Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   76

nauyğunluqlarını açıb göstərməklə sosiologiya istər bütövlükdə 
cəmiyyətin, isətərsə  də onun ayrı-ayrı  tərəflərinin və sahələrinin 
gələcək inkişafı perspektivlərini başa düşməyə imkan verir. 
Üçünçüsü, sosial qanunlar qanun-meyl kimi həyata keçirilir. 
Konkret sosioloji tədqiqatların vəzifəsi adamların ictimai 
fəaliyyətində sosial qrupların,  şəxsiyyətin, peşə qrupunun və 
cəmiyyətin mənafelərinin maksimum uzlaşmasına imkan verən 
konkret formanı müəyyən etməkdir. 
Dördüncüsü, sosiologiya sosioloji və digər sosial tədqi-
qatlarda idrakı  fəaliyyətin nəzəri təhlilini verməli, sosial idrakın 
nəzəriyyəsini və metodologiyasını  işləyib hazırlamalıdır. 
Sosiologiya elminin idrakı funksiyası imkan verir ki, sosial 
proseslərin təhlili  əsasında cəmiyyətin maddi, mənəvi yaxud 
siyasi həyat sferalarının inkişafına xidmət edən proqnozlar irəli 
sürmək mümkün olsun. 
Praktiki funksiya. Sosiologiya elminin bu funksiyası onun 
idrakı funksiyası ilə  sıx  əlaqədardır. O, qabaqcadan görmə 
momentini özündə birləşdirən elmi idrakın təbiətindən doğur. 
Cəmiyyətin və onun ayrı-ayrı  tərəflərinin  hazırkı  vəziyyətinin 
təhlilinə  əsaslanaraq sosiologiya cəmiyyətin yaxın və uzaq 
gələcək inkişaf perspektivlərini aşkara çıxarmalıdır. 
İctimai münasibətlərin hazırkı  vəziyyətini tədqiq etməklə 
sosiologiya buna nail olur ki, insanlar öz ictimai münasibətlərini 
nəzarət altına ala və ictimai tərəqqinin obyektiv tələbatına 
müvafiq olaraq onları tənzimləyə bilsinlər. 
İctimai inkişafın qanunauyğunluqları və meyllərinin dərindən 
dərk edilməsinə  əsaslanan proqnozlaşdırma cəmiyyətin elmi idarə 
olunmasının başlıca  şərtini təşkil edir. Proqnozlaşdırmanı praktika 
ilə uzlaşdırdıqda uzun müddətli sosial proqnozlaşdırma  proqram
qısamüddətli  isə    plan kimi təfsir edilə bilər. Cari sosial 
proqnozlaşdırma isə plana düzəlişlər verilməsini, yəni onda vaxtında 
dəyişikliklər aparılmasını nəzərdə tutur. 
İdeoloji funksiya.    Elmi-idrakı  və praktiki funksiyalarla 
yanaşı sosiologiya elmi eyni zamanda mühüm ideoloji funksiyanı 
da yerinə yetirir. 1974 – cü ildə Toronto şəhərində    keçirilən VIII 
 
8


Ümumdünya Sosiologiya konqresində  məşhur Qərbi Almaniya 
sosioloqu  Renata Maynts “Sosiologiya: mənəvi  sərvətlərdən 
azadlıq və siyasi təkliflər problemi” adlı  məruzəsində  qeyd edirdi 
ki, “sosiologiyanın  ən aktual vəzifələrindən biri siyasətə öz 
münasibətini müəyyən etməkdir. Axı sosiologiya çox vaxt siyasi 
qərarlar qəbul edilməsi üçün baza rolunu oynayır və buna görə də o 
da bu mənada siyasətdir”
3
. Məşhur amerikan alimi Rayt Millz isə 
“Sosioloji təxəyyül” adlı kitabında ürək ağrısı ilə yazır ki, ABŞ-da 
sosiologiya generalların, həbsxana rəislərinin, biznesmenlərin 
xidmətçisinə çevrilmişdir.
4
 Sosiologiya zəhmətkeşlərin siyasi şüur 
səviyyəsinin yüksəldilməsində, onlarda fəal həyat mövqeyi tərbiyə 
edilməsində, onların sosial fəallıqlarının gücləndirilməsində  mühüm 
rol oynayır. Sadəcə olaraq sosioloji sorğuda iştirakın özü belə  
adamlarda ictimai məsələlərə marağın yüksəlməsinə, onların sosial 
fəallıqlarının artmasına səbəb olur. İdeoloji funksiya, hər  şeydən 
əvvəl təbii-tarixi prosesin dərk olunmasına və cəmiyytəin inkişafının 
məqsədlərinin müəyyən edilməisnə xidmət göstərir, ikincisi, digər 
konsepsiyalara qarşı elmi və ideoloji mübarizəni nəzərdə tutur; 
üçüncüsü əhali arasında düzgün elmi ideologiyanın yayılması işinə 
xidmət edir; nəhayət, dördüncüsü yüksək səviyyəli mütəxəssislərin 
hazırlanması və onların elmi ideologiyanı mənimsəməsi işini həyata 
keçirir. 
Sosioloji biliklərin ideoloji və siyasi xarakter daşıması bir 
sıra səbəblərlə bağlıdır. Sosioloq  öz tədqiqatlarında maksimum 
obyektivliyə  və  dəqiqliyə  cəhd göstərsə  də  tədqiqatın nə-
ticələrinin qiymətləndirilməsi sosial-siyasi mövqe ilə bağlıdır. 
Onun gəldiyi  nəticələr və irəli sürdüyü təkliflər istər-istəməz 
müxtəlif sosial qrupların və  təbəqələrin siyasi mənafelərinə 
toxunur. Buna görə  də sosioloq sosial hadisələrin qiymətlən-
dirilməisndə  vətəndaş mövqeyi nümayiş etdirmək məcburiyyə-
tindən  yan keçə bilmir. 
Lakin qeyd etmək lazımdır ki, sosiologiyanın real pro-
seslərə təsiri öz-özünə, avtomatik surətdə baş vermir. Sosiologiya 
                                                 
3
 «Социологические исследования» журналы. 1974, №2, с.180. 
4
 Рабочая книга социолога. М., 1977, с. 39. 
 
9


yalnız öz nəticələrini təklif edir. Onun siyasətə  tətbiqi isə  
sosiologiyadan asılı deyildir. Sosiologiyanın vəzifəsi alman alimi 
Lepsiusun fikrincə “uzun müddət cəmiyyəti müşahidə etməklə 
böhranlar barədə  xəbərdarlıq edən sosioloji sistem yaratmaqdan 
ibarətdir”
5
. Sosiologiyanın  ən mühüm funksiyalarından biri də 
tənqidi funksiyadır. Söhbət  şəxsiyyətin mənafeləri prizmasından 
gerçəkliyə qiymət verilməisndən gedir. Sosiologiya cəmiyyətdə 
vaxtını keçirmiş, inkişafa mane olan nə varsa aşkara çıxararaq 
cəmiyytəin yeniləşməsi işinə xidmət edir. Bu işdə empirik 
tədqiqatların, yəni konkret sosiologiyanın rolu əvəzedilməzdir. 
Sosiologiya yuxarıda göstərilən 3 əsas funksiyadan əlavə bir 
sıra funksiyaları da yerinə yetirir. Bunlara misal olaraq, tərbiyəvi, 
proqnozlaşdırıcı və s. funksiyaları da göstərmək olar. Sosiologiya 
elminin bütün funksiyaları qarşılıqlı surətdə sıx əlaqədar olub bir-
birini tamamlayır. 
 
3.Sosioloji biliklərin strukturu və tədqiqat obyekti 
 
Sosioloji biliklər sistemi mürəkkəb struktura  malik olub 
ictimai gərçəkliyin tədqiqinin müxtəlif tiplərini və  səviyyələrini 
əks etdirir. İctimai həyatın öyrənilməsinin nəzəri və  tətbiqi 
(praktiki,  əməli) aspektləri burada sıx vəhdətdə  çıxış edir. Buna 
görə    də ictimai həyatın müəyyən sahələrinin tədqiqi ilə  məşğul 
olan ixtisaslaşmış sahələri və müxtəlif sosioloji nəzəriyyələri 
qeyd etmək zəruridir. Deməli sosiologiya sosial idrakın aşağıdakı 
səviyyələrini özündə birləşdirir:  ümumi nəzəriyyə,  xüsusi 
nəzəriyyələr  və  konkret  (empirik)    tədqiqatlar.  İkinci və 
üçüncü səviyyələri çox vaxt “tətbiqi sosiologiya” anlayışı ilə 
qeyd edirlər. Bu səviyyələrdən hər biri ictimai həyatın 
öyrənilməsində özünəməxsus yanaşma üsuluna  və metodlarına 
malikdirlər. Ümumi sosioloji nəzəriyyənin  əsas vəzifəsi 
cəmiyyətin mövcudluğu və inkişafının ümumi qanunlarını tədqiq 
etməkdən ibarət olduğu  halda, tətbiqi sosiologiyanın vəzifəsi 
həmin qanunların cəmiyyət həyatının müxtəlif sahələrində 
                                                 
5
 Рабочая книга социолога. М., 1983, с.29. 
 
10


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə