığına, 
düzgünlüyünə  və  dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. 
Sosioloji tədqiqatlarda müşahidə metodu sosial gərçəkliyin 
bilavasitə, məqsədyönlü, planlı  və  şüurlu  şəkildə  təşkil edilmiş 
inikasına xidmət edir. Əvvəlcədən tərtib edilmiş proqram 
 
6


əsasında müşahidə vahidlərində (fərdlər, qruplar) baş verən 
dəyişikliklər sistemli şəkildə  təsvir olunur. Tədqiqatın xarakteri 
və məqsədindən asılı olaraq müşahidə açıq və gizli şəkildə aparıla 
bilər. 
Seçmə yolu ilə    sorğu aparılması. Sorğu metodu əhalinin 
müxtəlif təbəqələrinin bu və ya digər konkret məsələyə müna-
sibətini öyrənmək məqsədi ilə anket (yazılı), yaxud  telefon 
(şifahi) vasitəsi ilə sorğu keçirilməsini nəzərdə tutur. Qeyd etmək 
lazımdır ki, anket sorğusu sosiologiyada ən geniş yayılmış  və 
səmərəli fəaliyyət növüdür. Sosioloji informasiyanın demək olar 
ki, 80 faizə  qədəri onun köməyi ilə toplanır. Elmi cəhətdən 
düzgün təşkil olunmuş anketin köməyi ilə sosioloq adamların 
əmək, davranış, istirahət və s. motivlərini müəyyən edə, 
proqnozlar verə bilər. 
Sosiologiya elmi digər ictimai elmlərlə sıx qarşılıqlı əlaqədə 
inkişaf edir. Psixologiya, fəlsəfə, hüquq, tarix, iqtisadiyyat və s. 
elmlərin verdiyi məlumatlar sosioloji tədqiqatları daha 
məqsədyönlü və məzmunlu edir. 
 
 
2. Sosiologiyanın funksiyaları 
 
Başqa elm sahələrində olduğu kimi, sosiologiya elmi də bir 
sıra funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl o sosial inkişafın 
obyektiv qanunauyğunluqları barədə  dəqiq bilik verir. Bu 
sosiologiyanın idrakı funksiyasıdır.  İkincisi, sosiologiya ictimai 
həyatın müxtəlif sahələrinin inkişafı prosesinin idarə olunmasına 
kömək üçün təkliflər irəli sürür ki, bu da onun praktiki 
funksiyasıdır. Üçüncüsü, o kütlələrin ideya tərbiyəsi işinə xidmət 
edir ki, bu da onun ideoloji funksiyasıdır. 
İdrakı funksiya. Bu funksiya bir neçə aspektdə həyata keçir. 
Birincisi, sosiologiya tədqiqatçını cəmiyyətin inkişafı və bu 
inkişafın qanunauyğunluqları haqqında biliklərlə silahlandırır, bu 
inkişafın mənbələrini və proseslər mexanizmini aşkara çıxarır. 
İkincisi, sosial hadisələrin və proseslərin obyektiv qanu-
 
7


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə