iqtisadi münasibətlərin vahidliyinə əsaslanaraq sosial, siyasi və
ideoloji strukturların bütöv bir sistemi deməkdir.
M. Veber hesab edirdi ki, kapitalizm, din, dövlət, cəmiyyət
və s. kimi mürəkkəb anlayışları ancaq fərdlərin davranışının
təhlili əsasında dərk etmək mümkündür. Bunun əsasında
insanların rəftarlarının səbəbləri tədqiq olunur, onlar öz
hərəkətlərinə və digərlərinin davranışına cəmiyyət çərçivəsində
qiymət verirlər.
Müasir dövrdə cəmiyyətin inikşafının əsas meylləri
aşağıdakılardır:
1.
İnsanların fəaliyyətinin ictimai xarakteri və dəyişdirici
rolunun artması;
2.
İctimai münasibətlərin təkmilləşdirilməsi;
3.
Cəmiyyətin təşkili səviyyəsinin yüksəlməsi;
4.
İctimai şüurun rolu və əhəmiyyətinin artması.
Bu meyllərə həm təbii, həm də demoqrafik amillərin təsir
göstərməsi mümkündür.
2. Sosial həyatın təşkilinin tarixi tipləri
Bütün cəmiyyətlər daim inkişaf edərək dəyişir, bir və-
ziyyətdən digərinə, yəni sadədən mürəkkəbə keçirlər. Sosioloqlar
cəmiyyətin inkişafında iki istiqamət və üç əsas hərəkət
formalarını ayırırlar.
İki istiqamət baxımından sosioloqlar tərəqqi və tənəzzül
istiqamətlərini nəzərdə tuturlar.
Tərəqqi (latınca – proqressus – irəliyə hərəkət, müvəffə-
qiyyət deməkdir) – adidən aliyə, mükəmməlliyə doğru hərəkət
deməkdir. O, cəmiyyətdə pozitiv dəyişikliklərə gətirir ki, bu da
istehsal vasitələrinin, işçi qüvvəsinin, əməyin ictimai bölgüsünün
və onun məhsuldarlığının artmasının, elm və mədəniyyətin
nailiyyətlərinin, insanların həyat tərzinin və s. inkişafının
təkmilləşdirilməsində öz əksini tapır.
Tənəzzül (latınca – reqressus – əks hərəkət deməkdir) in-
kişafın ləngiməsi, neqativ nəticələrə gətirir, cəmiyyətdə müxtəlif
39
növ sosial tələbatları – siqaret çəkmək, alkoqolizm, narkomaniya,
əhalinin sağlamlığının pisləşməsi, ölümün çoxalması, insanların
mənəvi və mədəni səviyyəsinin zəifləməsi ilə nəticələnir.
Müasir qloballaşma şəraitində bəşəriyyət inkişaf edir və
dünya miqyasında sosial tərəqqi prosesi genişlənir. Bu öz əksini
əhalinin sosial müdafiəsində və maddi rifahın yüksəldilməsində,
müxtəlif ölkələrin, sinif və xalqların, sosial qrupların arasında
qarşıdurmanın zəiflədilməsi, Yer kürəsində əhalisinin sülh və
əməkdaşlığa can atmasında, demokratiyanın bərqərar olmasında,
ümumbəşəri dəyərlərin və humanizmin inkişafında tapır.
Sosial tərəqqinin ən vacib əlaməti dünya miqyasında in-
sanların cəmiyyətdə olan vətəndaş hüquqları və azadlıqlarının
qorunması, bu prosesin genişlənməsinin və uğurlu olmasının
meyllərinə dair irəliləyşidir. Tərəqqi insanlar arası münasibət-
lərdə də öz əksini tapmışdır. İnsanların çoxu bu gün başa düşür
ki, onlar birgə yaşamağa və cəmiyyətin qanunlarına riayət
etməyə məhkumdurlar. Onlar digərlərinin həyat standartlarına və
normalarına hörmət etməli, ətraf mühiti və təbiəti qorumalı,
kompromiss (lat. – komromissum – razılıq, qarşılıqlı güzəştə
getməkdir) axtarmağı bacarmalıdırlar.
Bunlar onu sübut edir ki, cəmiyyət, ümumiyyətlə bəşəriyyət
həmrəyliyə, ahəngdarlığa, harmonik inkişafa və yaxşılığa doğru
hərəkət edir.
Üç əsas hərəkət formaları dedikdə isə biz təkamülü, inqilabı
və islahatları nəzərdə tuturuq:
Təkamül – fərz edir ki, cəmiyyətdə səlis dəyişikliklər
mövcud tarixi şəraitdə ardıcıl və təbii yolla baş verəcəkdir.
Bundan fərqli olaraq inqilab – bütövlükdə ictimai həyatın hər bir
sahəsində kəskin və dərin dəyişikliklər nəticəsində cəmiyyətin bir
keyfiyyət vəziyyətindən digərinə keçəcəyini nəzərdə tutur. Sosial
inqilablar isə ictimai quruluşu köklü surətdə dəyişdirir və onlar
zorakılıqla, insanların kütləvi tələfi ilə müşayət olunur.
Cəmiyyətin təkamül inkişaf yolu adətən islahatlarla müşahidə
edilir. İslahat (latınca – reforma – kökündən dəyişdirmək
deməkdir) ictimai həyatın bu və ya digər tərəflərinin yenidən
40
qurulmasını nəzərdə tutan müxtəlif tədbirlər kompleksidir. İslahatlar
dövlət hakimiyyəti tərəfindən müvafiq qanun, qərar, fərman və digər
sənədəlr əsasında təmin edilir və hakimiyyət tərəfindən yerinə
yetirilməsini tələb edir. Onlar tərəqqi xarakteri daşıyan yeniliklərlə,
xüsusilə də sosial və iqtisadi sahədə əksini tapan hadisələrlə həyatda
vacib rol oynayırlar.
Tarix boyu cəmiyyət fəaliyyət göstərərək inkişaf etmiş və
dəyişmişdir. Cəmiyyətin təsnifatını maddi istehsalın üsulu, in-
sanların sayı, hakim dilin və dinin olması, yaşamaq üçün maddi
nemətlərin yaranması üsulu ilə müəyyən etmək olar.
Sosiologiyada geniş yayılmış konsepsiyalardan biri cə-
miyyətin inkişafının mədəni-tarixi tipləridir. Bu nəzəriyyənin
əsasını rus sosioloqu N.Y.Danilevski qoymuşdur. O, sosial və
mədəni sistemlərin müxtəlif tiplərinin özünəməxsus xarakter
daşıdığını qeyd edərək onları qapalı, lokal mədəniyyət və sivi-
lizasiya tipləri kimi vurğulamışdır. Qərb sosiologiyasında bu
nəzəriyyənin tərəfdarları O.Şpenqler və A.Toynbi olmuşlar.
Onların fikrincə ictimai tərəqqi prosesində bəşəriyyəti birləşdirən
yeni sivilizasiya formalaşacaqdır.
Hal-hazırda sosiologiya elmində cəmiyyətin tarixi tipləri
dörd növə bölünür:
1.
Ovçuluqla, yığıcılıqla məşğul olan cəmiyyət tipi. Onun
səciyyəvi cəhəti təbiətlə vəhdətdə olmaqdır. Məsələn, Cənubi -
Qərbi Afrikada buşmenlər, Mərkəzi Avstraliyada – aborigenlər.
Onlar köçəri həyat sürərək, ovçuluqla, giləmeyvə yığıcılığı ilə
məşğuldurlar. Onların olduqca primitiv əmək alətləri vardır, öz
əmlaklarını özləri ilə gəzdirirlər. Sosial həyatları qohumluq
əlaqələri əsasında qurulur. Belə bir cəmiyyətdə siyasi sistem
mövcud deyildir, cəmiyyət isə ağsaqqallar tərəfindən idarə
olunur.
2.
Bağçılıq cəmiyyəti – ilk dəfə olaraq Yaxın Şərqdə
təxminən eramızdan əvvəl 4 min il əvvəl yaranmışdır (Ba-
bilistan). Getdikcə insanların davranış üsulu dəyişilir və bu tipli
cəmiyyətlər Çindən Avropaya qədər yayılmışlar. Müasir dövrdə
onlar əsasən Afrikada, Saharanın cənubunda qalmaqdadırlar. Bu
41
Dostları ilə paylaş: |