Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

dəniyyətinə vurulan zərbə bütövlükdə dünya birliyinə aiddir. Bu 
məsələnin hüquqi və  mənəvi-əxlaqi aspektləri də vardır. 
Göstərilən faktların həqiqiliyi dünya içtimayyətinə BMT-nin və 
ATƏT-in himayəsi altında keçirilən  beynəlxalq konfranslarda və 
seminarlarda çatdırılmalıdır. Dünyada baş verən münaqişələr, 
müharibələr, təbii fəlakətlər planetimizə  mənfi təsir göstərərək, 
təbiətə  və dünyada qüvvələr balansına dağıdıcı  təsir edir, 
ümumbəşəri qlobal fəlakətin başlanması təhlükəsini yaradır. 
İndiki  şəraitdə belə bir sual irəli gəlir: “Bu kimi şəraitdə 
kompromiss mümkündürmü?”. Bu suala çavab ondan asılıdır ki, 
kim daha çox itirəcək – insan yoxsa təbiət. Tələb olunur ki, təbii 
qanunları  dərk edərək, təbiətin sirrlərinə  və xarakterinə 
əsaslanaraq Yer Kürəsinin  əhalisi vahid birlik təşkil edərək 
birləşməlidir və artıq başa düşməlidirlər ki, onlar təbiətdən 
asılıdırlar. Sosial ekologiyanın  əsas vəzifələri buradan irəli gəlir: 
1.İnsanın təbiət üzərində  qələbə çalmasına  cəhd etməsi 
göstərir ki, o, özünün təbiətdən asılılığını dərk etməlidir; 
2.Planetar miqyasda  sosiumun təbiətə neqativ təsirinə son 
qoyulmalıdır; 
3.Beynəlxalq  əməkdaşlıq daha da inkişaf etdirilsin, insan 
üçün təbii və sosial-mədəni mühitin inkişafına əlverişli şərait  
yaradılsın; 
4. Bəşəriyyətin hər bir üzvü ekologiyanın, təbii sərvətlərin 
qorunmasında fəal iştirak etməlidir.  
Sosial ekologiyanın vacib xarakter daşıyan vəzifələri onun 
funksiyalarından və 
cəmiyyətin qorunub saxlanılması 
zərurətindən  irəli gəlir.  İnsanların yaddaşında bir aksioma öz 
yerini tutmalıdır: “Biz Yer Kürəsini öz atalarımızdan varislik for-
masında  əldə etməmişik, biz onu uşaqlarımızdan borc götür-
müşük”
16
. Bu baxımdan planetimiz gələcək nəsillərə bütöv
təmiz, azad, çiçəklənən vəziyyətdə saxlanılmalıdır. 
Sosial ekologiyanın əsas funksiyaları aşağıdakılardır: 
1.
 
Sivilizasiyanın və  həyatın qorunması naminə Yer Kürə-
                                                 
16
 Bax: Лестер  Браун . “Социологические исследования глобальных 
проблем”. // Вестник МГУ// М. 1999г. 
 
219


sində ekoloji təhlükəsizliyin təmin edilməsi; 
2.
 
İnsanın, onun genetik fondunun və bütövlükdə  cəmiyyət 
üzvlərinin müdafiəsi, onların sağlam olması  və  tərəqqi etməsi 
üçün şəraitin yaradılması; 
3.
 
Tərkisilah və konversiyanın tətbiq olunması; 
4.
 
Dövlətlər arasında texnoloji əməkdaşlığın genişlənməsi
5.
 
Dünya miqyasında təbii sərvətlərdən istifadə  təhlü-
kəsizliyinin təmin edilməsi üçün xüsusi Fondun yaradılması. 
Təbiətlə insanlar arasında yaranan ziddiyyətlərin aradan qal-
dırılması olduqca vacibdir. Məlumdur ki, ETİ insan fəaliyyətinin 
miqyasının artması  nəticəsində  təbiətin həddindən artıq 
yüklənməsinə səbəb olmuşudur. Artıq dünyada tədqiqatçı alimlər 
tərəfindən kəşf olunan və  həyata keçirilən fiziki, kimyəvi, 
texnoloji, bioloji kəşflər  müasir dövrdə bəşəriyyətin taleyi üçün 
qorxulu, dağıdıcı və məhvedici qüvvəyə çevrilə bilər. 
İndi bəşəriyyətin qarşısında duran başlıca vəzifə  təbiətin 
çirklənməsinin qarşısının alınması üçün dünya dövlətləri arasında 
kompleks proqramların işlənib hazırlanması yolu ilə vahid 
konsepsiyanın yaradılmasıdır. Elə universal proqramlar 
hazırlanmalıdır ki, onların həyata keçirilməsi ilə yüksək ekoloji 
təhlükəli olan sahələr tez bir zamanda əlverişli və faydalı sahələrə 
çevrilə bilsin.  
 
2. Sosial-ekoloji problemlər və insanların yaşayış  mühitinin 
öyrənilməsinin yolları və formaları 
 
Müasir dünya artıq  yeni minilliyə qədəm qoymuşdur. Bu-
rada kəmiyyət və keyfiyyət xarakteri daşıyan dəyişikliklər baş 
vermişdir. 
Elmi-texniki inqilab, əmək məhsuldarlığının artması, Yer 
Kürəsi əhalisinin sayının çoxalması, onların tərəqqiyə can atması, 
insanlara tələb olunan məhsulların bolluğuna gətirib çıxartdı. 
Lakin o, bir çox qlobal problemlərin səbəbkarı olmaqla yanaşı, 
göstərdi ki, bizim ziddiyyətli dünyamız qarşılıqlı  əlaqə  və 
qarşılıqlı asılılıq  şəraitində qalaraq ölkələr və xalqların arasında 
 
220


olan qarşıdurma əvəzinə sivilizasiya və Yer üzərində həyatı xilas 
etmək naminə onların cəhdlərinin birləşməsini tələb edir. 
 Ekologiya    hər  şeydən  əvvəl insanın yaşadığı mühiti, öz 
evini qoruyub saxlaması, aydın səma altında onun mümkün qədər 
təbii yaşamasına təminatdan ibarətdir. Lakin təbiətə insanın 
məqsədəuyğun münasibəti nə  qədər fəal olsa da, son nəticədə  
məhsul istehsalının çoxalması ümumi rifahı yüksəltsə  də ona 
mənfi təsirlər göstərmişdir. 
Bəşəriyyət özünü enerji, xammal, ərzaq, içməli su ilə la-
zımınca təmin etməsə, iqtisadiyyatını inkişaf etdirməsə və maddi 
rifahını yüksəltməsə mövcud ola bilməz. Lakin buna bax-
mayaraq, prinsip etibarı ilə insanlar iqtisadi inkişaf modelini 
dəyişdirməli və ehtiyatların həcmini sonsuz dərəcədə artırmalı, 
istehsalı və istehlakı daima rasionallaşdırmalıdırlar. 
Təbiətin  İnsanlar tərəfindən hədsiz dərəcədə istismarı 
aşağıdakı problemləri yaratmışdır:  
1.Meşələrin, ağacların kütləvi surətdə qırılması. Xüsusilə  də -  
Yer Kürəsinin 55% -ni təşkil edən tropik meşələrin 
qırılması müxtəlif növ heyvanların tələf olması ilə 
nəticələnir; 
2.İçməli suların axarının dəyişdirilməsi və  bəzilərinin mən-
bələrinin isə  səhralarda itirilməsi. Hidrosfera – okean, 
dəniz, çay, göl, yeraltı sular 1,6mlrd. km3. təşkil edirsə, 
onlardan içməli su cəmi 2% təşkil edir. Su tutarlarının hər 
cür tullantılarla çirkləndirilməsi, bəzən yerli və yersiz 
olaraq  bataqlıqların  qurudulması  təbiət üçün təhlükə 
yaradır; 
3.Atmosferin ozon qatlarının dağılması insanların həyatına  
qarşı böyük təhlükə törədir; 
4.Atmosferdə kimyəvi tullantıların çoxalması, planetin 
iqliminin 1 dərəcəyə  qədər istiləşməsi  – istilik effektinə 
gətirə bilər. İldə atmosferə 70mln. m3 qaz, 250mln. ton toz, 
xlor və s. tullantılar daxil olur. İqlimin qlobal formada 
dəyişilməsi, havanın qeyri-sabitliyi, quraqlıq illəri, qütb 
buzlarının  əriməsi, dünya okeanının səviyyəsinin artması, 
 
221


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə