AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
S O S İ O L O G İ Y A
(Dərslik)
Azərbaycan Respublikası təhsil
nazirinin 01.06.2006-cı il tarixli 424
saylı əmri
ilə dərslik kimi təsdiq
edilmişdir.
Bakı - 2006
Redaktorlar:
prof.
Z.İ.Məmmədov
dos.
X.H.Orucov
Rəyçilər:
fəlsəfə elmləri doktoru,
professor
M.F.Cəlilov
fəlsəfə elmləri namizədi,
dos.
T.B.Ağayev
Dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin
“Politologiya və Sosiologiya” kafedrasının müəllimləri hazır-
lamışdır.
Dərsliyin I, V, VI, XIII mövzularını
f.e.d., prof. Z.İ.Məmmədov;
II, IV, VII, XII, XIV mövzuları
dos. X.H.Orucov; VIII, IX, X,
XV mövzuları
dos. H.Q.Əhmədov; III, XVI, XVII mövzuları
dos. N.M.Cəlilova; XI mövzunu
dos.A.Y.Əhmədova tərtib
etmişdir.
Sosiologiya (Dərslik).
Bakı: “İqtisad Universiteti” nəşriyyatı, 2006.
Dərslik sosiologiyaya dair ədəbiyyatlardan geniş istifadə
edilməsi əsasında tərtib edilmişdir. Bu dərslikdə sosiologiya
elminin ən aktual problemləri şərh edilmişdir.
Dərslik ali məktəb müəllimləri,
tələbələr və sosiologiya ilə
maraqlananlar üçün nəzərdə tutulmuşdur.
© “İqtisad Universiteti” nəşriyyatı - 2006.
2
MÜQƏDDİMƏ
Müasir dövr ictimai münasibətlərin inkişafının intensiv-
liyinin görünməmiş dərəcədə yüksəlməsi ilə əlamətdardır. Bu isə
ictimai elmlər, xüsusən də sosiologiya elmi qarşısında mühüm
vəzifələr qoyur. Çünki, sosial mühitdə baş verən dəyişikliklərin,
ictimai əhval-ruhiyyənin öyrənilməsi sosiologiyanın başlıca
vəzifəsidir. Buna görə də gələcək iqtisadçı mütəxəssislərə
sosioloji biliklərin öyrədilməsi obyektiv zərurətə çevrilir.
Geniş oxucu kütləsinin və ilk növbədə tələbələrin mühaki-
məsinə təqdim olunan bu dərsliyin başlıca
məqsədi müasir ictimai
həyatın mürəkkəb hadisələri və proseslərinin elmi cəhətdən dərk
olunmasına köməklik göstərməkdən ibarətdir. Dərsliyin strukturu
da məhz bu məqsədə xidmət edir. Əsas diqqət siyasət, din,
mədəniyyət, təhsil, ailə, ictimai və s. bu kimi sosial institutların
mahiyyətinin nəzərdən keçirilməsinə,
müxtəlif sosioloji
nəzəriyyələrin əsas müddəalarının öyrənilməsinə, konkret
sosioloji tədqiqatların təşkili və aparılması metodikasının şərhinə,
cəmiyyətin sosial strukturu və onun inkişaf meyllərinə,
idarəetmənin sosioloji əsaslarının tədqiqinə,
ideoloji
münasibətlərin sosial proseslərin inkişafındakı yerinə və roluna,
sosial ekologiya, sosial proqnozlaşdırma problemlərinə
yönəldilmişdir.
Müəlliflər hesab edirlər ki, dərslik gənc mütəxəssislərdə
elmi dünyagörüşünün formalaşmasına,
yeni təfəkkür tərzinin
təşəkkülünə, ictimai proseslərə düzgün və obyektiv qiymətvermə
qabiliyyətinin tərbiyə olunmasına köməklik göstərəcəkdir.
3
I MÖVZU
SOSİOLOGİYANIN PREDMETİ,
FUNKSİYALARI VƏ STRUKTURU
1. Sosiologiya elminin predmeti və tədqiqat metodları
“Sosiologiya” anlayışı latın dilində “societas” (cəmiyyət) və
yunanca “loqos” (söz, təlim) sözlərinin birləşməsindən meydana
gələrək ən ümumi mənada cəmiyyət haqqında elm deməkdir.
Bəşər tarixinin bütün mərhələlərində insanların yaşayıb, fəaliyyət
göstərdikləri cəmiyyətin dərk
edilməsinə və ona münasibət
göstərilməsinə tələbatı təbiidir. Cəmiyyətin inkişafına, siyasətə,
əxlaqa, elmə, dinə və incəsənətə dair maraqlı və orijinal fikirlər
qədim Hind, Çin və yunan filosofları, orta əsrlərin və Yeni
dövrün mütəfəkkirləri tərəfindən irəli sürülmüşdür. Buna görə də
keçmiş dövrün hər bir böyük mütəfəkkiri
özünün fəlsəfi sistemi
çərçivəsində eyni zamanda öz ictimai baxışlarını da əks
etdirmişdir. Müstəqil elm sahəsi kimi isə Sosiologiya XIX əsrdə
formalaşmışdır. Bu elmin “atası” haqlı olaraq 1817 – 1824-cü
illərdə XIX əsrin böyük utopik sosialistlərindən biri hesab olunan
Anri Sen Simonun şəxsi katibi işləmiş, fəlsəfədə pozitivizm
cərəyanının banisi olan fransız mütəffəkkiri Ogüst Kont (1798-
1857) hesab edilir. XIX əsrin 40-cı illərindən etibarən O.Kont öz
tədqiqatlarında yeni termindən- Sosiologiyadan
istifadə etməyə
başladı. Həmin terminin məzmunu təbiidir ki, ötən 150 il ərzində
xeyli dəyişmişdir. Çünki, cəmiyyət inkişaf etdikcə həyat
dəyişdikdə onu öyrənən elm də inkişaf etməli və dəyişməlidir.
Sosiologiya elminin predmetinin müəyyən edilməsində
böyük fikir müxtəlifliyi mövcuddur. Bəzi sosioloqların
(O.N.Kozlova, V.V.Panfyorova, S.Q.Spasibenko)
fikrincə so-
siologiya cəmiyyətin, sosial qrupların və şəxsiyyətin qarşılıqlı
sosial təsiri haqqında elmdir.
2
Həmin qarşılıqlı təsir bütün sa-
hələrdə baş verdiyi üçün sosiologiyanın predmetinə çoxlu sayda
2
«Социологоческие исследования»журн. №2, 1991,с.68.
4