Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   76

haqqında, millətlər, xalqlar, etnik qruplar və onların qarşılıqlı 
münasibətləri haqqında məlumata malik olur. 
Sosioloji biliklərin strukturuna daxil olan növbəti element 
siyasi sosiologiyaya aid təsəvvürlərin, baxışların və  nəzə-
riyyələrin məcmusudur. Burada sosioloq əsas diqqəti cəmiyyətin 
müxtəlif sosial qruplarının siyasi münasibətlər sistemində tutduğu 
yerə  və oynadığı  rola yönəldir. Həmçinin müxtəlif siyasi 
partiyaların, təşkilatların və  hərəkatların, bütövlükdə  cəmiyyətin 
siyasi sisteminin fəaliyyəti də diqqət mərkəzində dayanır. 
Nəhayət, sosioloji biliklərin strukturunun sonuncu elementi 
cəmiyyətin sosail institutlarının fəaliyyəti haqqında sosioloqların 
elmi təsəvvürləri və mülahizələrinin məcmusundan ibarətdir. 
Sosioloji biliklərin strukturuna daxil olan bütün elementlər 
bir-biri ilə sıx əlaqədə olub qarşılıqlı surətdə fəaliyyət göstərirlər. 
 
14


II  MÖVZU 
 
SOSİOLOJİ FİKRİN TƏŞƏKKÜLÜ VƏ TARİXİ 
 İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ 
 
1. XIX əsrin sonu – XX əsrin əvvələrində Qərbi Avropa      
ölkələrində sosiologiya elminin təşəkkülü 
 
Sosiologiyanın müstəqil elm sahəsi kimi meydana gəlməsi 
XIXəsrin birinci yarısına təsadüf edir. Bu elmin yaranması 
cəmiyyətdə  kəskinləşən  ictimai-siyasi mübarizə ilə bağlı 
olmuşdur. Yeni intellektual sintezə, insan və  cəmiyyət haqqında 
realist təhlilə  tələbat daim artırdı. Sosial hadisələri və prosesləri 
izah etmədən, ictimai  həyatın  müxtəlif tərəfləri  barədə konkret 
empirik informasiya almadan, bir sözlə sosioloji realizm 
mövqeyində  dayanmadan cəmiyyəti səmərəli  idarə etmək 
mümkün deyildi. 
Sosiologiya elminin banisi fəlsəfədə pozitivizm cərəyanının 
yaradıcılarından biri olan fransız filosofu Ogüst Kont (1798-
1857) hesab edilir.  İlk dəfə  məhz O.Kont kapitalizm 
cəmiyyətinin səciyyəvi xüsusiyyətlərini öyrənmiş, onun möv-
cudluq və inkişaf qanunlarını formulə etmişdir. Kontun təlimi 
mövcudluq qanunlarını öyrənən  sosial statika  və hadisələrin 
inkişaf ardıcıllığını  şərh edən  sosial dinamika adlı  iki hissədən 
ibarət olub “sosial fizika” adlanırdı. Lakin 1839-cu ildə belçikalı 
statistik Ketlenin də  həmin termindən istifadə etdiyi məlum 
olduqda Kont yeni termin – “sosiologiya” anlayışını irəli sürdü. 
Kontun sosial-fəlsəfi baxışlarının mərkəzində özünün 
yazdığı kimi “bəşəriyyətin intellektual təkamülünün böyük əsas 
qanunu” dayanır. Bu qanuna  görə insanların  idrakı fəaliyyəti və 
ictimai  şüuru aşağıdakı inkişaf mərhələlərindən keçmişdir: 
teoloji, metafizik və pozitiv. Birinci mərhələdə  insan ağlı  
təbiətdə baş verən bütün hadisələri fövqəltəbii qüvvələrlə, ikinci 
mərhələdə abstrakt anlayışlarla izah etdiyi halda, pozitiv 
mərhələdə insan öz mühakimələrində    elmi  müşahidələrə 
 
15


əsaslanır. Kont cəmiyyətin inkişafının qanunauyğun və mütərəqqi 
xarakter  daşıdığını göstərirdi. O, bunu sosial dinamika 
adlandırırdı. 
O.Kontun  əsas xidməti  bundadır ki, o cəmiyyətə bütöv 
sosial orqanizm kimi baxırdı. Onun fikrincə, cəmiyyət ona daxil 
olan bütün subyektlərin (şəxsiyyət, təbəqə, sinif) fəaliyyəti və 
inkişafını müəyyən edir. “Pozitiv siyasət sistemi” adlı  əsərində 
sosial tərəqqi ideyasını  əsaslandıraraq  Kont yazırdı: 
“Sivilizasiyanın gedişində  bəşəriyyət fiziki, əxlaqi, əqli və siyasi 
cəhətlərdən fasiləsiz olaraq inkişaf edir”. 
Kontun ideyaları, cəmiyyətin bütöv sosial orqanizm kimi 
fəaliyyəti haqqında fikirləri ingilis filosofu Herbert Spenser 
(1820-1903) tərəfindən daha da inkişaf etdirilmişdir. Spenserin 
“Sintetik fəlsəfə sistemi”, “Elmi, siyasi və  fəlsəfi təcrübələr”, 
“Əsas mənbələr” kimi əsərlərində  cəmiyyət bioloji və sosial 
amillərin qarşılıqlı  təsirində olan vahid sistem kimi qiymətlən-
dirilir. Bu nəzəriyyəyə görə ictimai həyatın  bütün tərəfləri üzvi 
surətdə bir-biri ilə bağlıdır və bu əlaqələrsiz fəaliyyət gösətərə 
bilməz. 
H.Spenser cəmiyyəti təbii qanunlar əsasında inkişaf edən 
orqanizm kimi nəzərdən keçirirdi. O, cəmiyyəti canlı bioloji 
orqanizmə bənzədərək bunu aşağıdakılarla əsaslandırırdı: 
1.
 
Bütün canlı  orqanizmlər kimi cəmiyyət də inkişaf prose-
sində kütlə etibarılə artır; 
2.
 
Onların hər ikisi daim mürəkkəbləşir; 
3.
 
Onların  ayrı-ayrı hissələri get-gedə bir-birindən  daha çox 
asılı olur; 
4.
 
Onları  təşkil edən  vahidlər (məsələn, cəmiyyətdə insan-
lar, orqanizmdə isə hüceyrələr) daim meydana gələrək 
yoxa çıxsalar da  hər ikisi bütöv tam kimi fəaliyyət 
göstərə bilirlər. 
Spenserin təkamül nəzəriyyəsinə görə o, üç mərhələdən 
keçir: sadədən mürəkkəbə (inteqrasiya); yekcinslikdən çox-
cinsliyə (differensiasiya); qeyri-müəyyənlikdən müəyyənliyə 
 
16


(intizam yüksəlməsi). Spenserin fikrincə, sosial təkamül prose-
sində insan amilinin rolu və əhəmiyyəti xeyli artır.  
XIX  əsrin ortalarında alman dilli ölkələrdə  sosioloji 
ideyaların yayılmasında  Lüdviq fon Şteynin (1815-1890) əsər-
lərinin mühüm rolu olmuşdur. Onun  1842-ci ildə  nəşr olunmuş 
“Müasir Fransada sosializm və kommunizm” adlı  əsəri 
Almaniyada sosioloji fikrin təməlini  qoymuşdur. Alman  so-
sioloqu Zombart (1863-1911) iddia edirdi ki, “Karl Marks so-
sializmə dair bütün ideyalarını  məhz Lüdviq fon Şteyndən  əxz 
etmişdir”. 
XIX əsrin sonu – XX əsrin əvvələrində sosioloji pozitivizm 
cərəyanının  ən görkəmli nümayəndələrindən  biri kimi  fransız 
sosioloqu  Emil Dyürkheym (1858-1917) çıxış edir. Kontun və 
Spenserin sosioloji baxışlarını daha da inkişaf etdirən 
Dyürkheymin fikrincə bütöv sosial orqanizmin elementləri öz 
aralarında  harmonik əlaqələr yaratmaqla tamı qoruyub 
saxlamağa  borcludurlar. Dyürkheym sosiologizm  cərəyanının 
banisidir. Özünün “Sosiologiyanın metodu” adlı  əsərində  
Dyürkheym sosiologiyanın predmetinin fərdlərin iradəsindən asılı 
olmayaraq mövcud olan və onlara təsir gösətərən  sosial 
faktlardan ibarət olduğunu iddia edirdi.  
Dyürkheym “İctimai  əmək bölgüsü haqqında”, “Dini 
həyatın elementar formaları”, “Özünəqəsd” və s. əsərlərin 
müəllifidir. Onun fikrincə  fərdin, kollektivin və  cəmiyyətin 
normal inkişafı  onlara “uzun həyat  şansı” verir və sosial  
sağlamlığa  səbəb olur.  Dyürkheym  belə hesab edirdi ki, so-
siologiya ağıla və  həqiqətə  əsaslanan hər cür ictimai həyatın 
öyrənilməsi və yaxşılaşdırılması ilə məşğul  olmalıdır. 
E.Dyürkheym “Özünəqəsd” adlı  əsərində  fərdin sosial 
vəziyyətdən asılı olaraq intihar etməsinin hansı motivlərlə bağlı 
olduğunu aşağıdakı kimi əsaslandırır: 
1.
 
 Eqoizm amili, yəni sosial normaların fərdlərə  təsirinin 
zəifləməsi ilə bağlı olaraq; 
2.
 
Altruizm amili, yəni fərdin cəmiyyətdə öz şəxsi 
keyfiyyətlərinin əhəmiyyətinin itirilməsi ilə əlaqədar olaraq; 
 
17


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə