Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

Sosial mənafe subyektin obyektə qarşı münasibətidir. Bu 
münasibətin təzahürü zamanı aşağıdakı 4 hadisə baş verir: 
1.
 
tələbatların qruplaşdırılması; 
2.
 
onların ödənilməsi üçün vasitə olan obyektlərin müəyyən 
edilməsi; 
3.
 
subyektin həyat fəaliyyətinin sosial şəraiti (mühit); 
4.
 
bu və ya digər tələbatların ödənilməsi üsullarının 
müəyyənləşdirilməsi. 
Təbliğat işinin çox vaxt lazımi səmərə verməməsi məhz 
mənafelərin nəzərə alınmamasından irəli gəlir. Bu isə son nəti-
cədə sosial gərginliyə, oradan isə  ziddiyyətə aparır. Vətən-
daşların fəal həyat mövqeyi yüksək inkişaf səviyyəsinə çatmış və 
humanist yönümə malik şüur sayəsində mümkün olur. 
Deyilənlərdən bu qənaətə gəlmək olar ki, ideologiya ictimai 
münasibətlərin bir növü və siyasi şüur forması kimi, hər  şeydən 
əvvəl, ayrı-ayrı ictimai qrupların mənafelərinin reallaşdırılmasına 
xidmət  edir. Bütün formalarda və xarakterdə (milli, şovinist, 
sosialist, faşist və sairə) meydana gələn ideologiyalar  ilk  
başlanğıcda  böyük əksəriyyətin maraqlarının carçısı kimi çıxış 
etsə də, son nəticədə həmişə müəyyən  qrupların mənafelərindən 
ibarət olduqlarını  gizlədə bilməmişlər. Çünki, mahiyyətcə  onlar  
bir çox sosial qrupların təfəkkürünün məhsulu kimi yaranır. 
 
2. İctimai münasibətlər    və 
insanların sosial fəaliyyəti 
 
İdeoloji təsəvvürlər ideoloji prosesin ən mühüm struktur 
komponentlərindən biridir. Onlar fərdlərin, habelə sosial bir-
liklərin nəzəri və empirik şüurunun dialektik vəhdətini yaradırlar. 
Bu təsəvvürlər cəmiyyətin iqtisadi, sosial, siyasi və  mənəvi 
inkişafı prosesinin mahiyyət səciyyələnrinin mənimsənilməsi 
prosesində meydana gələrək formalaşırlar. 
Məhz buna görə  də ideoloji təsəvvürlər sistemi aşağıdakı 
münasibətlərin məcmusundan doğur: iqtisadi,  sosial, siyasi, 
əxlaqi, dini və milli. 
 
207


İdeoloji təsəvvürlər sosial fəaliyyətin müvafiq formalarında 
aktuallaşır. Bu və ya digər sosial təşkilatların üzvü olmaqla 
zəhmətkeşlər artıq formal olaraq sosial-siyasi fəaliyyətə 
qoşulurlar. 
İnsanların hər bir konkret ictimai-iqtisadi formasiyada, 
yaxud cəmiyyət tipində iqtisadi, sosial, ideoloji və siyasi mü-
nasibətləri onların iradəsindən və  şüurundan asılı olmayaraq 
obyektiv mövcud olur. Eyni zamanda yalnız insan  ictimai 
münasibətlərin real daşıyıcısıdır. 
İqtisadi, sosial, ideoloji və siyasi münasibətlər insanların 
şüurunda və davranışında tarixən müəyyən cəmiyyət tipi əsasında 
təzahür tapır,  əmələ  gəlir və bununla da hər bir insanın sosial  
keyfiyyətini, onun sosial fəaliyyətinin xarakterini müəyyən edir. 
Sosial keyfiyyət, ardıcıl olaraq  insanın sosial fəaliyyəti bir sıra 
obyektiv və subyektiv amillərdən və onların konkret şəraitdə 
fərqli birləşməsindən asılıdır. Bu amillərə aşağıdakılar aiddir: 
-
 
İnsanın həyat fəaliyyətinin ümumi və spesifik şəraiti və for-
maları. Bir tərəfdən, insan bu şəraitin, onun təbii təşkilinin, 
digər tərəfdən, onu bütün həyatı  ərzində  əhatə edən  şərtlərin 
təsirinin məhsuludur; 
-
 
Siniflər, sosial və sosial-psixoloji qruplar və ayrılıqda fərdlər. 
İnsan nə dərəcədə fərdi keyfiyyətlərə malik olsa da, yenə də o 
birbaşa, yaxud dolayı halda onu əhatə edən cəmiyyətlə  və 
onun müxtəlif struktur elementləri ilə ünsiyyətdə olur; 
-
 
Əməyin bölgüsünün, ictimai həyatın  əsas sferalarının (isteh-
sal, siyasət, ideologiya), həmçinin bu sferaların daxili 
 
strukturunun  (sənaye, kənd təsərrüfatı, elm, incəsənət
mədəniyyət və i.a.) insanların həyat fəaliyyətinə  təsiri.  İn-
sanlar öz fəaliyyətlərini cəmiyyət həyatının müxtəlif sfera-
larında  həyata keçirərkən,  əməyin bölgüsünün xüsusi sa-
hələrinə  məxsus olurlar ki, bununla onlar özlərini sanki 
müstəqil sahələrdə görurlər.  Əslində isə insanlar cəmiyyət 
həyatının müxtəlif sferalarına həm də  təsir göstərmək im-
kanlarına malikdirlər. 
 
208


Hər bir insanın davranışında və  fəaliyyətində  mənəvi 
başlanğıcın təsdiqi cəmiyyət həyatının mənəvi  sahəsinin  çox-
saylı komponentləri – elm, təhsil, tərbiyə, əxlaq, incəsənət, din və 
ilaxır vasitəsilə reallaşır.  
İnsanların sosial fəaliyyətini sadəcə ictimai münasibətlərlə 
məhdudlaşdırmaq olmaz. Klassik sosioloqların  əksəriyyəti  hesab 
edir ki, ideoloji münasibətlərin təzahürü bilavasitə konkret 
cəmiyyətin iqtisadi bazisinin və üstqurumunun müxtəlif növlərinin – 
siyasi, hüquqi, dini və i.a. məcmusu ilə      bağlıdır. Bu bir sıra 
amillərlə  şərtlənir. Birincisi, ideoloji münasibətlər hər bir 
cəmiyyətdə konkret olur və o, mövcud quruluşun bütövlükdə  
ictimai münasibətlərinin qorunmasına xidmət edir. Buna görədir ki
quldarlığın, feodalizmin, kapitalizmin, sosializmin ideoloji 
 
münasibətləri biri digərindən fərqlənir və ona əks olaraq yaranmış-
dır. İkincisi, sözügedən cəmiyyət tiplərində  ideoloji münasibətlərsiz 
cəmiyyətdaxili münasibətlərin və sosial normaların yaradılmasının 
və saxlanmasının mümkünsüzlüyüdür. Bu cəhət özünü daha çox 
müxtəlif    sosial  qruplar,    siniflər və etnik tərkiblərlə bağlı olaraq 
göstərir. Nəhayət, üçüncüsü, insanların sosial fəaliyyətinin bilavasitə 
ideoloji  münasibətlərlə bağlı  reallaşmasıdır. Bu şərt isə onu təsdiq 
edir ki, hər bir cəmiyyətdə insanların  razı  qalıb-qalmamasından 
asılı olmayaraq hamılıqla özlərinin sosial fəaliyyətini konkret 
ideoloji  münasibətlər əsasında qururlar. 
İdeoloji münasibətlərin  əsas funksiyası onun cəmiyyətin 
ictimai münasibətlərinə, ictimai varlığına və ictimai şüuruna fəal 
təsiridir. İctimai şüurda ən aparıcı yeri ideologiya tutur. Hər  bir 
cəmiyyətdə  təhsil, elm, mədəniyyət,  əxlaq, hüquq, dini 
münasibətlər siyasətdən nə  dərəcədə asılıdırsa, bütün bunlar 
birlikdə  ideoloji münasibətlərdən o dərəcədə asılıdır. Bu belə 
olmasaydı, onda cəmiyyətin sosial strukturunun daxili 
 
elementlərini və onların idarə olunması prosesini həyata keçirmək 
mümkün olmazdı. 
 İctimai şüurun ideoloji münasibətlərlə struktur komponenti 
cəmiyyətin sosial qüvvələrini  – sosial qrupları, kollektivləri, 
sinifləri, milləti, ayrı-ayrı  şəxsləri fəaliyyətə  gətirir ki, bu 
 
209


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə