köçmüşdür. Onun əsas əsərləri aşağıdakılardır: “İnqilabın
sosiologiyası”, “Müasir sosioloji nəzəriyyələr”, “Sosial və
mədəni mobillik”, dörd cilddən ibarət olan “Sosial və mədəni
dinamika”, “İnsan, sivilizasiya, cəmiyyət” və s.
“Sosiologiyanın sistemi” adlı əsərində P.Sorokin bir sıra
elmi ümumiləşdirmələr aparmaqla bu qənaətə gəlmişdir ki:
1.
Sosiologiya elmi təbiətşunaslıq elmləri prinsipi üzrə
qurulmalıdır. “Təbiət elmləri” ilə “mədəniyyət haqqında
elmlərin” qarşı-qarşıya qoyulması düzgün deyildir;
2.
Sosiologiya dünyanı olduğu kimi öyrənməlidir, elmə
subyektiv təcavüzlər yolverilməzdir;
3.
Dəqiq və təcrübi elm olmağa çalışan sosiologiya
“fəlsəfiləşməməlidir”. Düzgün statik diaqram hər cür sosial-
fəlsəfi traktatdan daha qiymətlidir;
4.
Sosiologiya obyektiv fənn olmalıdır, yəni obyektiv
ölçüyə və oyrənməyə uyğun olan real qarşılıqlı fəaliyyəti
öyrənməlidir;
5.
Hər bir hadisənin tədqiqində vahid başlanğıc (monizm)
ideyasından imtina olunmalı və plyuralizmə yol verilməlidir.
P.Sorokin sosiologiyanı nəzəri və praktiki hissələrə bölür.
Onun fikrincə, nəzəri sosiologiyanın özü isə üç hissəyə ayrılır:
sosial analitika, sosial mexanika, sosial genetika. Bunlardan
birincisi sosial hadisələrin strukturunu, ikincisi insanların
qarşılıqlı təsiri prosesini, üçüncüsü isə, sosial həyatın, onun ayrı-
ayrı tərəflərinin və sosial institutların inkişafını öyrənir.
Ümumiyyətlə, müasir amerikan sosioloqlarının əsərlərində
diqqəti cəlb edən mühüm cəhətlərdən biri odur ki, istənilən sosial
sistemin qiymətləndirilməsi zamanı “sabitlik”, “inteqrasiya”,
“ictimai asayış” və s. bu kimi kateqoriyalardan geniş istifadə
olunur. Məsələn, S.M.Lipset “sabitlik” anlayışı altında
demokratik prinsiplərin mövcudluğunu və sosial hərəkatların
olmadığını nəzərdə tuturdu. O, yazırdı: “Mədəni, yaxud dərin
mənalı sərvətlər əsasında münaqişələr inkişaf etməkdə olduğu
qeyri-sabit dövlət quruluşu olan ölkələrdə baş verir. Amerika
kimi inkişaf etmiş ölkələrdə bu cür münaqişələr üçün əsas
yoxdur “.
30
Amerika sosiologiyasının gənc nəslinin nümayəndələri olan
T.Mur və N.Smelzer sosial sistemdə baş verən dəyişiklikləri
sosial dəyişikliklərlə bağlayırlar. Onlar hesab edirlər ki, məhz
K.Marks sosial dəyişikliklər nəzəriyyəsinin banisidir. Smelzer
özünün “İqtisadi həyatın sosiologiyası” əsərində iqtisadiyyatı
sosial proseslərin dinamikasına həlledici təsir göstərən amil hesab
edir. Smelzerin fikrincə, tarixin sosial-iqtisadi inkişafının əsas
problemlərinin əsil elmi izahı K.Marksa və M.Veberə məxsusdur.
Amerika sosiologiyasının diqqət mərkəzində həmişə şəxsiy-
yət, insanlararası gündəlik münasibətlər, sosial qruplar və təbəqələr,
sosial institutlar kimi problemlər durur. Məsələn, A.İnkels
“Şəxsiyyət və sosial struktur”, E.Hyuz “İş və istirahət”,T.Millz
“Kiçik qrupların sosiologiyası”, Ç.Tilli “Urbanizasiya formaları”,
P.Blau “Formal təşkilatların tədqiqi” adlı əsərlərin müəllifləridir.
Sosial institutların sosiologiyası ilə əsasən aşağıda adları çəkilən
sosioloqlar məşğul olurlar: Erza Voutel “Ailə və qohumluq”,
Martin Trou “Təhsilin sosiologiyası”, S.M.Lipset “İqtisadiyyat və
siyasət”, Leon Meyxü “Hüququn sosiologiyası” Norman Storer
elmin, Robert Bell isə dinin sosiologiyası ilə məşğul olur. Reynxard
Bendiksin və Eduard Şillzin diqqət mərkəzində isə müasir cəmiyyət
dayanır. Çarlz Biduel “Müasir cəmiyyətdə gənclik” problemini
tədqiq edir.
Talkott Parsons “Amerika sosiologiyası” adlı məcmüəyə
həsr etdiyi ümumi icmalda yazır ki, tarixi inkişafın müxtəlif
mərhələlərində bu və ya digər elm intellektual mədəniyyətin
mərkəzində dayanır. Məsələn, Rikardonun dövründən başlayaraq
və xüsusən də Marksın populyarlığı zamanı iqtisadiyyat elmi
sosial aləmin dərk edilməsinin əsasında dayanırdı. Müxtəlif
psixoloji nəzəriyyələr çox az müddətə diqqət mərkəzinə
keçmişdi. Yalnız indi tam əminliklə demək olar ki, məhz
sosiologiya elmi maraqların mərkəzində dayanır.
31
III MÖVZU
CƏMİYYƏTİN MEYDANA GƏLMƏSİ, SOSİAL HƏYATIN
TƏŞKİLİNİN TARİXİ TİPLƏRİ
1.Cəmiyyət, sivilizasiya və sosial münasibətlər
anlayışlarının mahiyyəti
“Cəmiyyət” termini Sosiologiya elminin ən əsas anlayış-
larından biridir. Gündəlik həyatda o, çoxmənalı və geniş formada
istifadə edilir. Sosiologiya tarixən müəyyən cəmiyyət tiplərinin,
insanları əhatə edən və onların mənsub olduqları sosial dünyanın
dərk edilməsinin ümumi və spesifik qanunlarını öyrənən elmdir.
Bəs cəmiyyət nədir?
Geniş mənada cəmiyyət bəşəriyyət deməkdir, yəni onun
yaranmasından bu günə qədər insan təbiətində gedən proseslər
deməkdir. İnsanlar çoxmüddətli birliklər, kollektivlər ya-
ratmasalar yaşaya bilməzlər. Bu geniş mənada cəmiyyət məkan
və zaman anlayışında bütöv münasibətlərin sosial məcmusudur.
Gündəlik həyatda cəmiyyət termini müxtəlif mənalarda
işlədilir. Məsələn, biz Amerika, Fransa, Yaponiya, Azərbaycan,
Rusiya, Türkiyə cəmiyyətləri anlayışından istifadə edərkən
bilməliyik ki, bu çox məzmunlu və dərin mənalı anlayışdır.
Burada milli və sosial, iqtisadi və mədəni, geopolitik və
demoqrafik problemlər qarşılıqlı təhlil olunmalıdır. Biz cəmiyyəti
insanların maraq və
tələbatları
əsasında formalaşan
münasibətlərin məcmusu kimi müəyyən edə bilərik.
Bəşər tarixində cəmiyyət anlayışında iki əsas mərhələ ayrılır:
1.
İnsanların sosial birliklər formasında mövcud olmadığı
dövr, yəni onların təbii vəziyyətdə olaraq bir-birindən ayrı
yaşadığı dövrdür – bu onun sadə formasıdır.
2.
Onların sosial mövcudluğu dövrü – yəni insanların
cəmiyyətdə birləşməsi, bu da onun mürəkkəb formasıdır.
Cəmiyyət – bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan insanların
özləridirlər; dövlət – onları idarəedən hakimiyyət orqanıdır və
32
Dostları ilə paylaş: |