Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

4.
 
Əməli  fərziyyələrin irəli sürülməsi. 
5.
 
Tədqiqatın strateji planının hazırlanması. 
6.
 
Respondentlərin seçilməsi planının tərtibi.  
7.
 
Məlumatların toplanması metodlarının təsviri. 
8.
 
Məlumatların təhlili sxeminin təsviri. 
Proqramda nəzəri (metodoloji) və metodiki (prosedur) 
bölmələri fərqləndirmək olar. Bunlardan birincisinə problemin 
qoyuluşundan tutmuş  respondentlərin seçilməsinə  qədər  olan 
cəhətlər, ikincisinə isə  məlumatların toplanması, işlənməsi və 
təhlili aiddir. Birinci  bölmə  sosioloqdan əsaslı  nəzəri hazırlıq 
tələb edir. O, tədqiqat obyektini məntiqi təhlilə  məruz qoymağı 
bacarmalıdır.  
Proqramın ikinci bölməsi ilkin sosial informasiyanın to-
planması metodlarının səciyyəsini müəyyən edir. 
Sosioloji tədqiqat planının  tərtibinə çox ciddi yanaşılması 
tədqiqat prosesində  və  nəticələrin təhlili zamanı  səhvlərdən yan 
keçməyə imkan verir. 
Sosioloji  nəzəriyyənin işlənib hazırlanması  və faktiki  ma-
terialın toplanması bir-birinə paralel surətdə gedən  proseslər 
olmayıb üzvi vəhdət təşkil edir. Buna görə  də sosioloji tədqiqat 
proqramı aşağıdakı iki əsas suala cavab verməlidir: 
1.Sosiologiyanın ilkin nəzəri müddəalarından necə konkret 
tədqiqatlara keçməli və onları tədqiqat vasitələrinə çevirməli? 
2.Toplanmış empirik materiallar əsasında yenidən  elə 
nəzəri ümumiləşdirmələr aparmalı ki, tədqiqat təkcə  əməli tək-
liflərin irəli sürülməsi ilə kifayətlənməsin, həmçinin nəzəriyyənin  
özünün sonrakı inkişafı üçün əsas rolunu oynasın. 
Sosioloji  tədqiqatlar üçün müəyyən edilən  elmi problem  
sosial sistemlərin fəaliyyəti və  inkişafı prosesində meydana gələn 
ziddiyyətləri, problemli sosial şəraiti bu və ya  digər  dərəcədə 
dəqiq əks etdirməlidir. 
Elmi problemdə cəmiyyətin müəyyən praktiki fəaliyyətə olan 
tələbatı barədə  məlumatlı olması ilə  bu  fəaliyyətin yolları  və 
vasitələrinin aşkara çıxarılması arasındakı ziddiyyət öz əksini 
tapır. Elmi problemin qoyuluşu müəyyən sosial sahənin 
 
51


öyrənilməmiş sferasının araşdırılmasını  nəzərdə tutur. Sosial 
problemlər o qədər rəngarəngdir ki, onların bir çoxunun həlli 
məlum biliklər çərçivəsində mümkün olmur. Buna görə  də 
onların həlli müəyyən nəzəri (fundamental) və  tətbiqi tədqi-
qatların həyata keçirilməsini tələb edir.  Nəticədə elmi-nəzəri 
ümumiləşdirmələr aparmaq və  əməli tövsiyyələr irəli sürmək 
mümkün olur. Bəzən nəzəri sosioloji tədqiqatlar çox tez əməli 
təkliflər irəli sürməyə imkan vermədiyi üçün tətbiqi sosiologiya 
praktiki tövsiyyələr hazırlamaq üçün köhnə biliklərin kö-
məyindən istifadə edir. Lakin çox vaxt köhnə biliklər kifayət 
etmədiyi üçün  sosioloji tədqiqatlar qarışıq xarakterli olur: o, həm 
əməli, həm də elmi-nəzəri problemləri həll edir. Məsələn, 
kadrların iş yerini tez-tez dəyişməsi problemi tədqiq olunarkən 
sosioloji tədqiqatlar  bir tərəfdən problemi yaradan səbəbləri 
aşkara çıxarmağa, digər tərəfdən isə  həmin səbəbləri aradan 
qaldırmağa imkan verən yolları tapmağa yönəlmişdir. Birinci 
halda diqqət mərkəzində  problemin elmi aspekti, ikinci  halda isə 
onun praktiki aspekti dayanır. 
Sosioloji  tədqiqatların nəzəri, yaxud tətbiqi xarakter daşıması 
onun məqsədi ilə müəyyən olunur. Buna görə    də  proqram  
aşağıdakı suala dəqiq cavab verməlidir: tədqiqat hansı problemin 
həllinə və hansı nəticələrin əldə olunmasına həsr olunmuşdur? 
Sosioloji  tədqiqatların məqsədi  tədqiqatçılara və yaxud 
sifarişçi müəssisəyə  tam aydın  olmadıqda  tədqiqatın yekunları 
barədə fikir ayrılıqları meydana gələ bilər. Buna görə  də, 
münaqişədən yan keçmək və sosioloji tədqiqatların kompleks  
xarakterini  qoruyub saxlamaq üçün əsas və ikinci dərəcəli və-
zifələri müəyyən etmək lazımdır.  Əsas vəzifələr tədqiqatın 
məqsədlərinə, ikinci dərəcəli  vəzifələr isə  gələcək tədqiqatların 
hazırlanması, metodiki vəzifələrin  həlli,  əməli fərziyyələrin 
yoxlanması işinə xidmət edir. 
Sosioloji tədqiqatların  obyektini   - insan birlikləri, onların 
sosial institutlar  tərəfindən təşkil olunan  fəaliyyəti və bu fəa-
liyyətin həyata keçdiyi şərait təşkil edir. Obyekt tədqiqatçıdan 
asılı olmayaraq müstəqil şəkildə mövcud olduğu halda tədqiqatın 
 
52


predmeti  əksinə, tədqiqatçı  tərəfindən formulə edilir. Predmet 
obyektin öyrənilmək üçün ayrılan tərəfinə deyilir. Sosioloji 
nəzəriyyə və sosial praktika nöqteyi-nəzərindən obyektin mühüm 
tərəfini təşkil edən cəhət ön plana çəkilməlidir. Deməli, hər bir 
obyekt müxtəlif tədqiqat predmetlərinə malikdir. Bu isə, onun  
obyektin hansı  tərəfini  əks etdirməsindən, məqsədindən, hansı 
problemin həllinə yönəlmiş olmasından asılıdır.  
Məsələn, miqrasiya proseslərinin tədqiqi zamanı  tədqiqatın 
obyekti kimi müxtəlif  ərazi vahidləri seçilə bilər. Tədqiqatın 
predmeti isə əhalinin bir yerdən başqa yerə köçməsi – miqrasiya 
prosesidir. Tədqiqat məqsədi  – miqrasiya proseslərinin 
optimallaşdırılmasından ibarətdir. Vəzifə isə, bu optimallaşmanın 
yollarının tapılması (tətbiqi tədqiqatlar) və 
əhalinin 
miqrasiyasının qanunauyğunluqlarını müəyyən etməkdir (nəzəri 
tədqiqatlar). 
Sosioloji tədqiqatlarda eyni bir obyekti  müxtəlif cür təsvir 
etmək mümkündür. Bu, hər dəfə  tədqiqatın problemi və  məq-
sədləri ilə müəyyən olunur. Hansı elementlərin və  əlaqələrin 
aşkar olunmasından asılı olaraq onların qeydə alınması vasi-
tələrinin  seçimi  baş verir, yəni  məlumatların  toplanması  və 
təhlili metodikası  və texnikası müəyyən olunur. 
Tədqiqatlar  nəticəsində    əldə olunmuş empirik məlumatlar 
reallıq haqqında yeni biliklər verir. Empirik məlumatlar dərk 
olunur, sosioloji nəzəriyyəyə daxil edilməklə onu təkmilləşdirir. 
Sosioloji tədqiqatlarda  fərziyyələr sosial obyektlərin  
strukturu, bu obyektləri yaradan element və əlaqələrin xarakteri, 
onların fəaliyyəti və inkişafı haqqında  əsaslandırılmış elmi 
gümanlardan ibarətdir. Elmi fərziyyə öyrənilən obyektin ilkin 
təhlili  əsasında irəli sürülə bilər. Fərziyyələrin doğru, yaxud 
yanlış xarakter daşıması yalnız empirik sosioloji tədqiqatlar yolu 
ilə  aşkara çıxarılır. Aparılan təcrübələr fərziyyəni təsdiq etdikdə 
o, nəzəriyyənin tərkib hissəsinə çevrilir. 
Nəzəri və tətbiqi tədqiqatlar arasında kəskin səddlər qoymaq 
olmaz.  İstənilən nəzəri tədqiqatı  tətbiqi  tədqiqatlar səviyyəsinə 
 
53


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə