Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

 
 
 
XVI  MÖVZU 
 
SOSİAL EKOLOGİYA 
 
1. Sosial ekologiyanın funksiyaları və vəzifələri 
 
Bizi  əhatə edən dünyanı biosfera, texnosfera və sosiosfera 
sahələrinə bölmək olar. İnsan biosferaya təsir edərək, onu yeni 
keyfiyyət vəziyyətinə  gətirir  –  bu  noosfera deməkdir 
V.İ.Vernadskinin fikrincə bunun əsasını  təbiət ilə  cəmiyyətin 
vəhdəti təşkil edir. Sosial ekologiyanın öyrənilməsinin predmetini 
noosferanın formalaşması  və  hərəkətdə olması prosesləri təşkil 
edir. Hər bir insanın, bütövlükdə isə  bəşəriyyətin köklü 
maraqlarına toxunan ekologiya problemləri ümumbəşəri, qlobal 
məsələyə çevrilmişdir.  
Ekoloji böhran – insanın yaşadığı  təbii  şəraitdə özünü 
göstərən mühitin böhranının tərkib hissəsidir. Ekoloji böhran 
nəticəsində elə  dəyişikliklər baş verir ki, yaşayış  şəraiti insan 
həyatı üçün əlverişsiz bir vəziyyətə düşür. Onu demək kifayətdir 
ki, təbii  şərait insanın həyat fəaliyyətini təmin edən mühüm 
mənbədir. Lakin, cəmiyyət həyatında iqtisadi böhran da təbiidir 
və o, həmçinin sosial-iqtisadi və mədəni böhranları yaradır. 
Ekoloji böhranın  əmələ  gəlməsinin iki mühüm səbəbi 
vardır: iqlim dəyişiklikləri və  ətraf mühitə antropogen təzyiq. 
Onlar cəmiyyətdə mühüm dəyişikliklərin səbəbi kimi də  çıxış 
edirlər. Bəşəriyyətin tarixi bir sıra ekoloji böhranların baş 
verməsi ilə xarakterizə olunur və  hər dəfə  də bu böhranlar cə-
miyyətdə ciddi və  əsaslı  dəyişikliklərin  əmələ  gəlməsinə  səbəb 
olur.  İnsan fəaliyyətinin təbii amillərdən asılılığı uzun zaman 
xarici qüvvələrin fəaliyyət təsiri kimi qəbul edilirdi. 
İnsanın həmin xarici qüvvələrin təsirinə reaksiyası isə 
kortəbii xarakter daşıyır. Nil çayının vadisində musson yağış-
 
213


larının güclənməsi  əhalinin cənuba köçməsi və  Həbəşistan 
dövlətinin əmələ gəlməsinə səbəb olur. Bu şəraitdə Cənubi Misir 
yoxsullaşır və özünün regionda siyasi və iqtisadi həlledici rolunu 
itirir. İqlim  yenidən dəyişilərək qurulaşdıqda isə insanlar yeindən 
geri qayıdırlar, Qədim Misir dövlətçiliyinin  əvvəlki qüdrəti bərpa 
olunur.  
Qədim zamanlarda Dəclə  və  Fərat çaylarının vadilərinin 
şoranlaşması  nəticəsində  Qədim  Şumer mədəniyyəti süqut edir. 
İndi qədim iki çay arası sivilizasiyanın mövcudluğunu yalnız 
arxeoloji tədqiqatların köməyi  ilə araşdırmaq mümkündür. 
Canlıların bioloji növlərindən biri olan insan öz təbiəti 
etibarı ilə  təbii qanunlara tabedir. Heç bir canlı növü  ekoloji 
böhrandan kənarda qala bilməz. Canlı orqanizm üçün böhrandan 
çıxmağın üç yolu mövcuddur. O, ya öz movcudluğunu dayandırır 
və ya da dəyişmiş şəraitdə yeni davranış standartlarına yiyələnir, 
yaxud da özünə yeni ekoloji mühit formalaşdırır. Beləliklə, onun  
“yeni Vətəni” yaranmış olur. 
Əvvəllər belə transformasıiya müxtəlif dövrlərdə ayrı-ayrı 
regionlarda baş verirdi. Məsələn, Qədim  Şumer mədəniyyəti 
ekoloji böhrandan çıxa bilmədi və süquta uğradı. Qədim Çin isə 
yeni  əkinçilik formalarına keçərək suvarma ənənələrini yaratdı, 
ekoloji böhrandan çıxaraq və yeni düyü əkinçiliyini kəşf edərək
öz sivilizasiyasını qonşu barbar tayfarları arasında yaya bildi. 
Mərhələli dəyişikliklər, rütubət, günəş aktivliliyindən 
asılılıq köçəri xalqların kütləvi miqrasiyasına səbəb oldu. Bunun 
nəticəsində Avrasiyanın siyasi və demoqarfik əsasları ciddi 
sürətdə  dəyişildi. Xalqların böyük köçürülməsi münaqişələrə, 
müharibələrə səbəb oldu, bir sıra dövlətlərin və ya xalqların məhv 
olması ilə  və başqalarının meydana gəlməsi ilə  nəticələndi. 
Görkəmli tədqiqatçı L.N.Qumilyov uzun tarixi dövrdə böyük 
səhranın rütubətləşməsi prosesini izləyərək   (e.ə III ə. – eramızın 
XVIIIə. qədər) belə  qənaətə  gəlmişdir ki, burada da ciddi təbii-
tarixi qanunauyğunluq vardır. Onun fikrincə, hər dəfə növbəti 
quraqlıq başlayanda köçəri xalqlar doğma çölləri tərk edirlər. 
Qüdrətli tayfa ittifaqları dağılır, su axtarışında xırda tayfalara və 
 
214


qəbilələrə parçalanır. Bu prosesdə susuzluq, malların susuzluğu 
və insanların aclığı  həllini tələb  edən problemə çevrilir. 
“Avrasiya ritmləri”  əsərində Qumilyov yazır ki, “münbitləşmə 
şəraitində xalqlar yenidən  öz ata yurdlarına qayıdırlar”.  
Təbii  şəraitdə baş verən ciddi dəyişikliklər tədricən təkçə 
sivilizasiya mərkəzlərinin deyil, dövlət hakimiyyətlərinin də 
yenidən qurulmasına  şərait yaratmışlar. Məsələn, demoqrafik 
partlayış  nəinki  əhalinin həyat səviyyəsini dəyişmiş, eyni 
zamanda  əkinçiliyi süqut etdirmiş, yeni ciddi islahatların 
aparılmasına tələbat doğurmuş, təbii sərvətlərdən ekstensiv 
istifadə edilməsi isə müstəmləkəçiliyə  gətirib çıxarmışdır. Qərbi 
Avropa və  Rusiya da  bu yoldan keçmişdir. 
Sosial-iqtisadi və siyasi şəraitin təbii mühitlə  şərtlənməsi 
həmişə aktual olmuşdur. İnsanın ətraf mühitlə  müəyyən dərəcədə 
siyasi əhəmiyyət kəsb edən qarşılıqlı münasibəti və təsiri indi də 
mövcuddur. Bu təsir hal-hazırda da müəyyən münaqişələr 
doğurur. Eyni vəziyyət özünü dövlətlərin neft uğrunda 
mübarizəsində də (İraq, Xəzər dənizi)  aydın şəkildə  göstərir. 
Bu ekoloji mühitdə dünya ictimayyəti yeni inkişaf mər-
hələsinə  gəlib çatmışdır. Göstərilən sistemdə isə  təbiət elmləri, 
onların nümayəndələri daha aparıcı mövqelərə keçirlər. 
Bu problemin həlli yollarının axtarışı Roma Klubunun 
fəaliyyəti ilə bağlıdır. Qeyri-hökumət təşkilatı olaraq o, alimlərin, 
siyəsətçilərin XX əsri - XXI  əsrin  əvəz etməsi  ərəfəsində 
meydana gəlmişdir. Onun   tədqiqatlarının  əsasında dünya 
inkişafının perspektiv modellərinin ssenarilərinin yaradılması 
dayanır. 
İlk dəfə olaraq,  qlobal problem kimi ətraf mühitin qorun-
ması  məsələsi Rio-de Janeyroda keçirilən ekoloji konqresdə 
(1992) dinlənildi. Burada 170 ölkədən nümayəndələr, onların 
bəzilərinin liderləri iştirak etdilər və  nəticədə “cəmiyyətin sabit 
inkişafı” konsepsiyası formalaşdı. Sonralar bu problemlər 
Qahirədə (1994), Kopenhagendə (1995), Kiotoda (1997), 
Yohannesburqda (2002 – BMT sammitində  və s.) dinlənildi. 
Onların yekunları bundan ibarətdir ki, XXI əsrdə  bəşəriyyət 
 
215


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə