Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   76

3.
 
Anomizm amili, yəni cəmiyyətdə mənəvi sərvətlərin və 
normaların dərin böhranı ilə bağlı olaraq. 
Göründüyü kimi, Dyürkheym bu üç amilin şəxsiyyətə 
göstərdiyi mənəvi-psixoloji təzyiq nəticəsində onun intihar et-
diyini elmi cəhətdən əsaslandırır. 
İtaliyada XIX yüzilliyin sonundan etibarən sosiologiyanın 
inkişafı  Vilfredo Paretonun (1848-1923) və Qaetano Moskanın 
(1858-1914) adları ilə bağlıdır. V.Pareto sosial hadisələrə qiymət 
verərkən, həm sosioloq və  həm də iqtisadçı kimi təbii - elmi 
baxışlara  əsaslanırdı. Onu  cəmiyyət həyatında daim təkrarlanan 
və ayrı-ayrı mənəvi sərvətlərdən asılı olmayaraq təhlil edilə bilən 
sosial faktlar maraqlandırırdı. O, hər cür nəzəri  tarixi yalana və 
ya özünü aldatmağa  əsaslanan ideologiya kimi rədd edirdi. 
Paretonun fikrincə, tarix siyasi elitaların hakimiyyət uğrunda 
mübarizə meydanıdır.  İnsanlar yalnız  şərti olaraq  sosial 
mövcudat kimi nəzərdən keçirilə bilərlər,  əslində isə onlar 
təbiətin ümumi qanunları  əsasında inkişaf edirlər. 2600 
paraqrafdan ibarət olan “Ümumi sosiologiyaya dair traktat” 
əsərində Pareto müəyyən mənada sosial mexanikanı inkişaf 
etdirir. O, insan fəallığını iki əsas tipə: məntiqi və qeyri-məntiqi 
fəaliyyətə bölür. Real həyatda isə bu iki tip qarışıq şəkildə çıxış 
edir.  Paretonun fikrincə, insanların  əksəriyyətinin gündəlik 
fəaliyyətini məhz hisslər müəyyən edir. Pareto həm burjua 
demokratiyasının ideallarına, həm də  marksizm    nəzəriyyəsinin 
müddəalarına etinasızlıqla yanaşırdı. 
Qaetano Moska “elita tsikli” konsepsiyasını yaratmaqla, 
sosiologiyaya  spesifik siyasi məna vermişdir. Demokratiyanı 
“genişləndirilmiş aristokratiya” hesab edən Moska “siyasi, yaxud 
idarə edən sinif” haqqında konsepsiyasını yaratmaqla. Tarixdə  
şəxsiyyətin roluna öz münasibətini bildirmişdir.  
Almaniyada sosiologiya elminin inkişafında  Ferdinand 
Tyonnisin (1855-1936), Georq Zimmelin (1858-1918) və  Maks 
Veberin (1864-1920) əvəzsiz xidmətləri olmuşdur.  
Ferdinand Tyonnisin “Cəmiyyət və insan birlikləri” adlı 
əsəri hələ 1887-ci ildə nəşr olunsa da, yalnız  1912-ci ildə “Təmiz 
 
18


sosiologiyanın əsas anlayışları”  adı altında çap olunduqdan sonra 
öz müəllifinə geniş  şöhrət gətirdi. Tyonnis bu əsərində  və 
həmçinin 1931-ci ildə  nəşr etdirdiyi “Sosiologiyaya giriş” adlı 
kitabında ilk dəfə olaraq sosioloji anlayışların məntiqi sistemini 
yaratmağa cəhd göstərmişdir. Onun “Təmiz sosiologiyası” daim 
cəmiyyətdə müşahidə etdiyi münaqişəli vəziyyətlərlə  şərtlənir. 
Cəmiyyətdə mövcud olan insanlararası qarşılıqlı düşmən 
münasibətləri o, ümumi mənada sosiologiyaya daxil etdiyi sosial 
psixologiya ilə izah edirdi.  
 Öz  siyasi  baxışlarında ardıcıl demokrat kimi çıxış edən 
Tyonnis faşizmə qarşı mübarizə apararaq, onu “müasir vəhşilik” 
adlandırırdı. Bununla yanaşı inqilabi ideyalara da rəğbət 
bəsləməyən Tyonnis eyni zamanda Marksın  əsərlərinə yüksək 
qiymət verir və Engelslə  məktublaşırdı. 
Ferdinand Tyonnis M.Veber, G. Zimmel və V.Zombartla 
birlikdə 1909-cu ildə “Almaniya sosioloji cəmiyyəti” ni 
yaradaraq, 1933-cü ilədək – faşistlər bu cəmiyyəti qadağan edə-
nədək - onun sədri olmuşdur. 
Alman idealist filosofu və sosioloqu Georq Zimmel  öz 
baxışlarına görə əvvəlcə H.Spenserin və Ç.Darvinin, daha  sonra 
İ.Kantın təsiri altında olmuşdur. Yaradıcılığının ilk  mərhələsində 
o, 
əsas diqqəti mədəniyyətin fəlsəfi problemlərinin 
araşdırılmasına yönəltmişdir. 
Zimmelin fikrincə, sosiologiyanın predmetini bütün tarixi 
dəyişikliklərə baxmayaraq öz məzmununu dəyişməyən 
insanlararası sosial qarşılıqlı təsir təşkil edir. O, 1900-cü ildə nəşr  
olunmuş “Pulun fəlsəfəsi” adlı  əsərində    şəxsiyyətin və  fərdi 
azadlığın inkişafında, habelə insanlar arasında müxtəlif 
münasibətlərin təşəkkülündə pulun oynadığı rolun sosial-psi-
xoloji təhlilini vermişdir. Zimmel şüurlu surətdə sosiologiyanı 
tarixdən və iqtisadiyyatdan ayrılıqda tədqiq edirdi. Onun fikrincə
iqtisadiyyat mənəvi mədəniyyəti müəyyən edən ilkin 
şərtlərdəndir. Lakin, iqtisadi amillərin özü daha dərin sərvət-
lərdən və  cərəyanlardan doğur. O, demək olar ki, psixoloji və 
hətta metafizik ilkin səbəbdir. 
 
19


Alman sosiologiyasının və bütövlükdə sosiologiya elminin 
ən görkəmli nümayəndələrindən biri Maks Veberdir.  Onun əsas
lakin başa catmamış sosioloji əsəri 1925-ci ildə, vəfatından sonra 
nəşr olunmuş “İqtisadiyyat və cəmiyyət” adlı traktatdır. Bu əsərin 
birinci fəsli “Sosiologiyanın əsas anlayışları” adlanır. M.Veber digər 
alman sosioloqları Rikkert və Dilteylə birlikdə “ideal tiplər” 
konsepsiyasını işləyib  hazırlamışdır. Bu konsepsiyanın məqsədi elə 
obrazlar və sxemlər yaratmaqdan ibarətdir ki, onların  köməyi ilə 
konkret sosioloji tədqiqatların verdiyi materialları  və  tədqiqatçının 
həyati müşahidələrini qaydaya salmaq mümkün olsun. Məsələn, an-
tik dövr, feodalizm, kapitalizm anlayışları Veber üçün obyektiv 
mövcud olan münasibətlər deyil, ideal tipologiya üsullarıdır.  
Veber “Sosial - elmi  və sosial - siyasi idrakın obyektivliyi”, 
“Mədəniyyət haqqında məntiqi elmlər sahəsində  tənqidi 
tədqiqatlar” əsərlərində və xüsusən də “Dərk edən sosiologiyanın 
bəzi kateqoriyaları haqqında” adlı kitabında bu qənaətə  gəlir ki, 
sosiologiyanın  əsas məqsədi insanın  və insanlar qrupunun  
davranışını və sosial fəaliyyətini öyrənmək olmalıdır. 
M.Veber sosial fəaliyyətin aşağıdakı tiplərini fərqləndirirdi: 
 
Məqsədyönlü rasional fəaliyyət. İnsan öz fəaliyyəti
-
nin məqsədi və ona çatmağın yolları haqqında aydın 
təsəvvürə malik olur və  həmçinin öz fəaliyyətinə 
digər insanların mümkün olan reaksiyasını  nəzərə 
alır. Müvəffəqiyyət rasionallığın meyarı olur; 
 
Sərvətyönümlü rasional 
fəaliyyət. Müəyyən 
davranışın etik, estetik yaxud dini əhəmiyyətinə 
şüurlu inamla bağlı olan fəaliyyətdir; 
 
Affektiv  fəaliyyət.  Şüursuz psixoloji impulsların və 
hisslərin təsiri altında baş verən fəaliyyət. 
 
Ənənəvi fəaliyyət. Vərdişlər və adətlər əsasında baş 
verən fəaliyyət. 
Sosial fəaliyyətin  bu tiplərindən hər biri öz motivinə, 
məzmununa və  həyata keçmə mexanizminə malik olub, özlərini 
insanların gündəlik davranışında biruzə verirlər. Veberin fikrincə, 
 
20


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə