Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   76

Marksizmə görə  bəşəriyyətin inkişafı obyektiv və qanu-
nauyğun proses olub, bir ictimai-iqtisadi formasiyanın  digəri, 
daha mütərəqqisi ilə əvəz olunmasını əks etdirir. Bu formasiyalar 
isə  aşağıdakılardır: ibtidai icma quruluşu, quldarlıq, feodalizm, 
kapitalizm, kommunizm. 
Yuxarıda göstərilən ideyalar K.Marksın “Fəlsəfə yox-
sulluğu”, “Alman ideologiyası”, “Lui Bonapartın on səkkiz 
brumeri”, “Fransada vətəndaş müharibəsi” və  nəhayət “Kapital” 
kimi  əsərlərində, həmçinin F.Engelsin “Lüdviq Feyerbax və 
klassik alman fəlsəfəsinin sonu”, “Ailənin, xüsusi mülkiyyətin və 
dövlətin mənşəyi”, “Təbiətin dialektikası”, “Anti-Dyürinq” və s. 
əsərlərində öz əksini tapmışdır. 
Cəmiyyət haqqında marksist təlimi alman alimi Maks 
Veber, amerikalı alimlər Rayt Mills və Con Helbreyt yüksək 
qiymətləndirmişlər. Amerika alimləri Marksı  sosiologiyanın 
banilərindən biri hesab edirlər. Amerika alimi C.Dobb 1985-ci  
ildə  nəşr olunmuş “Sosiologiya” adlı  dərslikdə yazır: “Əvvəla 
Marksın əsərlərində sosial həyatı müəyyən edən iqtisadi amillərin 
əhəmiyyəti xüsusi qeyd olunur, ikincisi, inamlar və ideallar 
sistemi öz dövrünün məhsulu kimi cıxış edir, üçüncüsü, əsas 
ideya  əməyin özgələşməsi konsepsiyasıdır. Marks bu barədə 
yazandan yüz il sonra da sosioloqlar onun konsepsiyasından 
istifadə edirlər”. 
Bəzi alimlərin fikrincə, Markssız nə Veber, nə Dyürkheym, 
nə də onların ardıcılları mövcud ola bilməzdilər. 
Eyni zamanda qeyd etmək lazımdır ki, marksist sosio-
logiyasının bəzi müddəaları real praktikada özünü tam 
doğrultmadı. Məsələn, ictimai-iqtisadi formasiya anlayışı tam 
formada  yalnız bəzi Avropa ölkələrində özünü büruzə verdi. 
Bəzi xalqlar quldarlıqdan (Rusiya), bəziləri isə kapitalizmdən 
(Çin) yan keçməyə müvəffəq olmuşlar. Bundan əlavə, bəzi so-
sialist ölkələrinin sosializmdən geriyə – kapitalizmə  qayıtması da 
suallar doğurur. Bu təlim yalnız  bəşər tarixinə ümumiyyətlə  
tətbiq olunarkən  doğru ola bilər. Marksizmin əsas xidməti 
cəmiyyət həyatına dair doqmalardan tam imtina olunmasından, 
 
24


ona dialektik inkişaf nöqteyi-nəzərindən qiymət verilməsindən 
ibarətdir. 
 
3. Müasir Qərb sosiologiyasının əsas inkişaf meylləri 
 
XX  əsrin  əvvələrindən başlayaraq sosiologiyada milli 
məktəblərin spesifikası özünü göstərməyə başlayır. Bu, onların  
formalaşması xüsusiyyətləri ilə bağlı idi. Məsələn, Fransada 
sosiologiya tarixi-fəlsəfi  ənənələrdən, Almaniyada isə  fəlsəfi-
iqtisadi köklərdən,  İtaliyada siyasi elmlərdən,  İngiltərədə 
idarəetmədən ayrılaraq tam müstəqillik  əldə edir. Bu dövr 
həmçinin sosioloji tədqiqatlar mərkəzinin Avropadan ABŞ-a 
keçməsi ilə    səciyyələnir. 1905-ci  ildə ABŞ-da Sosiologiya cə-
miyyəti təşkil olunduqdan sonra çox qısa müddət ərzində bu elm 
geniş inkişaf yoluna qədəm  qoydu. Hazırda ABŞ-ın bütün 
universitetlərində və kolleclərində bu fənn geniş tədris olunur. 
Amerikada sosiologiyaya  dair 300-dən çox jurnal nəşr 
olunur. Müasir sosiologiyanın  ən görkəmli nümayəndələrinin 
böyük  əksəriyyəti ABŞ universitetlərində çalışır. XX əsr ame-
rikan sosiologiyasının aşağıdakı görkəmli  nümayəndələri vardır: 
A.  İnkels, C.Devis, T.Milz, P.Braun, M.Trou, A.Koen, E.Şillz, 
R.Mak-Ayver, R.K.Merton, T.Parsons və s. 
Müasir Qərb sosiologiyasında diqqəti cəlb edən cərəyanlar 
aşağıdakılardır: neopozitivizm, struktur-funksional təhlil, 
münaqişələrin sosiologiyası, fenomenoloji sosiologiya, simvolik 
interaksionizm,  sosial fəaliyyət nəzəriyyəsi. 
Neopozitivizmin  təşəkkülü XX əsrin  20-ci illərindən 
başlayır və “elmin standart konsepsiyasının”   hazırlanması ilə 
bağlıdır. O, aşağıdakı prinsiplərin həllini nəzərdə tutur: 
1.
 
Sosial hadisələr bütün gerçəklik üçün ümumi olan 
təbiət və mədəni-tarixi qanunlara tabedir; 
2.
 
Sosial tədqiqatların metodları  təbiətşünaslığın me-
todları kimi ciddi, dəqiq və obyektiv olmalıdır; 
3.
 
İnsan davranışının subyektiv aspektlərini yalnız 
onların açıq təzahürü zamanı tədqiq etmək olar; 
 
25


4.
 
Elmi anlayışların və müddəaların həqiqiliyi empirik 
proseduralar əsasında müəyyən edilir; 
5.
 
Bütün sosial hallar və hadisələr kəmiyyətcə  təsvir 
olunmalıdır; 
6.
 
Sosiologiya bir elm kimi ideologiyadan və  mənəvi 
sərvətlərə qiymətvermədən azad olmalıdır. 
 
Bu cərəyanın davamçıları sırasında P.Lazersfildi,          Q. 
Beylonu, D.Koeni, D.Uilleri və başqalarını göstərmək olar. 
Struktur-funksional təhlil anlayışı iki mənada işlənir: 
 
1.
 
Sistemdə baş verən dəyişiklikləri onun elementlərində 
baş verən dəyişikliklərlə  əlaqədə götürən metod kimi; 
2.
 
Əsası amerikan sosioloqu T.Parsons (1902-1979) tərə-
findən qoyulmuş sosioloji məktəbin adı kimi. T.Parsons tarazlıq 
(müvazinət) kateqoriyasını ön plana çəkərək iddia edir ki, 
cəmiyyət yalnız tarazlığa  əsaslanmaqla özünü qoruyub saxlaya 
bilər. Buna görə  də sosiologiyanın vəzifəsi  –  cəmiyyətdə 
sabitliyin (tarazlığın) qorunub saxlanılması üçün  təkliflər ver-
məkdir. Parsonsun fikrincə, istər cəmiyyət, istər istehsal vahidi və 
istərsə  də ayrılıqda  götürülmüş  fərd aşağıdakı  əsas problemləri 
həll etmədən mövcud ola bilməz: 
-
 
ətraf mühitə uyğunlaşma (adaptasiya); 
-
 
məqsədlərin müəyyən edilməsi və onların  əldə olunması 
üçün bütün imkanların səfərbər edilməsi; 
-
 
daxili vəhdətin və nizamın qorunması (inteqrasiya); 
-
 
daxili sabitliyin, müvazinətin, sistemin özünəuyğunluğu-
nun təmin edilməsi (latentlik – nümunənin  qorunub saxlanması). 
Parsonsun fikrincə, cəmiyyətin  inkişafı  təkamül xarakteri 
daşıyır. O, üç cəmiyyət tipi göstərir: 
 
Primitiv, burada differensiasiya güclüdür, cəmiyyətin 
ölkələr, dövlətlərə, xalqlara parçalanması baş verir; 
 
Ara cəmiyyət tipi. Bu tip yazının, sosial təbəqələşmənin 
meydana gəlməsi və  mədəniyyətin müstəqil fəaliyyət 
sahəsinə çevrilməsi ilə əlamətdardır; 
 
26


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə