Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

ancaq özünü məhdudlaşdırmaq və nizamlamaqla mövcud ola 
bilər.  
1992-ci ildə BMT Assambleyası  xətti ilə keçirilən 
konfransda qəbul olunmuş “XXI əsrin gündəliyi” sənədinin prin-
siplərindən biri də  məhz yuxarıda toxunduğumuz məsələlərdir. 
Artıq normal inkişaf etmiş ölkələrin  əksəriyyəti - ABŞ,  İsveç, 
Almaniya və başqaları “XXI əsrin gündəliyi”  əsasında mövcud 
kənd təsərrüfatlarını formalaşdırırlar. Məsələn, 
İsveç 
parlamentinin bu sahədə  qəbul etdiyi qanunlar əsasında kənd 
təsərrüfatının 30 faizi bioloji əsaslarla idarəetməyə verilib. Bu 
ölkə  hətta genetik modifikasiya yolu ilə qaramalda südün və 
çəkinin artırılmasından da imtina edib. 
İnsan fəaliyyətini tədqiq etməklə, sosial ekologiya 
mürəkkəb sistem olduqda özündə  təbii (bioloji) və sosial 
prosesləri birləşdirir. Bu səbəbdən insan özünü –  təbii və sosial 
mühitlərə aid edir. 
Ekologiya  – (yunan sözü “oykos” - ev, “loqos” - elm 
deməkdir)  – insan orqanizmlərinin  ətraf mühitlə qarşılıqlı 
əlaqəsini və bu prosesdə tarazlığın saxlanılması şərtlərini öyrənən 
elmdir. İlk dəfə olaraq “ekologiya” terminini 1866-cı ildə alman 
bioloqu E.Gekkel işlətmişdir. Onun baxışlarında “ekologiya” 
insan cəmiyyətinin  ətraf  təbii mühitlə qarşılıqlı  təsiri haqqında 
olan elmlərin məcmusudur. 
Sosial ekologiya – sosiologiya elminin mühüm sahəsi kimi 
cəmiyyət və  təbiətin qarşılıqlı  tərsirinin qanunauyğunluqlarını 
öyrənir. Sosial ekologiya – təbiət və cəmiyyət arasında  qarşılıqlı 
münasibətlər haqqında, onların optimal şəraitdə  mövcud olması 
və qarşılıqlı  təsiri haqqında  elmdir. O, cəmiyyətlə  ətraf  mühit, 
sosial-mədəni və  məkan sahələri arasında münasibətləri, 
insanların fiziki və psixoloji səhhətinə, maddi rifahına və 
ümumiyyətlə  millət və xalqların genofonduna təsir edən 
problemləri əhatə edir. 
Cəmiyyət   və  təbiətin qarşılıqlı  əlaqələrinin vacib ünsürü 
əməkdir. Cəmiyyətin əmək fəaliyyəti cəmiyyət və təbiət arasında 
spesifik maddələr mübadiləsi baxımından cəmiyyətin  ətraf təbii 
 
216


mühit  şəraitinə uyğunlaşma formasıdır.  Əmək prosesində  
cəmiyyətlə  təbiət arasında   maddə və enerji mübadiləsi baş verir. 
Əmək fəaliyyəti nəticəsində    cəmiyyətin maddi həyatının  əsası 
dəyişdirilir, spesifik “süni” mühit, texnosfera sahəsi formalaşır 
(binalar, istehsal avadanlığı, kommunikAsiya sistemləri və i.a.), 
yaranır və genişlənir. Bu “süni” sahəni bəzən “sosiallaşmış” ya da 
təbiət vasitəsilə “insanlaşdırılmış” kimi adlandırırlar. Məsələn, 
urbanizasiya prosesi antropogen landşaftların, böyük şəhərlərin 
yaranmasına səbəb olur. 
Müasir dünyada cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi təbii 
mühitə “təzyiqinin” güclənməsi ilə xarakterizə edilir. Bu prosesə 
şəhərlərdə istehsalın və  əhalinin sıxlığı, onların mühitə müxtəlif 
istiqamətlərdə təsirinin artması xüsusi rol oynayır (nəqliyyat, toz, 
səs, atmosferə  təzyiq göstərən tullantıların çoxalması  və s.). Bu 
da  şəhər tipli yaşayış  ərazilərinin qatılaşmasına gətirir, yəni 
rayonların  ərazilərinin fərdi  mənimsəməsinə  gətirərək, təbii 
mühiti bu və ya digər sahədə dəyişdirir və  təbii xarakterli mühiti 
azaldır. 
Sosial ekologiyanın predmetini ekoloji böhranlar, istehsalın 
texnoloji üsullarının, informasiyaların dəyişdirilməsi, təbiətdən 
istifadə forma və üsullarının qarşılıqlı əlaqəsinin təsiri təşkil edir. 
Bəzi qərb sosioloqları bu problemə bir neçə elmin kəsişməsindən 
yanaşırlar. Məsələn, Dasmannın fikrincə, təbii resursların 
azalması qeyri-bərabər formada  baş verir, lakin təbii sərvətlərin 
əldə edilməsi  yeni texnologiyalar tələb edərək ətraf mühiti məhv 
edir. Messi hesab edir ki, yeni enerji növlərinin kəşfi təbiətə 
mənfi təsir göstərir. Qrinə görə    içməli suyun çirklənməsi 
epidemiyaların yayılması ilə nəticələnir və gəlmə əhali ilə rəqabət 
yaradır. Qould, Lüyis və Vaqner isə göstərirlər ki, mənzil, iş, 
tüstü, turşulu yağışlar  – bitki və heyvanlara, insanların həyat 
tərzinə mənfi təsiri artırır. 
Ekoloji böhranın nəticəsində  yaranan cətinliklər, xüsusilə 
də insanların təbiətə dağıdıcı  təsiri planetimizin müasir qlobal 
probleminə çevrilmişdir. Bu ondan irəli gəlir ki,  təbiət 
bəşəriyyətin inkişafında  ikili rol oynayır:  
 
217


1.
 
İstehsal üçün resurslar mənbəyi kimi
2.
 
İnsanların yaşayış mühiti kimi. 
Təəssüf ki, insanların  əksəriyyəti uzağı görməyərək hesab 
edirlər ki, birinci funksiya əsasdır. Lakin, təbiət vahiddir və o, 
ehtiyatsız təsərrüfat xarakterli müdaxiləyə görə    cəmiyyətdə 
resursların tükənməsi, insanların həyat şəraitinin və sağlamlığının 
pisləşdirilməsi ilə “qisas” alır. 
Tamamilə aydındır ki, təbiət və  cəmiyyət arasında olan 
ziddiyyətlər  əbədidir.  İnsanlar onun ciddiliyini başa düşməli və 
neqativ təsirini ləngitməlidirlər. Bu da  sosioloq  alimlərin 
könüllü iradəsi  əsasında həll oluna bilər. Planetimiz miqyasında 
meşələr və bağlar məhv olunur, yerində isə otellər, ofislər və s. 
binalar tikilir, içməli su azalır. Bu problemlərin isə sayı çoxalma 
xarakteri daşıyır. Aptek, xəstəxana, müalicə  mərkəzlərinin 
açılması ilə  bunu nə tarazlaşdırmaq, nə də əvəz etmək mümkün 
deyildir. 
Texniki tərəqqinin mənfi təsirinin nəticəsidir ki, qlobal 
səviyyəli  informasiya  konkret ölkə və region cərcivəsində prob-
lemlərin həllini çətinləşdirir. Elm isə    həmişəki kimi praktiki 
həyata kömək etməlidir. 
Hazırda Azərbaycanda ekoloji böhran  müşahidə edilir. 
Bizdə o, xeyli dərəcədə qaçqınların, məcburi köçkünlərin yaşayış 
vəziyyəti ilə, xüsusilə  də insanların mənzil-məişət  şəraiti ilə 
əlaqədardır. Azərbaycanın rəhbərliyi respublikada ekoloji 
vəziyyətin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər görür. Res-
publikamızda “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi” 
haqqında qanun qəbul olunsa da, insanlar davam edən müharibə 
şəraitində doğma yurdlarına, evlərinə  hələ  də qayıda bilmirlər. 
Torpaqlarımızın işğalı  nəticəsində nadir növ olan flora və fauna 
məhv olunur, milli sərvətlər, tarixi abidələr dağılır. 
Respublikamızın və bütövlükdə Qafqaz üçün qlobal əhəmiyyətli 
olan Bəsitçay və Qaragöl kimi qoruqlar dağıdılır, Dağlıq Qarabağ 
ərazisində radioaktiv tullantıların basdırılmasının geoekoloji 
vəziyyətə mənfi təsiri böyükdür. 
Sosial ekologiya baxımından Azərbaycanın tarixinə və mə-
 
218


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə