Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   68   69   70   71   72   73   74   75   76

ki, dünyanı böyük işgüzar və mədəni mərkəzlər  olan – ABŞ və  
Avropa idarə edirlər. Onlar zəif inkişaf etmiş ölkələrə  nəzarət 
edərək, onlardan təbii sərvətləri, artıq məhsulları  və kapital əldə 
edirlər. Praktiki həyat, beləliklə, gələcək haqqında olan biliklərə 
təsir göstərir və onları yeni istiqamətlərə yönəldir. 
Proqnozlaşdırma prosesində xüsusi elmi tədqiqatlar 
əsasında hadisələr, faktlar araşdırılır, keçmiş və hazırki vəziyyət 
haqqında məlum olan biliklər, məlumatlar 
əsasında 
proqnozlaşdırılan obyekt haqqında digər biliklər əldə edilir. 
Kütləvi inforomasiya vasitələri insan şəxsiyyətinə, onun 
həyatına mənasız və yersiz müdaxilə    edərək “homo sapiens”in 
bir kibernetik orqanizmə çevrilməsini sürətləndirir. Düzgün 
olmayan proqnozlaşdırma cəmiyyətin inkişafını istiqa-
mətləndirmək əvəzinə ləngidə bilər. Bu da onunla nəticələnir ki, 
“bu düşünülməmiş dünyada insan özünü narahat hiss edir”
19
. O, 
tez-tez stress və  şok vəziyyətinə düşür,  bu da fərdin gələcəklə 
toqquşma  şokudur. Sosioloq A.Toffler  bu vəziyyətdən çıxış 
yolunu aşağıda gösətərilən foromalarda görür: 
1.
 
Gələcəyin tədqiqatında proqnozlaşdırmaların inteq-
rasiyasının,proqramlaşdırmanın, planlaşdırmanın, layihələrin 
hazırlanması  və    idarə edilməsinin vahid sisteminin 
yaradılması; 
2.
 
Məktəb və universitetlərdə kütləvi informasiya vasitəsilə 
gələcək haqqında təhsilin, elmi-texniki inqilabın sosial 
nəticələrinin öyrənilməsinin gücləndirilməsi; 
3.
 
Sosial eksperimentlərin genişləndirilməsi.
20
   
Hər bir proqnoz  gələcəkdə arzuolunmaz nəticələrin 
qarşısını almaq üçün irəli sürülür. Yeni bilik kimi prqnoz iki 
formada mövcuddur: 
                                                 
19
 Bax: Н.И.Бестужев-Лада. Социальное прогнозирование. М.2002,  гл. 5.   
 
20
 Bax:  Н.И.Бестужев-Лада. Социальное прогнозирование. М.2002,  гл. 5.   
 
 
231


1.
 
Proqnozlaşdırma müddətində müşahidə olunan və ya 
müşahidə edilməyən gerçəklikdə mövcud olan obyektlərin 
xassələri haqqında biliklər; 
2.
 
Proqnozlaşdırma müddətində gerçəklikdə mövcud 
olmayan obyektlər haqqında biliklər. Bu  ideal xarakter 
daşıyan obraz və ya modeldir. Onun parametrləri potensial 
surətdə  mümkündür, hərçənd  reallıqda mövcud deyildir. Bu  
cür proqnoz mövcud ola bilən proses və hadisələrin təsviri 
deməkdir. 
Prоqnozlaşdırma, xüsusilə  də sosial həyatda konkret-
ləşdirilməni  tələb edir. Konkretləşdirmə iki aspektdə verilə bilər: 
qabaqcadan xəbər vermək, yəni mümkün olan, ya da arzulanan 
perspektivlərin, vəziyyətlərin, qərarların təsviri;  qabaqcadan 
görmək bu problemlərin həllinin məqsədəuyğun fəaliyyət 
prosesində  gələcək haqqında informasiyanın istifadəsinə 
əsaslanmasını  nəzərdə tutur.  Məsələn, təbiətdə baş verən 
kataklizmlərin qarşısını almaq, insan həyatı üçün təhlükəli 
vəziyyəti (sunami, zəlzələ, torpaq sürüşmələri və s.) ya 
zəiflətmək, ya da mümkün olduqda qarşısını almaq.  
Vaxtılə D.İ.Mendeleyev Hegelin kəşf etdiyi kəmiyyət 
dəyişmələrinin keyfiyyətə keçməsi qanunundan istifadə edərək 
özünün kimyəvi elementlərin dövrü sistemi qanununu kəşf 
etmişdir. Onun bu kəşfini Leveryenin o dövrdə  hələ  məlum 
olmayan Neptun planetinin orbitinin müəyyən edilməsi ilə bir 
sıraya qoymaq olar. 
Deməli, proqnozlaşdırma prosesində biz onun iki tərəfini 
ayıra bilərik: nəzəri dərkedici  və idarəedici. Onlar proqnoz-
laşdırma  əsasında  alınan biliklərə  əsaslanaraq qərarların qəbul 
olunması  imkanları ilə bağlıdırlar. 
Məsələn, 1970-ci illərin sonunda amerikalı kibernetik Cey 
Forrester və onun davamçıları beş  əsas göstəricilər  əsasında 
qarşılıqlı əlaqələri təhlil edərkən, belə bir  nəticəyə gəlmişlər ki, 
dünya  “təbii artım həddinə çatmışdır”. Bunu onlar “kapital 
qoyuluşu”, “əhali”, “ərzaq”, “təbii resurslar” və  “ətraf mühitin 
 
232


çirklənməsi”  əsasında edərək, göstərmişlər ki, bəşəriyyəti XXI 
əsrin birinci yarısında qlobal fəlakət gözləyir
21
.  
“Elmi-texniki nikbinlik” nəzəriyyəsi tərəfdarları onlardan 
fərqli olaraq müasir texnologiyalara, ekoloji  cəhətdən təmiz 
iqtisadiyyata, enerjinin yeni mənbələrindən istifadəyə böyük 
ümidlər bəsləyirlər. 
Bəzən qabaqcadan görməni nəinki gələcəyə, hətta bu gün və 
keçmiş haqqında informasiyaya  da aid etmək olar. Bu o zaman 
baş verir ki,  biz naməlum, öyrənilməyən keçmiş  və müasir 
hadisələri, həmçinin gələcəyi dərk etmək üçün yeni biliklər əldə 
etmək isətəyirik. Məsələn, təbii sərvətlərin qiymətləndirilməsi, 
qədim abidələrin bərpası, keçmişdən gələcəyə retrospektivlərin 
qiymətləndirilməsi və s. 
Bu  baxımdan proqnozlaşdırmaya aid elmi xarakter daşıyan 
tarixi tapmacalar da diqqəti cəlb edir. Peruda yaşayan doktor 
Kaberra 1960-cı ildən başlayaraq balaca şəhər  İki  ətrafındakı 
uzunsov daşlar üzərində insan və heyvanların  şəkillərini 
toplayaraq, onları XX əsrin  ən böyük kəşfi adlandırmışdır. 
Təbiətin  təsiri altında  – külək, okean dalğaları, erroziya və s. 
hadisələr bu daşlarda  əks olunan tarixi səhifələri bir qədər 
qarışdırmışdır. Göstərilən mənbəyə  əsasən e.ə. dövrünün 
insanının xarici görünüşü, onun iri başı, bədəninin quruluşunun 
proporsiyaları sübut edir ki, onlar bizim əcdadlarımız ola 
bilməzlər. Doktor Kabbera belə bir nəticəyə gəlmişdir ki, qədim 
Amerika torpaqlarında da “homo sapiens” yaşamışdır. Bu 
 
daşlarda  coğrafi, sosial, etnoqrafik, bioloji, tibbi tematika öz 
əksini tapmışdır. Onların sirri planetimizin gələcəyinin 
öyrənilməsində istifadə edilə bilər. 
Proqnozlaşdırma insan həyatının bütün sahələrini: iqtisadi-
siyasi, elmi-texniki, sosial-mədəni, sosial-psixoloji, sosial-
demoqrafik və s. əhatə edir. Proqnozlaşdırmanın əsas prinsipləri 
aşağıdakılardır: sistemlilik, uzlaşdırılma, arasıkəsilməzlik, 
alternativlilik, səmərəlilik və s. 
                                                 
21
  Bax: “Dünya – 3” modeli- Вестник МГУ- серия 12, №1., М.2000. 
 
233


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə