Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   76

Proqnozların işlənilməsində “Roma klubunun” rolu 
böyükdür. Sosioloqlar Forrester və Medouz qlobal sosial-iqtisadi 
proseslərin dəyişilməsini, insan taleyinə, onun həyat tərzinə 
təsirini tədqiq etmişlər. Bu prosesdə onlar dünya əhalisinin 
sayının artmasına, sənaye istehsalının və  ərzaq probleminin, 
mineral resursların və təbii mühitin çirklənməsinə dair proqnozlar 
hazırlamışlar. XXI əsrdə əhalinin ildə 2% artması və 2020-ci ildə 
– 8 mlrd. nəfərə çatması  sənaye istehsalının, xüsusilə  də inkişaf 
etməkdə olan ölkələrdə artımını  ləngidəcək. Nəticədə “qlobal 
tarazlığa” çatmaq üçün müəlliflər göstərilən problemlərin həllini 
kompyüter vasitəsi ilə tapmağı tövsiyyə edirlər. Bu kimi 
problemlər  öz həllini axtarış proqnozlaşdırma  əsasında həyata 
keçirilməsini tələb edir. 
Axtarış proqnozları   bu və ya digər hadisənin, prosesin 
gələcəkdə mümkün ola bilən vəziyyətini müəyyən edir. Bu  tipli 
proqnoz “ əgər mövcud olan meyllərin şərtləri saxlanılacaqsa nə 
baş verəçək?” sualına cavab verir. Bu kimi suala cavab axtarış 
proqnozlaşdırma vasitəsi ilə göstərilən nəticələrin  həyata 
keçirilməsini və vəziyyətin radikal surətdə dəyişdirilməsini tələb 
edir. 
Normativ proqnozlar – məqsəd kimi qəbul olunan bu və ya 
digər obyektin inkişafını, gələcək nailiyyətlərin  əldə olunması 
yollarını və müddətini müəyyən edərək  “Buna hansı yollarla nail 
olmaq mümkündür?”- sualına qabaqcadan cavab verir. 
Normativ proqnozlaşdırma qabaqcadan müəyyən olunmuş 
sosial ideyalar, norma, məqsədlər  əsasında onların həllində 
yolları müəyyən edir və optimal vəziyyətə nail olur. Bu  proqnoz 
inkişaf etmiş ölkələrin zəif inkişaf etməkdə olan ölkələrə yardımı, 
xüsusilə onların sənaye potensialında olan fərqi; nefti istehsal 
edən və istehlakçı olan ölkələr arasında münasibətlərin həlli ilə
dünya  ərzaq probleminin həlli ilə bağlıdır. Bu da proqnozların 
normativ-tədqiqat aspektini gücləndirir. 
Analitik proqnoz  –  gələcəyin tədqiqatında müxtəlif metod 
və  tədqiqat vasitələri üsullarının dəyərinin, idraki əhəmiyyətinin 
 
237


müəyyən edilməsi məqsədini həyata keçirir. Bu tipli proqnozlar 
əsasən elmi məqsədlər və tədqiqatlarda işlənilir. 
Xəbərdarediçi proqnozlar  – insanların  şüuruna və  fəaLiy-
yətinə təsir edən gələcəkdə güman edilən mənfi xarakterli hadisə 
və proseslərin qarşısını almaq məqsədini güdür. Məsələn, 
ekologiyaya daha ciddi yanaşma,  ətraf mühitin qorunması 
problemi, münaqişələrin qarşısının alınması  bəşəriyyətin və 
ümumiyyətlə sivilizasiyanın olub olmaması ilə bağlıdır, bu da 
insanlar üçün vacib xəbərdarlıqdır. 
Lakin, sosioloqların, siyasətçilərin, publisistlərin fikrincə 
gələcəyi görməklə hazırda işlənilən elmi proqnozlar arasında fərq 
vardır. Proqnoz insan psixologiyasında bəzən uşaqlarının, 
nəvələrinin gələcəyi haqqında qorxu yaradır, bəzən hətta total 
xarakterli sosial apatiyaya gətirir. 
Proqnozların metodoloji meyarlarından biri - onların zaman 
müddəti, yəni hadisələrin, proseslərin vaxt müddətinə görə 
bölünməsidir. Bu baxımdan proqnozlar aşağıdakılara bölünürlər: 
1.
 
Cari, onlara bəzən  əməli proqnoz da deyilir (1günlük, 
həftəlik, bir aya qədər); 
2.
 
Qısamüddətli (1 aydan – 1 ilə qədər); 
3.
 
Ortamüddətli (1-5 ilə qədər); 
4.
 
Uzunmüddətli (5-15 ilə qədər); 
5.
 
Uzunmüddətdən artıq (15 ildən artıq, məs., Nostra-
damusun proqnozları). 
Hər bir vaxt müddətində müəyyən  kəmiyyət və keyfiyyət 
xarakterli dəyişikliklər baş verə bilər  və  şərait yeni qiymətlər 
əldə edə bilər. Bununla yanaşı bilməliyik ki, vaxt müddəti 
nisbidir, o proqnozun xarakteri və məqsədindən asılıdır. Məsələn, 
siyasətdə  qısamüddətli və uzunmüddətli proqnozun diapazonu 
yaxın onillik müddət deməkdir,  şəhərlərin salınmasında isə 
yüzillik müddət nəzərdə tutulur. 
XXəsrin son iki onilliyində dünya futurologiyasında  əhə-
miyyətli dəyişikliklər baş verməmişdir. Bununla yanaşı islam 
sivilizasiyasının Mərakeşdən  –  İndoneziyaya və Kazandan – 
 
238


Cənubi Afrikaya qədər inkişafı dünyanı qorxudur, bu da bir sıra 
proqnozların yaranmasının səbəbini təşkil edir.  
Avstriya futuroloqu Erix Yanq proqnozlaşdırmanın 
metodlarını hazırlayarkən onlardan əhəmiyyətinə görə  aşa-
ğıdakıları göstərmişdir: 
1.
 
ekstropolyasiya; 
2.
 
tarixi analogiya; 
3.
 
kompyüter vasitəsilə modelləşdirmə; 
4.
 
gələcəyin ssenariləri
5.
 
ekspert qiymətləndirməsi. 
Sosial proqnozlaşdırmada  əsasən iki bir-biri ilə qarşılıqlı 
əlaqədə olan metodlar istifadə olunur: ekstropolyasiya – proq-
nozlaşdırma müəyyənləşmiş meyllər və  dəyişmələr  əsasında baş 
verir; modelləşdirmə  –  gələcək inkişafın nəzəri modellərinin 
qurulması və onların təcrübədə sınağı deməkdir. 
Obyektiv dünyada dərk olunmayan hadisələr, proseslər, 
əşyalar yoxdur, dərk olunmayan qanunlar, həyatın müxtəlif 
tərəfləri və  həqiqəti  əks etdirən faktlar vardır. Sosial-siyasi 
hadisələrin gələcək proqnozları bizim bü günkü  həyatımızdadır. 
Keçmiş gələcək üçün rəhbəredici ola bilməz, müddəti keçmiş  o 
proqnozlar bizə kömək edə bilər ki, biz kecmişin proqnozlarının 
həyata kecirilməsini dərk edə bilək. Məsələn, SSRİ dövründə 
xüsusilə 80-90-cı illərdə firavan, yüksək maddi rifah inkişafı 
əvəzinə    cəmiyyət iflasa uğradı. O dövrün gənclərinə  vəd 
edilmişdi ki, onlar kommunizm cəmiyyətində yaşayacaqlar, 
maddi nemətlərin bolluğu  şəraitində  hərtərəfli inikşaf etmiş 
şəxsiyyət kimi formalaşacaqlar. Həyat bu arzunu utopiyaya 
çevirdi.  
Proqnozlaşdırmanın funksiyaları dedikdə biz idrakı, ideoloji 
və nikbinliyi nəzərdə tutmalıyıq. Məsələnin bu formada 
qoyulması isə sosial proqnozlaşdırmanın sosial qanunlarını  və 
prosesin fəaliyyət istiqamətlərini müəyyən edir. 
Proqnozların işlənib hazırlanması   aşağıdakı mərhələlərdən  
ibarətdir: 
 
239


I.
 
Tədqiqat proqramının yaranması: onun xarakteri, 
miqyası, müddəti dəqiqləşdirilir, məqsəd, vəzifə, işçi 
fərziyyələr, metodlar formalaşdırılır. Məqsəd - 
proqnozun  modelinin yaranmasıdır. 
II.
 
Proqnozlaşdırılan obyektin baza  modelinin və sistemli  
təhlilinin quruluşu: əhalinin və ekspertlərin sorğusu. 
III.
 
Proqnozlaşdırılan obyekt haqqında faktların top-
lanması. 
IV.
 
Ekstrapolyasiya metodundan istifadə: yəni dinamik 
göstəricilərin quruluşu. Məsələn,  əhalinin sayı  və 
strukturunun proqnozu, orta sinfin sayının artması 
səbəblərini aşkara çıxarma və s. 
V.
 
Hipotetik xarakterli  axtarış modellərinin metodlarının 
hazırlanması. 
VI.
 
Modelləşdirmə – yəni müxtəlif nəzəri modellərin yara-
dılması. Bu modellərə  – layihələr, ssenarilər, sosial 
proseslərin gələcək vəziyyətinin müxtəlif modellərinin 
izahı daxildir. Müasir  dövrdə bu istiqamətdə qlobal 
modelləşdirmə gedir, o da bir çox elmin tədqiqat 
nəticələri əsasında verilir. 
VII.
 
Proqnozların verifikasiyası  –  yəni onun düzgünlüyü, 
dəqiqliyi və  əsaslandırılmasının ekspertin sorğusu 
metodu  əsasında öyrənilməsi və  təcrübədə yoxla-
nılması. 
VIII.
 
Axtarış  və normativ modellər  əsasında idarəetmə 
sahəsi üçün  təkliflərin hazırlanması.  
IX.
 
Hazırlanan proqnoz və  təkliflərin ekspertizası (ekspert 
müzakirəsi). 
X.
 
Proqnozlaşdırma arasıkəsilməz olmalıdır, proqnozlaş-
dırmadan əvvəlki  istiqamət hazır olan proqnoz və yeni 
alınan  məlumat materiallarına  əsaslanaraq tədqiqatın 
yeni  mərhələsinə və idarəetmənin effektivliyinə qulluq 
etməlidir. 
İnsan dərrakəsi heç bir vaxt və heç bir şəraitdə proqnoz-
laşdırılmış  fəlakətlə, onun labüdlüyü ilə barışa bilmir. Belə 
 
240


şəraitdə insanları ümid yaşadır, onların bir hissəsi dinə, digərləri 
isə elmi-texniki tərəqqinin nailiyyətlərinə müraciət edir. 
Son illərdə yaranan sosial proqnozların  ən vacib vəzifələri 
aşağıdakılardır: 
 
Bəşəriyyətin fiziki məhvinin qarşısını almaq – problem 
vəziyyətdən çıxış üçün texnoloji proqnozun 
yaradılması; 
 
İnsanın kibernetik orqanizmə çevrilməsi prosesinin 
optimallaşmasına yol verilməməsi ; 
 
Təhsil, mədəni-estetik tərbiyədə nadanlığın qarşısını 
almaq yolları, yəni geniş  mənada sosial proqnozların 
hazırlanması; 
 
Cəmiyyətin “kollektiv narkomana” çevrilməsi pro-
sesinin qarşısının alınması. 
Dünyanın  əsaslı sürətdə  dəyişdirilməsi, Yerin noosfer siviliza-
siyasının yaradılması üzrə görüləcək işlərin ağırlığı XXI əsrin 
birinci rübü gənclərinin öhdəsinə düşür. Bəşər tarixinin davam 
etməsi və yaxud yarımçıq kəsilməsi bu nəslin həmin vəzifələrin 
öhdəsindən gəlib - gəlməyəcəyindən asılıdır. 
Müasir tarixi prosesdə qarşıdurmanın güclənməsinə 
baxmayaraq, dünya xalqlarının gələcəyi vardır.  Əgər onların 
fəaliyyət strategiyası müasir dünya inkişafının elmi-nəzəri 
amilləri ilə  şərtlənirsə, insanın və idrakın inkişafını düzgün əks 
etdirirsə, bəşəriyyətin gələcəyi təmin ediləcəkdir. Yalnız bu 
şəraitdə sabit idarəedilən dünya sisteminin yaradılması müm-
kündür. 
 
 
 
 
 
 
 
 
241


Ədəbiyyat 
 
1.
 
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1995 
2.
 
H.  Əliyev. Azərbaycan XXI əsrin və üçüncü minilliyin 
ayrıcında. Bakı, 2001 
3.
 
M.  Əfəndiyev, A. Şirinov. Sosiologiyanın nəzəri 
problemləri. Bakı, 2001 
4.
 
 
R. Quliyev. Sosiologiya: nəzəriyyə  və  tədqiqat 
metodologiyası. Bakı, 1995 
5.
 
H. Musayev, M. İsayev. Sosiologiya. Bakı, 1996 
6.
 
C. Əhmədli. Sosiologiyaya dair söhbətlər. Bakı, 1975 
7.
 
Sosiologiya. Bakı, 1994 
8.
 
Sosiologiya. Bakı, 2005 
9.
 
A.  Şükürov. Təbiət və  cəmiyyət fəlakətin astanasında. 
Bakı, 1992 
10.
 
Г.  Гусейнов.  Из  истории  обшественной  и  фило-
софской мысли в Азербайджане ХIХ века. Баку, 1958 
11.
 
Аверьянов  Л.  Я.  Социология:  что  она  знает  и  может. 
Москва, 1994 
12.
 
Американская социологическая мысль. Москва, 1994 
13.
 
Арон  Р.  Этапы  развития  социологической  мысли. 
Москва, 1993 
14.
 
Как провести социологическое исследование. Москва, 
1989 
15.
 
Кон И. С. Социология личности. Москва, 1967 
16.
 
Краткий словарь по социологии. Москва, 1994 
17.
 
История  буржуазной  социологии  ХIХ-начало  ХХ 
века. Москва, 1979 
18.
 
История  буржуазной  социологии  первой  половины 
ХХ века. Москва, 1979 
19.
 
Общественное мнение и пропаганда. Москва, 1989 
20.
 
Рабочая книга социолога. Москва, 1989 
21.
 
Смелзер Н. Социология. Москва, 1994 
22.
 
Социология (Осипов Г. В. И др.). Москва, 1990 
23.
 
Социология (Лавриненко В. Н. и др.). Москва, 2000 
 
242


24.
 
Справочное 
пособие 
по 
истории 
западной 
социологии. Москва, 1986 
25.
 
Сорокин  П.  Человек,  цивилизация  и  общество. 
Москва, 1992 
26.
 
Тард Г. Общественное мнение и толпа. Москва, 1992 
27.
 
Тощенко Т. Социология. Москва, 2001 
28.
 
Штомпка  П.  Социология  социальных  изменений. 
Москва, 1996 
29.
 
Щепанский  Я.  Элементарные  понятии  социологии. 
Москва, 1969 
30.
 
Энциклопедический-социологический 
словарь. 
Москва, 1995   
 
 
 
243


MÜNDƏRİCAT 
 
MÜQƏDDİMƏ……………………………………………… 
 
I MÖVZU. SOSİOLOGİYANIN PREDMETİ,  
FUNKSİYALARIVƏSTRUKTURU…………………………….... 
 
 
1. Sosiologiya elminin predmeti və tədqiqat metodları……. 

2. Sosiologiyanın funksiyaları………………………………... 

3. Sosioloji  biliklərinin strukturu və tədqiqat obyekti…….. 
10 
II MÖVZU.  SOSİOLOJİ  FİKRİN TƏŞƏKKÜLÜ VƏ TARİXİ 
İNKİŞAFININ ƏSAS MƏRHƏLƏLƏRİ…………………………. 
 
 
1. XIX əsrin sonu –XX  əsrin  əvvəllərində  Qərbi Avropa 
ölkələrində sosiologiya elminin təşəkkülü….......................... 
 
15 
2.Marksizmin sosioloji nəzəriyyəsinin mahiyyəti və 
məzmunu……………………………………………………… 
 
22 
3. Müasir Qərb sosiologiyasının əsas meylləri………………. 
25 
III MÖVZU. CƏMİYYƏTİN MEYDANA GƏLMƏSİ, SOSİAL 
HƏYATIN TƏŞKİLİNİN TARİXİ TİPLƏRİ………....................   
 
1.Cəmiyyət, sivilizasiya və sosial münasibətlər anlayışlarının 
mahiyyəti ……………………………………………………… 
 
32 
2. Sosial həyatın təşkilinin tarixi tipləri……………………... 
39 
3. Cəmiyyətin inkişafı və fəaliyyətinin sosial qanunları…….. 
43 
IV MÖVZU. SOSİOLOJİ TƏDQİQATLARIN  
METODOLOGİYASI VƏ METODİKASI………………………
 
 
1. Sosioloji tədqiqatlar və onların növləri…………………… 
  47 
2. Sosioloji tədqiqatların proqrammı……………………….. 
50 
3. Əsas nəzəri  prosedurlar və tədqiqat planı………………... 
54 
V MÖVZU. İCTİMAİ RƏYİN  SOSİOLOGİYASI……………...
 
 
1. İctimai rəy və onun formalaşmasında təbliğatın rolu……. 
58 
2. İctimai rəyin funksiyaları və təzahür formaları………….. 
65 
3.İctimai rəyin formalaşmasında kütləvi informasiya 
vasitələrinin rolu  və əhəmiyyəti…………………………….. 
 
69 
VI MÖVZU. ŞƏXSİYYƏTİN SOSİOLOGİYASI……………….
 
 
1. Şəxsiyyətin sosiallaşması və sosial tipologiya…………….. 
73 
2. Sosial fəaliyyətin və sosial davranışın mexanizmi………... 
79 
3. Müasir şəxsiyyət konsepsiyalarının məzmunu və mahiyyəti  
……………………………………………………. 
 
84 
VII MÖVZU. SOSİAL STRUKTURUN SOSİAOLOGİYASI…
 
 
1. Cəmiyyətin sosial strukturu və sosial stratifikasiya……… 
88 
2. Sosial qruplar və sosial mobillik…………………………... 
95 
 
244


3. Müasir dövrdə sosial inteqrasiya və sosial differensiasiya 
meyllərinin mahiyyəti…………………………………………. 
 
101 
VIII MÖVZU. SOSİAL-ƏRAZİ  BİRLİKLƏRİ,  ŞƏHƏRİN VƏ 
KƏNDİN SOSİOLOGİYASI……………………………………….
 
 
1.Sosial-ərazi birliyi anlayışının mahiyyəti………………….. 
107 
2. Şəhər sosioloji tədqiqatların obyektividir………………… 
110 
3. Kəndin sosiologiyasının xüsusiyyətləri……………………. 
117 
IX  MÖVZU. İDARƏETMƏNİN SOSİOLOGİYASI……………
 
 
1. Sosial idarəetmənin mahiyyəti və məzmunu……………… 
121 
2. İdarəetmə və sosial informasiya…………………………… 
129 
3. İdarəetmə tiplərinin sosial inkişafa təsiri…………………. 
132 
X  MÖVZU. SOSİAL İNSTİTUTLARIN SOSİOLOGİYASI….
 
 
1. Sosial institut anlayışının mahiyyəti və məzmunu……….. 
136 
2. Sosial institutların əsas əlamətləri və funksiyaları………. 
140 
3. Təhsilin sosiologiyası……………………………………… 
142 
XI  MÖVZU.  AİL ƏVƏ NİGAHIN SOSİOLOGİYASI…………
 
 
1. Ailə sosial institutdur……………………………………… 
148 
2. Müasir dövrdə ailə-nigah münasibətlərinin inkişaf 
dialektikas……………………………………………………... 
 
155 
XII  MÖVZU. DİNİN SOSİOLOGİYAS
ı
 
 
 
1. Dinin sosiologiyasının predmeti və tədqiqat obyekti……. 
162 
2. Dinin sosial funksiyaları…………………………………… 
166 
3.  Əsas dini cərəyanlar, onların xüsusiyyətləri və inkişaf 
perspektivləri…………………………………………………. 
 
169 
XIII  MÖVZU. SİYASƏTİN SOSİOLOGİYASI
 
 
1. Siyasətin sosiaologiyası anlayışı, onun predmeti və tədqiqat 
obyekti…………………………………………….. 
 
176 
2. Siyasi proseslərin tədqiqində tətbiqi  sosiologiyanın rolu.. 
181 
XIV  MÖVZU. MƏDƏNİYYƏTİN SOSİOLOGİYASI
 
 
1. Mədəniyyət və onun sosial funksiyaları………………….. 
188 
2. Mədəniyyətin sosioloji təsnifatı  və inkişaf qanuna-
uyğunluqları…………………………………………….…….. 
 
191 
3. Kütləvi mədəniyyət və submədəniyyətlər………………… 
194 
XV  MÖVZU. İDEOLOJİ MÜNASİBƏTƏR VƏ  İNSANLARIN 
SOSİAL FƏALİYYƏTİ
 
 
1. İdeoloji prosesin əsas subyektləri və struktur elementləri.. 
198 
2. İctimai münasibətlər və insanların sosial fəaliyyəti………. 
204 
XVI  MÖVZU. SOSİAL EKOLOGİY
A
 
 
1. Sosial ekologiyanın funksiyaları və vəzifələri…………….. 
210 
 
245


2. Sosial-ekoloji problemlər və insanların yaşayış mühitinin 
öyrənilməsinin yolları və formaları…………………………. 
 
217 
XVII  MÖVZU. SOSİAL PROQNOZLAŞDIRMA
 
 
1. Proqnozların yaranması, mahiyyəti və növləri………….. 
225 
2. Proqnozlaşdırmanın mərhələləri, tipləri və metodları…… 
231 
Ədəbiyyat……………………………………………………… 
239 
Mündəricat……………………………………………………. 
241 
 
 
 
246

Document Outline

  • XIII  MÖVZU
  • SİYASƏTİN SOSİOLOGİYASI

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə