Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

onun hətta sabahkı gün üçün inkişaf perspektivlərini də müəyyən 
etməlidir. Sosioloji tədqiqatlara müraciyət olunmanın  əsas 
səbəblərindən biri budur ki, cəmiyyətin geniş, məzmunlu və aktual  
informasiyaya daim ehtiyacı vardır. Bu informasiya əsasən fərdlər, 
qruplar, kollektivlər arasındakı  münasibətlərin mexanizminin 
araşdırılmasına, onların  daxilində gedən prosesləri nəzarətdə 
saxlamağa köməklik göstərir. Bunların nəzərə alınmaması müəyyən 
şəraitdə çox kəskin  şəkildə özünü büruzə verə, sosial idarəetmə 
proseslərini poza bilər. 
Lakin bunu da qeyd etmək lazımdır ki, sosioloji tədqiqatın təş-
kili və aparılması xüsusi məqsədə çevrilməməlidir. Çünki, onun rolu 
və  əhəmiyyəti, habelə  imkanları  nə  qədər geniş olsa da, o yalnız 
sosial informasiya əldə olunmasının vasitələrindən biri kimi çıxış 
edir. Lakin sosioloji  tədqiqatları bütün problemlərin həlli üsulunun 
tapılması vasitəsi də  hesab etmək olmaz. 
Mütəxəssis sosioloqların fikrincə, sosioloji tədqiqatlar ardıcıl 
şəkildə  təşkil olunmuş metodoloji, metodiki və  təşkilati-texniki 
prosedurların məcmusu olub yalnız öyrənilən sosial obyekt 
haqqında dəqiq məlumat əldə olunması məqsədinə xidmət edir.  
Hər bir sosioloji  tədqiqatda üstünlük metodologiyaya  verilir. 
Metodologiya yunan sözlərinin birləşməsindən  əmələ  gələrək 
yeni bilik əldə olunması üsulu kimi başa düşülür. 
Elmi  ədəbiyyatda metodologiya və  nəzəriyyə anlayışları 
arasında nisbət haqqında mübahisələr səngimək bilmir. Cünki 
onların arasında sərhəd qoyulması müəyyən çətinliklərlə bağlıdır. 
Onların arasında  əsas prinsipial fərq  burasındadır ki, nəzəriyyə  
bu və ya digər  hadisəni qiymətləndirərək  nəyi, hansı konkret 
problemi  tədqiq etmək zərurətini irəli  sürür, metodologiya isə 
necə  tədqiq etmək üsullarını  göstərir. 
Sosioloji tədqiqatlar  – idraki proses olub sosioloji biliklərin 
iki səviyyəsini aşkara çıxarır: nəzəri-metodoloji  və empirik 
səviyyələr. O, induktiv və deduktiv təhlil  metodlarını  özündə 
təcəssum etdirir. 
Sosioloji tədqiqatların təşkili və aparılması dörd əsas mər-
hələdən keçir: 
 
48


Birinci  mərhələ  tədqiqata  hazırlığı  nəzərdə tutur. Buraya 
məqsədin, proqramın, planın düşünülməsi, tədqiqat müddətinin, 
informasiyanın  təhlil edilməsi üsullarının müəyyən edilməsi və s. 
daxildir. 
İkinci  mərhələ  ilkin sosioloji məlumatların toplanması pro
-
sesindən ibarətdir. Buraya müxtəlif mənbələrdən toplanmış 
məlumatlar (sənədlərdən çıxarışlar, tədqiqatçının qeydləri, rəyi, 
soruşulanlardan bəzilərinin  fikirləri və s.) aiddir. 
Üçüncü  mərhələ   soioloji tədqiqatların (anket sorğusu, 
müsahibə, kontent-analiz və s.) gedişi prosesində toplanmış 
məlumatların EHM-də  işlənmə üçün proqramın hazırlanması  və 
EHM-də işlənməsini nəzərdə tutur. 
Dördüncü, sonuncu mərhələ  işlənmiş materialın təhlili, 
tədqiqatın yekunlarına həsr olunmuş hesabatın tərtibi, sifarişçi, 
yaxud idarəetmə subyekti üçün nəticələrin və  təkliflərin 
hazırlanması mərhələsidir. 
Sosioloji tədqiqatın növləri qoyulan məqsəd və  vəzifələrin 
xarakteri ilə, sosial  proseslərin təhlilinin dərinliyi və s. ilə 
müəyyən olunur.  Buna  müvafiq olaraq sosioloji tədqiqatların üç 
əsas növünü fərqləndirirlər: axtarış, təsviri və analitik
1.
 
Axtarış   sosioloji  tədqiqatların  ən sadə növü olub ən 
məhdud dairəli vəzifələrin həlli yollarının toplanmasına 
yönəlmişdir. O, adətən 20-100 nəfəri əhatə edən anket sorğusunu 
nəzərdə tutur. Axtarış  tədqiqatı zamanı  əsasən problemin 
dərindən öyrənilməsi baş verir. Bu işin gedişi zamanı məqsədlər 
dəqiqləşdirilir, fərziyyələr irəli sürülür, vəzifələr formulə edilir. 
Bu tədqiqat o zaman aparılır ki, problem ya az öyrənilmişdir, ya 
da ki, ümumiyyətlə  tədqiq olunmamışdır. Axtarış    tədqiqatı 
operativ sosial məlumatın əldə olunmasına imkan verir. 
2.
 
Təsviri  tədqiqatlar   sosioloji təhlilin daha mürəkkəb 
növü kimi çıxış edir. Onun köməyi ilə öyrənilən sosial obyekt 
haqqında bütöv təsəvvür yaradan empirik məlumatlar əldə olunur. 
Bu cür tədqiqatlar o zaman  aparılır ki, təhlil obyekti böyük 
səciyyələrin məcmusu olub müxtəlif peşədən, yaş qrupundan, 
peşə səviyyəsindən olan insanları  birləşdirən kollektiv  olsun. Bu 
 
49


tədqiqat zamanı empirik məlumatların toplanmasında bir və ya 
bir neçə metodun köməyindən istifadə olunur. Bir neçə  
metoddan istifadə  sayəsində  əldə olunan məlumatlar daha  
dolğun  və düzgün olur, daha dərin elmi nəticələr əldə olunması 
və əsaslandırılmış   təkliflər  irəli sürülməsi üçün imkan yaranır. 
3.
 
Analitik tədqiqatlar sosioloji tədqiqatların ən ciddi növü 
hesab olunur. O, təkcə öyrənilən hadisə  və proseslərin 
elementlərinin təsviri ilə kifayətlənməyərək həmçinin onların 
əsasında dayanan səbəbləri də  aşkara  çıxarmağa imkan verir. 
Təsviri  tədqiqatlar öyrənilən hadisənin səciyyəvi cəhətləri ara-
sında  əlaqəni axtardığı halda analitik tədqiqatlar bu əlaqələrin 
səbəblərini aşkara çıxarmağa yönəlmişdir. 
Analitik tədqiqatlar bu və ya digər sosial hadisəni  şərtlən-
dirən çoxlu amillərin məcmusunu öyrənir. Adətən bu amilləri 
əsas və qeyri-əsas, daimi və müvəqqəti, nəzarət olunan və 
nəzarətdən kənar və s. adlandırırlar. 
Analitik  tədqiqatlar kompleks xarakter daşıyır və özündən 
əvvəlki tədqiqat növlərinin məntiqi yekunu kimi çıxış edir. 
 
2. Sosioloji tədqiqatların 
 proqrammı 
 
 Sosioloji tədqiqatların  hazırlanması    bəzilərinin düşün-
dükləri kimi anketin tərtibindən  deyil, proqramın tərtibindən 
başlanır. Tədqiqat proqramının elmi surətdə  tərtibi böyük 
əhəmiyyət kəsb edir. Çünki tədqiqatın nəticələri xeyli dərəcədə  
bu sənədin  səviyyəsindən asılıdır. Proqram sosioloqun həyata 
keçirdiyi prosedurların (informasiyanın toplanması, işlənməsi və 
təhlili)  nəzəri-metodoloji  əsasını  təşkil edir. Sosioloji  tədqiqat 
proqramı özündə aşağıdakı cəhətləri birləşdirir: 
1.
 
Problemin, tədqiqat obyektinin və predmetinin 
müəyyən edilməsi. 
2.
 
Tədqiqatın xarakterinin, məqsəd və  vəzifələrinin 
müəyyən edilməsi. 
3.
 
Əsas anlayışların  irəli sürülərək izahının verilməsi. 
 
50


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə