Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

köçmüşdür. Onun əsas  əsərləri  aşağıdakılardır: “İnqilabın 
sosiologiyası”, “Müasir sosioloji nəzəriyyələr”, “Sosial və 
mədəni mobillik”, dörd cilddən ibarət olan “Sosial və  mədəni 
dinamika”, “İnsan, sivilizasiya, cəmiyyət” və s. 
“Sosiologiyanın sistemi” adlı  əsərində P.Sorokin bir sıra  
elmi ümumiləşdirmələr aparmaqla bu qənaətə gəlmişdir ki:  
1.
 
Sosiologiya elmi təbiətşunaslıq elmləri prinsipi üzrə 
qurulmalıdır. “Təbiət elmləri” ilə “mədəniyyət haqqında 
elmlərin” qarşı-qarşıya qoyulması düzgün deyildir; 
2.
 
Sosiologiya dünyanı olduğu kimi öyrənməlidir, elmə 
subyektiv təcavüzlər yolverilməzdir; 
3.
 
Dəqiq  və  təcrübi elm olmağa çalışan sosiologiya 
“fəlsəfiləşməməlidir”. Düzgün statik diaqram hər cür sosial-
fəlsəfi traktatdan daha qiymətlidir; 
4.
 
Sosiologiya obyektiv fənn olmalıdır, yəni obyektiv 
ölçüyə  və oyrənməyə uyğun olan real qarşılıqlı  fəaliyyəti 
öyrənməlidir; 
5.
 
Hər bir hadisənin tədqiqində vahid başlanğıc (monizm) 
ideyasından imtina olunmalı və plyuralizmə yol verilməlidir. 
P.Sorokin sosiologiyanı  nəzəri və praktiki hissələrə bölür. 
Onun fikrincə, nəzəri sosiologiyanın özü isə üç hissəyə ayrılır: 
sosial analitika, sosial mexanika, sosial genetika. Bunlardan 
birincisi sosial hadisələrin strukturunu, ikincisi insanların 
qarşılıqlı təsiri prosesini, üçüncüsü isə, sosial həyatın, onun ayrı-
ayrı tərəflərinin və sosial institutların inkişafını  öyrənir. 
Ümumiyyətlə, müasir amerikan  sosioloqlarının əsərlərində 
diqqəti cəlb edən mühüm cəhətlərdən biri odur ki, istənilən sosial 
sistemin qiymətləndirilməsi zamanı “sabitlik”, “inteqrasiya”, 
“ictimai asayış” və s. bu kimi kateqoriyalardan geniş istifadə 
olunur. Məsələn, S.M.Lipset “sabitlik” anlayışı altında 
demokratik prinsiplərin mövcudluğunu və sosial hərəkatların 
olmadığını  nəzərdə tuturdu. O, yazırdı: “Mədəni, yaxud dərin 
mənalı  sərvətlər  əsasında münaqişələr inkişaf etməkdə olduğu 
qeyri-sabit dövlət quruluşu olan ölkələrdə    baş verir. Amerika 
kimi inkişaf etmiş ölkələrdə  bu cür münaqişələr üçün əsas 
yoxdur “.   
 
30


Amerika sosiologiyasının gənc nəslinin nümayəndələri olan 
T.Mur  və  N.Smelzer sosial sistemdə baş verən dəyişiklikləri 
sosial dəyişikliklərlə bağlayırlar. Onlar hesab edirlər ki,  məhz  
K.Marks sosial dəyişikliklər nəzəriyyəsinin banisidir. Smelzer 
özünün “İqtisadi həyatın sosiologiyası”  əsərində  iqtisadiyyatı 
sosial proseslərin dinamikasına həlledici təsir göstərən amil hesab 
edir. Smelzerin fikrincə, tarixin sosial-iqtisadi inkişafının  əsas 
problemlərinin əsil elmi izahı K.Marksa və M.Veberə məxsusdur. 
Amerika sosiologiyasının diqqət mərkəzində    həmişə  şəxsiy-
yət, insanlararası  gündəlik münasibətlər, sosial qruplar və təbəqələr, 
sosial institutlar kimi problemlər durur. Məsələn, A.İnkels 
“Şəxsiyyət və sosial struktur”, E.Hyuz “İş  və istirahət”,T.Millz 
“Kiçik qrupların sosiologiyası”, Ç.Tilli “Urbanizasiya formaları”, 
P.Blau “Formal təşkilatların tədqiqi” adlı    əsərlərin müəllifləridir. 
Sosial institutların sosiologiyası ilə    əsasən aşağıda adları  çəkilən 
sosioloqlar məşğul olurlar: Erza Voutel “Ailə    və qohumluq”, 
Martin Trou “Təhsilin sosiologiyası”, S.M.Lipset “İqtisadiyyat və 
siyasət”, Leon Meyxü “Hüququn sosiologiyası” Norman Storer 
elmin, Robert Bell isə dinin sosiologiyası  ilə məşğul olur. Reynxard 
Bendiksin və Eduard Şillzin diqqət mərkəzində isə müasir cəmiyyət 
dayanır. Çarlz Biduel “Müasir  cəmiyyətdə  gənclik” problemini 
tədqiq edir. 
Talkott Parsons “Amerika sosiologiyası” adlı  məcmüəyə 
həsr etdiyi ümumi  icmalda yazır ki,  tarixi  inkişafın müxtəlif 
mərhələlərində bu və  ya    digər elm  intellektual mədəniyyətin  
mərkəzində  dayanır. Məsələn, Rikardonun dövründən başlayaraq 
və xüsusən  də    Marksın  populyarlığı zamanı iqtisadiyyat elmi 
sosial  aləmin dərk  edilməsinin  əsasında dayanırdı. Müxtəlif 
psixoloji  nəzəriyyələr çox az müddətə  diqqət  mərkəzinə  
keçmişdi. Yalnız indi tam əminliklə demək olar ki, məhz 
sosiologiya elmi maraqların mərkəzində dayanır. 
 
 
31


III  MÖVZU 
 
CƏMİYYƏTİN MEYDANA GƏLMƏSİ, SOSİAL HƏYATIN 
TƏŞKİLİNİN TARİXİ TİPLƏRİ 
                               
1.Cəmiyyət, sivilizasiya və sosial münasibətlər             
anlayışlarının mahiyyəti 
 
“Cəmiyyət” termini Sosiologiya elminin ən  əsas anlayış-
larından biridir. Gündəlik həyatda o, çoxmənalı və geniş formada 
istifadə edilir. Sosiologiya tarixən müəyyən cəmiyyət tiplərinin, 
insanları əhatə edən və onların mənsub olduqları sosial  dünyanın 
dərk edilməsinin ümumi və spesifik qanunlarını öyrənən elmdir. 
Bəs cəmiyyət nədir? 
Geniş  mənada cəmiyyət bəşəriyyət deməkdir, yəni onun 
yaranmasından bu günə  qədər insan təbiətində gedən proseslər 
deməkdir.  İnsanlar çoxmüddətli birliklər, kollektivlər ya-
ratmasalar yaşaya bilməzlər. Bu geniş  mənada cəmiyyət məkan 
və zaman anlayışında bütöv münasibətlərin sosial məcmusudur. 
Gündəlik həyatda cəmiyyət termini müxtəlif mənalarda 
işlədilir. Məsələn, biz Amerika, Fransa, Yaponiya, Azərbaycan, 
Rusiya, Türkiyə  cəmiyyətləri anlayışından  istifadə edərkən 
bilməliyik ki, bu çox məzmunlu və  dərin mənalı anlayışdır. 
Burada milli və sosial, iqtisadi və  mədəni, geopolitik və 
demoqrafik problemlər qarşılıqlı təhlil olunmalıdır. Biz cəmiyyəti  
insanların maraq və 
tələbatları 
əsasında formalaşan 
münasibətlərin məcmusu kimi müəyyən edə bilərik. 
Bəşər tarixində cəmiyyət anlayışında iki əsas mərhələ ayrılır:  
1.
 
İnsanların sosial birliklər formasında mövcud olmadığı 
dövr, yəni onların təbii vəziyyətdə olaraq bir-birindən ayrı 
yaşadığı dövrdür – bu onun sadə formasıdır. 
2.
 
Onların sosial mövcudluğu dövrü –  yəni insanların 
cəmiyyətdə birləşməsi, bu da onun mürəkkəb formasıdır. 
Cəmiyyət – bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan insanların 
özləridirlər;  dövlət   onları idarəedən hakimiyyət orqanıdır və 
 
32


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə