Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   76

müxtəlif tarixi şəraitdə  təzahür etmə formalarını  və  fəaliyyət 
mexanizmini öyrənməkdən ibarətdir. Ümumi sosioloji nəzəriyyə 
hər bir sosial hadisəyə bütöv  ictimai tamın elementi kimi baxır. 
Onun hüdudları daxilində xüsusi sosioloji nəzəriyyələr 
səviyyəsində konkretləşən sosial hadisələrin və proseslərin 
öyrənilməsinin  əsas metodoloji şərtləri formalaşır. O, ayrı-ayrı 
sosial prosesləri və hadisələri sosial tamla uyğunlaşdırmağa və 
bununla  da onları elmi şəkildə izah etməyə,  əsil mənşələrini 
aşkara çıxarmağa, strukturunu və funksiyalarını müəyyən etməyə 
imkan verir. 
Sosioloji tədqiqat prosesində xüsusi sosioloji nəzəriyyələrin 
böyük  əhəmiyyəti vardır. Bu nəzəriyyələr sosial əlaqələrin və 
qanunauyğunluqların iki əsas tipini aşkara çıxarır: 
1.
 
Bütövlükdə ictimai sistemlə mövcud ictimai həyat 
sferası arasındakı əlaqəni; 
2.
 
Sonuncuya xas olan daxili qarşılıqlı əlaqə və qarşılıqlı 
asılılığı .  
Məsələn, təhsilin sosiologiyasının predmetini təhsil sis-
teminin cəmiyyətlə qarşılıqlı  əlaqəsi və asılılığı, habelə  təhsil 
sisteminin sosial institut kimi bölmələrinin qarşılıqlı  əlaqəsi və 
asılılığı təşkil edir. 
Xüsusi sosioloji nəzəriyyənin ara rolu oynaması sosio-
logiyanın strukturunda onun elmi funksiyalarını müəyyən edir. 
Bu nəzəriyyənin formalaşmasının  əsasında ümumi sosioloji 
nəzəriyyənin kateqoriyaları  və prinsipləri durur. Ümumi 
nəzəriyyədən empirik  sosioloji tədqiqatlara “körpü” rolunu 
oynayan xüsusi nəzəriyyə özündə sosioloji biliyin iki səviyyəsini 
birləşdirir. Bunlardan birincisi ümumi sosioloji nəzəriyyə, ikincisi  
isə empirik tədqiqatların gedişində  alınan konkret 
informasiyadır. 
Sosiologiya  elminin tədqiqat  obyektini bəzən konkret 
sosiologiya adlandırılan aşağıdakı sferalar təşkil edir: 
1.
 
Sosial institutları öyrənən sosiologiya. Bura daxildir: 
ailənin, tərbiyənin, siyasətin, hüququn, idrakın, ide-
ologiyanın, elmin və dinin, incəsənətin, ordunun və 
 
11


müharibələrin, sənayenin və əməyin sosiologiyası; 
2.
 
Sosial birliklərin   müxtəlif tiplərini öyrənən sosiolog-
iya. Buraya daxildir: kiçik qrupların, kəndin,  şəhərin 
sosiologiyası, siniflərin və sosial təbəqələrin, peşə ka-
teqoriyalarının, zümrələrin tədqiq edilməsi;  
3.
 
Müxtəlif sosial proseslərin tədqiq edilməsi. Buraya da-
xildir: sosial pozğunluq prosesləri və hadisələri  – 
alkoqolizm, narkomaniya, cinayətkarlıq və s.; kütləvi 
informasiya vasitələrinin - mətbuatın, radionun, tele-
viziyanın, kinonun fəaliyyətinin nəticələri; sosial 
məskunlaşma və sosial yığcamlıq prosesləri, yəni 
adamların coğrafi məkanda yerdəyişmələri, bir təbəqə 
və ya sinifdən başqasına keçmələri.
6
  
Bunlardan  əlavə bir sıra digər ixtisaslaşmış  tədqiqat sa-
hələrini də göstərmək mümkündür. Məsələn, xəstəliklərin 
meydana gəlməsinin və müalicəsinin sosial şərtləri, etnik və irqi 
münasibətlərin, demoqrafik proseslərin sosial aspektlərinin və s. 
tədqiq edilməsi. 
Konkret sosiologiyanın bütün bu bölmələri ümumi an-
layışlardan istifadə edərək ümumi proseslərin mahiyyətini 
açmağa, onların qanunauyğunluqlarını müəyyən etməyə, müxtəlif 
sosial strukturların fəaliyyətini aşkara çıxarmağa və təhlil etməyə 
cəhd göstərirlər. 
Ümumi sosiologiya lap əvvəldən  ənənəvi olaraq ümumi 
əhəmiyyətə malik olan iki nəzəriyyəni  – sosial struktur nəzə-
riyyəsini və sosial inkişaf, daha geniş deyilərsə sosial dəyişik-
liklər nəzəriyyəsini inkişaf etdirmişdir. Son vaxtlar bu iki nə-
zəriyyəyə daha iki bölmə  əlavə edilmişdir: fərdlərin sosial dav-
ranışı nəzəriyyəsi və insan birliklərinin davranışı nəzəriyyəsi. Bu 
cür bölgülər təsadüfü xarakter daşımır. Sosiologiya elminin banisi 
O.Kontun birinci sosioloji sistemi də iki hissədən  – “sosial 
statika” və “sosial dinamika” hissələrindən ibarət idi. Digər 
görkəmli sosioloq E.Dyürkheym isə sosioloji problemləri “Sosial 
morfologiya” və “sosial fiziologiya” adlı bölmələrə ayırırdı. 
                                                 
6
 Ян Щепаньский. Элементарные понятия социологии. М.,1969,с.9. 
 
12


Müasir dövrün görkəmli sosioloqlarından olan N. Smelzer 
isə sosiologiyanın strukturunu (tədqiqat obyektini) aşağıdakı kimi 
təsnif edir: 
1.
 
Sosiologiyanın elementləri (mədəniyyət, sosial struk-
tur, sosail qarşılıqlı  təsir, təşkilatlar, sosial nəzarət, 
məskunlaşma,); 
2.
 
İctimai bərabərsizlik (stratifikasiya və  bərabərsizlik, 
yaş, cins, irqlə və s. ilə bağlı bərabərsizliklər); 
3.
 
Sosial institutlar (ailə, təhsil, din, iqtisadi sistem, siy-
asi sistem); 
4.
 
Cəmiyyət və  dəyişikliklər (əhalinin dinamikası, kol-
lektiv davranış  və ictimai hərəkat, sosial və  mədəni 
dəyişikliklər).
7
 
Ümumiyyətlə bu cür bölgüləri çox misal çəkmək olar, lakin 
N. Smelzerin bölgüsü daha dolğundur və  cəmiyyət həyatının 
bütün sahələrini ümumi şəkildə əhatə edir. 
Göründüyü kimi sosiologiya elminin tədqiqat obyektini 
bütövlükdə  cəmiyyət, onun daxilində mövcud olan insan bir-
likləri, sosial institutlar, insanlararası münasibətlər təşkil edir. 
Sosioloji biliklərin strukturunda özül elementini cəmiyyətin 
bütöv sosial orqaninzm olması haqqında biliklər təşkil edir. 
İctimai münasibətlərin mahiyyəti və məzmununun dərk olunması 
cəmiyyətdəki sosial subyektlər arasında qarşılıqlı əlaqələrin başa 
düşülməsinə imkan verir. 
Sosioloji biliklərin strukturunun digər mühüm elementi 
ictimai həyatın müxtəlif sferalarının inkişafı  və qarşılıqlı  təsiri 
haqqında iqtisadi, siyasi və  mənəvi baxışların məcmusundan 
ibarətdir. Sosioloq şəxsiyyətin müxtəlif həyat sferalarında  
fəaliyyət xüsusiyyətlərini aşkara çıxarmalıdır. 
Sosioloji biliklər strukturunun digər mühüm elementi ölkə 
əhalisinin sosial tərkibi, cəmiyyətin sosial strukturu haqqında 
mövcud biliklərin məcmusudur. Bu biliklərin köməyi sayəsində 
sosioloq cəmiyyətdəki peşə  və demoqrafik  qruplar haqqında, 
onların iqtisadi, sosial və siyasi münasibətlər sistemində yeri 
                                                 
7
 «Социологические исследования» № 9. 1990,с.108. 
 
13


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə