Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

iqtisadi münasibətlərin vahidliyinə  əsaslanaraq sosial, siyasi və 
ideoloji strukturların bütöv bir sistemi deməkdir. 
M. Veber hesab edirdi ki, kapitalizm, din, dövlət, cəmiyyət 
və s. kimi mürəkkəb anlayışları ancaq fərdlərin davranışının 
təhlili  əsasında dərk etmək mümkündür. Bunun əsasında 
insanların rəftarlarının səbəbləri tədqiq olunur, onlar öz 
hərəkətlərinə  və digərlərinin davranışına cəmiyyət çərçivəsində 
qiymət verirlər. 
Müasir dövrdə  cəmiyyətin inikşafının  əsas meylləri 
aşağıdakılardır: 
1.
 
İnsanların fəaliyyətinin ictimai xarakteri və  dəyişdirici 
rolunun artması; 
2.
 
İctimai münasibətlərin təkmilləşdirilməsi; 
3.
 
Cəmiyyətin təşkili səviyyəsinin yüksəlməsi; 
4.
 
İctimai şüurun rolu və əhəmiyyətinin artması. 
Bu meyllərə  həm təbii, həm də demoqrafik amillərin təsir 
göstərməsi mümkündür. 
 
2. Sosial həyatın təşkilinin tarixi tipləri 
 
Bütün cəmiyyətlər daim inkişaf edərək dəyişir, bir və-
ziyyətdən  digərinə, yəni sadədən mürəkkəbə keçirlər. Sosioloqlar 
cəmiyyətin inkişafında iki istiqamət və üç əsas hərəkət 
formalarını ayırırlar. 
İki istiqamət baxımından sosioloqlar  tərəqqi və  tənəzzül 
istiqamətlərini nəzərdə tuturlar.  
Tərəqqi (latınca  –  proqressus  – irəliyə  hərəkət, müvəffə-
qiyyət deməkdir)  – adidən  aliyə, mükəmməlliyə doğru hərəkət 
deməkdir. O, cəmiyyətdə pozitiv dəyişikliklərə  gətirir ki, bu da 
istehsal vasitələrinin, işçi qüvvəsinin, əməyin ictimai bölgüsünün 
və onun məhsuldarlığının artmasının, elm və  mədəniyyətin 
nailiyyətlərinin, insanların həyat tərzinin və s. inkişafının 
təkmilləşdirilməsində öz əksini tapır.  
Tənəzzül (latınca  –  reqressus  –  əks hərəkət deməkdir) in-
kişafın ləngiməsi, neqativ nəticələrə gətirir, cəmiyyətdə müxtəlif 
 
39


növ sosial tələbatları – siqaret çəkmək, alkoqolizm, narkomaniya, 
əhalinin sağlamlığının pisləşməsi, ölümün çoxalması, insanların 
mənəvi və mədəni səviyyəsinin  zəifləməsi ilə nəticələnir. 
Müasir qloballaşma  şəraitində  bəşəriyyət inkişaf edir və 
dünya miqyasında sosial tərəqqi prosesi genişlənir. Bu öz əksini 
əhalinin sosial müdafiəsində  və maddi rifahın yüksəldilməsində, 
müxtəlif ölkələrin, sinif və xalqların, sosial qrupların arasında 
qarşıdurmanın zəiflədilməsi, Yer   kürəsində  əhalisinin sülh  və 
əməkdaşlığa can atmasında, demokratiyanın bərqərar olmasında, 
ümumbəşəri dəyərlərin və humanizmin inkişafında tapır. 
Sosial tərəqqinin  ən vacib əlaməti dünya  miqyasında in-
sanların cəmiyyətdə olan vətəndaş hüquqları  və azadlıqlarının 
qorunması, bu prosesin genişlənməsinin və  uğurlu olmasının 
meyllərinə dair irəliləyşidir. Tərəqqi insanlar arası münasibət-
lərdə  də öz əksini tapmışdır.  İnsanların çoxu bu gün başa düşür 
ki, onlar  birgə yaşamağa və  cəmiyyətin qanunlarına riayət 
etməyə məhkumdurlar. Onlar  digərlərinin həyat standartlarına və 
normalarına hörmət etməli,  ətraf mühiti və  təbiəti qorumalı, 
kompromiss (lat. –  komromissum  – razılıq, qarşılıqlı güzəştə 
getməkdir) axtarmağı bacarmalıdırlar. 
Bunlar onu sübut edir ki, cəmiyyət, ümumiyyətlə bəşəriyyət 
həmrəyliyə, ahəngdarlığa, harmonik inkişafa və yaxşılığa doğru 
hərəkət edir. 
Üç əsas hərəkət formaları dedikdə isə biz təkamülü, inqilabı 
və islahatları nəzərdə  tuturuq:   
Təkamül    fərz edir ki, cəmiyyətdə    səlis dəyişikliklər 
mövcud tarixi şəraitdə  ardıcıl və  təbii yolla baş verəcəkdir. 
Bundan fərqli olaraq inqilab – bütövlükdə ictimai həyatın hər bir 
sahəsində kəskin və dərin dəyişikliklər nəticəsində cəmiyyətin bir 
keyfiyyət vəziyyətindən digərinə keçəcəyini nəzərdə tutur. Sosial 
inqilablar isə ictimai quruluşu köklü surətdə  dəyişdirir və onlar  
zorakılıqla, insanların kütləvi tələfi ilə müşayət olunur. 
Cəmiyyətin təkamül inkişaf yolu adətən islahatlarla müşahidə 
edilir.  İslahat (latınca  – reforma  – kökündən dəyişdirmək 
deməkdir) ictimai həyatın bu və ya digər tərəflərinin yenidən 
 
40


qurulmasını nəzərdə tutan müxtəlif tədbirlər kompleksidir. İslahatlar 
dövlət hakimiyyəti tərəfindən müvafiq qanun, qərar, fərman və digər 
sənədəlr  əsasında təmin edilir və hakimiyyət tərəfindən yerinə 
yetirilməsini tələb edir. Onlar tərəqqi xarakteri daşıyan yeniliklərlə, 
xüsusilə də sosial və iqtisadi sahədə əksini tapan hadisələrlə həyatda 
vacib rol oynayırlar. 
Tarix boyu cəmiyyət fəaliyyət göstərərək inkişaf etmiş  və 
dəyişmişdir. Cəmiyyətin təsnifatını maddi istehsalın üsulu, in-
sanların sayı, hakim dilin və dinin olması, yaşamaq üçün maddi 
nemətlərin yaranması üsulu ilə  müəyyən etmək olar. 
Sosiologiyada geniş yayılmış konsepsiyalardan  biri cə-
miyyətin inkişafının mədəni-tarixi tipləridir. Bu nəzəriyyənin 
əsasını rus sosioloqu N.Y.Danilevski qoymuşdur. O, sosial və 
mədəni sistemlərin müxtəlif tiplərinin özünəməxsus xarakter 
daşıdığını qeyd edərək onları qapalı, lokal mədəniyyət və sivi-
lizasiya tipləri kimi vurğulamışdır. Qərb sosiologiyasında bu 
nəzəriyyənin tərəfdarları O.Şpenqler  və A.Toynbi olmuşlar. 
Onların fikrincə ictimai  tərəqqi prosesində bəşəriyyəti birləşdirən 
yeni sivilizasiya formalaşacaqdır. 
Hal-hazırda sosiologiya elmində  cəmiyyətin tarixi tipləri 
dörd növə bölünür: 
1.
 
Ovçuluqla, yığıcılıqla məşğul olan cəmiyyət tipi. Onun 
səciyyəvi cəhəti təbiətlə  vəhdətdə olmaqdır. Məsələn, Cənubi - 
Qərbi Afrikada buşmenlər, Mərkəzi Avstraliyada – aborigenlər. 
Onlar köçəri həyat sürərək, ovçuluqla, giləmeyvə  yığıcılığı ilə 
məşğuldurlar. Onların olduqca primitiv əmək alətləri vardır, öz 
əmlaklarını özləri ilə  gəzdirirlər. Sosial həyatları qohumluq 
əlaqələri  əsasında qurulur. Belə bir cəmiyyətdə siyasi sistem 
mövcud deyildir, cəmiyyət isə  ağsaqqallar tərəfindən idarə 
olunur. 
2.
 
Bağçılıq cəmiyyəti  – ilk dəfə olaraq Yaxın  Şərqdə 
təxminən eramızdan  əvvəl 4 min il əvvəl yaranmışdır (Ba-
bilistan). Getdikcə insanların davranış üsulu dəyişilir və bu tipli 
cəmiyyətlər Çindən Avropaya qədər yayılmışlar. Müasir dövrdə 
onlar  əsasən Afrikada, Saharanın cənubunda qalmaqdadırlar. Bu 
 
41


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə