Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

səmərəliliyinin, operativliyinin və  fəallığının təmin edilməsinin 
mühüm  şərtlərindən biri sosioloji materiallardan geniş istifadə 
olunmasıdır. Məhz sosioloji tədqiqatların nəticələrini öyrənməklə 
ictimai həyat fəaliyyətinin problemlərinin potensial 
ziddiyyətlərini, çatışmazlıqlarını vaxtında görmək və qarşısını 
almaq mümkün olur. 
İctimai rəy və ictimai şüur mürəkkəb qarşılıqlı  əlaqə  və 
münasibətdədirlər. Bəzi alimlərin fikrincə ictimai şüur real  
ictimai varlığı, tarixi prosesi əks etdirən baxışların, ideyaların, 
nəzəriyyələrin məcmusudur. Buna görə  də ictimai şüurun 
strukturu çox mürəkkəbdir. Buraya siyasi ideyalar, hüquqi şüur
elm, incəsənət, din, fəlsəfə, ekologiya və s. daxildir. Bu 
formalardan hər biri öz inkişafına, gerçəkliyi əks etdirmə üsuluna 
və s. görə bir-birindən fərqlənirlər. Buna görə  də ictimai rəyi 
ictimai  şüurun formalarının heç biri ilə eyniləşdirmək olmaz. 
Çünki ictimai rəy sosial birliklərin ictimai həyatın problemlərinə 
münasibəti olub əvvəlcə  özünü emosiyalarda və mühakimələrdə, 
sonra isə  fəaliyyətdə biruzə verir. Bununla belə ictimai şüurun 
müxtəlf formaları ictimai rəyin formalaşmasına müxtəlif 
aspektlərdən təsir göstərir. 
Sosioloqlar tərəfindən kütləvi  şüur aşağıdakı dörd aspekt 
üzrə nəzərdən keçirilir: 
1.
 
İntellektual  aspekt. Ölkənin beynəlxalq və daxili həyatı 
haqqında məlumatlı olmaq. 
2.
 
Emosional  aspekt, yəni sosial proseslərə, hadisələrə, da-
xili və beynəlxalq problemlərə münasibət bildirmək, 
qiymət vermək. 
3.
 
İradə aspekti, yəni müəyyən fəaliyyət növü ilə  məşğul 
olmağa, hər bir konkret halda konkret addım atmağa hazır 
olmaq. 
4.
 
Davranış  aspekti, yəni real hərəkət, iş  və davranış 
nümayiş etdirmək. 
Kütləvi  şüur haqqında tam təsəvvür yalnız yuxarıda gö-
stərilən aspektləri öyrənməklə formalaşa bilər. Onlardan hər hansı 
birinin ideallaşdırılması və ya əhəmiyyətinin azaldılması düzgün 
 
61


olmayan ümumiləşdirmələrə  və  nəticələrə  gətirib çıxara bilər. 
Şüurun və  fəaliyyətin  vəhdəti prinsipinə  əsaslanan yanaşma isə 
əksinə düzgün nəticələrə  gəlməyə  və qiymət verməyə  şərait 
yaradır. 
İctimai rəyi və kütləvi  şüuru tədqiq etməklə sosiologiya 
belə bir informasiya əldə edir ki, cəmiyyətdə baş verən obyektiv 
proseslər insanların şüurunda necə inikas edir. Sosial statistikanın 
məlumatlarını təhlil etməklə sosioloqlar proseslərin özü haqqında 
təsəvvür  əldə edirlər. Təbliğat işinin təşkilinin daimi vəzifəsi 
onun səmərəliliyinin yüksəldilməsi, adamların  şüuruna, sosial 
davranışına və fəaliyyətinə onun real təsirinin yüksəldilməsindən 
ibarətdir.Təbliğatın səmərəliliyinin vacib şərti həm təbliğatın təsir 
etdiyi obyektin, həm də  təbliğatın subyektinin öyrənilməsidir. 
Konkret  sosioloji tədqiqatlar auditoriyanın  şüurunun 
elementlərinin təsir obyektini, onun fikrini,təsəvvürlərini, 
tələbatlarını, sosial-demoqrafik xarakteristikasını öyrənməyə 
imkan verir. Bu isə ictimai rəyin formalaşdırılmasında təbliğatın 
səmərəliliyini xeyli yüksəldir. Bu cür tədqiqatların köməyi ilə 
təbliğatın subyektini-təbliğat işi ilə  məşğul olan kadrları da 
öyrənmək mümkün olur. Təbliğat işinin səmərəliliyi və ideya - 
nəzəri səviyyəsi məhz həmin kadrlardan asılıdır. Təbliğat sistemi 
elementlərinin sosioloji tədqiqi təcrübəsi təbliğatın 
sosiologiyasının ayrı-ayrı  tərəflərini öyrənməyə imkan verir. 
Onlardan hər biri özündə xarakterindən və ümumilik 
dərəcəsindən asılı olaraq müəyyən  bilikləri cəmləşdirir. Bu, hər 
şeydən  əvvəl təbliğat sisteminin bu və ya digər elementinin 
mahiyyətini, onun yerini və digər elementlərlə  əlaqəsini, sosial 
amillərdən və  şəraitdən asılılığı xarakterini açan anlayışların 
məcmusudur. 
İctimai rəyin formalaşmasında xüsusi rolu olan təbliğatın 
sosiologiyası əhalinin müxtəlif qruplarının şürunda və fəaliyyətində 
baş verən dəyişiklikləri qeydə almaqla təbliğat formalarından 
hansıların müasir tələblərə cavab verdiyini və  əksinə hansıların 
vaxtının keçirmiş olduğunu müəyyən edir. Bununla belə  təbliğatın 
sosiologiyası inkişafda  olan bir istiqamət olduğu üçün o, toplanmış 
 
62


materialın təhlili  əsasında sosioloji tədqiqatların metodologiyası  və 
metodikasını işləyib hazırlayır. 
Təbliğat fəaliyyətinin öyrənilməsinin başlanğıc prinsipi 
bundan ibarətdir ki, o, həyata keçdiyi sosial şəraitlə sıx qarşılıqlı 
əlaqədə  nəzərdən keçirilir. Bu və ya digər sosial təbəqənin, 
(sinfin, qrupun, kollektivin) ictimai varlıq spesifikası, həyat 
tərzinin fərdlərin  şüruna göstərdiyi təsir və s. bu kimi amillər 
nəzərə alınmadan çıxarılan nəticələr, gəlinən qənaətlər, irəli 
sürülən təkliflər düzgün hesab edilə  və  təbliğat işinin elmi əsası 
rolunu oynaya bilməz. 
Bu metodoloji prinsip təbliğatın sosiologiyasının cə-
miyyətinin sosial və milli strukturunu, həyat tərzini, kütlələrin 
əmək və ictimai-siyasi fəallığını, mənəvi həyatını öyrənən digər 
sahələri ilə üzvi vəhdətini və qarşılıqlı  əlaqəsini  şərtləndirir. 
Konkret sosioloji tədqiqatların proqram və metodikasında həmin 
metodoloji prinsip konkretləşdirilir. Bu tədqiqatların isə 
predmetini təbliğat prosesinin müxtəlif tərəfləri (onun struktur 
elementləri, formaları, vasitələri, səmərəliliyi, bu və ya digər 
sosial şəraitə əks təsiri və s.) təşkil edir. Qeyd etmək lazımdır ki, 
təbliğatın sosiologiyasının istifadə etdiyi metodlar sosiologiyanın 
digər sahələrinin (elmin, mədəniyyətin, təhsilin və s.) 
sosiologiyası ilə anologiya təşkil edirlər. Bu metodlar 
aşağıdakılardan ibarətdir; 
1)
 
problemin müəyyənləşdirilməsi və tədqiqat vəzifələrinin 
formalaşdırılması  mərhələsində istifadə olunan metodlar: analiz, 
sintez, deduksiya, induksiya, operasionallaşdırma və s. 
2)
 
ilkin sosioloji informasiyanın toplanması ilə bağlı olan 
metodlar: sənədlərin öyrənilməsi, müşahidə, müxtəlif sorğu 
növləri- intervyü, anket sorğusu və s. 
3)
 
ilkin sosioloji informasiyanın işlənməsi metodları: 
qruplaşdırma, ranqlaşdırma, korrelyasiya və faktor analizi. 
4)
 
Əldə olunmuş  məlumatların interpetasiyası metodları-
ümumiləşdirmə, modellərin qurulması, tipologiya və s. 
Artıq qeyd etdiyimiz kimi təbliğatın sosiologiyası sosioloji 
biliklərin spesifik sahəsi olub öz məzmununda təbliğatın 
 
63


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə