Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

qüvvələr də mövcud  ictimai münasibətləri dəyişdirir, bununla da 
gələcək cəmiyyətin inkişafı üçün  yeni zəmin yaradılır. Müxtəlif 
sosial qruplarda, kollektivlərdə, siniflərdə  və insan birliyi 
formalarında ideoloji münasibətlər və  təsəvvürlər fərqli  təsir 
gücünə malikdir.  İdeoloji təsəvvürlər ideoloji münasibətlərin 
təsiri altında formalaşır və  əxlaqi-psixoloji, sosial-siyasi, dini, 
milli xarakterdə olur.  
İdeoloji təsəvvürlər sosial fəaliyyətin uyğun formaları ilə 
aktuallaşır. Yəni ictimai həyatın sosial formaları biri digəri ilə 
qarşılıqlı əlaqədə olsa da, amma onların hər biri ayrılıqda özünə 
xas ideoloji təsəvvürlər formalaşdırır. Məsələn, milli ideoloji 
təsəvvürlər milli şüurun, dini ideoloji təsəvvürlər dini şüurun, 
sinfi ideoloji təsəvvür isə sinfi şüurun formalaşmasını şərtləndirir. 
Bunların hər birinin yaranmasının və formalaşmasının spesifik 
xüsusiyyətləri və elementləri mövcuddur. 
Milli ideoloji təsəvvürlər milli hisslər və emosiyalar, milli 
özünü dərketmə, milli müqəddaratını  təyinetmə, milli azadlıq 
hərəkatı, milli dövlətçiliyə nail olma və ilaxır elementlər vasi-
təsilə gerçəkləşir. Bu prosesdə daxili ziddiyyətlər və qarşı durma-
lar mütləqdir. Ona görə ki, köhnə qüvvələrin yeni qüvvələrlə bu 
məsələdə siyasi hakimiyyət ələ almaq uğrunda mübarizəsi həllini 
tapmadan, mövcud proses  reallaşa bilməz. Lakin, milli ideoloji 
təsəvvürlərin yaranmasında başlıca meyar insanların böyük 
əksəriyyətinin  şüurunda uzun müddət  ərzində  öz ərazisinin
iqtisadiyyatının, mədəniyyətinin, dilinin əsarət altında 
qalmasından azad olmanın  dəyərini, duyğusunu aşılatmaqdır. 
Buna görədir ki,  milli ideologiya daha çox antiimperialist 
xarakter  daşıyır, eyni  zamanda daha artıq dərəcədə xarici 
qüvvələrə qarşı yönəlir. 
Dini ideologiya insanların din sahəsinə aid olan sosial 
fəaliyyətini  əks etdirir.  Bu fəaliyyət isə  dini təsəvvürlər, dini 
hisslər, dini mövhumat, dini mərasim davranışı ilə  və digər dini 
ayinlərlə uyğunlaşır. Digər sosial  fəaliyyət formaları kimi, 
dindarlıq da özündə dini şüur və onun  obyektivləşməsinin  üzvi 
vəhdətini əks etdirir. 
 
210


İstər klassik, istrəsə də müasir sosiologiyada maraq doğuran 
sosial  fəaliyyət sahələrindən biri də sinfi ideoloji münasibətlərlə 
bağlıdır. Tədqiqatlar göstərir ki, mövcud problemə münasibət 
birmənalı deyildir. Bir qrup  sinfi ideologiyanın yanlış olduğunu, 
onun insanların milli-etnik düşüncələrinə qarşı  yaradıldığını 
iddia edirsə, digərləri həmin  ideoloji münasibətlərin əsasında real 
ideoloji təsəvvürlərin, konkret ictimai münasibətlərin obyektiv 
səbəblərinin dayandığı istiqamətindən çıxış edirlər. Sinfi ideoloji 
münasibətlər və ideoloji  təsəvvürlər hər bir konkret ictimai 
quruluşun, vahid  etnosun daxili ziddiyyətlərinin  təzahürüdür. 
Burada insanların sosial fəaliyyətini  şərtləndirən başlıca cəhət 
cəmiyyətdaxili strukturda istehsal, bölgü, mübadilə və  mülkiyyət   
münasibətlərində bir qrupun həddindən  ziyadə varlanması, 
böyük əksəriyyətin  isə yoxsullaşmasıdır. Sinfi ideologiyanın əsas 
məqsədi  bu fərqi aradan qaldırmaq, insanların mülkiyyət 
bərabərçiliyini və sosial ədaləti bərqərar etməkdən ibarətdir. 
Göründüyü kimi, ictimai münasibətlərin ideoloji növünün 
ümumi aspektdə öyrənilməsi ictimai həyatın bütün sahələrinin – 
siyasi, iqtisadi, hüquqi, dini, əxlaqi və milli şüurun ideoloji  
istiqaməti və sosial inkişafın keyfiyyət xüsusiyyətləri baxımından 
həyata keçirilir. 
İdeologiya bütün dövrlərdə  və bütün regionlarda meydana  
gələrkən cəmiyyətin maraqları, tələbatları mövqeyindən çıxış etsə 
də, əslində  o özünün hər cür formasında daha çox fərdi,  xüsusi 
mənafelərə xidmət göstərmişdir.  Əlbəttə, bu cəhət ideologiyanın 
müxtəlif səviyyələrinin kəmiyyət və keyfiyyət 
xarakteristikasından irəli gəlir. Demək olar ki, ideologiyanın 
nəzəri, aksioloji və kütləvi yayılma  səviyyələrinin  hamısında 
ümumxalq, ümummilli  maddi və  mənəvi sərvətlərdən,  
dəyərlərdən çox danışılır. Bu ona görə lazımdır ki, keçmiş  
ideoloji münasibətlərin yeni ideoloji münasibətlərlə    əvəz-
lənməsində böyük əksəriyyətin reytinqini  qazanmaqda  yalnız bu 
metod üstündür. İdeologiya bunsuz özünün siyasi hakimiyyət 
həddinə çata bilməz.  
 
211


Qeyd edək ki,  indiyədək dünyada  meydana  gələn ide-
ologiyalar (sosial-demokrat, faşist, kommunist, klerikal, radikal, 
liberal, milli və ilaxır) ilk başlanğıcda geniş kütlələrin ma-
raqlarından çıxış etmişlər.    Lakin,  ideoloji    məqsədin reallaş-
masından sonra isə kütlələrin böyük əksəriyyəti bundan nəyinki 
bəhrələnməmiş, əksinə  təqiblərə məruz qalmışdır. 
Tələbatlarla onun aktuallaşması və reallaşması arasında fərq 
istənilən cəmiyyətdə ideoloji ayrılmanın, qarşıdurmanın 
artmasına gətirib çıxarır. Bu, yuxarıda qeyd etdiyimiz kimi, hər 
cür ideoloji – sosial dəyişiklikdə  cəmiyyət üzvləri arasındakı 
tələbat, mənafe və  sərvətlər arasında  uyğunsuzluğun olması ilə 
bağlıdır. Hansı bir səviyyədə ideal çıxışına, vədlərinə 
baxmayaraq bütün ideologiyalar nəticə etibarilə  insanların həyat 
tərzində  hətta ümumi halda maddiləşməklə reallaşmalıdır. Məhz 
bu axırıncı halın  əksər hallarda reallaşması mümkün  olmadığına 
görə  yeni ideologiyanın  özü köhnəlir və daha  yenisi ilə  əvəz 
olunmaq dərəcəsinə çatır. 
İdeoloji münasibətlərin sonuncu  səviyyələrindən biri də 
böyük  əksəriyyətin maraqlarına  uyğun gəlməsi və insanların 
onda iştirakı ilə bağlıdır.   
 
212


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə