Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   76

dırılması  və  cəmiyyətdə ekoloji dünyagörüşünün forma-
laşması. 
Vətəndaşların ekoloji şüuru - hamının ətraf mühitin qorun-
masına qayğı göstərməsi deməkdir. Məsələn, təkcə  şəhərdə 
avtomobillər atmosferə ildə 1117kq., həmçinin təkçə ABŞda 
338kq. insan həyatı üçün zərərli maddələr buraxırlar.  
Ekoloji böhran öz əksini qlobal problem kimi, müxtəlif 
formalarda tapır. Elmi tədqiqatlarda  adətən onu müəyyən etmək 
üçün üç formadan istifadə edilir: çirklənmə, tarazlığın pozulması 
və destruksiya. 
 
Çirklənmə dedikdə, biz təbiətdə planetar xarakterli də-
yişmələrin əmələ gəlməsini nəzərdə tuturuq.  
 
Tarazlığın pozulması ekosistemin özünü nizama salması 
qabiliyyətinin əhəmiyyətli surətdə dəyişməsi ilə xarakterizə 
edilir. 
 
Destruksiya ekosistemin dağılmasının elə bir mərhəlsidir ki,  
ya onun funksiyalarının yeniləşməsi mümkün deyildir, ya 
da uzun sürən müddət  ərzində insanın müəyyən cəhd 
göstərməsi, qüvvətləndirilməsi tələb olunur.  
İndiki  şəraitdə beynəlxalq təhlükəsizlik və  əməkdaşlıq 
sisteminin vasitəsi ilə qlobal və beynəlmiləl xarakterli ekoloji 
problemlərin həlli mümkündür. Sosial-ekoloji problem həlli cə-
miyyətin sabit inkişafı ilə bağlıdır, bu da iqtisadi, sosial, demo-
qrafik, tibbi, mənəvi-psixoloji aspektlərlə sıx əlaqədardır. 
Ekoloji böhranın həll edilməsi prosesində bütün dünya eko-
loqlarının peşə etikası kodeksini fəallaşdırmaq, onları  həmfikir 
kimi birləşdirmək zəruridir. Onların fəaliyyətinin  mənəvi 
bazasını  – bilik, səmərəlilik,  əməkdaşlıq və  məsuliyyət təşkil 
etməlidir. 
Bilik – hər şeydən əvvəl özündə təcrübəni və problem haq-
qında hərtərəfli məlumatlılığı  əks etdirən peşəkarlıq deməkdir. 
Bundan əlavə, o özündə daim təkmilləşməni, axtarışı, yeniliyi və 
nəhayət  – idrakı, dərketməni, fəhmi  və qabağı görməni  əks 
etdirir. 
Səmərəlilik  –  ən qısa vaxt ərzində maksimum nəticə  əldə 
 
225


olunması, dəqiq hesablama, məsrəflə  nəticə arasında balansın 
gözlənilməsi, təbii, maliyyə  və insan ehtiyatlarından daha 
məqsədyönlü şəkildə istifadə deməkdir. 
Əməkdaşlıq  – ekoloqlar və ekspertlərin öz arasında 
qarşılıqlı dərketmə və inam, problemlərin birgə həlli və fəaliyyət 
nəticələrinin  əldə olunması deməkdir. Bu, habelə ictimaiyyətlə,  
dövlət orqanları  və beynəlxalq təşkilatlarla açıq və xeyirxah 
qarşılıqlı əməkdaşlıq deməkdir. 
Məsuliyyət -  Yer Kürəsi  əhalisi və xüsusən də  gələcək 
nəslin qarşısında: 
 
 Əməyin keyfiyyətinə  və etik normalara riayət edilməsinə 
görə insanların bir-biri qarşısında; 
 
Öz öhdəliklərini yerinə yetirmək sahəsində beynəlxalq 
təşkilatlar və partnyorlar qarşısında; 
 
Təbiətdən ağılla istifadə və rifahın inkişafına görə regionlar 
qarşısında; 
 
Ümumi inkişaf naminə təbii ehtiyatlardan istifadəyə, təbiətə 
və genofonda qayğıya görə ölkə qarşısında; 
 
Regionların ekologiyasının qorunması, qarşılıqlı hörmət və 
nəticələrə görə  məsuliyyətlə bağlı dünya içtimaiyyəti 
qarşısında.  
İnsan öz-özünü böhranlı  vəziyyətə salaraq, hal-hazırda sağ 
qalmaq məqsədini güdür və bu vəziyyətdən çıxmaq üçün 
unutmamalıdır ki, o düşünən insandır və özünün şüur və İradəsinə 
arxalanmalıdır. İnsanların ekoloji şüuruna, onun inkişafına tələbat 
Azərbaycan Respublikasında aktual problemdir. Belə bir şüurun 
olması  hər bir vətəndaşın  ətraf mühitə qayğısı ilə bağlıdır. Biz 
yadda saxlamalıyıq ki, bütövlükdə müasir qlobal problemlərin 
mərkəzində insan, onun tələbatları  və marağı, onu düşündürən 
maddi və mənəvi həyatın problemləri və çətinlikləri durur. 
Uzun illər  ərzində  təbiətin mühafizəsi problemlərinə  və 
təbiətin qorunması  tədbirlərinə qarşı etinasız münasibət ekoloji 
vəziyyətin pisləşiməsinə, havanın, torpaqların və su obyektlərinin 
çirklənməsinə,  əhali arasında xəstəliklərin yayılmasının artımına 
gətirib çıxarmışdır. Qanunların təcrübədə  həyata keçirilməsi 
mexanizmi kifayət qədər təsirli deyildir. Bir çoxlarının  şəxsi 
 
226


məsuliyyətini dərk etməsi və ekoloji savadının səviyyəsi də 
qənaətbəxş deyildir.  
 Ətraf mühitə biganə olmayan insanlar özləri də prob-
lemlərin səbəbkarına çevrilə bilərlər. Deməli, qlobal ekoloji 
problemləri insanlar özləri yaradır və onlar “bumeranq” effekti 
kimi insanın özünə qaytarıla bilər. Bu problemlərin kökünü biz öz 
ağılsız, məsuliyyətsiz fəaliyyətimizdə, sosial və siyasi 
biganəliyimizdə, təbiətə laqeyid münasibətdə, eqoizmdə 
görməliyik. 
Hazırda Yer Kürəsinin  əhalisi 6 milyarddan artıqdır. 
Hesablamalara  əsasən, bu rəqəm mövcud təbii və mineral sər-
vətlərdən 3 dəfə çoxdur. Alimlərin fikrincə, əhalinin indiki artım 
sürətinin dəyişməsi nəticəsində, təbii ehtiyatlar bundan sonra 
insanları daha 100 il təmin edər, təbii enerji isə Yer Kürəsini hələ 
100 il də  qızdıra bilər. Göründüyü kimi, enerji, xammal, dünya 
okeanının və kosmosun mənimsənilməsi problemləri gələcəkdə 
də ciddi və aktual problem olaraq qalacaqdır. Bu isə o deməkdir 
ki, tez bir zamanda təcili və  təxirəsalınmaz tədbirlər görülməsə, 
gələcək nəsillərimizin aqibəti sual altında qala bilər.  
“Bütün dünyada qlobal təfəkkürün və sivil münasibətlərin 
formalaşdığı bir dövrdə istənilən xalqın, dövlətin imici onun öz 
təbiətinə, öz təbii sərvətlərinə olan münasibətlə ölçülməyə 
başlamışdır. Buna görə  də Azərbaycan cəmiyyətində  ətraf 
mühitə, təbii ekosistemlərə, həmçinin yer altı  və yer üstü 
sərvətlərimizə eko-etik münasibətin formalaşdırılması aktuallıq 
kəsb edir”
17
. Ekoloji  problemlərin qlobal, regional və lokal 
səviyyələrinin koordinasiyası dünya birliyi ölkələrinin ekoloji 
siyasətinin konkret nəticələr verə biləcəyinə ümid verir. O, əməli-
praktiki təsir mexanizminə malik olduğunu sübut edir, beynəlxalq 
səviyyədə qurulan koordinasiya prosesində ölkəmiz də fəal iştirak 
edir.  
                                                 
17
 Bax: Qərib Məmmədov. Azərbaycanda eko-etik problemlər: elmi, hüquqi, 
mənəvi aspektlər. Bakı., 2005. s. 117. 
 
227


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə