Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   76

cəmiyyətlər izafi dəyər  əldə etmirlər, burada yüksək keyfiyyətli 
kənd təsərrüfatı sistemi yaradıla bilməz.  
3.
 
Aqrar cəmiyyətlər. Bu cəmiyyətlər Qədim Misirdə  
eramızdan  əvvəl birinci minillikdə yaranmışdır. Burada işçi 
qüvvəsi kimi heyvanlardan istifadə      edilmişdir. Bu da kənd 
təsərrüfatının məhsuldarlığını artırmış  və bu kimi cəmiyyətlər 
kənd əhalisinin tələb olunandan artıq məhsul əldə etməsinə şərait 
yaratmışdır. Kənd təsərrüfatında izafi dəyərin  əmələ  gəlməsi 
şəhərlərin, sənətkarlığın və ticarətin yaranmasına təkan verdi. 
Aqrar cəmiyyəti  əsasında dövlət, özünün bürokratik aparatı  və 
ordusu ilə meydana gəldi, ilk pul sistemi yarandı, yazı kəşf edildi, 
ticarət genişləndi. Aqrar cəmiyyəti  şəraitində, cəmiyyətin siyasi 
təşkilində daha mürəkkəb formaların yaranması   baş verdi. Qan 
qohumluğu əlaqələri cəmiyyətdə  yeni sosial struktur ilə tədricən 
əvəz edildi, lakin siyasi həyatda onlar bu gün də vacib rol 
oynayırlar. Burada mühüm mülki və hərbi vəzifələr  irsən atadan 
oğula keçirdi. Lakin aqrar cəmiyyətlərdə  əsas istehsal vahidini 
daim ailə təşkil edirdi. 
4.
 
Sənaye cəmiyyəti.  Bu tipli cəmiyyətlər  İngiltərədə 
XVIII  əsrin sonunda sənayeləşmə prosesinin təsiri nəticəsində 
yaranmışlar. Bu proses göstərdi ki, cəmiyyətin mövcud olduğu 
müddət ərzində məhsuldar qüvvələr yüksək inkişafa çatmışlar  və 
maşınlı istehsalın meydana gəlməsi üçün şərait hazırlanmışdır. O 
zaman İngiltərədə birinci sənaye inqilabı baş vermişdir və burada 
başlanan sənaye çevrilişi XIX əsrdə digər Avropa ölkələrinə,  
Şimali Amerikaya yayılır. Müasir qabaqcıl sənaye cəmiyyətləri 
Şimali Amerikada, Avropada, Şərqi Asiyanın Yaponiya, Tayvan, 
Honkonq, Cənubi Koreya kimi ölkələrində    XX  əsrdə 
yaranmışlar. Digər ölkələrdə  sənayeləşmə prosesi bu gün də 
getməkdədir. 
Sənaye cəmiyyətlərinin inkişafında yeni enerji mənbələrinin 
tapılmasının xüsusi rolu olmuşdur. Sənaye cəmiyyətində istilik, 
elektrik, nüvə, günəş, və s. enerjisindən istifadə edilir.   
Sənaye cəmiyyətlərində ailənin rolu zəifləyir, onun bəzi 
funksiyaları itirilir. Yeni şəraitdə bu funksiyaları digər sosial 
 
42


institutlar həyata keçirir. Məsələn, sosiallaşma prosesi, təhsil 
institutu və s. 
Beləliklə, cəmiyyətin tarixi tiplərinin öyrənilməsi bir daha 
göstərdi ki, insanlar öz maddi və mənəvi tələbatlarını ancaq təşkil 
olunmuş birgə  fəaliyyət  şəraitində  həyata keçirə bilərlər. 
Cəmiyyət vasitəsi ilə sosial institutlar insan fəaliyyətini 
sabitləşdirir, bu da müxtəlif davranış modellərini formalaşdırır.  
 
3. Cəmiyyətin inkişafı və fəaliyyətinin sosial qanunları 
 
İctimai qanun – obyektiv mövcud olan, daim təkrar olunan, 
ictimai həyatda və ya müəyyən tarixi dövrdə hadisələrin 
mövcudluq  əlaqəsi prosesinə deyilir. İctimai qanunun kəşfi 
cəmiyyətin inkişafının təbii-tarixi proses kimi təsvirinə geniş 
imkan yaratdı.  İctimai proseslərin elmi əsasda idarə edilməsi 
üçün şərait yaradır. 
Fəaliyyət sahəsindən asılı olaraq qanunlar ən ümumi 
(universal) və ümumi-spesifik qanunlara bölünürlər. Bəzən  əsas 
və qeyri - əsas, fundamental və törəmə qanunlar da meydana 
çıxır. Universal qanunlarda bütün anlayışlar  ən ümumi xarakter 
daşıyırlar, spesifik qanunlar isə  həqiqətin məhdud sahələrinə 
aiddirlər. Onlar insanların cəmiyyətdə   ictiami – tarixi 
 
fəaliyyətini öyrənir və obyektiv xarakterə malikdirlər. 
Sosial qanunlar müxtəlif fərdlər və sosial toplular arasında 
münasibətləri müəyyən edərək onların fəaliyyətində ifadə olunur. 
Bu xalqlar, millətlər, siniflər,  şəhər və  kənd, cəmiyyət və sosial 
təşkilat, cəmiyyət və əmək kollektivi, cəmiyyət və ailə, cəmiyyət 
və şəxsiyyət arasında olan münasibətlərdir. 
Sosial qanunlar cəmiyyətdə baş verən hadisə və proseslərin 
təbii inikşafı  nəticəsində yaranırlar.  İctimai-iqtisadi forma-
siyalarda fəaliyyət göstərən qanunları  aşağıdakı iki tipə ayırmaq 
olar :  
1.
 
Struktur-funksional qanunlar və qanunauyğunluqlar. 
Onlar cəmiyyətin ictimai həyatının müxtəlif tərəflərinin fəa-
liyyətini əks etdirirlər. 
 
43


2.
 
Genetik qanunlar və qanunauyğunluqlar, onlar isə  cə-
miyyət həyatının müxtəlif tərəflərinin inikşafı ilə  sıx  əlaqədə-
dirlər.  
Deməli, cəmiyyətin elmi dərkedilməsinin vacib metodları  
struktur-funksional və genetik metodlardır. 
İctimai  – iqtisadi formasiyanı  təşkil edən hissələrin, onun 
element və üsullarının zaman daxilində  dəyişdirilməsi,  əlaqələ-
rinin qaydaya salınması, onların strukturu və ardıcıl təsiri inkişaf 
- qanun xarakterini daşıyır.  İnkişaf o zaman baş verir ki, ardıcıl 
götürülmüş iki obyektin vəziyyəti keyfiyyətcə    və  əhəmiyyətli 
surətdə  dəyişir, yəni bir keyfiyyət strukturundan digər keyfiyyət 
strukturuna keçid baş verir. 
İnkişaf qanunları sosial hadisələr arasına funksional asılılıq 
gətirir və  cəmiyyətdə  dəyişikliklər üçün şərait yaradır. Məsələn, 
insanların siyasi-praktiki fəaliyyəti yüksəldikcə cəmiyyət işlərinin 
idarə edilməsində siyasi mədəniyyətin  əhəmiyyəti artır, tərbiyə 
işinin təşkilinin keyfiyyəti yüksəldikcə  cəmiyyətdə  əxlaqi-
psixoloji iqlim təkmilləşir. 
Cəmiyyətin inkişafı  obyektiv inkişaf qanunları əsasında, onun 
müxtəlif tərəflərinin qarşılıqlı əlaqəsi prosesində həyata keçirilir. Bu 
inkişaf  məhsuldar qüvvələrin və istehsal münasibətlərinin, iqtisadi, 
sosial, mədəni və  mənəvi münasibətlərin, ictimai şüur və ictimai 
varlığın qarşılıqlı  təsirini nəzərdə tutur. Hal – hazırda cəmiyyətdə 
iqtisadi sahədə gedən dəyişikliklər, bazar  iqtisadiyyatının 
formalaşması prosesində onun sosial strukturu dəyişir, müxtəlif 
sosial təbəqə  və qrupların qarşılıqlı  əlaqələri yeniləşir. Bu 
strukturların dəyişilməsi, yeniləşməsi siyasi və hüquqi təşkilatların 
vəziyyəti və fəaliyyətinə təsir göstərir. 
İctimai  şüur anlayışının özü də  dəyişir, çünki həyatı  şüur 
müəyyən etmir, əksinə  həyat  şüuru müəyyən edir. İstehsal 
üsulunun dəyişdirilməsi hər bir cəmiyyətin  tədricən sosial, siyasi, 
ideoloji dəyişdirilməsini tələb edir. Cəmiyyət təcrid olunmuş 
formada mövcud ola bilməz. Ölkələr digər qonşu dövlətlərlə, 
cəmiyyətlərlə, regional təşkilatlarla, dünya bazarları ilə yüzlərlə 
əlaqə formaları ılə birləşir.  
 
44


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə